İslam fəlsəfəsi

İslam və ya müsəlmançılıq, 3 dünya dinlərindən biri olmaqla 7-ci əsrdə Ərəbistanda yaranmışdır. İslamın əsasını Məkkə qəbiləsi, Küreyştlərə mənsub haşimilər tayfasından olan Məhəmməd tərəfindən qoyulmuşdur.Müsəlman dini təliminin əsas mənbəyi «Quran» əzəli, yaradılmamış vəhy kimi başa düşülür. Dinin digər mənbəyi «Sünnə»dir (peyğəmbərin həyatından və fəaliyyətindən, nitqindən bəhs edən kitab). Sünnə mətnlər-hədislər toplusundan ibarətdir. İslamın ən mühüm prinsiplərindən biri qəti təkallahlıqdan ibarətdir və bu prinsipin islamda tam və şərtsiz xarakter daşıyır. Müsəlman dininin ən mühüm anlayışları bunlardır: «İslam», «Din», «İman».
Sözün geniş mənasında İslam Quran qanunlarının bərqərar olduğu və təsir etdiyi bütöv bir dünyanın əhatə olunmasıdır. İnsanların xilas olmağa doğru aparan din, allahın təsisatı olmaqla hər şeydən əvvəl allahın insan qarşısında qoyduğu vəzifələri, nəzərdə tutur.
Müsəlman ilahiyyatı dinə 3 əsas elementi daxil edir:
1) İslamın beş dayağı;
2) Etiqad, məzhəb (iman);
3) İltifat, xeyirxahlıq (ixsan).
İslamın beş dayağı bunlardır:
1) vahid allaha etiqad etmə (tofit) və Məhəmmədin peyğəmbərlik vəzifəsi;
2) gündəlik 5 dəfəlik ibadət (səlat);
3) ildə 1 dəfə ramazan ayında oructutma;
4) könüllü haqqalma sədəqəsi (zəkat);
5) Məkkəyə ziyarət (həcc).
«İman»-ilk növbədə öz etiqad obyekti barədə şəhdət kimi başa düşülür. İmanda 4 əsas etiqad predmeti göstərilir:
1)  Vahid allah;
2) Onun elçiləri və yazıları (göstərişləri):-Quran, 5 peyğəmbər-elçi və yazıların adını çəkir;
3) Mələklər;
4) Ölümdən sonra dirilmə və axirət günü.
Bütövlükdə «din» daha ümumi anlayış olan «islam» anlayışınln bir tərkib hissəsi olmaqla, etiqadın, ilahiyyatın, dövlət-hüquq təsisatlarının və mədəni forma müəyyənliklərinin ayrılmaz birliyidir. İslam geniş yayıldığı ölkələrin mədəniyyətində dərin iz qoymuşdur. Artıq Mədinə dövlətində 3 əsas islam fənləri doğulur:
1) qiraət haqqında elm ( qirat) və Quranın izahı (təfsir);
2) hədislər haqqında elm;
3) hüquqşünaslıq (fiqh).
Quran qaydaları və qadağalardan qanunlar toplusu-şəriət yaranmışdır. Şəriət bir çox müsəlman dövlətlərinin qanunvericilik mənbələrindən biri olaraq qalır. Bütövlükdə islam mədəniyyəti tarixində 3 əsas mərhələ olmuşdur: ərəb, fars və türk mərhələləri. İslam aləminin ən səciyyəvi cəhətlərindən biri etiqadla ənənəvi həyat tərzi arasında olan bağlılıqdır.
İslamın dini fəlsəfəsinin ilk nəzəriyyəçiləri mötəzililər olmuşdur (ərəbcə uzaqlaşmaq, kənar durmaq). Mötəzililər islam dinində rassionalizm istiqamətli ilk teoloji sistemin yaradıcılarıdır. Onlar allahın təkliyini və onun saf mənəvi varlıq olduğunu təbliğ edirdilər. Quranı dini haqiqğt mənbəyi hesab edən mötəzililər eyni zamanda onu alleqorlik təfsirini mümkün hesab edir və rəvayətə kor-koranə riayət olunmasını rədd edirdilər.
8-ci əsrdə islamda bir mistik cərəyan meydana gəlmişdir. Bu cərəyan «sufizm» (ərəbcə-yun paltar) müasir İrak və Suriya ərazisində yayılmağa başlamışdır. Bütövlükdə sufizm üçün idealist metafizika ilə allaha tədricən yaxınlaşma, onun dərk edilməsinə, idrakına olan məhəbbət haqqında xüsusi asketik praktikanın uygunluğu xarakterikdir. Sufizm təliminin əsasları 9-cu əsrdə misirlilər və insanın əməlləri ilə onun allah qarşısında ali cəmiyyətə nail olmaq məqsədli məhrəm niyyətləri arasındakı qarşılıqlı əlaqə üzərində özünə nəzarət nəzəriyyəsinin yaradıcısı olan bağdadlı Mühasibi tərəfindən qoyulmuşdur. Bağdad məktəbinin nümayəndəsi olan Cüneyd ümummüsəlman dini qanun-şəriətin mistika yolunun birinci mərhələsi hesab edilməsi təkliyini verdi; ikinci mərhələ-təriqət sufilik yolu; üçüncü mərhələ-Allahda olan həqiqətin mistik dərk edilməsi mərhələsi.
Sufizmin digər banisi Əbu-Yəzid varlığın dərk edilməsinin üç dərəcələnmə (mən, sən, o, - özlülük) haqqında təlim yaratmışdır. 10-12-ci əsrlərdə təriqət haqqında sufilik təlimi tamamlanmış bir şəkil alır, mistik haqda «dayanmalar» haqqında, dərkedənlə dərk edilənin (allahın) qovuşması ilə tamamlanan həqiqi dərketmənin üç pilləsi haqqında müddəalar yaradılır.

