Meymun ili

Bütün işarələrdən ən dəlisovudur. MEYMUN çox vaxt cəmiyyətini sevimlisidir, yumor hissinə malikdir, lakin həmişə kələkbaz və hiyləgərdir. Mehribandır. Elə bir təsir bağışlayır ki, bütün işarələrlə yola gedir. Lakin bu aldadıcıdır. MEYMUN çox mənfəətpərəstdir. Oynaq, iltifatlı, hətta hörmətcildir, başqaları haqqında mənfi rəyini zahiri iltifat və gülərüzlülüklə ört-basdır edir. Əslində bütün başqa işarələrə nifrət bəsləyir və özünü başqalarından üstün hesab edir. Nəhayət o, şöhrətpərəstdir.
MEYMUN intellektualdır. Bilik həvəslisidir. Hər şeyi mütaliə etmişdir, biliyi çoxdur, dünyada baş verən bütün hadisələrdən daim xəbərdardır. Yaxşı təhsil görmüşdür və gözəl yaddaşı vardır, gördüklərini, oxuduqlarını, eşitdiklərini xırda təfərrüatınadək yadında saxlayır. Yaddaş onun üçün zəruridir, çünki heç bir işində səliqə-sahman yoxdur. Son dərəcə zirəkdir. Ən çətin problemləri heyrətamiz bir cəldliklə həll edə bilir. Onları həyata keçirməyə gec başlayırsa, başlamağı ilə atmağı bir olur. MEYMUNDA sağlam düşüncə çoxdur, adamları axmaq yerinə qoymaq məharəti güclüdür. O, hətta ən qüdrətli, dözümlü və çevik bir varlıq olan ƏJDAHANI da lağa qoya bilir.
meymun ili
MEYMUN PƏLƏNGİN cazibəsinə düşmür və onu ələ salır. Çox fəndgir və hiyləgər olan MEYMUN həmişə ən çətin vəziyyətlərdən çıxa bilir. Müstəqildir. Təbiətən fərdiyyətçidir. Ona nəyi isə zorla qəbul etdirmək, təlqin etmək mümkün deyildir. Variantını özü seçir. Xırdaçı, vasvası deyildir, şəxsi mənafeyi naminə vicdansızlıq etmək və yalan danışmaq lazım gəldikdə, tərəddüd etmir. Cəzasız qalacağına əmin olduqda vicdansız hərəkətlər edə bilər və onun bu hərəkətlərini aşkara çıxarmaq asan deyildir.
Çevik şüur bəzi MEYMUNLARI oğurluğa gətirib çıxarır, lakin MEYMUNLARIN hamısı oğru deyildir, yalançı deyildir. Nə iş tutursa tutsun, çox acıqlanmayın, çünki o, cazibəlidir və xoşa gəlməkdə çox mahirdir. Qısaca desək, MEYMUN mənsəbpərəstdir. Bunun üçün onun bütün əsaslan və şansları vardır. Mənfi xüsusiyyətlərinə (şöhrətpərəstliyinə, yalançılığına, prinsipial olmamasına) baxmayaraq, digər işarələr dərin zəkasını nəzərə alıb ona yaxınlaşmaq istəyirlər.
Vüsətli işlər üçün çox çevikdir, maliyyə sövdələşmələrində hiyləgərdir, ağıl və bilik tələb edən bütün sahələrdə gözəl işçidir. MEYMUN hər hansı sahədə müvəffəqiyyət qazana bilər: siyasət, diplomatiya, ticarət, sənaye onun üçün əsla sirr deyildir. Ali təhsili varsa, hər hansı işdən yapışmağı özünə rəva bilir. Həvəsinə uyğun işlə məşğul olduqda çox vaxt şöhrət qazanır. Yalnız uzunçuluqdan qaçmalıdır, uzunçuluq başqalarını yora bilər. Müəyyən maliyyə çətinliklərinə baxmayaraq güzəranı ümumən yaxşıdır.

Məhəbbətdə səadət tapmayacaqdır. Kişi qadın münasibətləri pis olacaqdır. Ehtiraslı xasiyyəti ilə özünə asanlıqla sevgili tapacaq, lakin tez atıb başqasını axtaracaqdır təəssüf ki, bu axtarışlar faydasız olacaqdır. KEÇİNİN xarakteri dəyişkəndir, üstəlik, ehtiraslı olmasına baxmayaraq, fəhmi və tənqidi zəkası onu tez soyudur Fitri yumoru onu ümidsizlikdən xilas edəcəkdir. Üstəlik o öz kədərlərini lağa qoyub müvafiq nəticələr çıxara bilər.

MEYMUN ƏJDAHA ilə yaxşı ittifaqda ola bilər. Özünü, öz hiyləgərliyini ƏJDAHAYA bəxş edəcək, lakin onun qüdrətindən faydalanacaqdır. Onlar şərikli iş də görə bilərlər. Hərçənd MEYMUN həmişə ƏJDAHANI altdan-altdan aldatmağa çalışacaqdır. SİÇANI məftun edib onunla da yola gedə biləcəkdir. SİÇAN MEYMUNUN bütün hərəkətlərinə dözəcək və sevilməsə də ömrü boyu MEYMUNU ehtiraslı bir məhəbbətlə sevəcəkdir. MEYMUN PƏLƏNGƏ gülürsə də, hər halda onunla ehtiyatlı davranmalıdır. MEYMUN ilə PƏLƏNG arasında hər hansı məhəbbət və ya işgüzar ittifaq çəkişmələrə və gərginliyə gətirib çıxaracaqdır. Belə bir ittifaq MEYMUNU qurbana çevirə bilər və MEYMUN yeyilmək təhlükəsi qarşısında qalar. Ömür yoldaşı kim olursa-olsun, MEYMUNDA çoxuşaqlı olmaq meyli vardır.
MEYMUNUN həyatının birinci hissəsi xoşbəxt olacaqdır, İkincisi təlatümlü, qarışıq olacaq və planları tez-tez pozulacaqdır, Həyatının üçüncü hissəsi sakit keçəcəkdir. Lakin onu tənha qocalıq gözləyir. MEYMUN ailəsindən uzaqda, bəlkə də bədbəxt hadisə nəticəsində öləcəkdir.
 

0 şərh