Intelligent design-Şüurlu layihə və yaxud Şüurlu dizayn

Intelligent design ( Şüurlu layihə və yaxud Şüurlu dizayn) müzakirələri
Bu gün ABŞ-da universitet səviyyəsində müzakirə mövzusu olan “Şuurlu dizayn” anlayışı azad düşüncəyə bir nümunə olaraq göstərilə bilər. “Natura” jurnalının son saylarından birində, “Şüurlu dizayn: Tələbələrimizin düşüncə tərzlərindəki istiqaməti kimlər layihələşdirir?” adlı məqalə bu sözlərlə başlayır; “Şüurlu dizayn hərəkatı ABŞ Universitetlərində kiçik, lakin böyüyən bir gücdür...”
“Yaradılışçılığın Troya atı: Şüurlu Dizayn qılıncı” adlı kitabın yazarlarından olan, Southeastern Louisiana Universitetinin fəlsəfəçisi Barbara Forrest xəbərdarlıq edir ki, “Şüurlu dizayn müdafiyəçiləri, cəmiyyətin elm anlayışında qırılma nöktəsi meydana gətirərək, insanları elmi bir açıqlama əldə etmək üçün təbiətüstü güclərə müraciət etməyin mümkün olduğuna inandırmağa çalışırlar” (Burumfiel, 2005). Onu da qeyd edim ki, Barbara Forrest yaradılmışçılığa dəvət edən Şüurlu dizayn ifadəsinə, elmə mövzu ola biləcək bir fikir kimi yox, elmi hədələyən bir fikir kimi yanaşır.
Şüurlu dizayn ideyası ilk dəfə Amerikalı biokimyaçı Michael J. Behe tərəfindən inkişaf etdirilmişdi. Behe “Darvinin qara qutusu” adlı kitabında, Şüurlu dizayn anlayışının sturukturunu belə təqdim edir: Dizayn (və ya layihə) qısa şəkildə desək müəyyən düşünülmüş məqsədə nail olmaq üçün müxtəlif elementləri (parçaları) bir araya gətirməkdən ibarətdir. Düzgün işləyən fiziki sistemlərdə, müxtəlif elementlər bir yerə toplaşaraq tək başına edə bilmədikləri tamam başqa bir funksiya həyata keçirməyi bacarırlarsa, deməli, burada bir dizayn vardır. (Məsələn, deyək ki, bir avtomobil hazırlamaq üçün əvvəlcə tamam başqa funksiya həyata keçirən detalları bir araya gətiririk; təkər, sükan, əyləc və s. Sadəcə element olaraq onları həyata keçirdikləri funksiyaya uyğun tam dəqiq yerlərində istifadə etməsən, avtomobil düzəltmək imkansızdı. Əgər bizim başımızda şuurlu şəkildə bir avtomobil layihəsi olmasa, biz heç vaxt bu hissələri dizayn edə bilmərik. Əgər ümumiyyətlə hansı model avtomobil düzəldəcəyimizi əvvəlcədən layihələşdirməsək, yəqin ki, təyyarə hissəsindən tutmuş, tank hissəsinə kimi bütün əcaib detalları qarşımıza töküb sonsuz və mənasız iş ilə məşğul olmuş olarıq)*. Sistemi əmələ gətirən elementlərin xüsusiyyətləri nə qədər çox olsa dizaynın mövculduğunun subutunu da daha yaxşı görmək mümkün olur. Behe öz fikirlərini izah etmək üçün ailəvi şəkildə oynanılan bir hərf oyundan bəhs edir: “Təsəvvür edin ki, fasilə olanda otağı tərk edirsiz. Geri döndüyünüzdə isə hərfləri böyük ehtimalla dağınıq şəkildə görəcəyinizi bilirsiz. Lakin, geriyə dönərkən hərflərin üzləri sizə dönmüş vəziyyətdə “BİZİ AXŞAM YEMƏYƏ APAR! yazısı ilə qarşılaşırsız və həmin an bir dizaynın varlığını hiss edirsiniz. Bu hərflərin kulək və zəlzələ vasitəsi ilə belə bir mesaj yazdığı ağlınıza belə gəlmir. Çünki, hər bir element (hərf) məqsədli şəkildə mesaj yazmaq üçün dizayn edilib. Verilən mesaj isə çox açıq və məqsədlidi. Bir neçə hərf səhv olsaydı, mesaj mənasını ititrərdi. Heç bir səhvin olmaması, mesjın kortəbii cəhdlərdən keçmədiyini göstərir. Həm bir hərf və ya bir neçə hərf kortəbii bir şəkildə belə bir mənanı ifadə edə bilməz”.

