Batini-Quran yaxud tarixin müəmmaları

Bu gün dəyərli kayzen oxucularına Firudin Gilar Bəgin ən sirli kitablarından biri olan Batini-Quranı təqdim etmək istəyirəm.Ümid edirəm ki,sizlərə bir faydam ola.Sonrakı postlarda digər kitabları da yerləşdirməyə çalışacam.Sizlərə xoş mütailələr arzulayıram.Kitab haqqında qısa məlumat.

 

“Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs

Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır.
Peyğəmbərlərin və ermişlərin parıldayan almazıdır”

Hürufi deyimi

Salvador Dali. 1943. “Geopolitik uşaq, yeni insanın doğumunu seyr edir”. Şəkildə oğlan barmağını xəritədə Azərbaycanın üzərinə qoymuşdur ki, bu da yeni insanın, yəni Sahib əz-Zamanın Azərbaycandan doğulması deməkdir. Şəkilin sağ tərəfində Süleyman peyğəmbərin Azərbaycan torpağında Allah üçün tikdiyi qızıl qüllə, şəkilin üst tərəfində isə Musa peyğəmbərin Azərbaycan dağlarının üstündə yaratdığı “Vəhy çadırı” təsvir olunmuşdur.

"Quş dili"ndə yazılmış yeqanə kitab


“Batini-Quran” kitabı öz mənbəyini İslamda “Batini cərəyanı” adlandırılan və İbrahim peyğəmbərin Həcərdən olmuş oğlu İsmailin gizli elmindən götürmüşdür. Qurana görə İsmail, atası İbrahimlə birlikdə Beytin təməlinin yüksəlməsində iştirak etmiş və buna görə də qədim sirləri bilmişdir. İsmailin “batini” elmi də bu mənada ismaililərin (nizarilərin) elmi kimi qəbul olunmuşdur ki, onlara bu ad dinin qədim sirlərini bildikləri üçün verilmişdir. Ümumiyyətlə, İsmailiyə ideologiyasının əsasını təlimin iki istiqaməti təşkil edir ki, bu da adi insanlar üçün nəzərdə tutulmuş “zahiri” və yalnız seçilmişlər (xass bəglər), yəni Quranda “anlayan tayfa” adlandırılan aqillər nəsli üçün olan “batini” təlimidir. “Batin” adı –Allahın 99 şərəfli adlarından biridir və “örtülü”, “gizli” deməkdir. Onun əksi isə hamıya məlum olan “zahir”dir (aşkar). İsmailiyənin gizli olan batini hissəsi alleqoriyalarda gizlənmiş gizli mənanın – həriflərin və rəqəmlərin mistik izahı ilə bağlıdır.

Deyilənlərə görə, peyğəmbər demişdir: “Kim ki, müqəddəs yazıları ağılla izah edir və təfsirdə də düz nəticəyə gəlir, həqiqətdə o səhv təfsir verir. Bu o deməkdir ki, adi məntiqlə Quranın batini izahını vermək mümkün deyildir. Buna yalnız sufi məqamlarını qalxmış mürid nail ola bilər. Bu mənada “Batini-Quran” kitabı sufiliyin ən ali məqamı olan “bəglik” (“bəqa”) məqamında yazılmış və qədim dövrün bütün yazılarına elmi izah verən yeganə kitabdır. Əgər Quran kitabı İslam dininin məbədgahıdırsa, “Batini-Quran” – bu məbədgahın giriş qapısıdır. Yalnız bu qapıdan keçəndən sonra “İslam aləmi”ni dərk etmək mümkündür. Əgər Quran, Tövrat, İncil və s. müqəddəs kitablar yalnız “anlayan tayfa” üçün nəzərdə tutulmuşdursa, “Batini-Quran” kitabı – riyazi təfəkkürə, oxuduğunu dərk etmək qabiliyyətinə malik bütün insanlar üçün nəzərdə tutulmuşdur. Qədim mətnlərin (Misir yazılarından tutmuş “Kitabi-Dədə Qorqud” abidəsinə qədər) əsil mənasını yalnız bu kitabı dərk etdikdən sonra başa düşmək mümkündür. Əks halda heç kəs Quranda, Tövratda, İncildə və s. müqəddəs kitablarda söhbətin belə nədən getdiyini anlaya bilməz. Cünki bu yazılar müdriklər tərəfindən rəmzləşdirilmişdir və onu yalnız bu sirləri bilənlər dərk edə bilər. Buna görə də “Batini-Quran” kitabını qədim yazıların əlifbası saymaq olar. Bütün qədim yazılara açar rolunu oynayan sufilərin bu dili mənbələrdə “quş dili” adlanır və kainatı əhatə edən ilkin materiyanın və mələklərin dili hesab edilir. Yəni, “Batini-Quran” kitabı – Süleyman peyğəmbərin “quş dili”ndə yazılmış və bu dilin elmi izahını verən yeganə kitabdır. Bu kitabı tam dərk etmiş insan özünü sufi müdrikləri cərgəsində hesab edə bilər. Mənbələrdə bu elmdən söz açmazdan əvvəl onun tələbi oxucuya çatdırılır: “Göz görməyən, qulaq eşitməyən, ürəyə dammayan və hamıdan böyük səadəti bilmək istəyirsənsə, bu təlimin gizli saxlanılmasına and iç!”.

