Рейтинг
+33.42

Fəlsəfə

58 üzv, 160 topik

Orta əsr Şərq fəlsəfəsi

Fəlsəfi fikir orta əsrlərdə Şərq ölkələrində də geniş surətdə inkişaf etmişdir. Bizansda görkəmli filosof İoann Damaskin fəlsəfənin 6 mühüm tərifini vermişdir:
1) fəlsəfə varlığın təbiəti haqqında bilikdir;
2) fəlsəfə ilahi və bəşəri işlər, yəni bütün gözə görünən və görünməyənlər haqqında bilikdir;
3) fəlsəfə ölümdə məşqlərdən ibarətdir;
4) fəlsəfə Allaha oxşamaqdan ibarətdir;
5) fəlsəfə bütün elm və incəsənətin başlanğıcıdır;
6) fəlsəfə hikmətsevərlikdən ibarətdir.
Davamı →
 

Antik fəlsəfə

Antik fəlsəfənin meydana gəlməsi və formalaşmasında Elladanın fəlsəfəyə qədərki mifoloji şüurunun böyük rolu olmuşdur. O, isə Homer, Hesoid və fikirlərin mifologiyasında öz əksini tapmışdır. Onlardan birincisi aristokratik, ikincisi demokratik, üşüncüsü isə qul şüurunun təzahürlərindən ibarət olmuşdur. Qədim Yunan fəlsəfəsinin öyrənilməsində onu iki dövrə bölmək ənənəsi özünə yer etmişdir. Birinci dövr Sokrata qədərki filosofların yaradıcılığı, ikinci dövr isə Sokratdan sonrakı filosofların yaradıcılığı dövrüdür.


Ardı →
 

İnsan, fərd, fərdiyyat və şəxsiyyət.

İnsanın bioloji qanunauyğunluqlarla yanaşı bəşəriləşməsi ilə ictimai-tarixi qanunauyğunluqlar da təsir göstərməyə və formalaşmağa başlamışdır.
İnsan ictimai varlıqdır, lakin o, ayrı — ayrı real fərdlərlə konkretləşir. İnsan fərdlə, qrup, sinif, kollektivlə bağlanır. Odur ki, insan həm fərdi-şəxsi, həm qrup-sinfi, həm də bəşəri mənəvi-siyasi keyfiyyətlərin, dəyərlərin daşıyıcısına çevrilir.

Fərd də həmişə ictimai mövcudluqdur: Yaşadığı ictimai münasibətlərin məhsuludur. Fərd sosiallaşaraq şəxsiyyətə çevrilir. «Fərd» anlayışı:
a) yüksək bioloji növ olan «Homo sapiens»in ayrıca bir nəfərini insan nəslinin təkcə götürülən bir üzvünü bildirmək, bir adamı başqalarından fərqləndirmək üçün;

b) fəlsəfi mənada isə sosial birliyin ayrıca bir  «atomunu», qrupunun, sinfin, kollektivin, cəmiyyətin və s. fərdi bir üzvünü, təkcəni bildirmək üçün işlədilir. Deməli, ikinci mənada fərd «ictimailəşmiş», sosial təkdir. Fərd cəmiyyət içərisində yaşayır. Dövr, mədəniyyət, ictimai inkişafın xüsusiyyətləri fərdi davranışda təzahür edir, şəxsiyyətin fəaliyyətində reallaşır.



Ardı →
 

Qədim şərq fəlsəfəsi

Qədim şərq ölkələrinin fəlsəfəsi fəlsəfəyə qədərki şüurdan aydın şəkildə fərqlənmirdi, şox hallarda adi əxlaqi şüurdan (Çində) və dini mifoloji şüurun qarışığından (Hindistan) ibarət olurdu. Lakin həmin ölkələrdə, dünyaya bu və ya digər münasibətdə az və ya şox dərəcədə fəlsəfi şüur elementləri mövcud olmuşdur. Eramızdan əvvəl IV minilliyin sonu və III mininilliyin əvvəllərində qədim Misirdə və babilistanda dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh baxıçlar bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat, astronomiya və astrologiyaya əsaslanırdı.


Ardı →
 

Fəlsəfə, onun predmeti və cəmiyyətin mənəvi inkişafı

İnsan biliyinin ən mürəkkəb və şətin sahəsi olan fəlsəfənin anlayış mənşəyi yunan dilindəki sözlərinin birləşməsi ilə əlaqədardır. «Fileo»-(sevirəm) və «sofia» (hikmət). Cəm halda «hikməti sevənlər». Bu anlayışı ilk dəfə qədim yunan riyaziyyatçısı və filosofu Pifaqor (e.ə. 580-500) işlətmişdir. Lakin bu anlayış Avropa elminə Platonun adı ilə daxil olmuşdur.
Platon özünün «Akademiya» məşğələlərində fəlsəfənin əbədi və mütləq həqiqətin dərk edilməsi yollarını göstərən elm adlandırmışdır. Aristotelisə fəlsəfənin vəzifəsini dünyada, varlıqda ən ümumini dərk etməkdən; predmetini isə varlığın ilkin başlanğıcları və səbəblərini öyrənməkdən ibarət saymışdır. Fəlsəfənin nədən ibarət olması haqqında müxtəlif izahatlar, aforizmlər və təriflər göstərmək olar. Xüsusilə XIX — XX əsrlərdə fəlsəfəyə varlıq və idrakın ən ümumi qanunauyğunluqları, insanın münasibətinin ən ümumi prinsipləri haqqında elm kimi tərif verilmişdir.


