Рейтинг
+34.55

Fəlsəfə

62 üzv, 181 topik

Əxlaq və ictimai şüurun digər formaları

Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşılıqlı münasibətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Əxlaqi münasibətlərin rüşeymləri insan cəmiyyətinin formalaşmağa başladığı ilk çağlardan yaranıb. İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu zaman görüləcək işlərin planlaşdırılması və razılaşdırılması, əməyin bölünməsi, əmək alətlərinin hazırlanması təcrübəsinin yayılması zərurəti insanlar arasında olan qarşılıqlı münasibətlərin tənzimlənməsini tələb edirdi. Adətlər şəklində reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına çevrilir. Adətlərin şüurlu surətdə nəsildənnəslə ötürülməsi və qorunması, mövcud quruluşa münasibətin formalaşması əxlaqın yaranmasına səbəb olur, əxlaqi təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edir.
Ardı →

Antik dövrdə etik fikir

Qədim Yunanıstan. Həm ibtidai, həm də qədim dövrün əxlaq problemləri nəinki mifologiya, epos, poeziya və dramaturgiyada, həmçinin antik mütəfəkkirlərin ilk fəlsəfi konsepsiyalarında öz əksini tapdı. E.ə. VII əsrdə mövcud olan və ilk fəlsəfi məktəb sayılan Milet məktəbinin nümayəndələrinin (Fales, Anaksimandr, Anaksimen) sadəlövh materializmi və Efesli Heraklitin dialektikası mifoloji ənənələri inkar etdi.

E.ə. IV–III əsrlərdə Afina fəlsəfi mərkəz oldu. Bu, əvvəlcə digər pólislərdən (şəhər–dövlətlər) olan sofistlərin (məsələn, Abderdən Protaqor, Leontindən Qorgi, Keosdan Prodik, Eleydən Gippi) və onlarla daim mübahisə edən Sokratın, sonra isə Platonun Akademiyasının və Aristotelin Likeyinin fəaliyyəti nəticəsində baş verdi. Sokratın söhbətləri, Demokrit və sofistlərin təlimləri ilə yanaşı kirenaiklər (Sokratın şagirdi Aristipp), kiniklər (Qorgi və Sokratın şagirdi Antisfen), stoiklər (Kitiondan olan Zenon), skeptiklər (Karneaddan olan Arkesilay) məktəbləri də yarandı.
Ardı →

Artur Şopenhauerin fəlsəfəsi, insan haqqında təlimi və estetikası

Şopehauer fəlsəfədə kimləri sevib, kimləri sevməyib


Bu adam yəqin alman fəlsəfəsində ilk dalaşqan filosofdur. Sonra Nitsşe gəlir.


Şopenhauerin fəlsəfi öyrətisi Hegelin sağlığında kölgədə qalmışdı, yalnız Hegeldən və Şopenhauerin öz ölümündən sonra birdən-birə onun fəlsəfəsi yada düşdü, məşhurlaşdı və yeni fəlsəfi sistemlərin yaranmasına təpgi verdi. Sağlığında isə Şopenhauer yanıb-tökülürdü ki, bu camaat Hegeldə nə tapıb ki, onu görmür. Ona görə də acığını almanlara tökürdü. Bir yerdə yazırdı, fransızlar, ingilislər üçün «ideya» sözünün mənası adidir, alman isə «ideya» eşidəndə başı gicəllənir, özünü elə duyur, elə bil bu dəqiqə şarla göyə qalxacaq.


Ardı →

Varlıq və onun fəlsəfi mahiyyəti

Adi şüurda öz əhəmiyyətinə görə bir– birinə yaxın olan «ol­maq», «mövcud olmaq» terminləri bir sinonim kimi qəbul edil­miş­dir. Fəlsəfədə «olmaq», «varlıq» terminləri təkcə mövcudluğu ifadə etmək üçün deyil, mövcudluğa zəmanət verən kimi də işlədilir. Ona görə də «Varlıq» sözü fəlsəfədə xüsusi məna kəsb edir. Əslinə qa­landa dünya fəlsəfi fikrində varlıq nədir?– sualına cavablarda yek­dil­lik yoxdur. Bu da təsadüfi deyildir. Çünki varlığın mahiyyəti ha­di­sə formasında çıxış edir ki, insan onu dərk etdikcə özünün yeni– yeni keyfiyyətlərini aşkar edir.
Ardı →

İnsanın mənşəyi və cəmiyyətin formalaşması

İnsanın mahiyyətini, onun mənşəyini, cəmiyyətin yaranmasını dərindən öyrənmək üçün antropososiogenezisi bilmək lazımdır. Antropososiogenezis sözü üç sözün birləşməsindən əmələ gəlmişdir. Antropo – insan, sosio – cəmiyyət, genezis – mənşə deməkdir.
Ardı →

Şəxsiyyətin strukturu və tipləri

Şəxsiyyət mürəkkəb strüktura, element tərkibinə və müxtəlif xüsusiyyətlərə malik olan bütöv bir sistemdir. Şəxsiyyət öz rolunu yalnız ictimai münasibətlər sistemində yerinə yetirə bilər.
V.Şekspir vaxtı ilə yazmışdır ki, bütün dünya teatr tamaşasından ibarət olan bir səhnədir. Orada kişi və qadınların hamısı aktyorlardan ibarətdirlər. Bu dramda yeddi səhnədə körpələr, məktəblilər, gənclər, sevgililər, əsgərlər, hakimlər və qocalar iştirak edirlər.


