Рейтинг
+22.47

Evdarlıq

24 üzv, 217 topik

Bu təhlükələrdən xəbəriniz varmı?

Məişətdə istifadə etdiyimiz təmizlik məhsullarının hansı xəstəliklərə səbəb olduğunu bilirikmi?
Və ya kosmetikada istifadə etdiyimiz məhsulların hansı xəstəliklərə gətirib çıxarmasından xəbərimiz varmı? Halbuki, biz bu məhsulları alarkən yalnız bircə şeyi düşünürük: aldığımız məhsullar — istər saç şampunu olsun, istərsə də qabyuyan məhsullar, bizi qane etsin. Məsələn, şampunları götürək: bəzi şampunların tərkibində sintetik yuyucu maddələr olduğu üçün dəridəki təbii yağın itməsinə, gözlərin qıcıqlanmasına səbəb olur. Hamilə qadınların bu cür şampunlardan istifadə etməsi isə xüsusilə təhlükəlidir.
Ocağı təmizləmək üçün istifadə edilən məhsulların tərkibində amonyak və digər kimyəvi maddələr olduğu üçün (xüsusilə də sprey şəklində olanlar) dəri, göz və ağciyər üçün təhlükəlidir.
Ardı →

Ütüləmək biclikləri

Ütü eləmədən əvvəl hər bir parçanı çəkib düzəldin.
Ütü masasının yaxınında həm ütülənmiş həm də ütülənməmiş əşyalar üçün yer ayırın, beləcə gedib gələrək vaxt itirməzsiniz.


Ardı →

Evdar qadınların qeyd dəftərinə

1. Salat düzəldərkən istifadə olunan tərəvəzlərin quru olmasına fikir verin. Sulu olanda onların dadı qarışmır.


2. Tərəvəzləri bişirəndə onlara isti su töksəniz daha ləzzətli olar. Onların rəngi təravətli qalsın deyə, qazanın qapağını açıq saxlayin.


3. Makaron bişirəndə suyun içərisinə bir-iki bütöv soğan və kök atin, daha ləzzətli olacaq.


Ardı →

Evdar xanımın biclikləri

1.Buz qablarınızı su ilə doldurmadan əvvəl,bölmələrə portağal, limon, istədiyiniz meyvə parçaları və ya nanə yarpaqları qoysanız,dekorativ buzlar əldə edərsiniz.
2.Pambıqlı paltarlarınızın daralmaması üçün ilk yumadan əvvəl 1 gecə soyuq suyun içində saxlayıb sonra yuyun. Beləcə yuyluduqdan sonrakı daralma olmaz.
3.Yeni tava aldığınızda onun içində 1 az sirkə qaynadın. Bu proses gələcəkdə qızardılan yeməklərin tavaya yapışmasının qarşısını alar.
4.Divara mismar vurmaq istədikdə,vuracağınız yerə çarpaz formada yapışqanlı lent yapışdırın. Sonra mismarı vurun. Bununla divara vurulan gips və ya digər tikinti materialını zədələməmiş olarsınız.


Ardı →

Mətbəx biclikləri

1) Balığı qızartmazdan əvvəl unlama zamanı bir az ovulmuş pendir əlavə olunsa, qızardılmış balığın dərisi daha da dadlı olur.
2) Sobada bişirilmiş kartofa əvvəlcədən duzlu su səpilsə, kartofun qabığı dadlı olur.
3) Yüngülcə əprimiş xiyar turşusuna bir çimdik çay sodası əlavə etsəniz, xiyarın əvvəlki elastikliyi bərpa olunar.
4) Qurudulmuş ədva otlarını bişirilən xörəyə qatmazdan əvvəl 5 dəqiqə isti suda saxlayın — onların ətiri daha da artacaq.

5) Qızardılarkən balıq folqaya yapışmasın deyə, əvvəlcə folqaya yağ sürtmək lazımdır.
6)Əgər xörək bişirəndə barmağınız və əliniz azacıq yanıbsa, dərhal yanığın yerinə çay sodası vuraraq üstünə yaş dəsmal qoyun və yanıq qabar verməyəcək.
7) Əgər qaynayan süd köpüklənərək plitənin üstünə tökülübsə, həmin yerə duz səpərək üstünə yaş parça qoyun. Bu zaman qoxu evə yayılmayacaq.
8)Qışa hazırlıq üçün hazırladığınız pomidor bankasının ağzı açılıbsa,onu atmayın,pomidorların qabığını soyun,pomidoru ət maşınından keçirib tamat düzəldin.
Davamı →

Mürəbbənin hazırlanma sirləri

Yaz ki gəldi, yay ki gəldi, bilirik ki, qadınlar başlayırlar qışa hazırlaşmağa — qışa tədarük görülür, mürəbbələr, şorabalar, turşular hazırlanır və s. Bizə elə gəlir ki, biz hazırladığımız nə varsa hamısını düz hazırlayır, qaydaları 5 barmağımız kimi bilirik. Amma, belə deyil. Bizim də bilmədiklərimiz var. 
Mürəbbə bişirməyi hamımız bacarırıq, amma, incəliklərini bilmirik.

Bir mürəbbə sevən qız kimi oxuyub, bildiklərimdən, bacarıqlı əllərdən  oğurladıqlarımdan, təcrübələrimdən sizinlə də bölüşmək istərdim ki, bir yerdə faydalanaq.


Ardı →

Ev təmizləmənin 6 sirri

Birinci sirr: hər şeyi vaxtında.
Təmiz-həmişə çirklənən yox, həmin an yığışdırılıb-təmizlənən yerdir. istənilən «səliqəni pozan» təcili olaraq aradan qaldırılmalıdır. Xüsusən də bu divar kağızında, mebeldə, döşəmədə olan ləkə və ya çirkdirsə. Növbəti gün özündə qüvvə toplayıb «xüsusi vasitəni», məsələn, ləkəgötürəni işə salmaq lazımdır. Xalçada olan nəm torpaq ləkəsi istisna olmaqla. Yaxşı olardı ki, həmin nəm torpağın qurumasını gözləyəsiniz və sonra tozsoran vasitəsilə təmizləyəsiniz.


Ardı →