Рейтинг
+22.47

Evdarlıq

24 üzv, 217 topik

Ev təmizləmənin 6 sirri

Birinci sirr: hər şeyi vaxtında.
Təmiz-həmişə çirklənən yox, həmin an yığışdırılıb-təmizlənən yerdir. istənilən «səliqəni pozan» təcili olaraq aradan qaldırılmalıdır. Xüsusən də bu divar kağızında, mebeldə, döşəmədə olan ləkə və ya çirkdirsə. Növbəti gün özündə qüvvə toplayıb «xüsusi vasitəni», məsələn, ləkəgötürəni işə salmaq lazımdır. Xalçada olan nəm torpaq ləkəsi istisna olmaqla. Yaxşı olardı ki, həmin nəm torpağın qurumasını gözləyəsiniz və sonra tozsoran vasitəsilə təmizləyəsiniz.


Ardı →

Mürəbbənin hazırlanma sirləri

Yaz ki gəldi, yay ki gəldi, bilirik ki, qadınlar başlayırlar qışa hazırlaşmağa — qışa tədarük görülür, mürəbbələr, şorabalar, turşular hazırlanır və s. Bizə elə gəlir ki, biz hazırladığımız nə varsa hamısını düz hazırlayır, qaydaları 5 barmağımız kimi bilirik. Amma, belə deyil. Bizim də bilmədiklərimiz var. 
Mürəbbə bişirməyi hamımız bacarırıq, amma, incəliklərini bilmirik.

Bir mürəbbə sevən qız kimi oxuyub, bildiklərimdən, bacarıqlı əllərdən  oğurladıqlarımdan, təcrübələrimdən sizinlə də bölüşmək istərdim ki, bir yerdə faydalanaq.


Ardı →

Ağladan soğan

Soğan indiki vaxtda dünyanın dörd bir küncündə istifadə olunan və dəyişik bir aromaya sahib qidadır. Qatıldığı hər cür yemək və salata ayrı bir dad verir. İçində olan müxtəlif amin turşuları sayəsində bədənə bir çox faydası vardır. Çox xəstəlikdən insanı qoruyur.Bəs yaxşı, bu qədər faydalı və ləziz olan soğanı doğrayarkən niyə gözümüz yanır, yaşarır?

Soğan bəsləyici olması ilə yanaşı super aromatik dada malikdir. Bu aromatik dad içində olan kükürdlü maddələr və sulfid ehtiva edən amin turşulardan qaynaqlanır. Soğanı kəsdiyimiz anda propenylcysteinesulphoxide deyilən qisim həll olaraq proponal S oxit ortaya çıxır. Ortaya çıxan bu turşu gözümüzə dəydiyi anda hiroliz meydana gələr və içində az miqdarda olan sülfrik turşu gözümüzün yaşarmasına səbəb olar.

Bu hadisə çox qısa çəkər və istilik ilə yox olar. Məsələn: bişmiş soğanı doğradığınızda gözünüz yanmaz. Deyilənlərə görə soğanı doğrayarkən edilən bir neçə əməliyyat ilə gözlərinizi qoruya bilərsiniz.

Bu qaydalar belədir:
• Doğramadan əvvəl soğanı yumaq
• Soyulmuş soğanı soyuducuda bir az saxlamaq
• Dil çıxararaq doğramaq
• Bişən yemək yanında doğramaq
• Ağızda çörək yada kəsmə şəkər tutaraq doğramaq
• Doğrayıcı bıçağı soyuq suda yumaq
• Linza taxmaq
• Doğrama əməliyyatı əsnasında ağızdan nəfəs alıb — vermək
• Dəniz gözlüyü taxmaq
Davamı →

Evi az vaxtda təmizləmək üçün

Bir azdan qonaqlar gələcək. Vaxtınız çox azdır. Yarım saata evi təmizləməlisiniz. Bu işdə biz də sizə kömək edə bilərik. Necə? Əlbəttə ki, bir neçə təklif verməklə!
 

* Ətrafda lazım olmayan qəzetləri, oyuncaqları, çantaları, ayaqqabıları, idman əşyalarını, DVD-ləri, kitabları yığışdırıb bir şkafa qoyun.

* Əlcəklərinizi geyinin, bütün təmizlik vəsaitlərini bir vedrəyə yığıb otaqdan-otağa keçdikcə özünüzlə daşıyın. Şüşətəmizləyənin köməyi ilə paslanmayan polad əşyalardan barmaq izlərini təmizləyin.

* Yemək masasının, şkafın tozunu nəm bezlə götürün. Şüşətəmizləyən və bir parça kağızla güzgüləri təmizləyin.

* Televizorun, musiqi alətlərinin, divardakı şəkillərin və bəzək əşyalarının tozunu tüklü tozgötürənlə alın. Zibil vedrəsini çölə qoyun.


Ardı →

Faydalı məsləhətlər

Torta qatacağınız qoz, fındıq tortda bərabər şəkildə yayılsın deyə, una buladıqdan sonra qatın. 

Peçenyeləriniz bərkiməsin deyə, tənəkə qutuda (yüksəkkeyfiyyətli metal qutu nəzərdə tutulur) saxlayın və yanına bir-iki dilim alma qoyun. 

Tərəvəzləri daha təmiz yumaq üçün 15-20 dəqiqə sirkəli suda saxlayın və sonra yuyun. 

Cemin xarlanmasının səbəblərindən biri də cemi qabdan sulu qaşıqla götürməkdir. Həmişə cemi götürərkən qaşığı salfet və ya dəsmalla qurulayın. 

 Cemin köpüklənməsini istəmirsinizsə, bişirərkən içinə qoz böyüklüyündə yağ atın. 


Ardı →

Şorba hazırlayarkən bunları bilməlisiniz

  • Əgər sup-püre hazırlayırsınızsa, yaxşı olar ki, ona bulyonda isladılmış çörək ovuntuları əlavə edəsiniz. Belə şorbalar adətən qaynadılmır.
     
  • Şorbanın kəfi üzə çıxsın deyə, qaynadarkən mütləq soyuq su əlavə etmək lazımdır. Əgər ətirli və dadlı şorba əldə etmək istəyirsinizsə, odu çox az qoyun.
     
  • Əgər mal ətindən şorba hazırlayırsınızsa, çoxlu tərəvəz qatmaq məsləhət deyil. Belə halda ətin şorbaya verdiyi ətir və dad itəcək. Ümumiyyətlə balıq və göbələklə olan şorbalara tərəvəzləri bitki yağında qızardıb əlavə etməniz məsləhətdir. Südlü şorbalara qatdığınız tərəvəzləri isə kərə yağında qızardın.

Ardı →