İnsanın mənşəyi və cəmiyyətin formalaşması

İnsanın mahiyyətini, onun mənşəyini, cəmiyyətin yaranmasını dərindən öyrənmək üçün antropososiogenezisi bilmək lazımdır. Antropososiogenezis sözü üç sözün birləşməsindən əmələ gəlmişdir. Antropo – insan, sosio – cəmiyyət, genezis – mənşə deməkdir. Antropososiogenezis dedikdə insanın və cəmiyyətin mənşəyi nəzərdə tutulur. Antropososiogenezis dedikdə insanın fiziki tipinin əmələ gəlməsini, onun əmək fəaliyyətinin, nitqinin və eləcə də cəmiyyətin inkişaf mərhələlərinin başlanğıcı onların təkamül prosesini və qanunauyğunluqlarını öyrənir. Antropoloji prosesdə insanın təkamülündə tarixi inkişafında əsas amil əmək fəaliyyəti olmuşdur. 
İnsanın əmələ gəlməsi ilə əlaqədar fikirlər bir-birini əvəz edən mərhələlərə bölünür:
1) İnsanın antropoid əcdadı-müntəzəm surətdə təbii əşyalardan istifadə edən ali primatlardır; 
2) Ən qədim insanlar (arxentroplar və plansontroplar) süni surətdə hazırlanmış və müəyyən həddə qədər mürəkkəbləşdirilmiş əmək alətlərinin meydana gəlməsi;
3) Müasir fiziki quruluşlu insanlar.
Antropososiogenezisdə ailə münasibətlərinin formalaşması da müəyyən rol oynamışdır. Çünki insan kollektivlərinin formalaşması üçün yalnız əmək və dil kifayət etmirdi. Burada praktika, yəni insanın özünün özünü istehsal etməsi prosesi də müəyyən rol oynamışdır. Həmin praktik proses isə heyvani sürüdən ibtidai qəbilə icmasına keçiddən başlanır ki, o da ailə prosesinin formalaşması ilə səciyyələnir. 
İnsana tarixi-fəlsəfi baxışa əsasən insan kimdir? Sualına mütəfəkkirlər müxtəlif mövqelərdən cavab vermişlər. Bəziləri insanı ağıllı varlıq (homo sapens), bəziləri yaradıcı varlıq (homo faber), bəziləri şüurlu fəaliyyət göstərən varlıq (homo agens), bəziləri emosiyalı, təbəssümlü varlıq (homo ludens), bəziləri isə əxlaqi varlıq (homo moralis) adlandırmışdır. 
İnsanda mötədilliyi, ağılılığı, sözlə işin düz gəlməsini Demokrit ən yüksək məziyyət elan edirdi. O deyirdi ki, insan «müdrikliyi» aşağıdakı 3 bəhrəni verir : yaxşı düşünmək, yaxşı danışmaq, yaxşı hərəkət etmək. Demokrit insana yardım üçün «o dünya» qüvvələrinə ilahi qüvvələrə müraciət etməyi lüzumsuz hesab edirdi. O deyir: «İnsana lazım olan nə varsa, hamısını insan təbiətdə və özündə tapmalıdır». Qədim yunan mütəfəkkiri Platona görə insan ruhun və bədənin vəhdətidir. Lakin onun fikrincə bunlar bir-birinə ziddir: ruh insanidir, bədən isə yalnız aşağı və ruha düşmən olan materiyadır. Ruh insan bədənində olanda səma vətəninə qayıtmaq həsrətində olur. Platonun ruhu və bədəni bir-birindən ayıran ideyaları Qərbin dualist fəlsəfəsi üçün insanın sonrakı anlaşılmasında müəyyən rol oynadı. 

loading...

9 şərh

Hagverdiyev

İnsanın insana çevrilməsinə dair mənim öz fikrim var. Bu barədə mənim bir yazımda qısa məlumat gedib.