Ardı →

İnsan yeganə varlıqdır ki, olduğu kimi görünmək istəmir

Dahi fransız yazıçısı və filosofu Alber Kamyudan gətirdiyim bu iqtibas məncə həm də bu yazıya başlıq ola bilər. Bəli, dünyada tədricən psixi antropofagiya əlamətləri çoxalmaqdadır. Xüsusilə, müharibə gedən ölkələrdə bu, özünü daha çox göstərir. Orda doğan günəşin rəngi də qan kimi qırmızıdır. XXI əsrdə müasir insanların çoxu bu üzdəniraq psixoloji halı yaşasa da yəqin ki, onun adını, mənasını bilmir.

Soruşan tapılar ki, “antropofaqiya” nə deməkdir? O yunan sözüdür, mənası da təxminən “hannibalizm”dir. Fikirlərimin əvvəlində qeyd etdiyim, insanların psixi durumunda, mənəviyyatında dilimizə yatmayan o qorxunc əlamətlərə qarşı görəsən peyvənd mövcuddurmu? Bəlkə əksinə müharibə törədənlərin özünü antropofaqist fikirlərdən uzaqlaşdırmaq daha məqsədəuyğun olardı…

Axı, bildiyimizə görə quduzluğa tutulmağın qarşısının alınması üçün xüsusi müalicə üsulları var… Deyəcəksiniz ki, xeyir ola, birinci cümlədən oxucunu qorxutmaqla absurd şeylər haqqında danışıram. Düzünü bilirsiniz, siz deyin…
Ardı →

Azərbaycanda etik fikir tarixindən

Dünya mifoloji və fəlsəfi fikir tarixi insanın mənəvi həyatı ilə bağlı nümunələrlə zəngindir. Belə nümunələrdən biri «Avesta»dır. Şərq xalqlarının və ümumiyyətlə Dünya xalqlarının fikir tarixində görkəmli yer tutan Zərdüştilik və onun nəzəri təcəssümü olan «Avesta» dualist zəmində inkişaf tapmışdı. Dini-fəlsəfi doktrina olmaqla yanaşı, Zərdüştilik etik ideyalarla da zəngindir. O, insanların həyat tərzini, davranışını əks etdirərək insanları bir-birinə hörmət etməyə, qardaşlıq münasibətləri bəsləməyə, xeyirxah olmağa, şər qüvvələrə qarşı mübarizə aparmağa səsləyir. Zərdüşt inamına görə bütün varlıq 2 əks qüvvənin mübarizəsi üzərində qurulub: 1) işıq; 2) zülmət. Bütün şəxsiyyət idealı 3 amilin vəhdətindən yaranıb: 1) xeyirxah niyyət; 2) xeyirxah söz və ya fikir; 3) xeyirxah əməl.
Ardı →

Platon məktəbi

Platonu (b. er. əv. 427– 347) Avropa fəlsəfəsinin banisi hesab edirdilər. Zədəgan ailəsində anadan olan Platon həyatının çox hissəsini Afinada keçirmiş, burada Akademiya adlanan məktəbi yaratmışdır. Filosof dialoq formasında əsərlər yazmış (əsərdə baş obraz Sokrat olmuşdur), elə sağlığında da məşhurlaşmışdır. İki ən böyük əsərini dövlət haqqında təlimə həsr etmişdir. «Qanunlar» əsərini tamamlamamış ölmüşdür. Afinada fəlsəfə müəllimi kimi məşhur olan Platon tədrisindən yığılan pullara torpaq sahəsi almış, orada da özünün məktəbini təsis etmişdir. Aldığı torpağın sahibinin adı Akadem olduğundan, məktəb də Akademiya adlanmışdır.


Ardı →

Sofizm

Yuxarıda qeyd etdiyimiz fəlsəfi istiqamətlərlə bərabər sofistlər məktəbinə mənsub olan skeptik istiqamətlər də yaranıb inkişaf etmişdir.
Sofistlərin kim olduğunu başa düşməkdən ötrü onun müasir anlamını (sofist– intellektual fokusçu, fırıldaqçı, dələduz) bir kənara atmaq lazımdır. Qədim yunanlar «sofist» və «sofizm» sözünü başqa cür başa düşürdülər. «Sofist» «müdrik» sözünü ifadə edirdi. Yüksək intellektual səviyyəli adamları o zaman belə adlandırırdılar. Məsələn, qədim dünyanın ən qüdrətli tarixçisi, daha doğrusu «tarixin atası» Herodot Falesi, Pifaqoru və başqalarını sofist adlandırırdı.
Ardı →