Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 167 topik

Adamların etnik birlik formaları

Adamların sosial birliklərindən əvvəl etnik birliklər mövcud olmuşdur. Sosial fəlsəfədə etnik birliklərin öyrənilməsinə çox gec başlanmışdır. Lakin öz əhəmiyyətinə görə bu problem aparıcı yerlərdən birini tutur.
İbtidai inkişaf mərhələlərində insanların başlıca birlik forması qəbilə, tayfa olmuşdur. Qəbilə qan qohumluğu və müəyyən təsərrüfat əlaqələri ilə, ümumi mənafeyi müdafiə etməklə bağlı olan və təbiətin kor– təbii qüvvələrinə qarşı birlikdə çıxış edən insanların tarixi birlik formasıdır.
Ardı →

Fərd və şəxsiyyət

İnsan bəşər nəslinin yeganə nümayəndəsi kimi fərd olaraq nəzərdən keçirilir. Bu anlayışın tərifi hansısa spesifik xarakteristikaya ehtiyac hiss etmir. Fərd– həmişə çoxlardan biridir. Bu mənada «fərd» və «şəxsiyyət» anlayışları həm həcminə, həm də məzmununa görə bir– birinə ziddir. Fərd anlayışında insanın xüsusi, yaxud yeganə olan xassəsi əks olunmur. Ona görə də öz məzmununa görə çox kasıbdır, lakin həcminə görə o qədər də zəngindir, çünki hər bir insan– fərddir. Fərd anlayışında insanın nə bioloji, nə də sosial keyfiyyətləri görünmür. Halbuki o nəzərdə tutulur. Əgər biz «insan fərdi» deyiriksə, o zaman bütün adamların nəsli birliyini təsəvvür edirik. Başqa keyfiyyətləri göstərdikdə isə onda sosial qrupa mənsubluq özünü göstərir.
Beləliklə, insan müəyyən dərəcədə biososial varlıqdır; ona görə sosial varlıqdır ki, onun ictimai mahiyyəti vardır; ona görə bioloji varlıqdır ki, bu mahiy-yətin daşıyıcısı canlı insan orqanizmidir.
«İnsan» anlayışı insan növünə məxsus ümumi əlamətləri ifadə edən növ an-layışıdır. İnsan aləmində adətən fərd deyərkən ayrıca götürülmüş bir insanı nəzərdə tuturlar. Onun ümumi cəhətləri ilə fərdi cəhətləri də vardır. Ayrıca bir insan nə isə xüsusi bir fərddir və məhz onun xüsusiliyi onu fərd edir və gerçək ictimai fərd varlığına çevirir.
Fərd öz ifadəsini insanın təbii əlamətlərində və psixik xassələrində– hafizə, təxəyyül, temperament, xarakter xüsusiyyətəlirində və insan simasında, onun həyat fəaliyyətinin bütün rən¬garəngliyində tapır. Şüurun bütün məzmunu da: baxışlar, mühakimələr, rəylər də fərdi rəng alır, bunlar hətta müxtəlif adamlarda ümumi olduqda da həmişə özündə nə isə bir «özünə məxsusluq» daşıyır. Hər bir ayrıca adamın təlabatı və ehtiyacları fərdiləşmişdir və o, özünün gördüyü hər bir işə öz fərdi izini həkk etdirir. Şəxsiyyət yalnız öz ümumi xassələri və cəhətləri mənasında deyil, həmçinin öz sosial, mənəvi, fiziki keyfiyyətləri cəhətdən nəzərdən keçirilən bir insandır. Bu keyfiy¬yət¬lər həm müsbət, həm də mənfi ola bilər, çox zaman isə, müxtəlif nisbə¬t¬lərdə olsa da onlarda həm ləyaqət, həm də nöqsanlar birləşmiş olur.
İnsanın ən ümumi əlaməti onu qalan aləmdən ayıran sosial fəaliyyətdir. İnsan, hər şeydən əvvəl, öz fəaliyyəti şəraitini dəyişdirən və bütün bu keyfiyyətlər bir– biri ilə qırılmaz əlaqədardır. Şəxsiyyət– məzmununa görə olduqca zəngin anlayış olub, özündə insanın təkcə ümumi və xüsusi əlamətlərini deyil, həm də nadir, unikal xassələrini də əks etdirir. İnsanı, şəxsiyyət edən, şübhəsiz sosial fərdilik, da-ha dəqiq desək, insan üçün xarakter olan sosial keyfiyyətlər, onun sosial spesifi-kasıdır. Şəxsiyyət anlayışına adətən fərdin təbii– fərdi xarakteristikasını daxil etmirlər. İnsanın sosial fərdiyyəti boş yerdə və təkcə bioloji şərtlər əsasında yaranmır. İnsan konkret tarixi zamanda və sosial məkanda, praktiki fəaliyyət və tərbiyə prosesində formalaşır. Ona görə də sosial fərdiyyət kimi şəxsiyyət həmişə müxtəlif, rəngarəng amillərin qarşılıqlı təsiri və sintezinin konkret yekunudur. Və şəxsiyyət özü insanın sosial– mədəni təcrübəsini toplaya bilməsi dərəcəsi ilə bir o qədər əhəmiyyət daşımır və öz növbəsində insanın inkişafına fərdi töhfəsini verir.
Şəxsiyyət mürəkkəb struktura və şərhə malikdir. Ümumiy¬yətlə, fəlsəfədə şəxsiyyət problemi insanın şəxsiyyət kimi mahiyyəti, onun dünyada və tarixdə yeri və rolu deməkdir. Burada şəxsiyyət ictimai idealların, sərvətlərin, ictimai münasi-bətlərin, adamların fəaliyyət və ünsiyyətinin subyekti və fərdi ifadəsidir. Şəxsiyyət, hər şeydən əvvəl, fəaliyyətin yetirməsidir. Yalnız fəaliyyəti sayəsində insan bir şəxsiyyət kimi özünüdərk, təsdiq və təzahür etdirir.