XIII-XV əsrlərdə islamda, xüsusilə «şiəlikdə» yeni «Hurifilik» (hərflər sözündəndir) yaranır. XIV əsrin sonunda Azərbaycanda islam dini ehkamlarına və Teymurilərə qarşı yönəldilmiş dini-siyasi hərəkat-«hurifilik» yayılmağa başladı. Bu təlimin banisi Şeyx Fəzullah Cəlaləddin Nəimi idi. Bu təlim «məzdəkilik», «xürrəmilik» və «əxilik» hərəkatı ilə üzvi surətdə bağlı idi. Hurufilik Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssümünü əsas götürürdü. Həmin təlimə əsasən insan öz varlığında olan ilahi ünsürü əxlaqi mənəvi təkamül yolu ilə inkişaf etdirir və allah dərəcəsinə yüksəlir, allah olur, onunla eyniyyət təşkil edir. Hurifilikdə allah eyni zamanda söz-kəlam şəklində təcəssüm edir, sözlər isə hərflərlə ifadə olunur. Məhəmməd peyğəmbərin nitqi 28 həfdə öz ifadəsini tapmışdır. Fəzlullah isə farsın 32 hərfini əsas götürmüşdür. Onun «Cavidnamə» əsəri 32 hərfdən bəhs edir. İnsanın üzündə anadangəlmə 7 xətt vardır: 2 qaş, 4 kiprik, 1 saç. Bunlar 4 ünsürdən, yəni su, od, torpaq, havadan əmələ gəlmişdir. Hurifilərə görə, Allahın yaratdığı dünya daim dövr edir. Onların fikrincə 2 yolla təzahür edir:

  1. Allahın özünəbənzər yarandığı;
  2. Allahın nitqində-Quranda;

Allahın insanda təzahürü insanın qurtuluşu pillələrindən ibarət 3 mərhələyə ayrılır:

  1. Peyğəmbərlik (nöbüvvət);
  2. İlahi himayədarlıq (vqlayət);
  3. İlahililik (uluhiyyat);

Nəimi özünü 2-3 mərhələnin banisi hesab edir.

9 şərh

Fortuna
«İman»-ilk növbədə öz etiqad obyekti barədə şəhdət kimi başa düşülür. İmanda 4 əsas etiqad predmeti göstərilir:

Siz hansı firqəyə əsasən yazmısız? Çox mənasız bölgüdü. Burada 3 olmalıdı Tövhid, nöbüvvət və axırət. 
Nübuvətə inanan peyğəmbərin dediyi sözlərə inanmış olur peyğəmbərin dediyi sözlərə inanmış olanda mələklərin varlığına inanır. Bu qeyri peşekar bölgüdü.
Ancaq bəzi ekollarda bunun sayı 6 dır Quran və s. əlavə edirlər. Ancaq bu yanaşmada düz deyil. Daha çox tənqid olunaraq, mən dediyim məntiqi əsaslara məlik olmadığından qəbul olunmur.

Sufizm təliminin əsasları 9-cu əsrdə misirlilər və insanın əməlləri ilə onun allah qarşısında ali cəmiyyətə nail olmaq məqsədli məhrəm niyyətləri arasındakı qarşılıqlı əlaqə üzərində özünə nəzarət nəzəriyyəsinin yaradıcısı olan bağdadlı Mühasibi tərəfindən qoyulmuşdur.
Görəsən bu fikirlər kimə məxsusdu?

Müsəlman dininin ən mühüm anlayışları bunlardır: Müsəlman dini anlayışı ilə birinci dəfədir rastlaşıram

Bütövlükdə «din» daha ümumi anlayış olan «islam» anlayışınln bir tərkib hissəsi olmaqla, etiqadın, ilahiyyatın, dövlət-hüquq təsisatlarının və mədəni forma müəyyənliklərinin ayrılmaz birliyidir. Din islam anlayışının tərkib hissəsi ola bilməz. Din anlayışı islam anlayışından daha geniş bir anlayışdır.

