Əjdaha ili

ƏJDAHA çox sağlam, gümrah, qüvvətli və fəaldır. Ürəyi açıqdır, qızıl kimi safdır, xırdaçı, riyakar, dalca danışan, qeybət qıran deyildir, hətta ən adi hiyləgərliyi də yoxdur. Xeyirxah DONUZ kimi sadəlövh olmasa da, tez inanandır və onu həmişə aldatmaq olur. ƏJDAHA həssasdır. Çox vaxt səbəbli-səbəbsiz narahat olur. Təkmilləşməyə çalışdığı üçün həm özünə, həm də başqalarına qarşı tələbkardır. Dəqiqdir. Çox tələb edir, lakin çox da fayda verir.
Əsəbidir. Dilini saxlaya bilmir və çox vaxt düşünmədən danışır. Buna baxmayaraq onun rəyi ilə hesablaşmaq lazımdır, çünki yaxşı məsləhətlər verir.
İşə çox həvəslə girişir. Tez məftun olur. Məğrurdur. Hərtərəfli qabiliyyət sahibidir, ziyalı, iradəli, dözümlü, alicənabdır. Onun sözünə baxırlar. Nüfuzludur.
əjdaha ili
ƏJDAHA ömrü boyu heç nədən korluq çəkməyəcəkdir. Hər hansı işdə müvəffəqiyyət qazana biləcəkdir. Hansı peşəni seçirsə-seçsin istər artist, istər keşiş, istər döyüşçü, istər həkim, istərsə də siyasətçi olsun, həmişə parlayacaqdır.
Böyük bir işdən yapışsa, həmişə məqsədə çatacaqdır. Bədbəxtlikdən, pis işə də girişsə, eyni dərəcədə müvəffəqiyyət qazanacaqdır — o, qalibdir!
Çox zaman sevilir, lakin özü nadir hallarda sevir. Məhəbbətdə heç bir zaman peşmançılıq çəkməyəcək və ya dərdə mübtəla olmayacaqdır. Bununla birlikdə ƏJDAHA bəzən faciə və fəlakətlərə bais ola bilər. ƏJDAHA işarəsi altında dünyaya gələn qadınlar müvəffəqiyyət qazanacaqlar, dallarınca düşən çox olacaqdır.

ƏJDAHA cavanlıqda nadir hallarda nikah bağlayır, bəziləri hətta ömürlük subay qalırlar. ƏJDAHA subaylıq həyatını xoşlayır. Bu, onun üçün əlverişlidir. Təklikdə özünü daha xoşbəxt sanır.
Həyatını SİÇAN ilə bağlaya bilər, çünki aşiq olmuş SİÇAN hər şeyə, hətta laqeydliyə də dözər. Əlbəttə, SİÇAN ƏJDAHANIN gətirəcəyi hər şeydən istifadə edəcək, eyni zamanda öz tənqidi zəkası ilə pulpərəstliyi ilə ona kömək göstərəcəkdir. Eyni sözləri İLAN haqqında da demək olar. Lovğa XORUZ ƏJDAHA ilə dil tapa bilər. XORUZ onun müvəffəqiyyətlərinin qırıntılarını məmnuniyyətlə dənləyər. İstər məhəbbətdə, istərsə də əməli işlərdə MEYMUN ona yoldaş olar. ƏJDAHANI öz hiyləgərliyi ilə, ƏJDAHA isə onu öz gücü ilə zənginləşdirər. Onlar bir-birinə lazımdırlar. Lakin buna yalnız MEYMUN dərk edir. ƏJDAHA isə ehtiyatlı olmalıdır: bütün işarələrdən yalnız MEYMUN onu lağa qoya bilər, MEYMUNUN yumoru ƏJDAHANIN qüvvəsini çox zaman azaldır.

QADIN İLANIN gözəlliyi KİŞİ ƏJDAHANI həmişə məftun edəcək və ƏJDAHA bununla qürrələnəcəkdir. PƏLƏNGLƏ ittifaq ona dinclik, rahatlıq gətirməyəcəkdir. ƏJDAHA ona inanmayan bədbin, realist və narahat İTDƏN uzaq qaçmalıdır.
Həyatının birinci mərhələsində ƏJDAHANIN kiçik çətinlikləri olacaqdır, çünki o, yaxın adamlarından çox şey tələb edəcəkdir. ƏJDAHANIN artistlik temperamenti həyatının ikinci mərhələsində bir çox problemlər yaranmasına səbəb olacaqdır.
Ətrafdakılardan üstün olan ƏJDAHA çox vaxt başa düşülməyəcəkdir. Həqiqətdə isə ona məftun olacaq, sözünə baxacaqlar. Kədəri az, müvəffəqiyyəti çox olacaqdır. Xasiyyəti ağırdır, həmin narazıdır. Lakin həyatının son mərhələsində xoşbəxt olacaq, bütün istəklərinə çatacaqdır. ƏJDAHA uğur, müvəffəqiyyət, səma qüdrəti və ən nəcib astroloji təsir işarəsidir. O, həyatın və yüksəlişin rəmzidir. ƏJDAHA dörd nemət gətirir: zənginlik, xeyirxahlıq, ahəngdarlıq və uzun ömür.
Lakin hər medalın o biri üzü də olur. ƏJDAHA zahirən xoşbəxt görünsə də, unutmayın ki, bu, xəyaldır. ƏJDAHA daim parlayır, lakin bu gözqamaşdırıcı parıltı deyildir. ƏJDAHAnın güclü şəxsiyyət olması da zahiri əlamətdir. Real həyatda ƏJDAHA yoxdur — ƏJDAHA parad üçün olan heyvandır, sakit və qüdrətli karnaval fiqurasıdır.
Öz arzularına uyğun olaraq, o, od qızıl və su püskürəcəkdir, lakin bayramdan sonra onu yeyəcəklər və Simurq quşu kimi o, növbəti bayram üçün kül içərisindən dirilib qalxacaqdır. ƏJDAHA xəyali heyvandır

 

0 şərh