Рейтинг
+34.55

Fəlsəfə

64 üzv, 170 topik

Nitsşe fəlsəfəsi

Çətinlik onun adını tələffüz etməklə başlayır. Birinci hissə «Ni», ikinci hissə isə "Çe" kimi səslənməlidir: " Ni Çe". Sonra biz onun qeyri-adi və provakativ frazaları ilə tanış olmalıyıq. «Məni öldürməyən şey məni güclü edir». «Allah öldü! Və onu biz öldürdük». Və onun yekə bığı. Onun haqqında danışmaqla sehirli, müdrik və çox lazımlı olan bir filosofu kəşf edəcəyik. Friedrich Nietzsche 1844-cü ildə Şərqi Almaniyanın sakit bir kəndində atasının keşiş olduğu yerdə doğulub.

O, məktəbdə və universitetdə çox yaxşı oxumuş və qədim yunancanı yaxşı öyrənərək, Bazel Universitetində professor olmuşdur (hələ 20 yaşlarında olarkən). Lakin onun rəsmi karyerası uğurlu olmamış, o işlədiyi akademiklərdən bezərək, işi atıb İsveçrənin (Alp) Sils Maria bölgəsinə köçmüş və burada sakit yaşayaraq öz şah əsərlərini yazmışdır. Adları: «Musiqinin ruhunda tragediyanın doğulması», "İnsan, həddindən artıq insan", "Şən Elm", «Zərdüşt belə deyirdi», " Xeyir və Şərin fövqündə", "Əxlaqın şəcərəsi" və s.
Davamı →

Bertran Rasselə görə aqnostisizm nədir?

“Əslində son günlərdə baş vermiş hadisələrə görə, o qədər də xoşhal deyildim. Ancaq idarəyə çatanda sözün əsl mənasında nəşələnmişdim.

Orada anketimi dolduran növbətçi gizir dini inancımı soruşdu. Sualı soyuqdan uyuşmuş səs tellərimin ciyiltili tembriylə cavabladım: 
— Aqnostikəm.

Öncə nəsə yazmaq istədi, amma yazmağı dayandırıb qələmi vərəqdən çəkmədən başını qaldırdı:
— Mm… Bu söz necə yazılır? Əslində bilirsinizmi, bütün bu dinlər, elə sizin inandığınız da, hamısı sadəcə bir tanrıya “xidmət edir”.

Bu hadisə həbsxana günlərimdə və sonrakı həyatımda məni daimi nəşəli saxladı…” 
Bertran Rassel avtobioqrafiyasını yazarkən ilk dəfə həbs olunduğu zamanın xatirələrini bu cümlələrlə ifadə edib.
Davamı →

Ursula Le Quin. Omelası tərk edənlər.

Qaranquşları diksindirərək uçuran zəng sədaları ilə Omelasa, dənizin nurlandıraraq ucaltdığı şəhərə Yay Festivalı qədəm qoydu. Limandakı gəmilər əlvan bayraqlarla bəzədilib. Küçələrdə qırmızı damlı və rəngarəng divarlı evlərin arası ilə, torpağını yosun örtmüş köhnə bağçaların cığırları ilə, çoxlu ağacların olduğu xiyabanlarla böyük parkları və ictimai binaları ötərək bayram əhval-ruhiyyəli insan topluları hərəkət edir. Bəzi yerlərdə bu əsl təntənəli yürüşdür: çəhrayi, bənövşəyi və boz rənglərdə olan ağır, uzun mantiya geyinmiş qocalar; ciddi görünüşlü ustalar; qucaqlarında balaca uşaqları ilə şən, ancaq aşağı səslə gəzərək danışan qadınlar. Qonqlar və tamburinlərin səsləndiyi digər küçələrdə isə insanlar rəqs edirlər və yürüş böyük rəqsə çevrilir. Sevincək tərzdə uşaqlar o tərəf, bu tərəfə qaçışır və onların səs-küyü uçuşan qaranquşlar kimi musiqidən və nəğmələrdən daha yuxarı qalxır.
Davamı →