Lakin “Batini-Quran” kitabı riyazi təfəkkürə malik olmayan, əməllərini ağıla yox, mənfəətinə hesablayan insanlar üçün qətiyyən nəzərdə tutulmamışdır. Minilliklər boyu belə insanların bu sirləri bilməsinə qadağa qoyulmuşdur. Buna görə də biz öz məntiqinə arxayın olmayan insanların bu kitabı oxumasını boş vaxt sərfi hesab edirik. İstənilən halda “qəlbində ilahi nur” olmayan insan bu bağdan bar dərə bilməyəcəkdir.

Firudin Gilar Bəg

Batini_Quran

61 şərh

Leyla
Salvador Dalinin rəsmində Bakını tuşlaması çox maraqlı faktdır.+1
Firudin Gilar Bəgin kitabı da çox maraqlıdır. Mən təklif edirəm ki,kitabdan ən maraqlı faktları seçib ayrıca yerləşdirəsiniz. Düz ya səhv yazdığını bilmirəm,amma maraqlı olduğuna zəmanət verirəm.
2ral
Xüsusən başlanğıcda Fomenkonun nəzəriyyəsini tərcümə edib ki, bu da tarixsevərlər üçün çox maraqlıdır.
IDEAL
Bu kitabda hər bir məsələyə qeyri-adi yanaşma var bu da kitabı çox maraqlı edib. Hiss olunur ki, müəllif qeyri adi isteda da malik biridi.
eysar

Bu kitabı almağa da bir vaxtalar məni Savador Dalinin şəkilləri məcbur etmişdi.Səhv etmirəmsə 20 manata almışdım.İndi isə siz bu kitabla pulsuz tanış ola bilərsiz.Doğrudan istedadlı yazıçıdır.Amma kitab həddindən artıq ağırdır.Hazırlıqsız oxucu üçün bir az çətin olur.Ayrı-ayrı anlayışlar haqqında həddindən artıq geniş məlumat verir,mətnin başlığının və sonunun harda olmasını tapmaq çətin olur.Məlumatlar bolluğunda itib batırsan.Bir də bu kitaba girişmək üçün digər əsərlərini oxumaq məsləhətlidir,Təəssüf ki,onlar ruscadır,ancaq oxumağına dəyər.Dünya xalqlarının mifləri barəsində məlumatı olan şəxslər üçünkitab qiymətli tapıntıdır.Müəəllifin yanaşmasında məni cəlb edən əsas məqam rəvayətlərimizin Tövrat,Misir mətnləri ilə müqayisəli şəkildə verilməsidir.İlk dəfə olaraq Azərbaycan ədəbiyyatında misir mətnləri tədqiqata cəlb olunur.Sözlər vaitəsi ilə həqqiqəti dərk etmək baxımından O, bir qədər İsa Hüseynova("İdeal"),hərflərin müqəddəsliyi baxımından hürufilik,kabala təlimləri ilə əlaqəsi görsənir.Sizə maraqlı faktı misa kimi çəkə bilərəm.Hamimıza məlun İbrahim peyğəmdbər(xalqın atası) tövrat mətnlərinə görə izrail xalqı ondan törəyib və onun arvadı da Sara olub.Bəzi mətnlərdə Sara onun arvadı, bəzilərində isə bacısı adalanır.Hindistan mifologoyasında Brahma  xalqın atası hesab olunur.Saraşvatay isə onun arvadı, həm də bacısıdır.Samitlər qaununa görə bu iki sözlər eynidir.Başqa misal azərbaycanca olan qor sözü-günəşi,odu,yanmanı bidirir.üzümdə qor vurdu.Misir mətnlərində də Qor günəş allahını bildirir.Qorun başqa variasiyası Xoruz sözündə özünü biruzə verir.Koroğlununqir atı günəş atını bildirir.və ya günəşi çağırış mərasimlərin də


Gün çıx, Gün çıx


Kəhər atı min çıx


Keçəl qızı evdə qoy,saçlı qızı götür qaç


Ranın öz atına minərək hər gün göy qübbəsini gəzməsi yalnız qədim misir mətnlərində saxlanilib.


Bu faktaların özü qədim sivilizasiyaların bir vaxtalar kontaktda olduğunu,bu əlaqənin izlərinin isə ən mühafizəkar şəkildə yalnız dillərdə saxlandığını sübur edir.Buna görə də həqiqəti öyrənməninən ən vacib yolu dildən,sözdən keçir.


Doğrudanda Odlar diyarı müqəddəs ,sirli məkandır.Özündə o qədər gizlinləri saxlayır ki,bildikkcə sevgim daha da artır,azər türkü olduğumla qürur duyuram.

