Ev təmizləmənin 6 sirri

Birinci sirr: hər şeyi vaxtında.
Təmiz-həmişə çirklənən yox, həmin an yığışdırılıb-təmizlənən yerdir. istənilən "səliqəni pozan" təcili olaraq aradan qaldırılmalıdır. Xüsusən də bu divar kağızında, mebeldə, döşəmədə olan ləkə və ya çirkdirsə. Növbəti gün özündə qüvvə toplayıb "xüsusi vasitəni", məsələn, ləkəgötürəni işə salmaq lazımdır. Xalçada olan nəm torpaq ləkəsi istisna olmaqla. Yaxşı olardı ki, həmin nəm torpağın qurumasını gözləyəsiniz və sonra tozsoran vasitəsilə təmizləyəsiniz.
İkinci sirr: bütün dünyanın meyl etdiyi qayda
İddialarınızla hərəkət etməyin-uduzarsınız. Bütün evi yığışdırmaq üçün yuxarı mərtəbədən başlayın, tədricən aşağı düşün və sonda zirzəmi. Otağı yığışdırarkən bu prinsiplərə əməl edin: tavandan hörümçək torunu və tozu alın, işıqlandırma cihazlarını və ventilyasiya çərçivələrini silin. Sonra pəncərə və divar kağızlarını, mebeli, qapıları və nəhayət yaşmaqları və döşəməni. Belə olan halda təmizlədiyiniz yerlərə toz qonmayacaqdır. Analoji olaraq güzgü və şüşələri də bu cür təmizləyirsiniz. Maye mütləq aşağıya doğru axacaqdır.
Üçüncü sirr: əvvəl quru, sonra yaş.
Otaqlarda pəncərə, divar və mebeli təmizləyərkən əvvəlcə tozunu alın, süpürün, silin və sonra təmizləyici maye vasitələrdən istifadə edin.
Dördüncü sirr: yumşaqdan bərkə doğru.
Yumşaq təmizləyici vasitələrin qeyri-əminliyinə dözərək cilalayıcı və təmizləyici məhlullara keçin. Hər hansı bir şeyi silərkən əvvəlcədən onun hansı materiallardan hazırlandığını düşünün ki, onları korlamayasınız. Mətbəx plitəsinin emalını metal sürtkəclə korlamaqdansa xırda ləkələri saxlamaq da olar.
Beşinci sirr: tələsmək lazım deyil
Zaman-müttəfiq. Arabir bir az səbirli olmaqla çirkabları tez və effektiv olaraq aradan qaldırmaq olur. Məsələn, plitəni (stol, soyuducu) təmizləmək üçün əvvəlcə ləkələr olan yerə təmizləyici maye çiləyir və digər işlərinizlə məşğul olmağa başlayırsınız. Bir neçə dəqiqədən sonra sizə yalnız həmin hissəni nəm süngərlə silmək kifayət edir.
Altıncı sirr: hər şey əl altındadır Silib-təmizləmə zamanı qoy əlinizin altında ən zəruri əşyalar olsun:
- rahat tutacaqlı böyük plastik vedrə
- kağız dəsmallar
- zibil yığmaq üçün kisələr
- tozun silinməsi üçün salfetlər
- yuyucu və təmizləyici vasitələr
YADDA SAXLAYIN
- Hər hansı bir vasitəni və əşyanı yeni tətbiq etməyə başlayarkən onu diqqət çəkməyən kiçik bir yerdə sınaqdan keçirin.
- Şəkil və elektron cihazları yuyarkən yuyucu vasitələri onların üstünə çiləməyin. Çünki böyük miqdarda yuyucu vasitənin şiddətitndən elektronika sıradan çıxa bilər, şəkilin üzündəki boyalar isə çatlayaraq keyfiyyətini itirə bilər. Bunun üçün salfetləri yüngülcə isladaraq işləri davam etdirmək lazımdır.
- Yuyucu vasitələri göstərilən təlimatdan kənara çıxaraq özünüzə görə qarışdırmayın. Belə kombinasiyalar çox təhlükəli ola bilər, məsələn, ammonyakla ağardıcı xlorun birləşməsindən zəhərli qaz əmələ gəlir.
- Əllərinizin yumşaq və gözəl görünməsini istəyirsinizsə, işləyərkən rezin əlcəklər geyinin.

