Рейтинг
+34.55

Fəlsəfə

64 üzv, 169 topik

Antik dövrdə etik fikir

Qədim Yunanıstan. Həm ibtidai, həm də qədim dövrün əxlaq problemləri nəinki mifologiya, epos, poeziya və dramaturgiyada, həmçinin antik mütəfəkkirlərin ilk fəlsəfi konsepsiyalarında öz əksini tapdı. E.ə. VII əsrdə mövcud olan və ilk fəlsəfi məktəb sayılan Milet məktəbinin nümayəndələrinin (Fales, Anaksimandr, Anaksimen) sadəlövh materializmi və Efesli Heraklitin dialektikası mifoloji ənənələri inkar etdi.

E.ə. IV–III əsrlərdə Afina fəlsəfi mərkəz oldu. Bu, əvvəlcə digər pólislərdən (şəhər–dövlətlər) olan sofistlərin (məsələn, Abderdən Protaqor, Leontindən Qorgi, Keosdan Prodik, Eleydən Gippi) və onlarla daim mübahisə edən Sokratın, sonra isə Platonun Akademiyasının və Aristotelin Likeyinin fəaliyyəti nəticəsində baş verdi. Sokratın söhbətləri, Demokrit və sofistlərin təlimləri ilə yanaşı kirenaiklər (Sokratın şagirdi Aristipp), kiniklər (Qorgi və Sokratın şagirdi Antisfen), stoiklər (Kitiondan olan Zenon), skeptiklər (Karneaddan olan Arkesilay) məktəbləri də yarandı.
Ardı →

İctimai inkişafın Hegel konsepsiyası

Tarix fəlsəfəsinə dair az– çox avtoritetli, ictimaiyyətşünas alimlərin əksəriyyəti tərəfindən qəbul edilən konsepsiyaya görə, bəşər tarixi vahid qanunauyğun prosesdir. Buradakı bütün hadisə və proseslər sıx, qarşılıqlı əlaqədə olub, qarşılıqlı şəkildə də şərt­lənirlər. Bu tarixə monist baxış adlanır. Tarixə monist baxışın inki­şafına dair bir sıra mütəfəkkirlər öz fikirlərini söyləmişdir. Lakin biz burada onlardan yalnız bir neçəsinin adını çəkməklə kifayət­lənəcəyik. Həmin mütəfəkkirlərdən, ilk növbədə böyük alman filosofu Hegeli (1770– 1831), marksizm təliminin baniləri K.Marks (1818– 1883) vəF.Engelsi (1820– 1895) göstərmək olar.
Ardı →

Etika fəlsəfi elmdir

Fəlsəfi elmlər sistemində mühüm yer tutan etika insan idrakının ən qədim sahələrindən olan əxlaq haqqında elmdir.
Hələ ibtidai dövrdə insanların müəyyən adət-ənənələr, qaydalar, qadağalar və s. formada mövcud olan münasibətləri zaman keçdikcə mürəkkəbləşir, yeni məzmun kəsb edirdi. Bu münasibətlər ibtidai insanların dünya haqqında təsəvvürlərini təşkil edən totemizm, animizm, fetişizm və magiyanın təsiri altında dəyişirdi. Həyat fəaliyyəti prosesində inkişaf edən bu təsəvvürlər əsatir fəlsəfəsinin formalaşmasını təmin etdi.

İlk sinifli cəmiyyətdə insanların şüuru xeyli irəliləyərək əsatiri yaratsa da, Qədim dövrə xas olan mifoloji dünyagörüş hələ yalnız «fəlsəfənin kandarına» çatmaqda idi. Bununla belə, sinkretik (bölünməmiş) mifoloji dünyagörüş dünya haqqında tam təsəvvür yaradan, dünyanı bütöv, küll halında öyrənən fəlsəfi dünyagörüşün sələfi oldu. Sinkretik mifoloji dünyagörüş insanların siyasi, hüquqi, dini, elmi, fəlsəfi, əxlaqi, estetik və s. görüşlərini vəhdətdəəks etdirirdi.
Ardı →

İslam fəlsəfə tarixi

Orta əsrlərdə Şərq ölkələrində müsəlman fəlsəfəsi geniş inkişaf etmişdir. Müxtəlif xalqların nümayəndələri ərəbdilli müsəlman fəlsəfəsinin yaradılması və yayılması işində yaxından iştirak etmişdir. Şərq ölkələrində dünyagörüşü problemlərinin həllinin dünyəvi variantı «fəlsəfə» adı almışdı. Bu isə çox hallarda bilavasitə yunan fəlsəfəsinin təsiri altında formalaşırdı. VIII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində tərcüməçilik hərakatı güclənməyə başladı. Nəticədə müsəlman dünyası antik fəlsəfə və mədəniyyətlə yaxından tanış oldu. Yaxın və Orta Şərq, Orta Asiya və Azərbaycan alimləri Aristotel, Platon və platonçuluqla tanış olaraq yeni– yeni əsərlər yaratdılar.
Davamı →