Leyla
İbrahim peyğəmbərə niyə məlun deyirsən?=)
Əvvəllər mən də fikir vermişdim Brahma və İbrahim(Abraham) adlarının oxşarlığına. qır və Qor arasında oxşarlığı tapmaq isə əsl kəşfdir. eysar,davamını səbirsizliklə gözləyirəm.
eysar

Samitlər qanunu bilirsənsə çox asan olur.Platon-Əflatun,Aritotel-Ərəstun və s.P=f əvəzlənməsi göz qabağındadır.Q=K=X ə vəzlənməsi də mümkündür.«Qır»-ın kəşfi mənə məxsus deyil.Elçin Muxtarlının ,"Nuhun Dabanı" kitabında verilmiş  Koroğlunun adlandırılması əfsanəsindən götürülüb.Orada koroğlunun atı Xur atı adlandırılır.Mənası da Günəş atı deməkdir.


Bu arada məşhur Xürrəmilər sözünün kükündə də Xür  durur.Onun da mənası yuxarıda dediyimlə eynidir.Babək hərakatının  məqsədi qədim azərbaycan dinin -günəşə tapınma dinin bərpası idi.

papatürk

Koroğlunun əsl adı özü də Rövşən olub.Maraqlıdır ki,fars dilində o da işıqlı,nurlu deməkdir.Burdan belə çıxır ki, Qor-Koroğlu-Rövşən əlaqəsi doğurdan da var.Həmin dastanda Qırat və Dürat yadınızdadırsa tövlədə qalır və onlara gün işığı dəyməməliydi.Lakin Rövşən tələsdiyindən atların qanadı əriyir.


Doğurdan da,Azərbaycan tarixində sirlər çoxdur.

bloqçu
Həqiqətən də çox maraqlı görünür. Kitabı gərək yükləyib, oxuyum.
Freddie
Doğrusu şəkildə anlaşılmayan bir cəhət gözümə dəydi. Yumurtanın bizə görünən hissəsində Avropa tam şəkildə və Asiyanın BİR hissəsi görünür. Fikri versəniz insanın yumurtanın içindən çıxartmağa çalışdığı digər əlinin üstündə də torpaq nişanəsi var. Əgər bu qlobus formasında Asiyanın digər hissəsidirsə, bu o deməkdir ki, yumurtanın bizə görünməyin digər tərəfi tamamilə Asiyadır. Bu isə məntiqli deyil. Digər bir maraqlı xüsusiyyət isə odur ki, yumurta parçanın üstündədir. Şəkildə əlbəttə ki, yeni insan 40-ci illərdə güclü inkişaf yolunda olan ABŞ-ı təmsil edir. Müharibə nəticəsində zəifləmiş olan Avropanın gələcəyinə isə müəllif tamamilə ümidini itiibmiş. Böyük Britaniyanı isə istilik effektinin qurbanına çevirib.
İndi də gələk Firudin Gilara. Kitabı oxumamışam. Oxumaq üçün güclü həvəs yarandı məndə. Amma doğrusu Sahib əz-Zaman və digər Azərbaycanla bağlı olan söhbətlər bir qədər inandırıcı deyil. Dali müsəlman olmayıb, katolik olub. Belə fikri olsa idi, İsanın doğuluşunu təsvir etməyə çalışardı. Guya qadın da Müqəddəs Mariyadır. Amma Mariyanı də o cür çılpaq göstərməyə cürət etməzdi. Bəzi izahlar deyir ki, qadın barmağını yeni doğulan insana doğru yönəldərək onu yanında olan uşağa göstərir. Fikir verin uşaq da ora baxır. Digər bir izahda isə, Dali guya o zonadan bir nəfər çox güclü adamın çıxacağını iddia edib. Bu həm Azərbaycan, həm də İran ola bilər, çünki, qlobus əməlli-başlı təhrif olunub. Amma inanıram ki, Azərbaycandır… Ən maraqlısı isə budur ki, Dali 1989-cu ildə vəfat edib və yenə də onun çəkdiyi şəkillərinin üstündə tapmacalar dolaşır. Yəni bu kişinin sağlığında, bir nəfər tapılmayıb ki, onun bütün sirlərini öyrənsin...

“Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və ermişlərin parıldayan almazıdır” Ona görədir də, bu günə qədər parçalanırıq....
IDEAL
Kitabın fəlsəfəsi başqadı. Tam oxumaq lazımdır. məsələn əvvəlcə başa düşmək lazımdır ki, müəllif nə üçün belə izahlar verir. Mənim fikrimcə söhbət ümümi dünya ruhundan gedir. «Allah insana öz ruhundan üfürüb». Bütün insanları bir birinə çox dərin tellər bağlayır. S. Dali deyək ki, xristiyan imiş ancaq özüdə hiss etmədən həqiqəti təsvir edibmiş. Bu Freydin qeyri şüuri məsələsinə oxşayır. həm fikir verin rəssam sürrealistdi daxilindən nə hiss edir onu çəkən biridi. 

