Рейтинг
+34.55

Fəlsəfə

68 üzv, 181 topik

Satanizm

Satanizm – Şeytana sitayiş edən dindir. Bu dində Satana güc və höküm simvoludur.


Satanizmin rəqəmi 666, bəzi hallarda 616  hesab edilir.  Heyvan rəqəmi (666) İncildə qeyd edilmiş satanizm rəqəmidir. Böyük heyvan, və ya Antixristin rəqəmi hesab edilir. Amma satanizmin böyük banisi olan Anton Laveyin dediyinə görə, 666 rəqəminin elə də mənası yoxdur, bu sadəcə boş inamdır.


Ardı →

Sürrealizm

Sürrealizm (fr. surrerealisme – realizmin fövqü) – XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Ötən əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. Yazıçılardan G.Appoliner («sürrealizm» terminini ilk dəfə o, işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar.Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmə qəribəlik,irrosionallıq,standartlara cavab verməmək xarakterikdir.Bu dövrdə şair və rəssamlar müharibənin dəhşətlərindən təsirlənib şüurdankənar arzular dünyasına yönəlmişdilər.Bu cərəyanın müxtəlif növlərinin olmasına baxmayaraq,əsas məqsədi instiktin yaradıcı qüvvəsinin və şüurdan üstün olmasının azadlığıdır.Sürrealizmin banilərindən birinin fikrincə «ruhi xəstələr əsil sürrealistlərdir».


Ardı →

Freydizm haqda bir neçə söz

Milliyətcə yəhudi olan Sigmund Freyd ( Ziqmund Freyd 1856-1939 ) Avstriyalıdır. Vyana Universitetindən tibb üzrə məzun olmuşdur. Və elə orada da uzun bir sürə həkimlik edərək sinir xəstəlikləri, dəliliklə maraqlanmağa başlamışdır.

Fəlsəfə və psixologiyada insan psixikası haqqında söylədiyi fikirlər və ortaya atdığı psixoanaliz metodu ilə adını elm tarixinə yazdıra bilmişdır.
Məsələn o, psixoanaliz metodu ilə nevroz kimi əsəb xəstəliklərinin səbəblərini axtarmağa çalışırdı. Freyd belə hesab edirdi ki, bu kimi xəstəlikərin səbəbi insan psixikasının dərin qatlarında yatır. Keçmişdə, xüsusən də uşaqlıqda ödənilməmiş qayğıları, istəkləri, narahatlıqları o, sonradan ortaya çıxan əsəb xəstəliklərinin səbəbi adlandırırdı. O, xəstələrini qəbul edərkən xüsusi metodu üzrə hərəkət edirdi. Bu metoda Freyd psixoanaliz metodu deyirdi. Bu zaman psixoloq xəstələrini rahat şəkildə danışmağa vadar edir, fikirlərini, ağlına gələn hər şeyi ona söyləməsini istəyirdi. Önəmli ya önəmsiz hər şeyin.

Freyd göstərirdi ki, insana təbiətən bir sıra şiddətlı meyillər xasdır. Libido adlanan cinsi meyl psixikanı müəyyən edən əsas amildir və bu uşaq anadan olduqdan az sonra formalaşır. Bu isə yəni seksual meylin ifadəsi cəmiyyət tərəfindən ədəb-ərkan qaydaları ilə məhdudlaşdırıldığından qadağan olunmuş arzular qeyri-şüuri sahəyə ötürülür və bunlar da sonda nevroz və bəzi psixi pozuntuların yaranmasına səbəb olur. Bu zaman belə halların baş verməməsi üçün isə o, insanı idman, iş, yaradıcılıqla məşğul olmağa səsləyirdi.


Ardı →

İctimai inkişafın bəzi konsepsiyaları

Etiraf etmək lazımdır ki, təkcə yüz il qabaq deyil, indinin özün­də belə bəşəriyyətin bərqərar olması və inkişafı haqqında vahid fikir yaranmamışdır. Buna təəccüb etmək lazım deyildir. Çünki bə­şər cəmiyyəti insan əqli tərəfindən dərk və izah edilməyən xeyli sirrə malikdir. Alimlərin fikrincə, bunun da başlıca səbəbi insan cəmiyyəti ilə məşğul olan elmlər– sosiologiya, siyasi iqtisad, tarix, demoq­rafiya hələ çox təzədirlər, inandırıcı dəlil və nəticə üçün kifayət qədər material toplamamışlar.
İctimai inkişafın qanunauyğunluqları və yaxud paradoksları haqqında mövcud olan tarix konsepsiyalarını şərti olaraq üç qrupa bölmək olar (burada ilahiyyatçı doktrinalar nəzərə alınmır).


Ardı →

İdrak

İnsanın təbiətə münasibətinin rəngarəng formaları sistemində mühüm yeri idrak, yaxud insanı əhatə edən aləm haqqında biliklər, onun təbiəti və strukturu, inkişaf qanunauyğunluqları, həmçinin insanın özü və bəşər cəmiyyəti haqqında bilgi tutur. İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvvəllər məlum olmayanın kəşfi deməkdir. İdrakın mühüm nailiyyətləri insanın həmin prosesdə fəal rolu ilə əldə edilir. Əslinə qalanda elə fəlsəfi təhlili də maraqlandıran həmin məsələdir. Başqa sözlə desək, söhbət həqiqətə çatmaq yolları, anlayışları və metodlarından gedir.
İdrakın fəlsəfi problemləri dedikdə, idrak nəzəriyyəsinin pred­meti, yaxud qnoseologiya nəzərdə tutulur. «Qnoseologiya»– yunan mənşəli olub, qnozis– bilik, loqos– söz, təlim deməkdir.


