Doğum tarixinə görə xarakteriniz

Astroloqların apardığı araşdırmalara görə doğum tarixinin xarakteri müəyyən etməkdə böyük rolu olduğunu müəyyən edərək aşağıdakı kimi göstərmişlər.

1-10 yanvarda doğulanlar: dava-dalaşdan xoşlanmayan, sevdiyi insanları düşünən, səbirli və əməksevər. Uğursuzluğa dözə bilməyən, başqasının payında gözü olmayan.

11-19 yanvarda doğulanlar: son dərəcə məntiqli, bacarıqlı, sözübütöv, təhsilə önəm verən, güclü yaddaşa və güclü analitik qabiliyyətə malik olurlar.

20-29 yanvarda doğulanlar: açıq danışan, dostcanlı, lazım olan zaman duyğularını arxa planda tutub məntiqi ilə hərəkət edən, yüksək qavrama qabiliyyətinə malik, çətinliyə düşən zaman ağılla çıxış yolu tapa bilən.

30 yanvar-8 fevralda doğulanlar: sürətli düşünə bilən, təbiilikdən xoşlanan, xarici dil öyrənmə qabilliyəti yüksək olan, düşdüyü mühütə tez uyğunlaşan, mübahisəni sevən və inandırma qabiliyyəti yüksək

9-18 fevralda doğulanlar: sərbəstliyi sevən, zövqlə geyinməyə əyləncəyə meyilli, cazibədarlığı ilə əks cinsi cəlb edə bilən.

1-29 fevralda doğulanlar: güclü təxəyyülə malik, dostcanlı, kömək etməyi sevən, olduqca romantik və həssas

1-10 martda doğulanlar: mühafizəkar bəzən dəyişkən xarakterli, olduqca təvazökar, ailəsinə bağlı, pislik etməyi bacarmayan özünə edildikdə isə çox təsirlənən, güclü hissiyata malik.

11-20 martda doğulanlar: hər işdə müvəffəqiyyət əldə edə bilən, bəzən fitri istedada malik olan, başqalarına təsir edə bilən, güclü enerjiyə malik, sirr saxlaya bilən

21-31 martda doğulanlar: həyatda hədəfini bilən, inadkar, əmir almağı xoşlamayan,

1-10 apreldə doğulanlar: rəngli, həyatsevər bir xarakterə malik, aktyorluq və idarəetmə qabiliyyəti güclü

10-20 apreldə doğulanlar: yeniliklər axtaran, pul xərcləməyə meyilli,açıq fikirli, comərd və özünə inamlı

20-30 apreldə doğulanlar: Gözəllik aşiqi, dəbdəbəli həyatı sevən, maddi və mənəvi dəyərlərə önəm verən, həssas və dostcanlı, ətrafı tərəfindən sevilən

1-10 mayda doğulanlar: zehini qabiliyyətləri güclü, ağıllı, güclü natiqlik və yazı qabiliyytinə malik, nitqi ilə qarşısındakını ələ ala bilən

11-20 mayda doğulanlar: sadiq, inanıla bilən, qarşısındakına və dostluğa dəyər verən, sadiqliyin qədrin bilən

2 -31 mayda doğulanlar: oduqca məntiqli, daim öyrənməyə çalışan, ağlını və məntiqini idarə edə bilən, yeniliklərdən xoşlanan

1-10 iyunda doğulanlar: rahatlığını düşünən, hər şeyi bəyənməyən, keyfiyyətə önəm verən, qarşısındakının nəbzini tez tuta bilən

11-21 iyunda doğulanlar: müasir və obyektiv düşünən, qüvvətli iradəyə malik, fikirləri daim müsbət qarşılanan

22 -30 iyunda doğulanlar: daim təhlükəsiz yaşamaq istəyən, sevdiklərinə önəm verən, təhlükə hiss etdikdə aqressivləşən

1-11 iyulda doğulanlar :yoxlamadan inanmayan, hissiyatı güclü, güclü olmağı xoşlayan

12-22 iyulda doğulanlar: güclü aktyorluq qabiliyyəti, incəsənətə meyilli, şəfqət duyğusu yüksək, idealist, yüksək təxəyyülə malik, sevgidə sadiq

23 iyul- 1 avqustda doğulanlar: özündən əmin, liderlik gücünə malik, təşkilatçılıq qabiliyyəti, açıq sözlü, sadiq

2-12 avqustda doğulanlar: xoşsöhbət, vicdanlı, qürurlu, gəzintini xoşlayan, sadiq dost, kiminsə əlini altında işləməyi sevməyən, sərbəstliyi sevən

13-22 avqustda doğulanlar: döyüşkən, enerjili, istədiyini əldə edə bilən, cəsur, haqsızlığa dözməyən, gözləməyi xoşlamayan