Somatik təkamül, yəni bədənin tədrici inkişafı adlanan proseslərdə orqanizmlərdə maddələr və enerji mübadiləsi ilə yanaşı xarici mühitdən gələn siqnalları qəbul etmək və onlara cavab vermək qabiliyyəti də formalaşmağa başlamışdır. Ali canlılar təkamül etdikcə onların xarici siqnallara reaksiyaları da mürəkkəbləşmiş vəbu  prosesləri tənzimləyən xüsusi sinir sistemi meydana çıxmışdır. Sinir sisteminin ən yüksək təkamülü insanda baş beyinin güclü inkişaf etməsi, şüur və yaddaşın əmələ gəlməsi ilə baş vermişdir. Baş beyinin analitik və sintez fəaliyyəti insanlara öz duyğu üzvləri ilə xarici mühitdən aldıqları saysız-hesabsızqıcıq və siqnalları fərqləndirmək,onların məzmununu analiz etmək, eyni mənbədən gələnsiqnalları bir,müxtəlif mənbələrdən daxil olanları isə ayrı-ayrı qruplara ayırmaq imkanı verdi. Bu prosesi artıq siqnalların informasiyaya çevrilməsi kimi izah etmək olar. Belə informasiyalar əcdadlarımıza gerçək aləmdəki predmetləri və baş verən prosesləri müəyyən səviyyədə dərk etdirirdi. Nəticədə, qədim insanlar digər canlılardan öz üstünlüklərini başa düşür və bu üstünlükdən istifadə edərək təbiəti fəth etməyə, artıq onun qulu yox, ağası olmağa can atırdılar. Məhz bu arzu əcdadlarımızı əməklə məşğul olmağa, əmək də öz növbəsində, sözün əsl mənasında insanları dil açıb danışmağa məcbur etmişdir.Əmək və dil kollektiv fəaliyyətin və birgə yaşayış formaları olan tayfaların, icmaların, qəbilələrin, millətlərin və nəhayət xalqların yaranmasında mühüm rol oynamışdır. Birgə yaşayış və fəaliyyət həm də insan hüquqlarının qorunması, mədəniyyət, adət-ənənə, əxlaq, qarşılıqlı hörmət kimi yüksək dəyərlərin meydana çıxmasında əsas rol oynamışdır.

Fortuna
Dialektik materialistlər adətən belə izah edirdilər. Təsadüfən Maks və Lelinin dövründən qalmamısız? :D   
Zarafat etsəm də fikirlərinizə hörmətlə yanaşıram. Ancaq indi insan beyninin imkanları daha intensiv tədqiq olunduğu üçün, bir növ bu tip nəzəriyyələr son 30-40 il ərzində demək olar diz çoküb. Telepatiya, telegineziya, hipnoz, qeyri-şüuri və s. proseslərin izahı bu nəzəriyyə ilə mümkün deyil. Bu nəzəriyyəni qəbul edənlər adətən dediyim məsələləri inkar etməyə məcbur olurlar. Ancaq elmə bir çox belə fakt məlum olduğundan artıq inkarla da keçinmək olmur. Bu səbəbdən dediyiniz fikirlərin ardıcılları demək olar çox azdı.
Hagverdiyev

Mən burada qədim adamların insana necə çevrilməsi barədə öz fikrimi demişəm. Dialektik materialistlər arasında belə düşüncə olduğunu mən düzü bilmirəm. Mən sizlərə deyim ki, dünyanın ən qədim sığınacaqlarından biri olan Azərbaycan Azıx mağarasında hələ 1,5 milyon il əvvəl yaşamış azıxantropların həyatı mən dediklərimi sübut edir. Onlar sivilizasiyanın bütün inkişaf mərhələlərini keçmişlər. Mağarada tapılan qədim mədəniyyət nümunələri və qalıqları göstərir ki, əcdadlarımız ovçuluqdan başlayaraq tədricən əməklə məşğul olmuşlar. Bu barədə mən çox yaza bilərəm, sadəcə vaxt azdır.


Telepatiya, telegineziya, hipnoz isə psixoloji proseslərdir. Bütün bunlar da təkamül nəticəsində əmələ gəlmişdir.

