Рейтинг
+34.55

Fəlsəfə

64 üzv, 170 topik

Əxlaq və ictimai şüurun digər formaları

Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşılıqlı münasibətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Əxlaqi münasibətlərin rüşeymləri insan cəmiyyətinin formalaşmağa başladığı ilk çağlardan yaranıb. İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu zaman görüləcək işlərin planlaşdırılması və razılaşdırılması, əməyin bölünməsi, əmək alətlərinin hazırlanması təcrübəsinin yayılması zərurəti insanlar arasında olan qarşılıqlı münasibətlərin tənzimlənməsini tələb edirdi. Adətlər şəklində reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına çevrilir. Adətlərin şüurlu surətdə nəsildənnəslə ötürülməsi və qorunması, mövcud quruluşa münasibətin formalaşması əxlaqın yaranmasına səbəb olur, əxlaqi təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edir.
Ardı →

İnsanın mənşəyi haqqında antik ideyalar

Varlıq haqqında (ontologiya), idrak haqqında (qnoseologiya) təlimlərində insan problemi, xüsusilə onun mənşəyi, mahiyyəti, təbiətdə tutduğu yeri, cəmiyyətdə rolu məsələləri fundamental fəlsəfi problemlərdən biri kimi nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bu günə qədər insan onun diqqət mərkəzində olmuşdur. Bu gün artıq digər elmlər də (psixologiya, təbabət, pedaqoqika və s.) insan fəaliyyətinin bu və ya digər cəhətini öyrənməkdədir.


Ardı →

Əxlaqın mahiyyəti

Əxlaq bugünkü vəziyyətinə birdən-birə, «hazır şəkildə» gəlib çıxmamışdır. Primitiv norma və təsəvvürlərdən yetişməyə başlayan əxlaq, bəşəriyyətin bütün tarixi boyu mövcud olmuş və olduqca mürəkkəb, uzun və hətta çətin bir yol keçmişdir. Tarixi inkişafın hər bir pilləsində maddi və mənəvi istehsal prosesi zamanı insanlar müəyyən davranış normaları, prinsipləri, qaydaları, adət vəənənələr, dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül tapdığı ilk günlərdən insanlar bir-birilə münasibətlərini tənzim etmək üçün yaratdığı bu birgəyaşayış qaydalarına riayət edir, öz hərəkətlərində nəyin pis, nəyin yaxşı olduğunu, hansı hərəkətin bəyənilib-bəyənilmədiyini xeyir və şər kateqoriyaları vasitəsilə qiymətləndirmişlər.
Ardı →

Orta əsrlərdə və Yeni dövrdə etik fikir

Orta srlərdə istər Şərqdə, istərsə də Qərbdə, yəni Avropa ölkələrində etik fikir dini ideologiya çərçivəsində inkişaf edirdi. Kökləri eranın əvvəllərində Şərqin mistiklərindən başlayan dini-etik təlimlərin və xristianlığın ideya mənbələrindən biri stoiklərin fəlsəfəsi oldu. Məsələn, İskəndəriyyəli Filon (təxm. e.ə. 25 – təxm. e.ə. 40) Bibliyanı və yunan mifologiyasını şərh edərək dini etikanı ehtiyatla təbliğ edirdi. Onun fikrincə, heç olmasa bir gün yaşayan insan artıq günahsız deyil. İnsanların mənəvi həyatının əsas vəzifəsi Allahı təqlid etməkdir.
Ardı →

Bəşəriyyətin yaranması

Bütün dövrlərdə bu insanları düşündürən bir sual olmuşdur:

-Kainat necə yaranıb ?

Əsrlər boyu alimlər bu mövzuda tədqiqatlara aparmışlar belə ki, bir sıra nəzəriyyələr yaranmışdır.19-əsrdə əsas fikir belə idi:

-Kainat ölçüsü sonsuz maddələr toplusudur.

Materialist fəlsəfəsinin fundamenti olan bu fikir yaradanın (ALLAHın) varlığını inkar edir,kainatın başlanğıcı və sonu olmadığını irəli sürürdü.«Materializm» varlıq olaraq sadəcə maddəni qəbul edən fikirlər sistemidir.Marks,Engels,Lenin,Trotskiyə görə maddədən savayı heç bir şey mövcud deyildir.Bu fikirlərin mənşəyi yunan antik dövründən gəlməkdədir və 19-cu əsrdə getdikcə yayılaraq Karl Marksun «dialektik materializm» adından tanınmışdır.


Ardı →

İctimai inkişafın Marks konsepsiyası

Hazırda ictimai inkişafın ən çox yayılmış konsepsiyası Marks və Engels tərəfindən irəli sürülmüş konsepsiyadır. Həmin konsepsiyanın inkişafında sovet ictimaiyyətşünasları– filosofları, tarixçiləri, iqtisadçıları, sosioloqları mühüm rol oynamışdır. Marksizm cəmiyyət haqqında elmi tarixi materializm adlandırmışdır.
Tarixi materializmin əsas müddəaları K.Marks və F.Engels tərəfindən XIX əsrin 40– cı illərindən başlayaraq «1844– cü il iqtisadi– fəlsəfi əlyazmaları», «Müqəddəs ailə», «Alman ideologiyası» kimi əsərlərində, xüsusilədə ən mükəmməl şəkildə «Fəlsəfə yoxsulluğu»nda və «Kommunist Partiyasının manifesti»ndə ifadə edilmişdi.