Mən bu kitabı oxuyub belə başa düşmüşəm. Ola bilər sizdə fərqli yozasız. Bunu deyə bilmərəm. Müəllifin hər şeyə bütöv yanaşması və hər şeyi Gülümsərovun limandrası kimi bir-birinə calaq etməsi və ən nəhayət bu calaqlar arasında öz fikirlərinidə insanların şüuruna yeritməyə çalışması çox xoşuma gəlib. Məsələn əslində Mehdinin Azərbaycandan çıxacağı ideyasını məncə özü uydurub ancaq görün onu necə maraqlı sübüt etməyə çalışır.
papatürk

Yumurtadan çıxan qırmızı rəngli nəsə qandır?


Yumurtanın üstündə havadan asılmış əşya nədir?


Yumurtadan çıxan nədir? Məntiqə görə o qadının uşağı olaydı.Amma biz görürük ki,uşaq anasından yapışıb,yumurtadakı isə böyük kişidir.Yumurtadan uşaq əvəzinə kişinin çıxması da məntiqə uyğun gəlmir. Şəkil çox müəmmalıdır.

Dior
Demək Quran oxumamışdan əvvəl,Batini Quran oxumaq lazımdı
Onda mənim 8 dəfə oxuduğum Quran,oxumaq sayılmır??
papatürk
Sualı niyə mənə ünvanladığınızı başa düşmürəm. Heç kim demir ki,Quran oxumayın. Sadəcə tarixçi əsərdə qədim Misiri,türk mifologiyasını və s. Quran,sufilərin dünyagörüşü ilə əlaqələndirib.Dindar adama bunları qəbul etmək çətin olsa da,tarixi nöqteyri-nəzərdən çox maraqlı araşdırmalar var.Dünyagörüşü artırmaq üçün oxumaq məsləhətdir.bəlkə bu yaxında eysarın köməkliyi ilə əsərin özünü hissələr şəklində sayta yerləşdirə bildik.P.S. Yeni şərh ağacı yaratmayın.
Dior
papatürk kim dediki,sualı siz ünvanlamışam?))
Dior
bir də deyirəm istəyirsiz mənfi verin,istəyirsiz müsbət
Mən sualımı mövzu müəllifinə ünvanlamışdım.Heç papatürkün məndən öncə şərh yazdığını da fikir verməmişdim.
mucahide
sizi Batini Quranda heyran edən şeylər İslam haqqında və tövhid dinlərinin tarixi haqqında bilgi qıtlıgının göstəricisidir… lütfən inciməyin pis mənada demirəm… əsərdə İslam, Xristianliq, Yəhudilik və hətta daha qədim dinlərin elementlərinin bir biri ilə vəhdətdə verilməsi təbiidir… İnsan yaranandan bəri tövhid hər zaman olub və müxtəlif dinlər vasitəsi ilə insanliga çatdırılıb… ama zamanla təhrif olunan tövhid çoxilahliliga cevrilib…  Misirdə də İranda da(Zərdüştlük) ilk yaranan dinlər təkilah dinlər olub… insan şirkə meyilli oldugu ücün təhrif edə edə gəlir… element uygunlugu da bu tovhid xətti ilə baglidir…
Magicboy
Ey şərh ağacın uzadan Dior, səninləyəm, dinlə məni, eylə diqqət. Şərh yazanda "şərh əlavə et" sözlərindən istifadə et. Hər dəfə şərh yazanda «cavab vermək»dən istifadə etmə ya. etmə…
Dior
Moşu demişkən,"şişirdəjəm,partlayana qədər şişirdəyəm")))
Magicboy
Sən nə biçim insansın, mən anlamadım… Kayzen.az olaraq əlbət biz də sənin bir yerini tapib səni şişirdərik :))) Nasos bizdə, qaz bizdə:D (zarafatdı, incimə :D )
Dior
Gedib zarafatını ətrafındakılarla edərsən.Tərbiyən olsun.Məni nasosla şişirtmək lazım deyil.Elə ətrafındakıllarda yer axtar tap şişirt.Lazım olsa biz də gəlib sənə kömək edə bilərik.
Magicboy
Ətrafımda heç kim yoxdur. Tək yaşayıram. Sənin qadın olduğunu bilmirdim. Profilinə baxmamışdım. Ancaq görürəm sən də səviyyə, mədəniyyət nədir bilmirsən. Nə isə… Belə mənasız mübahisələri sevmirəm…
Dior
ALLAH amanında!
Dior
ALLAH amanında!
IDEAL
Hörmətli Bəylər zarafat edəndə qarşınızdakının Xanım olduğunu xahiş edirəm nəzərə alın.
Dior
Nə danışırsan,İdeal,bura Azərbaycandıye,bilmirlər qarşısındakı kimdir nəçidir,ağızlarına gələni yazırlar.Mən sözü xoşluqla bağlamaq istədim şərhimlə,ancaq cavab yazanda öz gözəl əxlaqını nümayış etdirdi.
IDEAL
Həqiqətən mənə şəxsən çox pis təsir etdi. Başa düşürəm sənə necə təsir edib. Ancaq cavab da çox ağır idi. Belə cavablarında tərəfdarı deyiləm.
eysar