Davamı →

Substansiya

Substansiya (lat. substantia — mahiyyət; sözünün hərfi mənası əsasında duran deməkdir) — fəlsəfi baxış deməkdir.
Hələ qədimdən mütəfəkkirlər hiss etmişdilər ki, dünyada sonsuz sayda dəyişikliklər (inkişaf, məhv olma, birləşmə, parçalanma və s.)baş verməsinə baxmayaraq müəyyən bir sabit,dəyişməz əsasda mövcuddur. Bunu onlar substansiya və yaxud da ilkin materiya adlandırırdılar. Doğrudur bu əsası müxtəlif cür təsəvvür edirdilər. Bəziləri onu suda, havada və odda görürdülər. Digərlərinin fikrincə dünyanın dəyişməz əsası suyun,odun,torpağın və havanın birləşməsidir. Bu cür baxışlar ilk nəzərdə sadəlövh görünsə də təbiətin və cəmiyyətin izahında müsbət rol oynamışdır. Belə ki, Yer kürəsinin və Günəş sisteminin yaranması, maddələrin daxili quruluşu haqqında söylənilən fərziyyələr bu fikrə əsaslanırdı.
Ardı →

Kulturologiyanın fəlsəfə ilə qarşılıqlı əlaqəsi

Tarixən bütün elmlər fəlsəfədə cəmləşmişlər. Zaman keçdikcə elmlər fəlsəfədən ayrılmaga başlamışlar və cəmiyyət həyatında müstəqillik əldə etməyə başlamışlar. Fəlsəfənin atası hesab olunan Pifaqor e. ə. 6-cı əsrdə fəlsəfə terminini meydana gətirərkən bu cəmiyyət haqqında insan və şəxsiyyət haqqında uzaqgörən bir fikirlər irəli sürürdü. Bu fikirlər sonradan cəmiyyəti öyrənən elmlərin formalaşmasında müstəsna rol oynamışdır. Bu elmlərdən antropologiya, sosiologiya, etnoqrafiya, kulturologiya və s. qeyd etmək olar.
Məhz fəlsəfədən yaranan, sonradan cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb edən ən vacibli elmlərdən biri də kulturologiya olmuşdur.
Ardı →

İctimai şüur formaları

İctimai şüur — cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən kütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri,insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.


Ardı →

XX əsr Qərb fəlsəfəsi

Müasir Qərb fəlsəfəsində müxtəlif, bəzən də bir-birinə birbaşa əks cərəyanlar mövcuddur. Bu fəlsəfənin müxtəlif qolları, idealizm ilə materializm arasında gedən mübarizədən meydana gəlir. Bu cərəyanlardan «neopozitivizm», «praqmatizm», «ekzistensializm», «personalizm» və «neotolizm» və başqaları əsas yer tutur.



Ardı →

Müasir dövrün sosial-qlobal problemləri

Müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm həyati əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır.
«Qlobal» problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə «qlobal problemlər» aşağıdakı meyarlarla müəyyən olunur:


Ardı →

İctimai tərəqqi anlayışı

Tərəqqi – bəşər cəmiyyətinin irəliyə doğru tarixi inkişafının zəruri istiqaməti, meylidir. Bəşəriyyət aşağı mərhələlərdən yüksəklərə döğru inkişaf etdikcə daha da yetkinləşir, tərəqqi edir.
Dialektik sosial fəlsəfədə ictimai tərəqqi bə onun meyarı haqqında tarixə münasibət baxışlardır: bəşər tarixi daimi irəliləyən obyektiv, təbii-tarixi, qanunauyğun prosesdir, cəmiyyətin inkişafı gedişində istehsala olan tələbat məhsuldar qüvvələri daim təkmilləşdirir, yeniləşdirir.


Ardı →

Cəmiyyətin sosial varlığı

«Sosiallıq» anlayışı Latınca-ictimailik, birgə yaşayış, vətəndaşlıq, cəmiyyət haqqında qarşılıqlı münasibət və vəzifələr yerinə yetirmək mənasını verir. Sosial fəlsəfə dedikdə-cəmiyyət, onun strükturu, hərəkətverici qüvvələri və qanunauyğunluqları haqqında elm başa düşülür. Sosial inkişafın inkişaf etmiş pilləsinə uyğun olaraq sosial strükturda mərkəzini (nüvəsini) insanın təşkil etdiyi etnik, demoqrafik, məsgən, peşə-təhsil və sinfi strükturları bir-birindən fərqləndirmək olar.


Ardı →

İctimai şüur və onun formaları

İctimai şüur — cəmiyyətin mənəvi istehsalının böyük bir hissəsini təşkil etməklə ictimai varlığın inikasıdır. Sosial hadisələrin inikasına və onun məna dərinliyinə görə adi və nəzəri şüur da bir-birindən fərqləndirilir. Adi gündəlik şüur ictimai şüurun ən küütləvi forması olmaq etibarı ilə konkret ictimai varlığa, adi gündəlik həyata münasibətdə fərdlərin əldə etdikləri konkret bilikləri, təsəvvürləri,  insan birgəyaşayışına, milli və etnoqrafik xüsusiyyətlərinə, əxlaq normalarına, ailə və məişətə və həyat şəraitinə aid olan şüur səviyyəsidir.


Ardı →