Ümumiyyətlə məqalədəki bölgülər məntiqi izah edilmədən verildiyi üçün çox mənasız alınıb. Əslində İslam fəlsəfəsi adı altında belə məntiqi əsasları izah olunmadan çoxlu səhvləri olan məqalə yerləşdirmək heç doğru deyil.
Fortuna
Müsəlman ilahiyyatı dinə 3 əsas elementi daxil edir:

Bu cümlə nə məna verir başa düşmədim. Müsəlman ilahiyyatı dinə necə yəni üç element daxil edir. Qəribədi  görəsən bu məqalənin müəllifi kimdir?
papatürk

Mənasız alınıbsa və səhvlər varsa,göstərin.


Din və islama qaldıqda isə kiminə islam din,kiminə terror,kiminə isə həyat tərzidir.Elə insanlar var ki,onlar üçün islam dindən daha geniş anlayışdır.

Zərrə
Papatürk, İslam fəlsəfəsi haqqında yazmağınız çox gözəldi. Amma,1qətiyyən xətrinizə dəyməsin, təhqir mənasında demirəm, amma yazılanlardan anladığıma görə müəllifin dini bilikləri o qədər də çox deyil. Doğrusu mənim də bu sahədə biliyim çox azdı, amma o az məlumatla yazıda çoxlu yanlışların olduğu açıq görünür. Necəki bir tərcüməçi maşınqayırma ilə bağlı bir mətni tərcümə etsə, sahədən məlumatı azdırsa sözlərini tərcümə edər, amma mənanı lazımi səviyyədə çatdıra bilməz. Bir az elə bir təəssürat oyatdı.
Yenə də yazınıza görə təşəkkürlər, ən azından İslam fəlsəfəsi haqqında bizə məlumat vermək istəmisiz. İslamda əməllər niyyətlərə görədir.
papatürk
Düz deyirsiniz,mən islam haqqında mənim o qədər biliklərim yoxdur. Amma heç olmamaqdansa nəsə olsa yaxşıdır. Mən özüm bunları yazmamışam,hazır yazını bir az redaktə edib qoymuşam.Ona görə ola bilər ki,səhvlər olsun. Gördüyünüz səhvlər haqqında bildirin.
mr13
Sübhənallah qatmayın da İslamı terrorizmə. İslam və terror ayrı ayrı qütblərdir.
papatürk
Mən qatmadım. Fikrimi tam anlaya bilmədiniz deyəsən. Demək istədiyim o idi ki,islam bir adam üçün həyatın tərzi,bir amerikan üçün isə terror ola bilər. Mən Fortunanın fikrinə münasibətimi bildirdim ki,islam heç də kiçik anlayış deyil.
tenqo

Qeyd etmisiniz ki, din İslamın tərkib hissəsidir. Xristianlıq da dindir və sözünüzdən belə çıxır ki, o da İslamın tərkib hissəsidir. Yoxsa fikrinizcə xristianlıq da din deyil? Dinin İslamın tərkib hissəsi olduğu fikrinizlə heç cür razılaşa bilmərəm. Ümumiyyətlə, siz bu mövzuda İslamı nə kimi təhlil etmisiniz? Sizinçün İslam din deyilsə, bəs nədir və bölgüləri də nəyə əsasən aparmısınız?  Deyirsiniz kiminə terror, kiminə isə həyat tərzidir İslam. Əlavə olaraq qeyd edim ki, İslam deyəndə elə kişi adı da başa düşülür. Siz İslamı nə kimi qəbul edib onun fəlsəfəsindən mövzu yazmısınız? Müsəlman sizinçün dindir, bunu oxudum, bəs İslam nədir?


Ümumilikdə yazınızı mənfi qiymətləndirirəm. İslam fəlsəfəsi adı altında yazdığınız mövzunun demək olar ki, yarısı sufizm və hürufilik haqqındadır. Sizin İslam haqqında təsəvvürləriniz mənimçün yanlış gəlir. Mənim dini savadım azdır, amma mənə kifayət edir ki, fikirlərinizlə razılaşmayım.

Fortuna
Allahın insanda təzahürü insanın qurtuluşu pillələrindən ibarət 3 mərhələyə ayrılır:

1.Peyğəmbərlik (nöbüvvət);
2.İlahi himayədarlıq (vqlayət);
3.İlahililik (uluhiyyat);


Baxın əvvəlki cümləyə müəllifin nə demək istədiyini izah edin. Nəyi üç pilləyə ayırır bilinmir axı. Bəlkədə kimsə biş şey başa düşdü ancaq mənə aydın deyil. Cümlə qarışıqdı.

Bəzi səhvləri də əvvəl göstərmişəm. Ancaq diqqətlə oxuyanda anlaşılmaz bir məqalə oxumuş olursan. Bu səbəbdən daha diqqətli olmanızı qeyd etdim. Hansısa bölgülər verilirsə bunun aydın izahı verilmirsə həmin bölgülər mənasız olur.
İslam fəlsəfəsi haqqında yazmağınız xoşdu amma mütləq keyfiyyətli məqalələr yerləşdirmək lazımdı. Kimsə oxuyub bu məqalədən belə nəticəyə gələcək ki, islam fəlsəfəsi belə mənasız və qarışıqdı. Başqa nəticəyə gəlmək mümkün deyil çünki məqalə insanı məcbur edir ki belə nəticə çıxarasan.