Bu məqaləni oxumamışdan əvvəl Oparinin və Darvinin ardıcıllarının iddialarına əsaslanan canlı hüceyrənin, cansız kimyavi elementlərdən əmələ gəlmiş ola biləcəyinə ehtimal verirdim. Yəni bu bir versiya olaraq mənə elədə məntiqsiz görünmürdü. Lakin bu məqaləni oxuyandan sonra qeyri-üzvi aləmdən üzvü aləmin yaranmasının imkansız olduğunu dərk etdim. Hüceyrənin quruluşunda olan mürəkkəb dizayndan az-çox xəbəri olanlar deyə bilər ki, “Sonsuz meymun teoremi”ndəki meymunun yalnız Şekspirin yox hətda bir kitabxananın kitablarını belə olduğu kimi yazma şansı, Mendeliyev cədvəlindəki şüursuz elementlərin bir araya gələrək təsadüfən canlı varlıq yaratma şansından daha böyükdür.
Bu səbəbdən heç milyardda bir məntiqi ehtimala əsaslanmayan absurd nəzəriyyənin bəzi alimlər tərəfindən qəbul olunması, ən azından mənə mənasız göründü. Meymun o makina qarşısında şüursuz fəaliyyət göstərdiyi üçün milyardlarla səhv versiya yazar. Əgər belə şüursuz fəaliyyətin nə isə dizayn edə biləcəyinə inansq, biz hər saniyə həyatda qalmağımızın səbəbini şüursuz təbiətin milyardda bir ehtimaldan doğru olanını təsadüfən seçməsi ilə izah etməliyik. Çünki, bizim vicudumuzda, kortəbii təbiətin yaratdığı, kortəbii sistemlərdən biridir. Deməli, hər saniyə, hər an, inkişafımız üçün doğru versiya təsadüfən tapılmasa, bizim hamımızın sistemi çökər və ölərik. Materiyanın müəyyən fiziki qanunlara tabe olduğu üçün belə səhv cəhdlər etmədiyini iddia olaraq irəli sürənlər isə materiyanın nə üçün məhz bu qanunlara tabe olduğunu necə izah edəcəkləri barədə hər hansı bir ideyaya sahib olmadıqları ilə yanaşı, dəyişməz əbədi olduğunu iddia etdikləri bu qanunların nə üçün əbədi şəkildə fəaliyyət göstərib artıq inkişafının son həddində olmadığınıda izah edə bilməzlər. Çünki müvəqqəti sistemdə inkişafa yönəlmiş qanunlar ola bilər əbədi sistemdə isə artıq bu qanunlar sayəsində son inkişaf nəticə olaraq əldə olunmalıydı. Hər halda bu dəlil onu göstərir ki, Yaradıcının mövcud olmama ehtimalı demək olar ki, yoxdu. *


Sonda isə “Sızıntı” jurnalının dekabr 2005 ilə aid olan sayından olan məqaləni türkcə olduğu kimi nəzərinizə çatdırmaq istəyirəm. Çünki, * hissələr tərcümə deyil, sadəcə məqaləyə etdiyim əlavələrdi. Hər halda mənbəni oriqinaldan olduğu kimi sizə təqdim etmək də daha yaxşı olar deyə düşündüm.

Intelligent design (akıllı tasarın) tartışmaları
Bu gün ADB-də yaşanan akıllı tasarım tartışmaları, ünversitelerin hür düşüncəyə nə kadar izin verdiğini göstərən ilginç bir misal teşkil ediyor. Nature’nın son saylarından birinde, “Akıllı tasarım: Öyrencilerinizin zihinleri üzerine kimlerin tasarımı var?” başlıklı makale şöyle başlıyor: “Akıllı tasarım hareketi ABD üniversitelerinde küçük, fakat büyüyən bir güç...”
“Yaratılışçılığın Truva atı: Akıllı Tasarım Hançeri” adlı kitabın yazarlarından Southeastern Louisiana Üniversitesin’de felsefeci Barbara Forrest uyarıyor: “Akıllı-tasarım avukatları kamuoyunun bilim anlayışında çatlak meydana getirmek ve insanları, bilimsel bir açıklama için tabiat üstüne başvurabileceyini ikna etmek istiyorlar”.(Burumfiel, 2005). Forrest, Yaratılış’ı çağrışdıran akıllı tasarım ifadəsini, bilime konu ola bilecek bir düşünce değıl, bir tehdit oaraq görüyor.
