Рейтинг
+22.47

Evdarlıq

24 üzv, 217 topik

Təbii mayonezin hazırlanma qaydası

Təbii məhsullardan istifadə etməyi sevən xanımlar artıq bilir ki, satışdakı ketçup, qatıq, süd və başqa məhsullar süni şəkildə hazırlanır. Həmçinin mayonez də süni şəkildə hazırlanır. Süni məhsullar insan orqanizmi üçün çox zərərli olduğundan hər şeyin təbii yolunu axtarmaq lazımdır. Mayonezdən çox istifadə olunduğu üçün istədik siz də mayonezin təbii reseptini öyrənəsiniz.

— 1çay qaşığı duz
— 1 yumurta
— 1ç.q sirkə (çalışaq evdə hazırlanan, təbii olsun)
— 2 ç.q limon suyu
— 1 stakan zeytun yağı
Ardı →

Mətbəxdə gigiyena

mətbəxdə təmizlikMətbəximizdə hər şey təmizliyə xidmət etməlidir. Bunun üçün zədəli qablar, yemək artıqları, çirkli parça qırıqları saxlamayın. Qablar yuyulmazdan əvvəl yemək artıqlarından təmizlənməlidir. Bu mənada qabyuyan maşın, soba və qaz plitələrinin təmizliyi də əsas şərtdir.
Yemək hazırlamağa başlamazdan əvvəl, çiy ət, yaxud toyuq məhsullarına toxunduqdan sonra əllər 20 saniyə fasiləsiz olaraq isti su və sabunla yuyulmalıdır. İstifadə etdiyiniz bez və süngərlər yaxşı təmizlənmədikdə bir neçə saat ərzində üzərlərindəki bakteriyalar artıb çoxalır. Çiy əti doğrayarkən işlətdiyiniz bıçağı təmizləyib, qaynar suda saxlayaraq dezinfeksiya edin.
Mətbəx avadanlıqları və əlüzyuyan isti, sabunlu su ilə yuyulduqdan sonra 1 çay qaşığı xlor əlavə edilmiş su ilə durulanmalıdır. Sintetik, plastik qablardan təkrarən istifadə etməyin, atın. Bəzən ət məhsullarını bişirməzdən əvvəl bakteriyalardan təmizləmək məqsədi ilə yuyurlar. Buna ehtiyac yoxdur, çünki bakteriyalar yalnız 71 dərəcə selsidə məhv olur.
Mətbəxdə işlədilən yaş bezlər mikrob mənbəyinə çevrilməsin deyə, həftədə 1 dəfə paltaryuyan maşında isti su ilə yuyun.
Əlüzyuyanda yığılıb qalmış yemək artıqları nəmli şəraitdə bakteriyaların çoxalmasına səbəb olur: Odur ki, əlüzyuyanı tez-tez xlorlu su ilə yumaq və dezinfeksiya etmək lazımdır.
Ardı →

Xoşagəlməz qoxulardan xilas olmaq üçün

arzuolunmaz qoxular
Evdə arzuolunmaz qoxulardan xilas olmaq üçün bir neçə tədbir görə bilərsiniz. Məsələn, zibil vedrəsindəki qoxunu aradan qaldırmaq üçün meyvə-tərəvəz və yemək tullantılarını bir paketə yığıb, ağzıbağlı halda zibilə atın.
Hər gün olmasa da, iki-üç gündən bir zibil vedrəsini yuyucu vasitə ilə yuyun. Belə etsəniz, ağcaqanadların da qarşısını ala bilərsiniz. Qoxunu yox etmək üçün qızartma zamanı yağa bir budaq cəfəri atın, balıq qoxusuna görə isə ağzıaçıq qabda azca sirkəli su qaynadın.
Ardı →

Şoppinq üçün məsləhətlər

1. Şoppinq-gərginlikdən ən gözəl çıxış yoludur. Buna görə də alış-verişdən qalmayın, hətta depressiyyada olduqunuz zaman.
2. Alım, yoxsa almayım? — bu sual qarşısında qalsanız, əlbəttə ki, alın. Aldığınızı aparıb həftə ərzində qaytara da bilərsiniz, amma almadığınızın məyusluğunu çəkmək daha ağırdı.
3. Paltarı geyinəndə bir qədər rahatlaşın və öz malınız kimi hiss edin. Əgər geyimdə doğmaliq hissi yaransa, onda o geymi almağa dəyər.