Ardı →

İslam etikası

VII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində yayılmağa başlayan İslam dini insan həyatının bütün sahələrində, o cümlədən dünyagörüşündə (dini, hüquqi, siyasi, elmi, əxlaqi və s.), eləcə də məktəb və tərbiyə sistemində özünəməxsus dəyişikliklər etmişdir. Ərəb xilafəti ərazisində formalaşmağa başlayan yeni mədəniyyət, o cümlədən fəlsəfə və bir sıra Şərq xalqlarının ərəb dilində yazılmış fəlsəfi əsərləri orta əsr fəlsəfi fikrinin mütərəqqi nümayəndələrini yetişdirmiş, həmçinin antik irsdən və qeyri-islam yönümlü mütəfəkkirlərin mütərəqqi zəngin ənənələrindən bəhrələnmişdir. İslam dini dünyagörüşünə söykənən ərəbdilli zəngin İslam fəlsəfəsi VII-XI əsrlərdə öz klassik dövrünü yaşamışdır. İslam sivilizasiyası əsasında inkişaf edən bu fəlsəfənin bətnindən özünəməxsus davranış qaydaları, əxlaq normaları və prinsipləri sistemi doğulmuşdur. Bütün müsəlman dünyasının masaüstü kitabı olan «Quran»ı bu baxımdan İslam etikasının əsası hesab etmək olar ki, bu da öz genezisi və mənbələrinə görə islam dini sistemi ilə bağlıdır. Konkret olaraq İslam etikası «Quran»ın ayrı-ayrı ayələrində öz əksini tapmışdır.
Ardı →

Modernizm

XX əsrin ictimai-siyasi, iqtisadi, mədəni, elmi-texniki sahələrində baş verən köklü keyfiyyət dəyişiklikləri incəsənətə böyük təsir göstərmişdir. Qarmaqarışıqlıq ideyası, yəni varlığın irrasional, dərkedilməz, absurd olması anlayışı və insanın dünya ilə əlaqəsinin pozulması Modernizmin əsas ideyalarındandır. Bütün mədəniyyət xadimlərinin yaradıcılığı keçmişdə qaldı, varlığı tam əhatə edən əsərlər artıq yoxdur. Bədii əsərlərin mövzusu, modernistlərə görə, elmi tədqiqatın və fəlsəfi əsərlərin mövzusu kimi dar, natamam, tək, təsadüfi, xarici, empirik məlumatlar ilə məhdudlaşır. İncəsənətin və fəlsəfənin xarakterlərinin oxşarlığını qeyd edərkən, onların eyni zamanda bir-birindən kəskin fərqləndiklərini də nəzərə almaq lazımdır. Modernistlər göstərirlər ki, əgər incəsənət əsəri hətta dar, na-tamam, məhdud sahədə gerçəkliyi əks etdirərkən öz simasını saxlaya bilirsə, fəlsəfi təlim dünyanı bütövlükdə dərk etmək və onun hər bir hissəciyini bütöv ilə əlaqələndirmək qabiliyyətini itirərkən öz simasını da itirir, öz mahiyyətindən imtina edir, mənəvi fəaliyyətin hansısa başqa formasına çevrilir.
Ardı →

Qədim Hindistan və Çində etik fikir

Etikanı elm şəklinə rəsmən Aristotel salsa da, onun tarixi hələ çox-çox əvəllərdən başlayır. Hələ ibtidai dövrdə insanların davranışını tənzimləyən müəyyən əxlaq normaları və qaydaları mövcud idi. Bunlar müqəddəs sayılır, onlara riayət etməyənlər cəzalandırılır, hətta icmadan qovulurdular. Quldarlıq dövrünə xas əxlaq yalnız azad vətəndaşlar arasındakı münasibətlərə aid idi. Çünki qullar insan hesab edilmirdilər.
Fəlsəfə kimi etika da qədim Şərq ölkələrində inkişaf etməyə başlamışdır. Misir, Babilistan, Hindistan və Çində formalaşmağa başlayan etik nəzəriyyələr sonralar Qədim Yunanıstan və Qədim Romada özünün tam ifadəsini tapır.
Qədim Hindistanda xüsusi ayin şəklində mövcud olan əcdadlara münasibət sonralar müxtəlif etik nəzəriyyələrin formalaşmasında müəyyən iz buraxdı. İstər ortodoksal («astika», yəni ved nüfuzunu qəbul edən) – sankxya, yoq, vayşeşik, nyaya, vedanta, mimans; istərsə də qeyri-ortodoksal («nastika», yəni ved nüfuzunu inkar edən) – caynizm, buddizim, lokayata məktəbləri özünəməxsus etik məzmuna malik idi.
Ardı →

Həyatın və ölümün mənası

Antik dövr filosofları insanın özünə münasibəti barədə.İnsan probleminin vacib tərəflərindən biri həyatın və ölümün mənasıdır. Yalnız insan öz ölümünü, yaşamağını dərk edib qiymətləndirə bilir. İnsan özünüdərki şüurun müxtəlif səviyyə və formalarının vasitəsilə, o cümlədən fəlsəfə, din və incəsənət ifadə edib qavraya bilir.
Fəlsəfə tarixindən məlumdur ki, insanın özünüdərkinin çox vacib mərhələlərindən biri – onun öz taleyinə olan münasibətidir. Bu münasibətə uyğun olaraq onda müəyyən dəyərlər sistemi formalaşır; xeyir və şər, borc və hüquq, bərabərlik və ədalətlilik, ağıl və vəhy, əzabkeşlik və həzzalma. Həmin təsəvvürlərə uyğun olaraq insan öz həyatını qiymətləndirməyə başlayır.
Qədim yunan filosoflarının bu problemə münasibətləri birmənalı olmamışdır. Heraklit hesab edirdi ki, xoşbəxtlik qidalanmaqda yox, düşünməkdə və “təbiəti eşidib, ona uyğun davranmaq və danışmaqdadır”.
Ardı →