Akıllı tasarım kavramı ilk defa Amerikalı biyokimyacı Michael J. Behe tarafından gelişdirildi. Behe, Darvin’in Kara Kutusu adlı kitabında akıllı tasarım çerçıvesini şöyle belirtiyor: Tasarım kısaca, parçaların bir qayeye mutaf olaraq bir araya getirilmesidir... Doğru işleyen fiziki sistemlerde bir dizi parça birleşerek tek başına yaptıklarından çox daha farklı bir fonksiyon gerçekleştiriyorsa, burada tasarım vardır. Fonksiyonu meydana getirdiyi parçaların xüsusiyyetleri ne kadar fazlaysa, tasarımı görə bileceyimiz delilerde o qədər çox olur. “Behe ailece oynanan bir harf oyunundan misal veriyor: “Oyun bitdiyinde bir mola için odayı terk ediyorsunuz. Geriye döndüğünüzde harleri kutunun içine dökülmüş, dolayısı ile karışık halde bulacağınızı biliyorsunuz. Fakat döndüğünüzde, yüzleri size dönük olan harflerin “BİZİ AKŞAM YEMEĞE GÖTÜR!” yazdığını görüyorsunuz. İşte o an bu tasarımın varlığını hiss ediyorsunuz; bu harfleri rüzgarın ve ya depremin düzenleye bileceyi aklınıza bile gelmiyor. Tasarımın varlığından eminsiniz, çünki hər ayrı parça (harf) belirli bir hedefe yönelik (mesaj) bir şeklinde birleşmişdir, ve parçalar tek başına bunu asla başaramaz. Ayrıca verilen mesaj çok açıkdır; birkaç harfin yerini deyişmesi mesajın anlamın yitirmesine sebep olacakdır. Bundan dolayı, mesajın safhalardan keçmediğide açıkdır; bir tek harfin bir anlamı yoxdur, bir kaç harfde mesajı ifade edəməz”.

P.S. Müəllifini unutsam da bir fikir yadıma düşdü. “Allahın varlığını sübut etmək çətindi, yoxluğunu sübut etmək isə imkansızdı”
loading...

26 şərh

2ral
Keçən dəfə deməyinə baxmayaraq mən burada Allahın olduğuna aid sübut görmədim. boş yerə ümidləndirmişdiniz,fakt yoxdur.

Mendeliyev cədvəlindəki şüursuz elementlərin bir araya gələrək təsadüfən canlı varlıq yaratma şansı
Mətndə yazdığınız bu şans heç də kiçik deyil. İstəsəniz sübut edə bilərəm.
Məşhur Miller-Yuli təcrübəsində bir apparatın içinə metan(CH4),ammiak(NH3),hidrogen və karbon monooksid(CO) doldururlar.Gördüyünüz kimi hamısı qeyri-üzvi maddələrdir. Lap qədim dövrdə Yer atmosferi bu qazlardan ibarət idi.Bu maddələr olan sulu kolbaya bir həftə elektrik cərəyanı keçirəndə(qədim dövrdəki ildırımın imitasiyası) 5 növ amin turşusu əmələ gəlmişdi(!). Mən sadə karbohidrogenləri və s. demirəm,zülalın əsas tərkib hissəsi olan amin turşularını deyirəm.Düz 5 növ(asparagin turşusu,alanin,qlisin) amin turşusu. yəni ki üzvi aləm qeyri üzvi maddələrdən əmələ gələ bilərdi.sonralar alimlər şəkər,yağ və s. müəkkəb üzvi maddələrin də qeyri-üzvi mənşəyi olduğunu təcrübələrdə sübut ediblər. Təklif edirəm ki Miller təcrübəsi haqqında oxuyasınız.

P.S.Türklərin Sızıntı jurnalındansa elmi ədəbiyyat oxuyun:))
Elvin85
İlahi qüvvənin varlığından QORXAN insanlar nə vaxta qədər təsadüf dayıya ümid bəsləyəcəklər, bir Allah bilir. Yox bir üzüm tumu ilə qoyunu qazana atıb elektrik verdim, içindən dolma çıxdı. :) Belə xülyalara inam ancaq əks mövqeyə inanmaq istəməməkdın qaynaqlanır, elm burda maskirovkadır.