23 avqust-1 sentyabrda doğulanlar: ünsiyyətcil, məntiqli, cahil insanlardan uzaq olan, aristokrat yerləri xoşlayan, dəqiqliyi sevən

2-12 sentyabrda doğulanlar: ciddi qərarlar verə bilən, işlərini ağıl və məntiqlə aparan, nizam-intizamı və yaşından böyük görünməyi sevən

13-22 sentyabrda doğulanlar: yerində danışmağı sevən, iradəli, problemdən uzaq olmağa çalışan, tərəfsiz düşünən

23 sentyabr-2 oktyabrda doğulanlar: lüks, dəbdəbə, gözəllik aludəsi, zövqləri uğrunda pul xərcləməkdən çəkinməyən, səyahət etməyi xoşlayan

3-13 oktyabrda doğulanlar:  başqaları tərəfində maraqlı qəbul edilən, sərbəst, qanunlaralı yaşamağı sevməyən, qərarlarını özü veməyi xoşlayan

14-13 oktyabrda doğulanlar: ağlı ilə problemlərin öhdəsindən gələ bilən, həddən artıq duyğulu, ətraflı ilə yaxşı yola gedən

24 oktyabr -1 noyabrda doğulanlar: düzgün və kəskin danışan, yenilikləri xoşlayan, intizamlı, sirrlərini paylaşmağı sevməyən,
2-11 noyabrda doğulanlar: həddən artıq duyğulu və romantik, sevgisi üçün hər cür çətinliyə dözən, dostluqda sadiq, kömək etməyi sevən

12-22 noyabrda doğulanlar: haqsızlıqlara dözməyən, düzgünlüyü sevən, hissiyatı güclü, şanslı, ailəsinə bağlı

23 noyabr-1 dekabrda doğulanlar: əxlaqa və təhsilə son dərəcə önəm verən, böyüklük etməyi yol göstərməyi xoşlayan,

2-11 dekabrda doğulanlar: cəsur, çətin inanan, heç kimin özü ilə hərəkət etməyən, aktiv, səbirsiz

12-21 dekabrda doğulanlar: duyğularını idarə etməyi bacaran, səhv etməyi xoşlamayan, qürurlu

22-31 dekabrda doğulanlar: məsuliyyətli, intizamlı, sadiq, bəzən bədbin olurlar

Oxşar məqalələr

 

13 şərh

asel

24 oktyabr -1 noyabrda doğulanlar: düzgün və kəskin danışan, yenilikləri xoşlayan, intizamlı, sirrlərini paylaşmağı sevməyən- tamamilə doğru.. 

Diamonds

22-31 dekabrda doğulanlar: məsuliyyətli, intizamlı, sadiq, bəzən bədbin olurlar

Mən razı =)

pascal
Bəh, bəh, bəh... Yanvarın 1-indən Dekabrın 31-inə kimi olan bütün günlər var burda, həm də nə gözəl, cəh-cəlallı sözlərlə. Bəs, həyatda qarşımıza çıxan, bəzən rastlaşıdığımız şərəfsiz, vicdansız, təkəbbürlü, hiyləgər, öz xeyrinə görə adamı satan, mənəviyyatsız, alçaq insanlar hansı gündə doğulub, görəsən? Onlar da burdakı günlərdə doğulub, yoxsa ayrı planetdən gəliblər? :)
Ferbara
Hə, mən də özümü Utopistanda hiss elədim. :) Demək ki, burdakı yazılanlara inansaq, hər pisin yaxşı tərəfi də varmış. :)
Mənə aid olan cəhərlərdə bir səhv var. mən səbrsiz deyiləm. 
pascal
Pisin yaxşı tərəfi var, doğrudur, amma yaxşının da pis tərəfin yazılsın ki, bəlkə düzəltmə ehtimalı oldu. :)
Səbrsiz deyirsə, səbrsizsən! Bunu yazandan yaxşımı biləcəksən? )))
Ferbara
:)) Haşa. :)
pascal
Rəşid Mahmudov demişkən, «Azərbaycan dilində danış!» ;) :))
Ferbara
Mən bilən, bizim dildədi. :)
pascal
«Sən bilən»dirsə, düz bilirsən. ;) ))
Someone

İndi kimdən soruşsan hami özünün yaxşı tərəfini deyəck. Kim boynuna alar ki, mən vicdansızam, paxılam və.s. İndi bu xarakteri yazana da gərək desinləri ki, mən belə pisəm bu zaləmın balası da bilsin ki, filan tarixdə doğulanlar paxııldır :)) 

Sadaf
12-21 dekabr-duyğularını idarə etməyi bacaran, səhv etməyi xoşlamayan, qürurlu
 yəni mən 
Don_Elnur
Xasiyyətləri oxuyuram — Hamı yaxşı adamıymış ki bu dünyada :))