Hörmətli,Dior üzr istəyirəm ki, sulınıza vaxtında cavab verə bilməmişəm.Batiniə keçməzdən öncə hər şeyin zahirini tədqiq etmək lazımdır.Bu baxımdan sizin Quranı oxumağınız təqdirəlayiq haldır.Bununla belə sizə məsləhət görərdim ki,Quranla yanaşı islam rəvayətlərini,Tövratı,İncili,digər dinləri də nəzərdən keçirəsiniz.Məsələn Quran bizə ölünün basdırıldıqdan sonra nəyə görə40(rəqəmə fikir verin) gün gözlənildiyini və ya qəbrin üzərinə nəyə görə su töküldüyünü izah etmir.Amma islam rəvayətlərinə görə allah adəmi qırmızı torpaqdan yaratmış və onun üstünə 40 gün yağış yağdırdıqdan sonra xəlq eləmişdir(ruhun üfürülməsi də yaddan çıxmamalıdır).Deməli yaradılışın müddəti 40 gündür.Məhz bu cəhətinə görə 40 şərqdə müqəddəs saylır,qıratın inkişafını yada salın,40 gün 40gecə toy və s.


Keçək Salvador Dali məsələsinə hər kəs bilir ki, Salvador dəli idi ,onun hiss etdikləri reallığa əks etdirmirdi,qısaca desək vəhy aləminin insanı idi.Əsərlərində o daha tövrat rəmzlərindən istifadə edirdi.Yumartanın üzərindəki Musanın qurduğu vəhy çadırına işarədir.Məhz Mus a xalqını misirlərin zülmündən xilas etdikdən sonra uzun müddət sərkardan  gəzdikdən sonra ona allahdan vəhy gəılir ki çadır qursun və çadır qurulduğu yer  izrail xalqın indən belə torpağı olsun.Vəhy çadırı burada yer aləmindən ruhlar aləminə keçidi ehtiva edir.Musa Məhz həmin çadırın içində allahla təmasda ola bilir(çadırla bağlı əfsanəni tam bilmədiyimə görə dəqiq söyləyə bilmərəm)Bütün bunlar tövratın rəmzləridir(qzıl qüllə,vəhy çadırı,Musanın əsası və s.


İdealın dedikləri ilə tamamilə razıyam.Hamısı vahidin təcəssüm formasıdır.Burada calaq qeryi-elmi yolla yox,elmi yola həyata keçirilir.Əslində qalanda Mehdi obrazı şiə təriqətinin məhsuludur.Bu isə birbaşa azərbaycanla əlaqəlidir.Xristianlıqda müqəddəs 3-lük olduğu kimi,şiəlikdə də 3-lük(Allah,Mühəmməd(maq-mada),ya Əli(el))mövcuddur.Bir dəki peyğəmbərlər həmişə ona ehtiyyacı olan xalaqlara qismət olur.Peyğəmbərlər nəsli vahiddir bunlar israil(azər eli), yəhudi(ya-xuda-qut),yevrey(ivri,ibri,əvrənlər əvrəni(K.D.Q)nəslinə gedib çıxır.Bu mövzuda Gene Matlockun «Ey dünya insanları həpiniz türksünüz» kitabını oxumağınız məsləhətdir. Sonda onu deyə bilərəm ki,İşıq şərqdən gələcək, amma bu şərqin hara olduğunu isə zaman göstərəcək.


P.S.İdeal təasdüfən ayamanızı İsa Hüseynovun kitabından götürməmisinz ki və bürcünüz xərçəng deyil ki?

IDEAL
Düzü o kitabı oxumaq istəmişəm bu səbəbdən təxmini söhbətin nədən getdiyini bilirəm ancaq buna tam başa düşmək demək olmaz çünki axıra kimi oxumamışam. O zaman belə məsələlərə az marağım olduğundan axıra çatdıra bilmədim. Həm heç 16 yaşım olmazdı onu oxumağa çalışanda daha çox texniki elmlərə meyilli insan idim bəlkə də bu səbəbdən çoxda yaxşı başa düşməmişdim. Sonra ikinci dəfə ciddi cəhd etməyə vaxtım olmayıb.

O kitabında rolu olub bəlkə. Ancaq İdeal əsasən təsadüfdü. Bu komandamın adıdı bu səbəbdən istifadə edirəm. Komandamın başqa adı olsaydı ondan istifadə edərdim. Çünki komandanın adı insan üçün çox əziz olur.