Elvin85
Söyləmək necə də asandır. Orta məktəbdə də bu tip nağıllara gülsəm də, biologiyada dərs danışanda məcbur idik ki, sovet beyinli adamların kitablarını öyrənib danışaq. Bir dəfə dərs danışanda birhüceyrəlilərin əmələ gəlməsindən ta ki çox hüceyrəlilərin əmələ gəlməsini danışdım, dərsin axırında da bir cümlə əlavə etdim ki: Beləliklə çoxhüceyrəlilərin təkamülündən meymunlar, meymunlardan insanlar əmələ gəldi. Müəllim dərhal etiraz etdi ay balam, sən on milyonlarla il davam edən şeyi necə də rahat bir cümlə ilə deyirsən, belə olmaz axı. :) Amma əslində 
«Telepatiya, telegineziya, hipnoz isə psixoloji proseslərdir. Bütün bunlar da təkamül nəticəsində əmələ gəlmişdir.»
cümləsi ilə mən o vaxt deyən cümlənin məntiq etibarı ilə fərqi yoxdur. Hər ikisi məsuliyyətsiz cümlədir.
Hagverdiyev
İndi camaat elə vəziyyətdədir ki, məcburən özlərini qeyri-adi bir qüvvəyə inandırmaq, ondan kömək almaq istəyirlər. Elə buna görə də falçıların, cədugərların, ekstrasenslərin yanına gedirlər. Fikirləşmirlər ki, onlar da bizim kimi adi adamlardır. Onların problemləri bizimkindən də çoxdur. Bir əlac bilsələr elə özlərinə edərlər də.
 Bu dəqiqə kim istəsə telepatiya ilə, hipnozla məşğul ola bilər. Hipnoz qeyri-adi bir şey olsa idi həkimlər ondan necə istifadə edə bilərlər?
Yəni onların izahı var. Oturub oxusan Siz də ekstrasens və ya hipnozçu ola bilərsiniz.
Fortuna
Bilirsiz hal hazırda sizin dediyiniz nəzəriyyə Nyutonun ksassik mexanikası kimi böhran yaşayıb və çöküb. Ancaq hələ bir Enşteyn çıxıb yeni və elm adamları tərəfindən qəbul olunan nəzəriyyə gətirməyib. Bu böhran zamanı yeni bir paradiqmanın yaranmasına kimi belə müxtəlif fikirlər və mübahisələrin olması normaldı.

Falçilar məsələsinə qalanda isə onlar fırıldaqçı olurlar. Düzü heç kim demir ki telegineziyadan, telepatiyadan xeyir güdmək lazımdı. İnkar etmək də mümkün deyil. Hipnozdan hər həkim istifadə edə bilsəydi bu gün Azərbaycanda hipnoterapiyanın vəzuiyyəti belə olmazdı. Hər addımdan bir falçı olduğu halda hipnoterapiya ilə malicə edən normal bir mərkəz yoxdu. Qaldı ki bu məsələlərin izahına mən ciddi elmi bir izahla qarşılaşmamışam. Daha çox texnikası barədə yazırlar bu isə mahiyyətini izah etmək deyil. Əgər həqiqətən öz nəzəriyyənizə uyğun izahını verə bilirsinizsə, bizimlə də bölüşsaz sevinərəm.
Hagverdiyev

Onun nəzəriyyəsini xüsusi məxfi orqanlarda tapmaq olar. Belə elmə sınaqdan çıxmamış adamın yiyələnməsi cəmiyyət üçün olduqca təhlükəli ola bilər. Ona görə də bu gizli saxlanılır.

Fortuna


Texnikası hər yerdə yazılır. Belə halların var olmasının sizin nəzəriyyənizə uyğun izahının kimə nə ziyanı ola bilər başa düşmədim? Bunları təkamülün nəticəsi kimi təqdim olunması nə problem yarada bilər ki? Praktiki tədbiqini gizlədilməsini başa düşmək olardı ki cəmiyyətdə kimsə istifadə edə bilər. Ancaq bu gizlədilmir. Nəzəriyyənin gizlədilməsi kimə lazımdı? Nəzəriyyədən praktikada istifadə etmək olmur ki, cəmiyyətə ziyanı olsun. 

Düzü bəzi məxfi məlumatlar bu barədə tapmışam. Kifayət qədər qeyri adi faktlar da var. Ancaq bu məxfi məlumatlar sizin nəzəriyyənizə uyğun deyil. Düzdü həqiqətən bu izahların kütləviləşdirilməsi problem ola bilər. Demək olar fantastik izahlar seriyasından başqa bir şey deyil.
Hagverdiyev

Praktika nəzəriyyədən doğur. Nəzəriyyəni yaxşı bilməsən praktikaya tam nail ola bilməzsən. İndi əldə olunan ədəbiyyatdan müəyyən ekstrasenslik qabiliyyətinə yiyələnmək olar, ancaq tam yox. Tam bilməyin təhlükəsi ondadır ki, kimin kimdən xoşu gəlməsə ona telepatik təsir göstərməklə olmazın pisliklər edə bilər. Deyim ki, bəzi adamlarda anadangəlmə telepatik qüvvə olur, bəzən onun bundan xəbəri olmur. Müəyyən dövrlər olub ki, Avropa ölkələrində belə adamları vedma, cədugar adı ilə kütləvi şəkildə məhv edib, diri-diri yandırıblar. Hesab olunub ki, belə adamlardan çox böyük bəlalar gələ bilər. Ona görə də cədugar biliklərindən uzaq olmaq məsləhətdir.