Ardı →
 

Ölüm nədir?

Tanatologiya və ya ölüm fəlsəfəsi.


Ölüm problemini fəlsəfi problem adlandırmaq olarmı? Bəli, olar. Məsələ burasındadır ki, Platon, Siseron, M.Monten və bəzi filosoflar fəlsəfəni ölüm haqqında düşüncə adlandırmışlar. Şübhə ola bilməz ki, ölüm problemi və ya ölüm sirri fəlsəfi tədqiqatların ilk və əsas stimullarından biri olmuşdur. Fəlsəfə bütün dövrlərdə ölüm məsələsini həll etməyə cəhd göstərmişdir. Platonun bütün fəlsəfi sistemi sanki ölüm məsələsini həll etmək üçün yaranmışdır. Platon özünün «Fedon» dialoqunda Sokratın dili ilə demişdir ki, fəlsəfə ölüm haqqında düşüncələrdən başqa bir şey deyildir. Daha sadə ifadə etsək fəlsəfə insanın ölümünə məhkum və ya ölümsüz olması haqqındakı düşüncələri deməkdir. Platon dəfələrlə təkrar edir ki, "əsl filosoflar" özünü bütün örü boyu ölümə hazırlayır. Bununla belə onlar yorulmadan bu yeganə məqsədə cəhd edərkən ölüm onları yaxalayanda ondan qorxarlarsa, onda bu cəhd mənasız olur.


Ardı →
 

Intelligent design-Şüurlu layihə və yaxud Şüurlu dizayn

Intelligent design ( Şüurlu layihə və yaxud Şüurlu dizayn) müzakirələri
Bu gün ABŞ-da universitet səviyyəsində müzakirə mövzusu olan “Şuurlu dizayn” anlayışı azad düşüncəyə bir nümunə olaraq göstərilə bilər. “Natura” jurnalının son saylarından birində, “Şüurlu dizayn: Tələbələrimizin düşüncə tərzlərindəki istiqaməti kimlər layihələşdirir?” adlı məqalə bu sözlərlə başlayır; “Şüurlu dizayn hərəkatı ABŞ Universitetlərində kiçik, lakin böyüyən bir gücdür...”
Ardı →
 

Sufizmin yaranmasının ilkin mərhələsi

Zöhd dövrü (zöhd — dünya malına göz dikməmək və sadə nemətlərlə yaşamağa çalışmaq. Bir növ «yemək üçün yaşamamaq, yaşamaq üçün yemək» prinsipi)

Bu mərhələdə əsasən Məhəmməd peyğəmbərin zöhdlə bağlı örnəkləri əsas götürülmüşdür. İslam peyğəmbərinin çox sadə həyat tərzi onun əsabələri üçündə örnək olmuşdur. Mənbələrə görə, ondan sonra hakimiyyətə gələn dörd böyük xəlifə də Peyğəmbərin bu ənənəsinə sadiq olmuşdur. Bu dövrdə sufi kəlməsi işlənməsədə onun yaranması üçün tarixi zəmin meydana gəlmişdir. Əshabi-suffənində təsəvvüf tarixində böyük rolu olmuşdur. Bəzi tədqiqatçılar Əshabi-suffənin təsəvvüf həyatının ilk nüvəsini təşkil etdiyi, hətta təsəvvüf sufi kəlmələrinin onlara aid olan suffə kökündən olduğunu iddia etmişlər. Onların saylarının 70 ilə 300 arası mühacir və ənsarın fəqirlərindən ibarət olduqları söylənilir. Ətraf qəbilələrdən müəllim istənildiyində Məhəmməd peyğəmbər məhz onların arasından seçib, göndərərdi. Bu səbəbdən əshabi-suffə təkyənin və mədrəsənin islam tarixində ilk nüvəsi sayılır.
Ardı →
 

Azərbaycanda sufizm

Azərbaycanda Təsəvvüf hərakatları 8-ci 10-cu əsrlərdə başlamışdır. Azərbaycanda yaşadıqları bilinən ilk sufilərin bəziləri bunlardır: Əbu Hüseyn Dündari Şirazi, Hüseyn Yəzdinyar, Əbu Həsən, Əbü Züra, Əbu Abbas, Əbu Səid Abdal Bakuvi, Əbu Abbas Əhməd, Ahi Fərəc Zəncani, Xacə Məhəmməd Xoşnam, Balə Xəlil Mərəndi, Əbu Bəkr Şami.
Ardı →