İlk komandamın adı Gənc Jurnalistlər olub. Daha sonra «Günəşli Sabah» həmin dövrdə işlədiyim qazetin adı. Sonra isə «Yeni Ümid» daha sonra «Fenomen» olub. Bu komandaların kaptanı olsamda heç vaxt adlarını özüm qoymamışam heç ad qoymaq marağımda olmayıb. Komanda yoldaşımın qoyduğu Fenomen adından isə çox xoşum gəlirdi. Yəqin elə də qalacaqdı. Dəyişməməyə qərar vermişdim. Ancaq bir gün Yeni bir Turnir üçün qeydiyyatdan keçəndə artıq Fenomen adı ilə başqa bir komandanın olduğunu gördüm. Sadəcə həmin an adı dəyişməli idim ya da komandanın adı Fenomen2 kimi elan olunacaqdı. 2-3 dəqiqədəndə az vaxtım var idi. Heç bilmədim İdeal ağlıma haradan gəldi. Bəlkədə həmin kitabın təsiridi deyə bilmərəm. Bəlkədə fəlsəfəçi olduğumdan ağlıma idealizm və materializmdən başqa heç nə gəlməyib :)) Hətta həmin gün Fenomen adını İdeal adına dəyişməyə məcbur olduğum üçün çox təəssüflənmişdim. Bu səbəbdən İdeal adı düşünülmüş bir ad deyil sadəcə çarəsizlikdən ağıla gələn ilk sözdü.

P.S. Vaxt tapan kimi İdeal əsərini oxuyacam
Dior
Eysar,bir də sizdən bir söz soruşmaq istəyərdim.Məsələn hicab haqqında.Bilirik ki,hicab mütləq qadına vacib buyrulmuşdur.Bir çoxları da deyir ki,yalnız qara çarşaba bürünmək lazımdı.Zinətlər görünməməlidi.Axı hicab taxanda zinətlət örtülür.Bəs qara çarşab nəyə lazımdı??
eysar

Təəssüf ki, hicab haqqında bir söz söyləyə bilmərəm.Mənim maraq dairəmə aid deyil.Mən türkçülük yaşam tərzinin və adət ənənsinin tərəfdarıyam.Ümumiyyətlə məcburiyyətləri sevmirəm.Bir şey belə olmalıdır deyə onu etmək  ən azından insan azadlığına qəsddir.Hicab məcburiliyində də məqsəd qadın gözəlliyinin naməhrəm gözlərdən qorunmasıdır.Sadə məntiqlə yanaşasaq deməli qadının üzü ,bədəni görsənməməlidir.Gəlin görək islamın yarandığı tarixdən bu günə qədər buna əməl edilibmi?Nə Osmanlı sultanlarının saraylarında, nə də Azərbaycanda, nə də digər müsəlman ölkələində hicab və çarşab məsələlərində zadəgan təbəqəsi ilə kəndli təbəqəsi arsında hər zaman fərq olub.


P.S.Əgər hicab bağlamaq sizin ürəyinizdən gəlmirsə,onda sizə məsləhətim bağlamayın.Ona görə qorxmayın cəhhənnəm odunda yanmazsız :)).Hicab və çarşabın dini aspektlərin isə ümid edrəm ki,ideal sizə izah edər

mucahide

cənab Eysar mən  hicablı xanimam… inanin kapanmaq məni çox xoşbəxt edib...və kimsə zorla məni kapatmamış… öz seçimimlə kapanmısam hamd olsun..


məcburiyyət sizin düşüncənizdə cox mənfi allayışdır deyəsən..ama bəzən elə məcburiyyətlər olur ki onların hikmətini və faydasını zamanla anlayırıq..


sizin turkculuk yaşam tərzi dediyiniz nədir ki elə??? Türk dünyası İslamdan ayrı  düşünə bilirsinizsə o zaman Osmanlını silin turk dünyasi tarixindən… görün nə boyda boşluq qalacaq...

2ral
Macigboy və Dior,bir də artıq-əskik  şeylər yazsanız reytinqiniz elə aşağı düşəcək ki,100 post da yazsanız altından çıxa bilməyəcəksiniz.
Magicboy,Dior ilk şərhini yumorla yazmışdı.Qadın yaxud kişi olmasından asılı olmayaraq nasos zarafatı etməniz yolverilməzdir.
Dior,nəzakət qaydalarından kənara çıxmayın.
IDEAL
Dior sən zinət deyəndə nəyi nəzərdə tutursan?
Dior
Məsələn QURAN buyurur ki,
«Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.»
Nur-34
bax əgər deyilənlər hicabla örtülürsə,onda niyə rəngli hicab qadağan olunub,qara çaqşab taxılmalıdır deyirlər.
IDEAL
Rəngli hicabı kim qadağan edibsə onun qurandan anlayışı yoxdu. Sözbət örtünməkdən gedir söhbət paltarın rəngindən getmir. Həm onu da qeyd edim ki, hər bir xalq milli geyimi Quranın dediyi qədər örtürsə ondan istifadə edə bilər. Məsələn Azərbaycanın milli geyimi tamami ilə uyğyundu. Bu səbəbdən xalqımız müsəlman olsada orta əsrlərdə öz milli geyimini saxlamağı bacarıb və ərəblərin təsirinə məruz qalmayıb. 