Ardı →

Aristotel

Aristotel qnoseologiyanın məntiq nöqteyi– nəzərindən öyrənilməsini daha da inkişaf etdirmişdir. Onun təliminin əsas müddəasına gəldikdə aşağıdakıları deyə bilərik.
Hər şeydən əvvəl, onun kateqoriyalar haqqında təlimini nəzərdən keçirək (onun «Kateqoriyalar haqqında» əsəri də var). Bu təlim Platonun ideyalar nəzəriyyəsinə və müxtəlif keyfiyyətli fikirlərinə əsaslanır. Aristotel, hər şeydən əvvəl, iki kateqoriyanı– mahiyyət və keyfiyyət kateqoriyalarını fərqləndirir. Mahiyyət başqasında deyil, özündə yaşayır. Aristotelə görə, xeyirxahlıq ideyası və xeyirxahlığın özü mahiyyət və keyfiyyətə aiddir. Keyfiyyət (və kəmiyyət) həmişə hansısa mahiyyətə uyğun gəlir. Keyfiyyət öz– özlüyündə mövcud deyildir. Mahiyyət– mübtədadır, keyfiyyət isə xəbərdir. Xeyir, məsələn keyfiyyət kateqoriyasıdır. Belə ki, öz– özlüyündə mövcud deyildir, nəyinsə xassəsidir (xeyirxah adamlar, xeyirxah əməllər və s.). «Qırmızılıq» da keyfiyyət kateqoriyasıdır, özlüyündə mövcud ola bilməz, xassə kimi mövcud ola bilər– (Qırmızı şeylər). Aristotelin «mahiyyət» və «keyfiyyət» (yaxud «mənsubiyyət») latın dilində tərcümədə «substansiya» və «aksidensiya» kimi daşa düşülür
Ardı →

Dialektik ziddiyyətlər qanunu

Bu qanun indiyə qədər mövcud olan fəlsəfi ədəbiyyatda «əks­liklərin vəhdəti və mübarizəsi» qanunu kimi verilmişdir. Bu, ən ümu­mi qanundur. Əgər bu qanun və onun haqqında biliklərin for­ma­laşması məsələsini nəzərdən keçirsək, mütləq tarixə müraciət etməliyik.
Hələ qədim zamanlardan insanlar belə bir cəhətə fikir verir­dilər ki, bizi əhatə edən son dərəcə çoxcəhətli aləmdə əks xassələr, qüvvələr və meyllər aydın görünür və xüsusilə mühüm rol oyna­yırlar. Həm də müşahidə edilmişdi ki, əks başlanğıclar nəinki yanyana– mövcuddur, həmçinin bunlar qarşılıqlı surətdə bir– birilə bağlıdır. Eyni bir predmetdə, yaxud hadisədə meydana gəlir, bu və ya digər şeyin, yaxud bu və ya digər prosesin müxtəlif cəhətlərini təşkil edirlər.
Ardı →

İnkişaf qanunları: Dialektik sintez qanunu

Sovet fəlsəfi ədəbiyyatında dialektikanın üç qanunu: əks­i­liklərin vəhdəti və mübarizəsi, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi və inkar qanunu göstərilmişdir. Bu qanunların şərhi zamanı müxtəlif müəlliflər müxtəlif əsaslarla bu və ya digər qanunu birinci verir və bunun da dialektik zərurət olduğunu sübut etməyə çalışırdılar. Biz də öz növbəmizdə həmin qanunların şərhin­də yeni yanaşma üsuludan istifadə edəcəyik.Hegel dialektikasını işləyib hazırlayarkən «inkar» anlayışın­dan istifadə etmişdir.
Ardı →

Qanun və qanunauyğunluq

Fəlsəfədə hadisələrin qarşılıqlı səbəb əlaqələrinin müxtəlifi­yinə baxmayaraq, onların öyrənilməsi çox müxtəlifdir.
Ən ümumi formada qanun– şeylər, hadisələr və ya proseslər arasındakı müəyyən zəruri münasibətdir ki, bu da onların daxili tə­biətindən, onların mahiyyətindən irəli gəlir. Qanun anlayışı obyek­tiv aləm hadisələrinin vəhdətinin, əlaqəsinin və qarşılıqlı asılılığının insanın dərk etməsi pillələrindən biridir. Bu anlayış elm və fəlsəfənin uzun zaman davam edən inkişafı nəticəsində hasilə gəlmişdir.
Ardı →

İnkişaf anlayışı. Konsepsiyalar

İnkişaf dialektikanın öyrənilməsinin əsas predmetidir. Əslində dialektika təbiət, cəmiyyət, təfəkkürün ümumi inkişaf qanunları haqqında elm kimi çıxış edir. İnkişafa istiqamət götürmək dialektikanın kriteriyasına xidmət edir. İnkişaf qanunlarının dərk edilməsi inkişaf proseslərini idarə etməyə, bəşəri sivilizasiyanın obyektiv qanunları və tələblərinə müvafiq olaraq dünyanı dəyişdirməyə imkan verir.
Ardı →