Leyla
Az-çox kimyanı yaxşı oxumuşam. Ona görə də 2ralın gətirdiyi faktların doğru olduğunu sübut edə bilərəm.İstəsəniz bütün reaksiyaları da yazaram. Amma indeksləri necə yazacağımı bilmirəm.
Burda təsadüf dayı haqqında bir şey gördünüzmü? Elmi təcrübə idi.Əgər buna da inanmırsınızsa bir balta da mən vurum:
Miçiqan universitetinin bioloqları 1988-ci ildən bəribir təcrübə aparır.Bağırsaq qurdlarını qlükoza dolu kolbaya salıb böyütmüşlər.Onlar qlükoza ilə qidalanırdılar,amma kolbada sitrat turşusu da vardı. Bu illər ərzində qurdlar 40000 çox nəsil veriblər. bu qurdlar sitarat turşusunu qəbul etmir.Amma təkamül nəticəsində 31 min və 32 min nəsil arasında artıq mutasiya olur və qurdlar sitrat turşusundan qidalanmağa başlayır! bu barədə aydın şəkildə oxumaq üçünlenta.ru saytında məlumat var. Əgər kimsə bu elmi kəşfi qeyri-təkamül yönümündən izah etsə,minnətdar olaram.
2ral
Leyla,sən lap baltanı kökündən vurdun:-)
Elvin,bura gördüyünüz kimi adi forum deyil,intellektual söhbət gedir.Ona görə də çalışın elmi fakt gətirin,arqumentsiz mübahisə etmək sizə yaraşmır. Mənim gətirdiyim elmi sübutun istəsəniz təkzib edən faktları da gətirə bilərəm,amma etməyəcəm. bir az axtarışda olun,nəsə öyrənin,bu kayzen ideyasına uyğundur:-) mənim yazımda bir dənə də olsun səhv fakt yoxdur. Leylanın gətirdiyi fakt da çox etibarlıdır.
IDEAL
2ralın gətirdiyi dəlil 1953-cü ilə aiddi. Leylanın gətirdiyi dəlil isə 1988-ci ilə aiddi. Mənə Maraqlıdı ki, əgər dediyiniz dəlillər bu nəzəriyyəni sarsıtmağa qadirdisə nə üçün fəlsəfəçi və biokimyaçı alimlər 2005-ci ilə aid kitablarında bu mövzunu müzakirə edir?
Yəni ABŞ -da elm bu qədər geri qalıb? Qaldı təcrübələrin müsbət nəticələrinə. Bu nəzəriyyəyə birdə diqqət yetirin. Burada deyilmir ki, Adəmlə Həvva birdən palçıqdan yarandı və sizdə sübut etməyə çalışırsızki qeyri üzvü aləmdən üzvü aləm yaranır. Elə isə izah edin nə üçün xaotik bir fəaliyyətin höhm sürdüyü mikroaləmdən üzvüalən yaranır? Yəni bu ona bənzəyir ki, meymunun Şekspirin əsərini yazıb. Ona görə yazıb ki, alimlər əlinə makinə verib şərait yaradıb? Bu təcrübə sadəcə belə bir şəraitdi bəs sonra?
Burada Platonun ideyalar aləminə uyğun şəkildə izah var. Sizcə kortəbii təbiət bütün bunları ideyasız şəkildə yaradır? Həqiqətən məsələnin kökündə tamam başqa bir məqam dayanır siz isə tamam başqa dəlillər gətirirsiz. O təcrübələr və bir çox təcrübələr nəticə veirsə bu da Şüurlu dizayn nəticəsidir. Yəni üzvü aləm qeyri-üzvü aləmdən yaranır, ancaq qeyri-üzvü aləm üzvü aləmi yaratmır. Çünki o şüursuz varlıq bunu təkbaşına bacarmazdı. Hər halda sizin gətirdiyiniz təcrübələr bu ideyanın mahiyyətinə tamami ilə uyğundu. Bu səbəbdən sizin təcrübələriniz ilə tamami ilə razıyam. Çünki bunlar antitezis deyil. Məqalənin mahiyyəti isə tamam başqadı.
2ral
Leylanın dediyi təcrübə 1988-ci ildən bəri hələ də davam edir. Bu il fevralda yenə nəticələr açıqladılar. Mənim dediyim fakt isə 70-ci illərdə daha mükəmməl apparat ilə aparılıb. Yeri gəlmişkən:
Современные методы позволили найти не пять, а все 22 аминокислоты в химической посуде, запечатанной ученым многие десятилетия назад. Yəni ki vaxt getdikcə əksinə,dəlillər daha da artır.Əvvəl 5 aminturşu tapılmışdısa,indi artıq bütün 22-si tapılıb.