Qaldı ki, hicab nə üçün vacib buyurulub bunun tarixini araşdırmaq məsləhətdi. Bu gün fəsaddan kişini zinaya çəkməklə əsaslandıran ilahiyyatçıların dediyinə görə hicab həm qadını həm də kişini zinadan qorumaq məqsədi ilə bütün dövrlər üçün keçərlidi. Əgər hicab həqiqətən belə bir funksiya həyata keçirirsə onda Dior xanımın gətirdiyi quran ayəsində nə üçün qadın öz qulunun yanında hicabsız gəzə bilir? Qul kişi deyil ki? Həm düşünsək ki, qulun cinsi baxımdan təmin olunma imkanı daha azdı. Bu səbəbdən o qadından daha çox təsirlənib zinaya düşə bilər. Deməli burada başqa məsələ var.
Birinci o vaxt ərəblərdə çox əxlaqsız adət var idi. Qadınları zorlamaq onlarda adi hal idi. Hətada qadın tək və ya qaranlıqda çolə çıxsaydı hansısa ərəb onu götürüb qaça bilərdi. Sonra günahkarıda çox vaxt tapmaq mümkün olmurdu. Kənizlər qul qadınların isə bu tip problemi daha çox idi. Kəniz üçün sahibə müəyyən miqdar ödəyən şəxs problem yaşamırdı. Lakin kiminsə qadınını qaçırtmaq böyük problem yarada bilərdi.  Bir Quran ayəsində kənizlərdən adi insanlardan fərqlənmək üçün mömin qadınlara vacib buyurulur. Bu ona görədi ki, başqa kişilər onların sahibinin olduğunu bilib belə bir risk etməsin. Bir də qadının heç yeri görünməsin ki, kimsə götürüb qaçma həvəsinə düşməsin.
Həm Peyğəmbərin düşmənlər çox idi. Onun öz qadınları da təhlükədə idi. Onun qadını da çox idi və Peyğəmbər bilirdi ki onun ölməsini fürsət bilib qadınlarını almağa çalışacaqlar. Bu səbəbdən Quran ayəsi var peyğəmbərin qadınını almaq istəyən biri Allah tərəfində ən ağır şəkildə cəzalanacaq.
Hətda onun çox gənc dul qadını Aişə də bu qərara görə ailə həyatı qura bilməmişdi.

P.S. Bu sözlərimi emosianal qarşılamağınızı istəmirəm nə də inanmağınız üçün yazmadım. Sadəcə bunlar bəzi araşdırmacıların fikirləridi. Özüdə qərblilərin yox elə  şərq mütəxəssislərinin fikridi.  Hər halda bilməyiniz bilməməyinizdən yaxşıdı deyə düşündüm və yazdım.
mucahide

xanim ideal


yadındadırsa mən sənə digər dinlərdə də hicabın olması ilə bagli məqalə göstərdim bizdə… sənin yazdıgın şərh elə bir təsəvvür yaradır ki sanki hicab İslamım vacib etdiyi geyimdir… sadəcə xristian rahibələrin geyimlərinə baxsan anlarsan ki bütün tövhid dinlərində hicab var… ayrı ayrı mütəxəssislərin fikirləri dəlil deyil… daha geniş düşüncən olsun...


qara hicaba qaldıqda isə islamda hicab dedikdə qadının diqqət çəkəcək geyim geyinməməsi nəzərdə tutulur..


qara hicab fərz deyil… amma təqvadandır… yəni bu daha fəzilətlidir… kim sitər geyinər kim istəməz geyinməz...


peygəmbərin xanimlarini evləndirməyə yaman həvəslisən… amma Quranda ayət var ki Peygəmbərin xanimları sizin möminlərin analarıdır...


ana ilə evlənmək isə haramdır… bu sənin üşün zərdüçtlük deyil...


 

Elvin85
Ataturku təhqir etmək lazım deyil, o olmasaydı, Recep abi kimi küfrbaz sima kinoya çəkilə bilməzdi,qadağan edərdilər, qalardıq Recepsiz. :)
IDEAL
Xanım Mücahidə o məqalə yadımda deyil. Həm mən demədim ki, hicab yoxdu. Ancaq hicabın vacibliyi İslamdadı. Rahibə hicab taxa bilər. Ancaq rahibə omaq onun öz seçimidi. Başqa xristiyanların hicab taxma məsələsi yoxdu.
Xanım Aişənin bütün müsəlmanların anası olması məsələsini genetika elmi təsdiqləyib? :))
Bağışla niyə sual verirəm çünki deyirlər ki, Quranda olanları elm mütləq təsdiqləyir. Elə sən də belə düşünürsən ki, Quranda elmə zidd heç nə yoxdu.
Freddie
Ideal məsuliyyəti öz üzərimə götürüb deyə bilərəm ki, Quranda da təhriflər var. Əgər təhrif yoxdursa, o zaman necə deyərlər iş keçsin deyə bir-iki surə ya da ayə add eləyiblər.
mucahide
freddie bey siz cooox böyük məsuliyyətin altına girisiniz… ama diqqətli olun… musəlmansınızmı???əgər müsəlmansanız o zaman
mucahide

pardon bitirmeden ekledim… \


bir ayəti «bu zikri biz indirdik onu koruyacak olanda biziz» hicr,9 sizə xatirlatmakta fayda gordüm

