Ökuz ili

Səbirli və qaradinməz, təmkinli və astagəl, nəzərə çarpmayan və hövsələli, dəqiq və səliqəlidir. ÖKÜZÜN görkəmi bir qədər kəndli görkəmi olsa da o, orijinal zəka sahibidir. Adamları açıq söhbətə çəkmək istedadı vardır. Bu onun əsas üstünlüklərindən biridir. ÖKÜZ seyrçidir. Bəlkə də, məhz buna görə tənhalığı sevir.
ÖKÜZ təriqətçi, hətta fanatik ola bilər. O, tez-tez şovinist, bəzən riyakar olur. Buna görə də tez-tez tənqid edilir.
Zahiri sakitliyinə baxmayaraq tündməcazdır. Təmkinlidir, lakin dəlisovdur. Hiddəti nadir hallarda üzə çıxsa da hiddətlənəndə dəhşətlidir. Ona müqavimət göstərməmək məsləhətdir. Təhlükəli ola bilər. Soyuqqanlı görkəminə baxmayaraq tərsdir və başlanmış işin pozulmasına dözmür. Kim yolunu kəssə, vay onun halına. Rəisdir, rəhbərdir. Adətən qapalıdır, lakin son dərəcə zəruri olduqda bəlağətlə danışa bilir.
 öküz ili
ÖKÜZ onun sakit ovqatını poza biləcək yenilikləri xoşlamır. Pikassonu, yeni cazı, mini yubkaları və uzun saçları ələ salanlardan biridir, öz ailə üzvlərinin və ya yaxın adamlarının bunları qəbul etməsinə yol verməz. Həyatında ailə böyük rol oynayır. Şərtiliklərin və ənənələrin tərəfdarıdır.
Bu işarə altında dünyaya gələn qadın Şandele sayağı qayğanaq bişirə bilirsə, vəziyyətə görə geyinməyi bacarırsa, həyatda ona bel bağlamaq olar. Ondan cəsarət və ya geyim-keçimdə fantaziya gözləmək lazım deyildir.

ÖKÜZ işləkdir, əsl əməkçidir, ailəsinə firavanlıq gətirir. Bir qayda olaraq öz sənəti olduğuna və sənətini işlətdiyinə görə ailəyə xeyri çoxdur. Sərbəst peşə onun üçün daha münasibdir. O, həm fiziki, həm də intellektual baxımdan çevikdir, yaxşı rəhbər ola bilər. Kənd təsərrüfatı sahəsində xüsusilə istedadlıdır.
Ticarətdən və ictimai münasibətlərdən başı çıxmır, bunlar onun üçün çətindir. Səfərlərlə, səyahətlərlə bağlı peşə seçməmək məsləhətdir, səyahətlərdə və səfərlərdə o, müvazinətini və səhhətini itirir.
QADIN-ÖKÜZ evdardır, ailə ocağının qayğısına qalır. Gözəl və diqqətli ev sahibəsidir, «ailə gəmisini» çox vaxt o idarə edir.
Təəssüf ki, ÖKÜZ yan-yörəsi tərəfindən nadir hallarda başa düşülür. O, inadcıl təriqətçidir. Lakin ailəsini sevir və öz işləri ilə fəxr edir. Heç bir nəzakət gözləmədən öz hökmünü yeridir, yalnız ona görə ki, ailə başçısıdır və ailə üçün hər cür qurbanlar verməyə hazırdır.
Təəssüf ki, məhəbbət onun üçün ancaq lütfkar bir zarafatdır. O, incə, sədaqətli, sevdalı ola bilər, lakin heç vaxt romantik olmayacaqdır. Sevgi mazaqlaşmasına və ehtiras problemlərinə nifrət edir. Həyata materialist münasibət onun üçün bir çox qüssə və kədərlərin, o cümlədən ailə həyatı ilə bağlı qüssə və kədərlərin mənbəyidir.

ÖKÜZ ərini və ya arvadını qısqanacaqdır, lakin ərə və ya arvada sədaqət onun üçün ən birinci vəzifə və əsas üstünlükdür. Özü vəfalıdır, lakin onun bu keyfiyyəti lazımınca qiymətləndirilməmişdir.
Uşaqlığında və gəncliyində elə bir mühüm hadisə baş verməyəcəkdir. Həyatının ikinci hissəsində ər və ya arvad tərəfindən törədilən çətinliklərə rast gələcəkdir. ÖKÜZÜN ömür-gün yoldaşı onun laqeydliyindən məyus olacaq və evdə tapa bilmədiyi romantikanı kənarda axtarmağa başlayacaqdır. Bu halda ÖKÜZ öz ağlı sayəsində özünü ələ ala bilməsə, nifrət oyadacaq və ətrafındakıların hörmətini itirəcəkdir.
ÖKÜZ həqiqətən əməkçi, ailəcanlıdır və özü ilə ətrafdakılar arasında mövcud olan fikir fərqlərini anlaya bilmir. Həyatının üçüncü hissəsində böyük çətinliklərə rast gələcək, lakin onları aradan qaldıracaq, qocaldıqda həyatı sakit keçəcəkdir.

XORUZ ilə nikah ÖKÜZ üçün ideal nikahdır. ÖKÜZ XORUZUN uğurlarına kömək edəcəkdir. İki mühafizəkarın könül birliyi gözəl olacaqdır. SİÇAN ilə də işləri yaxşı gedəcəkdir. ÖKÜZƏ vurulan SİÇAN ömrünün sonunadək ona sadiq qalacaqdır. İLAN tez-tez vəfasızlıq etsə də kifayət qədər ağıllı olduğu üçün öz hisslərini gizlədəcək və hər halda ÖKÜZÜ atıb getməyəcəkdir. SİÇAN kimi ÖKÜZ də MEYMUNA məftun olacaqdır. Müvəffəqiyyət qazanmaq üçün bütün fantaziyasını və təxəyyülünü işə salması lazım gələcəkdir. Təəssüf ki, özünə lazım olan əmin-amanlığı İLANLA nikahda tapmayacaqdır. Keçi ilə də ehtiyatlı olmaq lazımdır. KEÇİ şıltaqçı və yelbeyindir, hərdəmxəyal olması ilə faciə törədə bilər.
Xalq hikmətində deyilir ki, ÖKÜZ PƏLƏNGLƏ bir yerdə yaşaya bilməz Mübarizə başlanar. Nəticədə PƏLƏNG baş götürüb gedər və ya yoxa çıxar. Daha güclü olan ÖKÜZ ona təzyiq göstərər və məhv etməyincə əl çəkməz. ANA-ÖKÜZ UŞAQ-PƏLƏNG ilə heç bir zaman qarşılıqlı anlaşma tapa bilməz. PƏLƏNG evi tərk edib getməlidir.
Axırda qeyd edək ki, qışda doğulmuş ÖKÜZ daha xoşbəxtdir: işi az olacaqdır. Yayda doğulan ÖKÜZÜN başı işdən açılmayacaqdır, o, ilboyu qan-tər içində işləməli olacaqdır.
 

0 şərh