Druid qoroskopu - Sərv ağacı.

 Sərv ağacı (25.01-03.02; 26.07-04.08)

 Bu insanlar şöhrəti, pulu, uğuru vacib saymırlar. Onlar üçün vacib olan xoşbəxtlikdir. Problemlərdən uzaq qaçırlar və bacardıqca hər günün sevincini yaşamağa çalışırlar. 

 Sərv ağacı insanları həyatdan həzz almagı yaxşı bacarırı. Ən çox sevdiyi məşğuliyyətlər uzun müddətli piyada gəzintiləri, dostlarla ünsiyyət, ova çıxmaq və idmanla məşğul olmaqdır. Tənhalığı sevmirlər. İmkanları olsa bütün həyatları boyu  dost-tanışlarının məclisində oturub əylənər, söhbət edib vaxt keçirər.

 Lazımi qədər emosional olsa da sentimentallığa meylli deyil, hətta bəzən kobud da ola bilir. Lakin buna baxmayaraq onun olduğu məclislərdə oturmaq xoşdu. Çünki o, bizim daima ehtiyacımız olan sevinc və sakitlik saçır ətrafına.

 Onlar xəyal qurmağı sevirlər və həyatlarında hər hansı bir dəyişiklik etmək əvəzinə talelərinə güvənməyi seçirlər. Onların fikrincə hər şey onsuz da yaxşı olacaq, bunun üçün əziyyət çəkməyə dəyməz. Çox vaxt işlərini görmək əvəzinə xəyallara dalırlar, lakin çox qəribədir ki, bu hərəkətlərinə görə danlanmırlar.

 Mübahisə və hər hansı məsələnin ciddi müzakirəsi onları qətiyyən maraqlandırmır. Onları kiminləsə bir şeyi ciddi müzakirə edərkən görə bilməzsiniz. Birincisi, onlar mübahisəni sevmirlər, ikincisi də onlar öz düşüncələrindən daha çox başqalarının düşüncələrinə güvənirlər. Onunla hər hansı bir fəlsəfi sualı müzakirə edə bilərsiniz. Lakin onun cavabları daha çox neytral olacaqdır.

 Sərv ağacı altında doğulanlar ağıl cəhətdən kasad deyillər, lakin buna baxmayaraq həyatda hissləri ilə hərəkət edirlər. İnsanlardan aldığı təəssurata güvənirlər, o insanların səhvləri onu maraqlandırmır. İntuisiyalarıyla hərəkət etmələrinə baxmayaraq həyatda çox ciddi səhvləri olmur. Ola bilsin ki, bunun sirri onu əhatə edən və onu sevən insanlardı. Həyatda ona gələn zərbələri çox vaxt onlar qəbul edir və bununla da Sərvlər romantik, xəyalpərəst olaraq qalırlar. Şəxsi həyatlarında çox vaxt xoşbəxtdirlər, çünki sevdiyi insana qarşı tələbkar olmurlar və onları olduqları kimi qəbul edirlər. Ümumiyyətlə bu insanları yaxından tanıyanlar onları hər zaman çox sevirlər.

 Tərcümə etdi: Raksana Rəsulzadə

0 şərh