Druid qoroskopu | Küknar ağacı

Druid qoroskopunda bürclər yerinə insanlar ağaclarla xarakterizə olunur. Bu ağaclar 22 ədəddir — Alma, Küknar, Qarağac, Sərv, Qovaq, Kartas, Şam, Söyüd, Cökə, Fındıq, Quşarmudu, Ağcaqayın, Qoz, Jasmin, Şabalıd, Göyrüş, Vələs, Əncir, Palıd, Tozağacı, Zeytun, Fıstıq.

Küknar Ağacı (02.01-11.01; 05.07-14.07)

 Bu ağac altında doğulanları xarici görkəmiylə tanımaq olur. Onların mükəmməl, lakin soyuq gözəllikləri olur. Konservativ (köhnə fikirli) düşüncə tərzinə malik insanlardırlar. Adət-ənənəyə çox uyurlar. Bu həm geyimdə, həm də həyat tərzində özünü göstərir. Çox tələbkar və kaprizli insanlardırlar.Hər şeyin ən yaxşısını özlərinə istəyirlər.Bu geyimə də, münasibətlərə də aiddir. Bu səbəbdən də Küknar insanları ilə yola getmək çətindir. Dost olmaq isə hər adamın bacaracağı iş deyil.

 Küknar insanları özlərini çox vaxt tənha hiss edirlər.  Çünki ətraflarında yoldaşları və tanışları olsa da, əsl dostları demək olar ki, heç vaxt olmur. ən şən yığıncaqlarda olsalar da özlərini təmkinli aparır, cəmiyyətə çox qoşulmurlar, fikirlərini bildirməsələr də başqalarının fikirlərinə hörmətlə yanaşırlar. Həddindən artıq qürurlu olduğu üçün heç kimə dostca görsənməyə çalışmır və insanların xoşuna gəlmək kimi bir dərdi olmur.
Onun ən yaxşı xüsusiyyətlərini ancaq sevdiyi insanlar görə bilər.
 
Sevgidə çox tələbkardırlar və güzəştə getməyi sevmirlər.  Bu səbəbdən də xoşbəxt ola bilmirlər. Üstəlik onlar istədikləri hər şeyi əldə etməyə öyrəşiblər.
 
Onlar olduqca ağıllı olsalar da, bir o qədər də emosianaldırlar. Sevdikləri zaman özlərini ancaq sevgiyə adayırlar və ətraf aləmi tamamilə unudurlar. Sevgi nisbətən soyuduqda işləri yadlarına düşür. İşlərinə bağlı insanlardırlar. Onların ağlı onlara elmlə məşğul olmağa imkan verir. Lakin onlar çox nadir hallarda tanınmış alim ola bilirlər. Buna baxmayaraq ən kiçik problemin həllində belə lazımınca çalışırlar.
 
Onlar həyatda nə asan yol, nə də asan qərarlara heç vaxt üz tutmurlar. Hər tərəfli düşünmək və analiz etmək onlarda vərdiş halına çevrilib və həyatlarının ayrılmaz bir hissəsidir. Bu insanlara güvənmək olar, çünki verdikləri sözü hər zaman tuturlar.
 
Hər zaman səbirlidirlər, hər şeyin yaxşı olacağına dair ümid və inamlarını heç vaxt itirmirlər. Gündəlik həzzlərdən daha böyük məqsədlərə görə imtina edə bilərlər və əgər nə əldə edəcəyini yaxşı bilirsə hər şeydən imtina etməyə qadirdir.

Tərcümə etdi: Raksana Rəsulzadə
loading...

3 şərh

naninka

Məncə düzgün rəy verilib, oxuduqlarımın 99% düz gəlir.

Consuelo
Deməli, druidlər işlərini yaxşı bilirlər. :)
naninka
Bəli, elə olana oxşayır :) ən azından məndə uyğun gəldi.