Postmodernizm, kinayə, həzz | Umberto Eko

Postmodernizm anlayışı,  əsasən, iki mənada anlaşılır: mədəniyyət və ədəbiyyatın bütün üslub və imkanlarının sinkretik qarışıqlığından ibarət müasir vəziyyəti; moderndən «sonra» deyil, onunla yanaşı meydana çıxan konseptual yanaşma, müxtəlif mərhələlərdə aktuallaşan xüsusi yaradıcılıq növü. Dəyərlərin tənasübünü qəbul edən, özünü keçmişlə tutuşduran, utopiyaya inanan modernizmdən fərqli olaraq, postmodernizmə sabit ənənə, dəyərlər tənasübü, qiymətləndirmə yaddır. Əgər ənənəvi mədəniyyət dünyanı və bu dünyada insanı əks edirdisə (modernizm – ekstremist formalarda olsa da təcridlənmiş şəxsiyyətin dünyasını), postmodernizm özü-özünü əks və ifadə edir, qapanır.  Hər şeyə şübhə edilir və eyni zamanda bu şübhəli ifadə olunur. Yaradıcılıq oyuna, dünya mətnə çevrilir. Dünya inikas edilmir, dünya-mətn yaradılır, özü də bir yox, çoxlu dünyalar.
Davamı →

İslamla ilgili yeni düşüncələrdən

Müsəlman olan kəs nədən din azadlığının tərəfində dura bilər?
Fərabidə, Nəsirəddin Tusidə belə bir ideya var ki, gəlişmiş dinləri «gerçək-yalan», «üstün-aşağı» kateqoriyalarında bölmək yaxşı deyil və güman ki, Allah-tala onları özünə doğru müxtəlif yollar kimi qoyub. Daha sonra onlar artırırdılar ki, Tanrı hər xalqa bu xalqın ruhuna uyğun yolu vermişdir.
Boğazı daralmış çay daralmaqdan fışqırtı gücü qazanır. Bu, şiddətin gücüdür. Ancaq millət azman genişliyə yayılmış çay kimi də güclü ola bilər. Biz millət gücünü genişlik planında anlamaq istəyirik. Dini azadlıq və dini tolerantlıq millətin dini mədəniyyətdə genişliyidir. Bunun tərsi olan şiddətdir ki, İraqda, Pakistanda müsəlmanların bir-birini qırmasına gətirib çıxarır. Başqa dinlərə dözüm və sayğı, yəni din azadlığı belə şeylərə yol vermir və öyünməliyik ki, Azərbaycan tarixində belənçi dözüm və sayğı heç də az olmayıb.
Davamı →

Tolerantlıq dərslərinə giriş

Gücümüz çatmadığımız hallar

Birdən düşündüm ki, sənət ki insanlar arasında harmoniya («qarmon» da bu sözdəndir), yəni uyarlıq yaratmaq iddiasındadır, insanlar arasında ən çox bölücülük salan nəsnələrdəndir. Yaşlı nəsil rəp «dır-dırına» dözə bilmir, gənc nəsil muğam «sızıltısına». Yaşlı nəsil Bakı göydələnlərindən deyinir, gənc nəsil bilmir, «bunnar” niyə deyinir?”
Eyni düşüncəni, yanılmıramsa, dinlə bağlı Kirkoqordan oxumuşdum. Dindar olan bu filosof mat qalırdı ki, dinlər insanları birləşməyə çağırır, ancaq işdə dürlü dinlər, təriqətlər törətməklə «kim düzdür, kim yaxşıdır» üstündə didişmə salır. Bu, nə sənətə, nə dinə yaraşan biabırçı durumun aradan getməsi üçün, artıq, adamları bezdirmiş tolerantlıq (dözümlülük) və «plyuralizm» (çoxculluq) sözləri, ideyaları var, ancaq di gəl ki:
Davamı →

Həndəsi fiqurlar, fır-fıralar və dünyanın sonu üzərinə düşüncə səpələntiləri

Dünyanın sonunu gözləyənlər sırasında durmasam da və hətta apokaliptik soraqlara azca qımışsam da indiyənəcən bu qonuda bir neçə müsahibə verməli olmuşam. Həvəssiz, ilhamsız bir neçə nəsnəni söylədim: Ortaçağda Katolik Avropasında xristianların İsusa inamının bir ayrılmaz yönü o idi ki, bu gün-sabah Qiyamət günü baş verəcək və Xristos möminləri xilas edəcək. Ancaq həmin dönəmdə hər il dünyanın sonunu gözləyən xristianlar, axırda, bezdilər və dində şübhə rüşeymləri cücərti verdi: əgər Qiyamət günü gəlmirsə, bəlkə dinimiz yanlışdır? Bax, belənçi quşquları yaxın buraxmamaq üçün də Ortaçağ Xristianlığından Məhşər gününun bəkləntisi, haçağ gəlməsi yığışdırıldı.
Davamı →

