İnsan özünün yaratdığından başqa bir şey deyildir

Jan-Pol Sartr (Jean-Paul Sartre) XX əsrin öz əsrarəngiz fəlsəfəsi ilə seçilən fransız filosofudur. O, 1905-ci ildə Parisdə fransız dəniz donanmasının zabiti Jan-Batist Sartrın ailəsində anadan olmuşdur. Sartr fəlsəfədə ekziztentailizm cərəyanının məşhur nümayəndələrindən biridir. 1964-cü ildə ədəbiyyatdan Nobel mükafatı qazansa da, onu qəbul etməmişdir. O deyirdi ki, “yazıçı özünün təşkilata çevrilməsinə icazə verməməlidir”.
 
Jan SartrEkziztentializm, Biz azadıq. Sartr öz fəlsəfəsini ekziztentializm adlandırırdı. Bu termin insan mövcudluğunun dərin mənasını, onun təkrarolunmazlığını, taleyinin unikallığınl ifadə edir. Ekzistensiya insanın öz seçimini edə bilmək, öz imkanlarını açmaq, bir sözlə özü özünün sahibi olmaq qabiliyyətidir. Eksiztentializmə görə, insan ilk öncə mövcud olur,sonra həyatı boyu azad və məcburi seçimlərlə özünü yaradır.
Eksiztensializmi səciyyələndirərkən onun azadlığa münasibəti üzərində xüsusi dayanmaq lazım gəlir. Sartra görə azadlığı əsaslandırmağın mühüm prinsipini aşağıdakı müddəa təşkil edir: insanın mövcudluğu onun mahiyyətindən öncə gəlir ( Existance procedes essense). Insanın digər aləmdən fərqi məhz bundadır. Ay, günəş, ulduzlar və bizi əhatə edən hər şey ilk öncə dərk edilir, bir mahiyyətə malik olur və sonra mövcud olur. Günəşin mahiyyətinin nə olduğunu bilmədən, başqa sözlə, onun yanan kürə olduğunu anlamadan  mövcudluğuna inanmaq çətindir. Insan isə əvvəlcə mövcud olur, yalnız sonradan mahiyyətini müəyyən edir. Bununla da, Sartr demək istəyirdi ki, fəlsəfədə əsas anlayışları izah edərkən insanı istinad nöqtəsi kimi götürmək lazımdır.
 aadliq
Eksiztensializm humanizmdir. İnsanın fəlsəfəni öyrənməkdə başlıca amil hesab etməklə Sartr “Eksiztensializm və humanizm” əsərində də ekzistensializmin humanizm olduğunu vurğulamışdır. Humanızm də mərkəzində insanın durduğu fəlsəfi cərəyandır. Sartr göstərirdi ki, insan azadlığa məhkumdur. Insanın etdiyi hər şey onun fərdi seçimindən asılıdır. Sartra görə, insanın düşdüyü vəziyyət ola bilər ki, özündən asılı olmasın, lakin bu vəziyyətə münasibət onun özündən asılıdır. Onun fikrincə, hətta məhbus da azaddır, çünki o öz situasiyasını çıxılmaz hesab edə bilər, və ya azadlığa çıxmaq üçün ümidli ola bilər. Bunu “Camp X Ray” filmindən bir misalla izah etməyə çalışaq. Filmdə son on beşinci dəqiqələrdə Quantanamo həbsxanasındakı məhbusla nəzarətçi arasında dialoq gedir. Məhbusu özünü öldürməkdən çəkindirməyə çalışan nəzarətçi bildirir ki, zoparkdakı qəfəsə salınmış heyvanlara da seçim verilməlidir. Onlar alışmadıqları vəhşi təbiəti üstün tutarlar, yoxsa dəmir qəfəsdə qalmağımı. Bunu dedikdən sonra nəzarətçi məhbusu azad buraxır və onun özünü öldürməsinə şərait yaradır. Ancaq məhbus yaşamağı seçir. Sartra görə də, məhz azadlıq budur, öz taleyini özün seçmək. Məhz buna görə o öz fəlsəfəsini humanizm adlandırırdı. İnsan problemi müasir fəlsəfədə də mühüm yer tutur və Sartrın elmi işləri bugün də yüksək qiymətləndirilməkdədir.

Müəllif: Günay Quliyeva
loading...

0 şərh