Yeri gəlmişkən,siz şərhlərdə dəlil-dəlil deyirsiz,amma bu yazıda heç bir dəlil yoxdur.
IDEAL
Mən bir məsələni başa düşmürəm. Sizin təctübələrin müsbət nəticə verməsinin isə bu ideyanı baltalanması fikrini necə izah edirsiz? Yəni bununla onun arasında nə əlaqə var? Bu təcrübələr bu ideyanın mahiyyətinə tamami ilə uyğundu. Xahiş edirəm ideyanın nə demək istədiyinə diqqət yetirin və o ideyanı sarsidacaq bir dəlillər gətirin və yaxud mənə qaranlıq məqam barədə sual ünvanlayın mən izah edim. Nə sizi qane etmir və nə sizə təzadlı görünür. Məsələn mənə sizin təcrübələriniz təzadlı görünmür və onların səhv olduğunuda demirəm. Bəs sizə bu ideyada təzadlı görünən nədi? Xahiş edirəm tənqidləri bu şəkildə ünvanlayın.
Elvin85
2ral, mənim bu mövzu üzərində mübahisə etməyə hazırda vaxtım yoxdur, vaxtım olsaydı, post yazardım da elə. :). Ona görə də sadəcə münasibət bildirdim yazılanlara. Siz yazanlar elmi fakt deyil, sadəcə bir şeyə inanmaq istəyindən doğan məhəbbətdir, bir nəfərin apardığı eksperimentə elmi fakt deyərkən ehtiyatlı olun.  Millerə aid verdiyin linkdə yazılıb «Правда, условия этих опытов теперь кажутся не слишком похожими на условия на древней Земле.»- çooox yumşaq cümlədir, mən başqa mənbərlərdə oxumuşam ki bu usloviyalar ümumiyyətlə heç vaxt atmosferdə mövcud olma imkanl olmayan absurd şərtlərdir, sadəcə reaksiya getsin deyə gopa basıblar :).
Kaka
Elvin və İdeal nikli adəmlər siz doğru yolda olduğunuza əmin olun!!!
Kaka
Sizin kimi kafirlərə yüz şallaq vurulsa yaxşıdır. Onda bəlkə ağlınız gəldi başınıza. Sızıntı jurnalı türklərindir. Bəli. Məgər siz türk deyilsiz? ele deyirsən ki, guya bu erməni jurnalıdır. Bu dünyanın nur sahibi Allahdır. Sadəcə sizin o dolma boyda beyniniz onu qavramağa qadir deyil. Vəssalam.
fidan
Bilərəkdən başqasına kafir deyənin özü kafir sayılır islamda,bu bir. Burdakıların ağlı başındadır,ağılları olmasaydı elə maraqlı postlar yazmazdılar.Leylayla Turalın yazdıqlarının onda birini yazın,bəsdir,bu iki. 3. Saytda təhqir olmaz.Şərhinizi istəsə 2ral silər,mən qarışmıram.Amma sonuncu dəfə deyirəm: əgər öz dayazlığınızı göstərmək istəyirsinizsə,hesab edin ki nail oldunuz buna.Bir də etməyin.Burada hamı bir-birinə hörmətlə yanaşır.
şərh silinmişdir
IDEAL
Çox maraqlı məqam bilirsiz nədi? Elə siz deyən o təcrübənin müsbət nəticə verməsinin özüdə şüurlu dizayn nəticəsidi. Deyək ki, bir neçə element şüursuz şəkildə birləşdi (düzü alimlərin şüurlu təcrübəsi nəticəəsində olsada) sonra bəs davam? Yəqin ki hər dəfə bəxti gətirən meymun da makinada davamlı şəkildə düz hərfi seçərək Şekspirin əsərini yaza bilər. Necə olsa kortəbii təbiət milyardlarla versiyadan hər dəfə düz olanını seçib insan yaratmağı bacarıb. Çünki bu alimlərin təcrübəsi ən yaxşı halda sadəcə əlifbadakı bir hərfdi. Bəs insan bədənində neçə milyardlarla hüceyrə mövcuddu. Elə isə bu alimlərin primitiv hüceyrəsinin bir gün insan olması üçün kortəbii təbiət hər dəfə milyardlarla versiyadan necə düz olanını seçəcək? Birdə ki, mənim dünyagörüşüm başqadı. Hər halda bütün fikirlərimi bir məqalə çərçivəsində izah edə bilməzdim. Üzvi aləmin qeyri üzvi aləmdən yarandığını qəbul edirəm sadəcə bir fərqlə «Hamlet» də hərflərdən ibarətdi. Meymunun yazdıqlarıda. Hər ikisinin xam malı hərf olsada nəticə fərqlidi. Yəni insan kimyavi birləşmələrdən ibarətdi bunu inkar etmirəm. Sadəcə bu kimyavi birləşmələri süurlu şəkildə düzənləyən olub ki nəticədə insan meydana gəlib. Qəbul etməyə bilərsiz. Hər halda ən sevindiyim məqam odur ki qarşı tərəf əsaslı danışır.
