İt ili

İT həmişə narahatdır, həmişə keşikdədir. Heç bir zaman dincəlmir. Həmişə sərvaxtdır, həmişə qoruyur. İT öz qınına çəkiləndir. Duyğularını yalnız zərurət olduqda büruzə verir. İfrat dərəcədə tərsdir və nə istədiyini bilir. Tez-tez ədəbsiz olur, kobud və xoşagəlməz sözlərinə görə ondan qorxurlar. İt xırda təfərrüatları içərisində itib batmağa, yerli-yersiz tənqid etməyə, daim nə isə bir qüsur tapmağa çalışır. Həqiqətdə o, həyatdan heç bir umacağı olmayan çox bədbin məxluqdur.
İT həmişə ədalətsizliyə qarşı cəsarətlə çıxış edir, hər şeyə şəkk gətirir, lakin tənqidi zəkası, incə yumor hissi və inkaredilməz iradəsi onu xırdaçılıqdan xilas edir. Tünlüyü xoşlamır. Məhəbbətdə soyuq görünür, lakin bu təəssürat aldadıcıdır. Bütün nöqsanlarına baxmayaraq insan təbiətinin bütün nəcib cəhətlərini özündə birləşdirir. Loyaldır, vəfalıdır, təmizdir. Vicdani borc hissi güclüdür. Ona bel bağlamaq olar: heç vaxt xəyanət etməz. Sirri hamıdan yaxşı saxlaya bilir. Çox təvazökardır. Ürəyini açmağı, eləcə də başqalarını sorğu-suala tutmağı xoşlamır.

Nitqi olduqca sadədir, bəzən fikirlərini çətin ifadə edir. Dərin zəkaya malikdir, dinləməyi hey kəs onun qədər bacarmır. İT etibarlıdır. Etimadı tamamilə doğruldur. Başqaları üçün əlindən gələni edir, sədaqəti öz-özünü hər şeydən məhrum etmək dərəcəsinə çatır. Adamlar tamamilə haqlı olaraq ona hörmət bəsləyirlər.
Məlum olduğuna görə, ədalət tərəfdarları həmişə itlər olmuşdur. Hər hansı ədalətsizlik onda etiraz doğurur və o, vəziyyəti düzəltmək üçün əlindən gələni etməyincə sakitləşmir. Bədbəxtlik, işsizlik və müharibələr İTİ əzablara düçar edir. Yer kürəsində İT ac qalır: keçmişə, indiyə və ola biləcək hadisələrə görə əzab çəkir. Xoşbəxtlikdən İT axmaq işlərin müdafiəsinə nadir hallarda qalxır. O, filosofdur, nəsihətçidir, pulda gözü olmayan sol istiqamətli adamdır.
it ili
Alicənab və təmənnasızdır. Küçədə və ya cah-cəlal içində yaşamasından asılı olmayaraq İTDƏ intellekt üstünlük təşkil edir və İT maddi rahatlıq olmadan keçinə bilir. Hətta o, maddi firavanlığa malik olduqda belə, ifrata varmır, bərbəzəyə meyl etmir. Lakin pul lazım olduqda özünü başqalarından daha yaxşı təmin edə bilir.
İT sənayedə yaxşı rəhbər, habelə fəal ictimai xadim, keşiş, tərbiyəçi olacaqdır. Hər hansı sahədə təmizliyin və saflığım həmişə qoruyacaqdır. Adamları idarə etmək işində gözəl qabiliyyəti vardır. Belələrini irəli çəkmək hər bir cəmiyyətin xeyri nədir, çünki İTLƏRDƏ olan əmək qabiliyyəti və düzlük heç kimdə yoxdur.
Məhəbbətdə də təmiz və ağıllıdır. Qərarsızlığı və daimi narahatlığı ilə əlaqədar olaraq məhəbbətdə bütün həyatı boyu çətinliklərlə qarşılaşacaqdır.

İT AT ilə xoşbəxt ola bilər. Müstəqilliyindən bir qədər əl çəksə AT ona böyük işləri müdafiə etmək imkanı verər. PƏLƏNG və İT birlikdə böyük macəralarla qarşılaşacaq və ədalət naminə çiyin-çiyinə vuruşacaqlar. Vəziyyətlə əlaqədar olaraq İT tez-tez PƏLƏNG ilə üz-üzə gələcək və özü kölgədə qalaraq ona müvəffəqiyyətlə kömək edəcəkdir. Yalnız mülayim və sakit PİŞİK ilə İT bir qədər rahatlığa çıxa bilər. Əjdaha o qədər məğrurdur ki, İT onun tənqidi və tikanlı ağlına dözə bilməz. KEÇİYƏ gəldikdə, İT onun şıltaqlığını götürməz. KEÇİNİN mənfəətpərəstliyini və dayazlığını görər.
İT öz həyatının uç mərhələsini də qərarsızlıq və tərəddüdlə keçirəcəkdir. Uşaqlığı səksəkəli, gəncliyi çətin olacaq, yetkin yaşında şəkkaklığa qapılacaq, işdə müvəffəqiyyətsizliyə uğrayacaq, qocaldıqda puç olmuş arzularının həsrətini çəkəcəkdir.
Gündüz doğulmuş İT gecə doğulmuş İTƏ nisbətən xeyli sakitdir. Həmişə qulaqlarını şəkləyib keşikdə duracaq, yad adam getməyincə hürəcək və sakitləşməyəcəkdir. Doğrudan da «İT günü»dür.

0 şərh