Pələng ili

PƏLƏNG yola getməyən, bədrəftardır. İntizamsızdır, tez qızışandır. Həmişə rütbədə özündən böyük olana qarşı çıxır. İnqilabçılarla, rəhbərlərlə bir materialdan biçilib.
Bədbəxtlikdən bütün rəislər kimi PƏLƏNG də ona göstərilən etimada həmişə layiq olmur. İşdə və ya məhəbbətdə, habelə müharibədə PƏLƏNG «İrəli!» deyə qışqırdıqda adamlar hərəkət etməzdən əvvəl gərək yaxşı-yaxşı fikirləşsinlər və hətta ətəyindən tutub onu saxlasınlar. PƏLƏNG başqalarını fəlakətə sala bilər. Riskə getməyə, hətta sərsəm, dərk edilməmiş hərəkətlər etməyə həvəsi vardır.

Onun cazibəsinə müqavimət göstərmək çətindir. Təbii hakimiyyət ona müəyyən nüfuz qazandırır. O, itaət etməyi xoşlamır, lakin başqalarını itaətə vadar edir. Ona hörmət bəsləyirlər. Heç kim həqiqəti üzünə deməyə cəsarət etmir. Hətta onu məhv etməyə cəhd göstərdikdə də hörmət və pərəstiş edirlər.
Hərəkət etməzdən əvvəl fikirləşsə, ehtiyatlı olmaq haqqında məsləhətlərə qulaq assa, böyük müvəffəqiyyət qazana bilər. Təbiətən döyüşkən və sərt olan, tez qızışan PƏLƏNG işin xatirinə özünü qurban verməyə qadirdir. İnadcıl və tərsdir, davakar və xırdaçıdır, buna görə də tez-tez münaqişədə olur. Xırda işlərdə xudpəsənddir, böyük işlərdə təmənnasız ola bilir. Dar düşüncəlidir, heç kimə ürək qızdırmır.
peleng ili
PƏLƏNG həmişə qabağa cumur, mövcud hakimiyyətə, tabeçiliyə və mühafizəkar ağıl sahiblərinə nifrət bəsləyir. Nə qədər qəribə olsa da, bəzən mühüm qərar qəbul etməzdən əvvəl o qədər götür-qoy edir ki, axırda iş-işdən keçmiş olur. PƏLƏNG qoşun başçısı və ya müəssisə rəhbəri ola bilər. O, hətta təhlükəli cani də ola bilər. Cəsarət tələb edən bütün fəaliyyət növlərini sevə bilər.
Eyni sözlər QADIN-PƏLƏNGLƏRƏ də aiddir. Onlar hər hansı bir hüquq qazanmaq naminə həmişə birinci olaraq müharibə elan edirlər. PƏLƏNG pulla heç bir zaman bilavasitə, birbaşa maraqlanmır, lakin özünə var-dövlət yığa bilər.
PƏLƏNG qeyri-adi hərəkətlər edən, müstəsna taleyi olan, gözlənilməz vəziyyətlərə düşən adamdır. O, döyüşçüdür, həssasdır, emosionaldır, dərin düşüncələrə, güclü məhəbbətə qabildir. Çox ehtiraslı olsa da, məhəbbətdə nadir hallarda xoşbəxt olur. QADIN-PƏLƏNGİN başına çox sərgüzəştlər gələcəkdir və bunlar çox vaxt pis qurtara bilər.

PƏLƏNG öz həyatını namuslu AT ilə birləşdirə bilər. ƏJDAHA ona qüvvə və ehtiyatlılıq bəxş edər. Böyük işləri birlikdə qorumaq üçün İT həmişə onun yanında olar. PƏLƏNG çox ağıllı olan İLANDAN uzaq qaçmalıdır. İLAN onu heç vaxt başa düşməz. Hiyləgər MEYMUNDAN da uzaq qaçmalıdır. Yeri gəlmişkən deyək ki, PƏLƏNG daim təhlükədədir. Məhəbbətdə, dostluqda və əməli işlərdə PƏLƏNG onu axmaq yerinə qoya bilən vicdansız və kələkbaz MEYMUNA inanmamalıdır. ÖKÜZƏ də yaxın durmaq məsləhət görülmür, çünki ÖKÜZ PƏLƏNGDƏN güclüdür və onu məhv etmək üçün dərhal hücuma keçir. PƏLƏNG ilə ÖKÜZ bir evdə olduqda PƏLƏNG məhv edilmək istəmirsə, evdən çıxıb getməlidir. (bax: «ÖKÜZ»)
PİŞİYƏ gəldikdə, o heç vaxt PƏLƏNG ilə yola getmir. El arasında deyirlər: PƏLƏNGİN ovqatını təlx etmək üçün PİŞİK PƏLƏNGİN dırmaşa bilmədiyi ağaca dırmaşır, oradan PƏLƏNGİN başını isladır. Həqiqətdə isə onlar bir-birini başa düşürlər, çünki bir nəsildəndirlər.

PƏLƏNGİN həyatının birinci mərhələsi sakit keçəcək və qarşısına çətinlik çıxmayacaqdır. İkinci mərhələsi ehtiraslı və fırtınalı olacaqdır. O hər cür problemlər: maliyyə problemləri, şəxsi münasibət, ər-arvad, ailə problemləri həll etməli olacaq, heç bir yükdən xilas olmayacaqdır. Bu problemlər tamamilə nizama salınsa, həyatın üçüncü mərhələsinə keçə bilər. Qocalmaq qismət olsa, həyatın üçüncü mərhələsində PƏLƏNG dinc və sakit yaşayacaqdır. Hər şey PƏLƏNGİN gecə və ya gündüz doğulmasından asılı olacaqdır. Gecə, xüsusən gecə yarısına yaxın doğulan PƏLƏNG tələlərə yaxın düşməyəcək və gündüz, xüsusən günorta vaxtı dünyaya gələn PƏLƏNGİN əksinə olaraq həyatı çox fırtınalı keçməyəcəkdir. Ehtiraslı, kobud olacaq və bir çox təhlükələrə məruz qalacaqdır. Hər halda heç bir zaman darıxmayacaqdır, gündüz və ya gecə doğulan PƏLƏNG heç bir zaman sakit həyata ümid bəsləməməlidir. Əslində o, həyatından narazı da qalmayacaqdır. Təsadüflər nəticəsində həyatı ehtiraslı, fırtınalı olacaqdır. Belə həyat, riskə getmək hərisliyi onu daim öz taleyi ilə oynamağa sövq edəcəkdir.
Bu Adam öz əcəli ilə ölməyən adamdır, həm də bəxti gətirəndir. Heç kəsin PƏLƏNG QƏDƏR BƏXTİ GƏTİRMİR. Asiya xalqları üçün PƏLƏNG Yerin qüdrətini təcəssüm etdirən və insan həyatının müdafiəsinin emblemi olan gözəl işarədir.
PƏLƏNG evdə üç bədbəxtlikdən: oğrulardan, yanğından, kələkbazlardan xilas edə bilər. Lakin bir evdə iki PƏLƏNG varsa, onlardan biri aradan çıxmalıdır!

 

0 şərh