IDEAL
Bir də bir məsələ var. Düzdü bu dediklərimi mateialist dünyagörüşünə qarşı ciddi şəkildə müdafiyə edə bilərəm ancaq qarşı tərəf panteist və ya dualist olsa o zaman  bu fikirlər onun dünyagörüşünə də tam uyğundu. Yəni burada sırf islamın qəbul etdiyi tərzdə Allahın varlığına dair dəlillər yoxdu. Çünki panteist təbiəti eyni zamanda şüurlu görür yəni Şüurlu dizayn ideyası mən deyədim ki, ən çox onun işinə yarayır. Eyni zamanda dualistdə həm şüuru həm də materiyanı əbədi varlıq kimi qəbul edir və materiyanın şüurlu dizaynıda ona tamamən uyğundu. Onu da qeyde etmək istəyirəm ki, bu məqaləni oxuyub Allahın varlığı məsələsinə dəlil kimi görə bilərsiz ancaq buna tənqidi yanaşnmaqda mümkündü. Çünki Allahın varlığının 20-yə yaxın ən məhşur dəlillərini oxumuşam. Düzdü elə ən məntiqlisi budu ancaq iddia etmirəm ki qüsursuzdu. Ola bilər mən hal hazırda o səhvi tapmamışam ancaq tapsam özüm heç bir kompleks hiss etmədən tənqid edərəm. Çünki   Allahın varlığına dair oxuduğum digər dəlilləri ümumiyyətlə dəlil saymamışam və özüm qarşı tərəfdə dayanıb yıxıb, sürümüşəm. Bu inancla əlaqəli bir məsələ deyil əgər dəlil zəyifdisə lakin mənim inancıma uyğundu deyə onu müdafiyə edəsi deyiləm ki? Həqiqəti müdafiyə edərəm. Bu  səbəbdən burada qarşı fikirlər söyləyənlərin inancları ilə bağlı bir mühakimə yürütmək düz deyil deyə düşünürəm.
IDEAL
Məqalənin iddiaları — Təbiətdə Şüurlu dizayn mövcuddu.
Kiçik elementlər bir araya gəlib mürəkkəb sistemlər əmələ gətirir deməli bu elemetlər kortəbii şəkildə birləşmir müəyyən bir məqsəd üçün birləşir.

İzah edin ki, bu təcrübələr bu fikirləri necə yalanlayır? Bu elementləri istər qazana alim atsın, istərsədə zibil yeşiyində görüşüb birləşərək mürəkkəb bir sistem yaratsınlar bunun nə fərqi var? Məqalə iddia etmir ki, sadəcə zibil yeşiyində şüurlu dizayn mövcuddu. İddia edir ki, bütün təbiətdə mövcuddu. Alimlər harada istəyir təcrübə aparsin. Hətda nəinki amin turşuları, istəyirlər lap xromosomda yetişdirsinlər. Burada təzadlı məqam nədi?


2ral
Mənim də dediyim odur ki,Şüurlu dizayn var,amma o Şüursuz dizayndan əmələ gələ bilər. xaosdan səliqəli sistem əmələ gələ bilər.Bunu karbon,hidrogen,azot,fosfor,oksigendən zülalların əmələ gəlməsi sübut edir.
IDEAL
Elə maraqlı məqamda məhs buradadı nə üçün xaos səliqəli sistem yaratsın? Yaranan elementin dizayn edilmədiyini necə izah edirsiz?