Freddie
Doğrusu heç bu şərhlər bu bloqa aid deyil. Bunun üçün gərək ayrı bir bloq yazılsın.
Mucahide xanım, çox gözəl sual verdiniz, Mən özümü müsəlman kimi hiss edirəm, onun bəzi tələblərinə çalışdığım qədər əməl etməyə çalışıram. Amma gəl ki, İslam dinində bəzi tələblər və inanclar da var ki, onlara riayət edə bilmirəm. Onda necə olmalıdır? Ya mən Allaha inana-inana dinsiz qalmalıyam, ya da Allaha inana-inan ürəyimcə olmayan din buyruqlarına əməl etməliyəm. Birinciyə el arasında nə deyirlər? Yəqin ki. Allah inanıb dinə biganə olan insanlar kafir sayılmır… Buna ümid edirəm…
mucahide
xanim Ideal Azərbaycanda hər kəs özünü müsəlman sayır əsasən ama bir kəsim insan hicablıdır… dinin gərəklərini əməl etməklə qarışdırmasan daha yaxşı olar…
IDEAL
Axı xristiyan hicabda olmalıdı bir qanun yoxdu. Müsəlman üçün var. Siz rahibələri işə niyə qarışdırırsız ki? Siz ki mws'lman olaraq rahibə olmağın tam islama zidd olduğunu bilirsiz. Elə isə onların geyimindən nə üçün sitat gətirirsiz. Tutduqları yol suzə uyğun deyil deyə pisdi, geyimləri işinizə yarayır deyə yaxşıdılar?
mucahide

əgər qanun yoxsa niyə geyinirlər?????,, mən rahibə həyati dogrudur demədim… sitat gətirmək cox normaldır… cünki bütün tövhid dinlərində hicab olub...

IDEAL
Yaxşı məntiqdi rahibələr özləri səhv yolda olsada geyimləri düzdü.
IDEAL
Xanım Mücahidə səhər hicabdan bir məqalə yerləşdir. Müzakirələri orada davam edək. Tənbəllik eləmə. Əla olar  məncə. Demə vaxtı yoxdu.
mucahide

mayin 9u imtahana sən gedəcəksən mənim yerimə???? indi moderatorlar baslayacaklarrrrr besdirrrr ....


 

Freddie
9 May «Qələbə» günüdür. O tarixdə heç yer işləmir. İmtahan da ola bilməz. Yaxşı bəhanə tap :))
Dior
Xanım deyəsən Azərbaycanda yaşamır axı??
Freddie
9 May, mən biləni, beynəlxalq bayramdır :D
Dior
Elə mən biləni də beynəlxalq bayramdır.Dedim bəlkə Türkiyədə imtahan olacaq da o gündə)))
IDEAL
Xanım baş bəlası Mücahidə sən nə vaxt bir işə yarayacaqsan? İmtahanda Uğurlar! Əlindən tənqid etməkdən başqa heç nə gəlmir. Bir dəfə də sən yaz mən tənqid edim.
papatürk
IDEAL,mucahide,Freddie,Dior: Hamınız offtop edirsiniz.Tarixin gizlinlərinə aid kitabla hicabın nə əlaqəsi var? Belə ağıllısınız gedin yeni bir post yazın və müzakirə edin.Hər dəfə qiymətli tarixi bilgi almaq ümidi ilə posta girir və sizin mübahisənizi görürəm.Özünüz də şərh ağacını yerli-yersiz böyüdürsüz. Bundan sonra yalnız mövzu haqqında müzakirə aparın.
Freddie
papatürk, heç kim burda ağıllılıq iddiası qaldırmayıb. Amma sən bu şərhlə özünü bizdən ağıllı göstərməyə çalışdın. Görürsən ki, söhbət bitib, daha niyə artıq şərh yazırsan? Bir də minus verməzdən əvvəl mənim şərhimi oxusaydın, sənin yazdıqlarının yazılmış olduğunu görərdin. Elə ona görə də, mucahide ləqəbli istifadəçidən bu haqda topik yazmasını xahiş elədik…
mucahide
papaturk menden incimesinnnn Mayin 9u YOS sinavidir/// yani Turkiyeye imtahan/// tamammi????
Erudit
ən azından Salvadorun şəklinə verilən izah üçün "+".
Topik müəllifi şərh yazmağa qadağa qoyub