Mənbə Gözəllik dünyası jurnalı

22 şərh

fidan
Yeddici sirr. Şəkildəki gimnast qız kimi ev təmizləmək üçün gərək adamda ruh yüksəkliyi olsun.
Dior
Səkkizinci sirr.Şəkildəki qız kimi ev təmizləmək üçün gərək azdan çoxdan gimnastikanı bacarasan.))
bankir
Belə həvəslə evi silən qızla məmnuniyyətlə ailə qurardım:-)
Leyla
Elçiləri nə vaxt göndərirsən?=)
mr13

onda tozsoran al təzələrindən həm süpürür, həm silir, həm də ki, həvəsnən :)

Leyla
Mərdiməzarı axtarmaqla deyil ki.səhərdən saytda deyildi.Elə ki şərhi yazdım,o dəqiqə gəldi. Get saatlarını düzəlt də.Güclə moment tapmışdım.
bankir,tozsoran heç vaxt elə zərif gimnastika edə bilmir=)
Dior
İndi iş görmək o qədərdə problem deyil,paltaryuyan var,qabyuyan var,birdə paltar ütüləyən olsaydı lap əla olardı
fidan
Diorun da paxıllığı tutdu o dəqiqə.Görürsən ki,xeyir iş var.
Elçilər qismində birinci özümüəm,sonra 2ral,admin,lesyA .
papatürk
Başlıq pulu kimi qız evinin adamlarının hamısına +10 verilməsə Leylanı vermirik
IDEAL
Ele deyib yadlarına daş + salma.
Toya pul atmaq əvəzi bəylə gəlin profillərinə hamıdan + tələb edər :))
2ral
Elçilər qismindən məni çıxın.Leylanı bankirə calamaq kimi cinayətdə mənim əlim olmasın.Yoxsa gələcək nəsillər məni bağışlamaz.Gülümsəyirbankir ancaq öz reytinqini düşünən,dostun xahişini yerinə yetirməyən adamdır,məsləhət görmürəm.
Leyla
2ral,qəbulumdur=) mənə elə dostluqda sadiq olmayan adam lazımdır. Onda daha çox mənə bağlı olar=))
rokfeller
Qzı evində toydur,oğlan evinin xəbəri yox.
Bir məndən soruşun ki,bankirin qohum-əqrabası razıdır ya yox.
Dior
Deyəsən mən bu ildə evdə qaldım))
bankir
Uşaqlar,əl-ayağa düşməyin. İndicə gimanstika üzrə dünya çempionu Alina Kabayeva mənə şəxsi mesaj yazıb bildirdi ki,məmnuniyyətlə evi silib-süpürər,təki mən onu alım:

<

Freddie
Bankir, yalan danışma. Kabayeva Putinin sevgilisidi və deputatdı indi. Burda siyası qalmaqal salmaqdansa, əvvəl dediyin sözün üstündə dur… Mənim tanışımın zor restaranı var. qiymətlər də baha deyil:))))
mr13

Mən də Kabayevanı məsləhət görürəm. Baxın görün necə işlək qızdır.


2ral
bankir,gül kimi azərbaycanlı qızlarını qoyub Alinanı seçirsən?
Bu qizi almaq istəyirsən?
Ay camaat,görün bankir kimləri Leyladan üstün tutur.Ətraflı
mr13
Yazıq Bankiri infarkt vurmasa yaxşıdı. Gərək bu kompramat şəkilləri tapıb çıxardaydın ay 2ral? Bankir fikir vermə montajdı.
mr13

Deyəsən artıq Bankiri infarkt vurub,səsi gəlmir. O bu qədər sakit qalan deyildi. Biz onu itirdik.:(


bankir
Bu paxılllıqla hara gedəcəksiniz? Gördülər ki,bankirin işi düzəlir,o dəqiqə mərdiməzarlıq etdilər.
Paxıllığınız tutur ki, Алина Кабаева ilə kef çəkəcəm.Ona görə bilmirsiz nə edəsiniz.Bacarırsınız siz də salto vuraraq ev süpürən qız tapın.
Leyla və Dior,islam dini çoxarvadlılığa icazə verir:-)
Dior
İslam dini çox arvadlılığa o zaman icazə verir ki,hamısına gərək bir gözlə baxasan.Hər nə qədər etsənizdə bu alınmayacaq.Elə ona görə də biri ilə qalmaq məsləhət görülür.