Materiyanın müəyyən fiziki qanunlara tabe olduğu üçün belə səhv cəhdlər etmədiyini iddia olaraq irəli sürənlər isə materiyanın nə üçün məhz bu qanunlara tabe olduğunu necə izah edəcəkləri barədə hər hansı bir ideyaya sahib olmadıqları ilə yanaşı, dəyişməz əbədi olduğunu iddia etdikləri bu qanunların nə üçün əbədi şəkildə fəaliyyət göstərib artıq inkişafının son həddində olmadığınıda izah edə bilməzlər. Çünki müvəqqəti sistemdə inkişafa yönəlmiş qanunlar ola bilər əbədi sistemdə isə artıq bu qanunlar sayəsində son inkişaf nəticə olaraq əldə olunmalıydı. M
əqaləyə bu sözləri məhs bu səbəbdən əlavə etdim. Əgər inkişaf qanunları əbədi materiyanın mahiyyətinə aiddirsə, bu səbəbdən belə sistemlər yaradırsa, onda nə üçün əbədi olan varlıq hələdə mahiyyətində olan inkişaf qanunları ilə inkişafdadı? Əgər bu qanunlar onun mahiyyətində  idisə belə bir iddiada gərək materiya inkişafının son həddində olaydı. Materiyada belə proseslər mövcuddusa sistemlər yaranır və dağılırsa deməli materiya müvəqqəti bir varlıqdı. Buradan belə çıxır ki, materiya mahiyyətində olan inkişaf qanununları bu maddələri bu şəkildə birləşdirə bilməz. Bəs onda bunları birləşdirən nədi? Xaos? Meymun teoremi elə xaosa bir nümunədi. O xaos Şekspirin əsərini yaza bilər. Yəni buna inana bilərsiz ancaq hesablayın görün bu hansı ehtimalla mümkündü.
IDEAL
Şüurlu dizayn var,amma o Şüursuz dizayndan əmələ gələ bilər. xaosdan səliqəli sistem əmələ gələ bilər — əgər Şüursuz dizaynda (xaosda) Şüurlu dizayn (səliqəli sistem) yaranırsa deməli bura hansısa Şüur müdaxilə edib.
Elvin85
Riyazi modelləşdirmədən anlayışı olanlar yaxşı bilir ki, üzdə tam fərqli görünən məsələlər eyni modelə gətirilə bilir bəzən, İDEAL nikli user meymun məsələsini nümunə kimi gətirib, əziz Millersevərlər, nə siz nə də biz kimya-biologiya elmləri doktoruyuq, modeli asan müstəviyə keçirin, isbat edin görək ki, Meymun Şekspirin əsərini yaza bilər ya yox. :) Model olaraq eynidir məsələ, bunu isbat edən onu da isbat etmiş sayılacaq.
IDEAL
2-gün əvvələ kimi meymun teoremindən xəbərim yox idi ancaq oxuyan zaman bu məqalə ilə eyni modelə malik olduğunu anladım. Bu sistemlər eyni modelə malikdi. Yəni birinə inanan o birinədə inanmalıdı.
fidan

İslamı təbliğ edənlərin də zəifliyi elə bundadır. Nəyisə sübut edə bilmirlər haqlı olsalar da,çünki elmləri yoxdur. Qıraqdan bir adam oxusa ona elə gələ bilər ki,Leyla və 2ral tam sübut etdilər və haqlıdırlar.Baxmayaraq ki onlar düz demirlər,islam sevər gənclər arasında bir nəfər tapılmadı ki onların cavabını versin.Mən Miller təcrübəsi yaxud bağırsaq qurdunun mutasiyası haqda çox şey bilmədiyim üçün cavab verə bilməyəcəm(Elvin85,IDEAL kimi).
Boynumuza alaq ki,düz demədiklərinə əmin olsaq da,gətirdiyi faktlar çox güclüdür.Mən Vikipediyada da bu faktlar haqda oxudum. Bu Azərbaycanın bədbəxtliyidir ki,islamı sevənlər elmsiz,elmi sevənlər isə islamsız olur(əksəriyyəti)


IDEAL
Xahiş edirəm bir də məqaləni oxuyun. Mənə bu Məqalənin iddialarını 2ralın və Leylanın dəlillərinin necə səhv çıxardığını deyin. Mən bu kimyavi iddialara qarşı dəlil gətirməyi lüzum görmürəm. Axı bu dəlillərin mövzu ilə nə əlaqəsi var? Belə çıxır ki, kim hansı elmdən nə dəlil gəldi gətirsə mən onu səhv çıxrtmalıyam ki, desinlər özünü müdafiyə edə bildi deməli məqalə doğrudu. Çünki bu dəlillərin mövzu ilə əlaqəsi yoxdu və diqqətlə oxusaz bunu yazdığım şərhlərdən və məqalədən görə blərsiz. Yəni məqalənin iddiaları başqadı dəlillər isə əlaqəsizdi.