Bertran Rassel: Paxıllıq

Özünü bədbəxt hiss etməyin ən böyük səbəblərindən biri də paxıllıq duyğusudur. Düşünürəm ki, paxıllıq ən yayğın və kökü dərinlərdə yatan duyğudur. Tərbiyəçilər, bir yaşı olmamış uşaqlarda belə aydın şəkildə müşahidə edilən bu duyğunun təzahürlərinə qarşı diqqətli davranmalıdılar. İki uşaqdan birinə daha artıq qayğı göstərmək, anında digərinin diqqətini cəlb edə və onun əzab çəkməsinə səbəb ola bilər. Uşaqlarla münasibətdə olan hər kəs, onlar arasında hər hansı bir nəsnəni bölüşdürərkən adil davranmağa çalışmalıdır. Ancaq uşaqlar hiss etdikləri qısqanclığı (ki bu da paxıllığın bir növüdür) dilə gətirməkdə böyüklər qədər açıqürəkli olmur.

Bu duyğu uşaqlar qədər yetkin insanlar arasında da yayğındır. Məsələn, qadın xidmətçilərə baxaq: Heç vaxt unutmaram, evli xidmətçimizə hamilə olduğu üçün ağır əşyalara güc vurmamasını söyləmişdik, bunu görən digər xidmətçilər də ağır əşyaları qaldırmaqdan boyun qaçırmağa başladılar və nəticədə bu cür işləri özümüz həyata keçirməyə məcbur qaldıq. Paxıllıq həm də demokratiyanın təməlidir.
Davamı →

Artur Şopenhauer: Qadınlar haqqında

“İnsan həyatının başlanğıcı qadın sinəsində doğur
İlk kiçik sözləriniz onun dodaqlarından öyrənilir,
İlk göz yaşlarınızı o silir, və son nəfəsiniz
Tez-tez onların qulaqlarına üfürülür,
Kişilər onlara rəhbərlik etmiş insanın son saatında 
Ona qayğı göstərmək kimi rəzil işdən qaçdıqları halda.”

Hər iki parça qadının dəyərini doğru nöqteyi-nəzərdən göstərir. Qadın bədəninin görünüşünə baxmaq kifayətdir ki, onun nə mənəvi, nə də fiziki olaraq ağır iş üçün nəzərdə tutulmadığını anlayasan. O, həyata olan borcunu əslində etdikləri ilə deyil, əzabları ilə ödəyir – doğmaqla, uşağa baxmaqla, səbirli və gülərüz yoldaş olmağa məcbur olduğu ərinə tabe olmaqla. Yüksək kədərlər və sevinclər və ya gücün əzəmətli nümayişi onlar üçün deyil. Qadının həyatı kişininkindən daha sakit, daha nəzərəçarpmaz və daha yumşaq axıb getməlidir, fərqi yoxdur, o xoşbəxtdir, ya yox. 

Qadın lap əvvələn ilk uşaqlıq illərimizin tərbiyəçisi və dayəsi kimi hərəkət etməyə yönəlikdir, sadə bir səbəbə görə — çünki özləri də uşaqdırlar, səfehdirlər, uzağı görməzlər, bir sözlə, həyatları boyunca böyük uşaq olaraq qalırlar, uşaqla əsl insan olan kişinin ortasında bir yerdə dayanırlar.
Davamı →

Xoşbəxtlik haqqında | Artur Şopenhauer

Hər kəs üçün onun öz şəxsiyyəti ən dəyərli və ən əhəmiyyətli şeyə çevrilməlidir. Sənin xoşbəxt olma ehtimalın məhz bundan asılıdır. Buna nə qədər çox nail ola bilsən, nəticədə, öz daxilində nə qədər çox həzz mənbələri aşkarlaya bilsən, o qədər çox xoşbəxt olacaqsan…

Axı bütün xarici həzz və xoşbəxtlik mənbələri, təbiətcə etibarsız, şübhəli və keçicidir. Onlar situsiyadan asılıdırlar və buna görə də bu mənbələr hətta ən əlverişli şərtlərdə belə tükənə bilərlər. Bu qaçılmazdır. Ürəyin istədiyi vaxt onları tapmaya bilərsən. Bütün hallarda bu mənbələr sən qocaldıqca tükənməyə başlayır: bu zaman sevgi bizi tərk edir, daha əvvəlki tək şənlənə bilmirik, səyahət və ya at yarışlarına olan ehtirasımız yavaş-yavaş öləziyir, cəmiyyət üçün yararsızlaşırıq; nəhayət ölüm bizi qohum-əqrəbadan və dostlardan məhrum edir.
Davamı →