Ardı →

Xalçalara qulluq

Xalçalara qulluq etmək onun seçimi kimi məsuliyyətli işdir. Maraqlıdır ki, ən az qulluq tələb edən xalçalar qədim, əntiq xalçalardır. Axı onların hazırlanma prosesinə sınaqdan keçirmə mərhələsi də daxildir. İplikdən və yundan toxunmuş xalçaların sonralar yuyulma prosesində yığılmaması və fiziki təsirlərə qarşı davamlı olması üçün onları isladır, tapdalayır, qurudur və havaya verirdilər. Hərçənd xalçalar uzunömürlülüyü və qulluğun sadəliyi ilə fərqlənsələr də onlar çirklənmədən sığortalanmayıblar. Yun xalçalar bir neçə səbəbdən çirklənə bilər:


Ardı →

Mətbəxə qulluq

  • Xörəkləri alüminium qablarda saxlamayın. Soyuducuya qoyduğunuz yeməkləri qapalı qabda saxlasanız, qoxuları bir-birinə qarışmaz.
  • Ətin üzərinə soyuq su töküb qaynatdıqda, ətin qida dəyəri suya keçir. Qaynar suya atdıqda, ətin qida dəyəri ətdə qalır.
  • Qaynatdığınız balığın suyundan şorba bişirə bilərsiniz.
  • Un şorbası bişirərkən unun qoxusunu almaq üçün içinə makaron əlavə edin.
  • Soğanı sirkə ilə yusanız, doğrayarkən gözləriniz yaşarmaz.
  • Sarımsağın qabıqlarını soyuq maye yağın içərisində illərlə saxlamaq mümkündür. Həmin yağdan daha ləzzətli olsun deyə, yemək bişirərkən və salat hazırlayarkən istifadə edə bilərsiniz.
  • Keks və qurabiyələri ağzıqapalı, hava çəkməyən qablarda soyuducuda uzun müddət saxladıqda təzəliyini itirmir.
  • Polad qazançalardan çətin gedən ləkələri təmizləmək üçün, süngərə az miqdarda yumşaldıcı tökərək yaxşıca ovun. Beləliklə, qazançalar əvvəlki parlaqlığına qovuşacaq.
  • Sobadakı pis qoxuların qarşısını almaq üçün yemək bişirməzdən əvvəl qabın yarısını su, yarısını isə sirkə ilə dolduraraq bir neçə dəqiqə sobada isidin.

Davamı →

Qış üçün ərzaqları necə hazırlamaq olar?

Konservləşdirmə işini evdə görmək qənaət baxımından əlverişli olsa da, bir az risklidir.
Çünki həmin konservlərə bakteriyalar yol tapa bilər. Xüsusən  “Clostridium Botulinum“ adlı bakteriyalar yüksək temperatura davamlıdır və qaynatma zamanı ölmür.
Dondurmaq, qurutmaq və ya konservləşdirmək yolu ilə bir çox ərzaqları keyfiyyəti pozulmadan saxlayıb qışda istifadə etmək mümkündür. Lakin hansı şəraitdə olursa-olsun, bu üsulla saxlanan məhsulların qida dəyəri azalır.
Konservləşdirmə zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:
Ardı →

Qadınlara faydalı məsləhətlər

  • Kartof püresinə fərqli bir ətir vermək istəyirsinizsə, içinə bir az hindqozu atın.
  • Meyvəli keks bişirərkən meyvələrin keksin dibinə çökməməsi üçün əvvəlcə onları una, yaxud nişastaya bulayıb, bir müddət saxladıqdan sonra keksə qatın.
  • Səhər yeməyi və ya çay saatı üçün hazırladığınız şirniyyatların daha ləzzətli olmasını istəyirsinizsə, xəmirə əlavə etdiyiniz qabartma tozuna bir az şəkər tozu əlavə edin.
  • Evinizdəki bənövşələrin daha çox və gözəl çiçək açması üçün torpağına yumurta qabıqları qarışdırın.
  • Dirsək və topuqlarınızın sərtləşməsini istəmirsinizsə, bir dilim limonla ovuşdurun.
  • Ət yumşaq olsun deyə qaynadarkən suyuna limon suyu, ya da sirkə qatın. Ancaq qızardacaqsınızsa, bir gecə sirkəli və maye yağlı sousun içində saxlayın. Sousun içinə təzə bitkilərdən nazik-nazik doğrayaraq, ayrıca ləzzət qata bilərsiniz. Sonra ətə heç bir yağ vurmadan qızardın.
  • Bərk qatılaşmış qəhvə rəngli şəkəri təkrar yumşaltmaq üçün bir dilim çörək kifayətdir.
  • Şüşədə qalan şərabı dərhal atmayın, buz qəlibinə qoyaraq dondura bilər və sonra sous vəsaiti olaraq istifadə edə bilərsiniz.
  • Kartof barmaqlarınızdakı yemək ləkələrini çıxara bilər; çiy olaraq dilimləyib ləkələrin üzərinə sürtməniz və sonra da yaxalamağınız kifayətdir.
  • Soğanları işləyən bir ventilyatorun qarşısında kəssəniz gözləriniz yaşarmayacaq.
  • Şorbanız çox duzlu olsa, panika qaldırmayın.Qaynamaqda olan şorbanın içərisinə çiy kartof dilimləri atın və bişərkən çəkdikləri bütün duzla birlikdə zibilə atın, xilas oldunuz!

Davamı →