Kimsə desəki yer kürəsi günəşin ətrafinda firlanır və bütün planetlərdə sistemli şəkildə fırlanır hamısıda şüursuz planetlərdi. Deməli şüursuz sistemdən səliqəli sistem yaranır. Bu da sizə eyni tipli başqa dəlil. Həm kimyavi reaksiyalarada ehtiyaç qalmadan hamının qəbul etdiyi bir dəlil. Məsələn alimlərin ixtira etdiyi bütün cihazlar əslində şüursuz elementlərdən ibarətdi bəs nə üçün alim xaosu bir araya gətirib səliqəli cihaz yaradır? Bu da başqa eyni tipli dəlil. İndi deyirsiz ki mən bunları inkar edim ki, məqaləni düz çıxardım. Axı bu dəlillərlə məqalənin nə əlaqəsi var ki mən bu dəlillərlə mübarizə aparmalıyam? Axı bu dəlillər məqalənin mahiyyətinə uyğundu elə 2ral və Leylanın gətirdiyi dəlillər kimi. Onlar gətirdikləri dəlillərlə hansı təzadı yaradıblar ki onların dəlili ilə mübarizə aparımalıyam? Xahiş edirəm bu sualın cavabını bilən varsa izah etsin.
IDEAL
Bir də bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Burada əks tərəfdə olan insanların müsəlman və ya qeyri müsəlman olduğuna dair heç bir fikir yürütmək düz deyil. Hal-hazırda istənilən  şəxslə islamın tam əleyhinə olan fikirlər irəli sürüb müzakirə apararam. Dəfələrlə ateizm mövqeyində dayanıb müzakirə aparmışam. Fəlsəfəçi olduğum üçün müəllimin Allahın varlığını dəlillə sübut etməyə çalışdıqda materialist kimi inkar etmişəm və əsaslandırmışam. Daha sonra həmin dərsdə mənim Allahın varlığına dair gətirdiyim dəlili müəllimim inkar edib və əsaslandırıb. Bu adi elmi məsələ kimi dəyərləndirilməlidi. Müzakirə aparanda hisslərə və inanclara görə argumentlər gətirmək düz deyil və yaxud hisslərə və inanclara görə kiminsə düz dediyini düşünməkdə doğru deyil. Bəlkə 2ral və Leyla hamimizdan çox Allaha yaxın insanlardı. Bu məsələyə qarşı diqqətli olun. Əgər hər hansı bir mövzuya müzakirə edən tərəflər inanca əsaslanaraq emosianal yanaşarsa elm əvəzinə mövhumat əldə edərlər.
Leyla
Bir insan kimi sənə təşəkkür edirəm.Doğurdan da bəziləri o dəqiqə elə bilir ki mən Allahı inkar edirəm.Sadəcə bəzilərinin intellekt səviyyəsi çatmır ki elmi mübahisə ilə küfrü fərqləndirsin.Yaxşı ki sən məni başa düşdün.
IDEAL
Dəyməz. Bilirsiz ya qarşı tərəfdə dürüb məqalənin iddialarına qarşı antitezislə çıxış edəydilər ya da ki Elvin85 nikli istifadəçi kimi məqaləni nə üçün dəstəklədiklərini izah edən bir post yazaydılar. Təkcə Elvin85 in postundan görsənir ki məqalənin mahiyyətini başa düşüb müdafiyə edir. Fidan xanım bir məsələdə haqlı idi. İslamı müdafiyə etməyə çalışan gənclərin belə emosiyalara əsaslanan postlar yazması islamın adını uca etməz. Quranda deyilir "Əqllə sabit olmayan şeyin arxasınca getməyin". Açığı hall-hazırda özümə yazığım gəlir. Bir  dastan şərh yazmışam ancaq başa düşmürəm ki ideyanı müdafiyə edənlər buna inandıqları üçün müdafiyə edirlər yoxsa məntiqli olduğu üçün?
rokfeller
Söhbət acı bağırsağa döndü. Uzatmayın. Post yazıldı,şərhlər yazıldı. bu qədər məncə bəsdir.təklif edirəm ki müəllif buna oxşar mövzuda daha əsaslı bir yazı yazsın və müzakirə orda davam edilsin. mən də məmnuniyyətlə iştirak edərdim.Amma bu postda yox.