Cəmiyyətin sosial strukturu və Insanlarin etnik birlikləri

cəmiyyəti, onda gedən mürəkkəb prosesləri, adamlar arasındakı münasibətləri düzgün anlamaq üçün mühüm, hətta mən deyərdim fundamental vəzifələrdən biri kimi onun sosial strukturu və etnik birliklər məsələsini təhlil etmək lazımdır. Hazırda praktiki olaraq hər bir dövlət qurumu mürəkkəb sosial struktura malikdir. Və orada adamların müxtəlif etnik (milli) birlikləri mövcuddur.
Müasir fəlsəfədə cəmiyyətin sosial strukturunun mahiyyəti və təbiətinə dair baxışlar bir sıra konsepsiyalarda cəmləşmişdir. Bunlar­dan üçü üzərində bir az ətraflı dayanaq. Birinci konsepsiya siniflərin mövcudluğunu inkar edir və onların əvəzində qrup halında sosialqurumları qoyur və iddia edir ki, həmin qrupların köməyi ilə insan münasibətləri hərtərəfli nəzərdən keçirilə bilər. Bu konsepsiyanı Amerika sosioloqları T.Parsons (1902– 1979), P.Lazarsfeld (1901– 1976) və digər mütəfəkkirlər fəal surətdə təbliğ etmişlər. İkin­ci qrupa cəmiyyətdə siniflərin və sosial qrupların mövcudluğunu qəbul edən marksistləri göstərmək olar. Üçüncü konsepsiyanın nümayəndəsi kimi artıq dönə– dönə adını çəkdiyimiz M.Veberi qeyd edə bilərik.


Ardı →

Din

Din bəşərin yaradılması ilə birlikdə mövcud olub. Və insanla birlikdə də olacaq bir inam sistemidir. Bəşəriyyət tarixinə nəzər yetirəndə dinsiz bir cəmiyyətə, xalqa rast gəlməyin mümkün olmadığını görürük. İnsanların tarixin heç bir dövründə dinsiz həyat yaşamadıqlarını elmi tədqiqatlar da göstərir. Bu isə bir cəmiyyəti yaşadan əsas ünsürlərdən birinin də din, inam olduğunu göstərir. Fəlsəfə, hüquq, əxlaq kimi bəzi elmlərin mənbəyinin də din olduğu qəbul edilir. Hətta Viktor Kuzin «Hər şey dinin ətrafında, din üçün, dinlə təşkil edildi» deyərək, «din»in mövzusunu daha da genişləndirir.
Ardı →

İslama görə reinkarnasiya

Karma təlimi həyata keçirilən bütün işlərin nəticəsinin gec-tez həmin adama qayıdacağını və bunun guya həmin insanın sonrakı dünya həyatına təsir edəcəyini qəbul edir. Bu batil inanca görə, insan davamlı olaraq yenidən dünyaya gəlir və hər sonrakı həyatında əvvəlki həyatında etdiklərinin nəticəsini alacaq. Allahın varlığını inkar edən buddizmə görə də, hər şeyi idarə edən yeganə güc karmadır. Sanskrit dilində bir kəlmə olan “karma” “hərəkət, feil” mənasına gəlir və bir “səbəb-nəticə qanunu” olaraq göstərilir.
Ardı →

Tarix fəlsəfəsi anlayışı

Sosial fəlsəfədə tarix fəlsəfəsi mühüm yer tutur. Bu da təsadüfi deyildir. Fəlsəfi biliyin xüsusi sahəsi olan tarix fəlsəfəsi dünyanın təkrarolunmaz fenomeni olan bəşər tarixini əks etdirir.
«Tarix fəlsəfəsi» anlayışını ilk dəfə elmi dövriyyəyə Volter gətirmişdir.Onun əsərlərindən biri «Tarix fəlsəfəsi» adlanır. Lakin bu heç də o demək deyildir ki, o, tarix fəlsəfəsinin banisidir. Çünki fəlsəfənin bu sahəsi Volterdən xeyli əvvəl yaranmışdır. Avropa fəlsəfə irsində bu sahədə ənənələrin mövcudluğu onun heç də Qədim Yunanıstanla əlaqədar olmasını sübut etmir.
Ardı →

Tarixə sivilizasion baxışın mahiyyəti

Sosial hadisə və prosesləri hərtərəfli əhatə etmək iddiasında çıxış edən baxışlardan biri də ümumdünya tarixinə sivilizasion münasibətdir. Ən ümumi formada bu konsepsiyanın mahiyyəti bu­dur ki, bəşər tarixi bir– birilə əlaqədar olmayan insan sivilizasiya­la­rının məcmusundan başqa bir şey deyildir. Həmin baxışın tərəf­darları içərisində məşhur alimlərdən O.Şpenqleri (1880– 1936) və A.Toynbini (1889– 1975) göstərmək olar.
Ardı →

Müasir qlobal problemlər sistemində ekoloji problemlərin yeri və rolu

Son 20-30 ildə bir tərəfdən, elmi– texniki inqilab şəraitində cəmiyyətlə təbiət arasında zidiyyətlərin sonuncu nöqtəyə çatması– bu isə ekoloji problemlərin mahiyyətini təşkil edir– digər tərəfdən, ekoloji situasiyadan, daha doğrusu ekoloji böhrandan təkcə dövlət və partiyalar deyil, həmçinin geniş xalq kütlələri narahat olmağa və həyəcan təbili çalmağa başlamışdır. Deməli, qlobal problemlərin, xüsusilə ekoloji problemlərin yaranması səbəbləri və həll edilməsi yollarının araşdırılması öz– özlüyündən olduqca zəruridir.


Ardı →