Druid qoroskopu - Kartas ağacı.

 Kartas(Sidr) Ağacı (09.02-18.02; 14.08-23.08)

 
Yaraşıqlı olmalarına baxmayaraq Kartas insanları özlərinə daxili gücləri hesabına diqqəti çəkirlər. Bu insanlarla ünsiyyətdə olduqda onların gözəlliklərindən daha çox onların özlərini aparmaqlarına, problemli situasiyalarda özlərini qətiyyən itirməmələrinə və öz bacarıqlarını düzgün nümayiş etdirmələrinə heyran olacaqsınız. Kiminsə onlarla fərəhlənmələrinə ehtiyyac duymurlar. Lakin çalışırlar ki, insanlar boş yerə onlarla fərəhlənməsinlər. Haqqıyla bunu qazanırlar. Adətən insanlar onun sözünə qulaq asır, onların fikirləri ilə hərəkət edirlər. Onların xahişləri daha çox əmrə oxşasa da, adətən yerinə yetirilir. 

 Kartas insanları adətən başqa insanlar üzərində olan hökmlərindən sui-istifadə edirlər. Lakin bunun fərqində olmurlar. Təvazökarlıq, utancaqlıq və özünə inamsızlıq qətiyyən onlara xass xüsusiyyət deyil və bunlara başqalarında rastladıqda o insanları buna görə lağa qoyurlar. Kartasların ən çox qorxduqları şey kiminsə gülüş mənbəyinə çevrilməkdir. Ona gülmələrini çox pis qarşılayır və heç vaxt da bağışlamır.

 Kartas üçün vacibdir ki, son sözü o desin və hər kəs onun sözüylə hərəkət etsin. O tirandi, lakin tez inanan tirandı. Siz onu inandırın ki, hər şeydə ona qulaq asırsız, lakin öz bildiyiniz kimi hərəkət edin. O heç vaxt sizi yoxlamayacaq, Çünki, hər kəsin onu dnləməsinə öyrəşib və buna görə də şübhələnməyəcək.

 Öz gücünə olan inamı onun yaxşı cəhəti olsa da, həm də onun ən böyük çatışmamazlığıdır. Çətin situasiyaya düşsə də heç kəsdən kömək istəmir. Bununla da işini daha da çətinləşdirir. Ümumiyyətlə çətinliklər bu insanların qarşısına tez-tez çıxır. Və onları dəf etdikcə o, nəinki təcrübə qazanır, hətta özünün yenilməzliyinə inanmağa başlayır.

 Onun optimistliyi ehtiyyatsızlığa gətirəcək qədərdir. Və bu, onun işiylə yanaşı şəxsi həyatına da təsir göstərir. Adətən, hər şeyin elə-belə də yaxşı olacağına inanmaları onlara problem yaradır. Onlar lazımı qədər çalışmır bununla da işlərini ağırlaşdırır və bəzən də həllolunmaz edirlər. Lakin əgər bir işə başlarsa ona bütün gücünü və bacarığını sərf edəcəkdir. Bəzən başqasının təsirinə düşdükdə o insanin idealı üçün özünküymüş kimi var gücü ilə çalışacaqdır.

 Tərcümə etdi: Raksana Rəsulzadə 
 

1 şərh

Deha
Zəhmət olmassa quşarmudu ağacını yaza bilərsiniz?