Druid qoroskopu | Söyüd ağacı

Druid qoroskopunda bürclər yerinə insanlar ağaclarla xarakterizə olunur. Bu ağaclar 22 ədəddir — Alma, Küknar, Qarağac, Sərv, Qovaq, Kartas, Şam, Söyüd, Cökə, Fındıq, Quşarmudu, Ağcaqayın, Qoz, Jasmin, Şabalıd, Göyrüş, Vələs, Əncir, Palıd, Tozağacı, Zeytun, Fıstıq.

 Söyüd Ağacı (01.03-10.03; 03.09-12.09)

 
Bu insanlar gözəllikləri ilə deyil, təbilikləri ilə başqalarını özlərinə cəlb edirlər. Onun sirli və cazibədar olması onu digərlərindən fərqləndirir. Onlar sadəcə emosianal deyillər, həm də fiziki cəhətdən çox hissiyyyatlıdırlar — Günəşin istiliyini, soyuq suyu hiss etməyi, delikatesləri dadmağı, eqzotik ətirləri duymağı sevirlər. Söyüdlər hisslərinə dəyər verir və ağıllarından daha çox ona güvənirlər. O heç vaxt könlüncə gülmək və lazımınca istirahət imkanı varsa əldən buraxmaz. 

 Onlar zərif və qorunmasız görünə bilərlər, lakin xasiyyətcə çox möhkəm və qərarlıdırlar. Onları tanıyan insanların çoxu söyüdlərin əyləncəyə düşkün insanlar olduqlarını düşünürlər, lakin bu belə deyil. Əksinə, onlar qarşılarına qoyduqları məqsədlərə çatmağa çalışırlar. Bunun üçün isə başqalarından fərqli olaraq məntiqlə deyil, intuisiyaları ilə hərəkət edirlər.

 Söyüdlər əmr verməyi sevmirlər və başqalarının həyatlarına müdaxilə etməyi düzgün hesab etmirlər. Lakin bəzən yeri olmadığı halda öz məsləhətlərini verməyə çalıırlar.

 Bu insanlarla ünsiyyətdə olmaq və yaxın münasibət qurmaq çox çətindir. Belə ki, onlar güzəştə getməyi qətiyyən sevmirlər və kimin üçünsə özlərində nələrisə dəyişmirlər. Əgər sizə ehtiyyacı olsa o zaman köməyə çağıracaq, lakin problem həll olan kimi öz xəyali dünyasına çəkiləcək və nə vaxt ona lazım olsa sizi yanına çağıracaq. Onların zəif və gücsüz olmalarına çox insan inanır, lakin bu çox incə düşünülmüş bir oyundu. Özləri öz problemlərini rahatlıqla həll edə bilərlər, lakin özlərini niyə əziyyətə salsınlar ki? Bunu yaxınlarındakı insanlara etdirə bilirlərsə əgər.

 Öz emosiyalarını bəzəməyi və şişirtməyi sevirlər. Əgər kədərlidirsə hönkürtüylə ağlayacaq, bir şeyə aludə olubsa ona bütün ehtirasını və gücünü sərf edəcək. Çox gözəl psixoloqdurlar. Harda necə hərəkət etməli olduqlarını çox gözəl bilirlər.

 Sevgidə əzab çəkməyə sanki ehtiyyac hiss edir. Həyatda qarşısına böyük qısqanclıq, ayrılıq ağrısı, qarşılıqsız sevgi və s. çıxır. O sizə ağır talenin qurbanı kimi görünə bilər, lakin onu cənnətə də atsalar, orda da kədərlənməyə səbəb tapacaqdır.

 Tərcümə etdi :  Raksana Rəsulzadə

1 şərh

_BUMERANQ_
mən də gözləyənlərdənəm :)