Siçan ili

SİÇAN füsunkarlıq və təcavüzkarlıq işarəsi altında dünyaya gəlmişdir. İlk baxışda sakit, təmkinli və şən görünür. Lakin buna inanmayın. Bu zahiri görkəm arxasında daimi həyəcan və təcavüzkarlıq gizlənir. SİÇANIN əsəbiliyini, narahatlığını və tündməcazlığını aşkara çıxarmaq üçün onunla çox ünsiyyətdə olmaq kifayətdir.
SİÇAN qarmaqarışıqlıq yaradıcısıdır, bəzən hətta manyakdır. Hər halda qalmaqalçıdır. Dost məclislərini xoşlayır və məmnuniyyətlə qeybət qırır. Dedi-qodudan çəkinmir, buna görə də əsl dostdan çox tanışı vardır. Heç vaxt heç kimə inanmır. Ehtiyatlıdır, qayğılarını gizlədir. Üstəlik, bu işarə altında dünyaya gələn adamlar hər şeydən şəxsi fayda və mənfəət götürməyə çalışırlar: — dostlarından, tanışlarından, öz pulundan və dostlarının pulundan, öz füsunkarlığından. SİÇAN öz təhlükəli cazibədarlığını daim işə salır və ondan sui-istifadə edir.
Oyunçudur, zərif və ləziz xörəklər aşiqidir, heç bir şeydə özünə korluq vermək istəmir, eyni zamanda gələcəyindən daim nigarandır, bu gün üçün yaşasa da həmişə qənaət haqqında düşünür ki, qocaldıqda möhtac qalmasın.

QADIN-SİÇAN da eyni səbəblər üzündən ehtiyat toplamaq, bəzən əsla lazım olmayan şeylər yığıb saxlamaq cəhdləri ilə fərqlənir. Onu hərrac bazarında qazanc xatirinə hər şeyi acgözlüklə satın alan da görmək mümkündür.
SİÇANIN təxəyyülü inkişaf etmişdir, o, bəzən yaradıcı ola bilir. Lakin əksər hallarda gözəl tənqidçidir. Məsləhətlərinə qulaq asmaq tövsiyə olunur. Bəzi SİÇANLARDA bu keyfiyyət nöqsana çevrilib onları təhlükəli dağıntılar yoluna sürükləyə bilər. Onlar ləzzət almaq naminə hər şeyi məhv edirlər. Xırdaçı meşşan olan QADIN-SİÇAN təmizliyini saxlayır, başladığı işlərdə, bu iş hətta uğursuzluğa məhkum olsa da, axıradək getmək qabiliyyətinə malikdir. Əbədi narazılığını və mövcud məqama hədsiz aludəliyini boğmağı bacardıqda həyat qurmağa və müvəffəqiyyət qazanmağa nail olur.
Hər bir SİÇAN əməklə yox, kələkbazlıqla yaşamağı üstün tutur. Qan-tər içində işləyən başqa adamların hesabına həyatda çox şey qazanır. Bəd ayaqda dahi tüfeyli və sələmçi ola bilər. Tənbəllik və təhlükəsizlik bəzi SİÇANLARI məmurlara və «dəftərxana siçanlarına» çevirə bilir. O, işlərdə, siyasətdə müvəffəqiyyət qazana bilir, sevilən artist ola bilir. Fiziki işdən daha çox əqli işi həvəslə görür.
Təəssüf ki, SİÇAN pul yığdıqda onu dərhal xərcləyir. Özünə heç nədən korluq çəkdirmir, borcu təmənna ilə verir. Lakin qənimətçi olsa da həssasdır. SİÇAN məhəbbətinə məhəbbətlə cavab verməyən adama qarşı alicənab ola bilir, çünki SİÇAN özünü məhz məhəbbətdə büruzə verir. SİÇAN zərif və ləziz xörəklər aşiqidir, əyyaşdır, məhəbbətlə əylənəndir.
siçan ili
ƏJDAHA ilə taleyini bağlasa, həyatı uğurlu olar. ƏJDAHA ona güc, o isə ƏJDAHAYA tənqidi zəka verər. ÖKÜZ SİÇANI sakitləşdirər, SİÇAN onunla özünü daim təhlükəsiz hiss edər. MEYMUN onu hətta ələ salmaq istədikdə belə, sehirləyər. SİÇAN ATDAN uzaq qaçmalıdır. Xudpəsənd və müstəqil olan AT SİÇANIN mülkiyyətçilik xarakterinə dözməz. KİŞİ-SİÇAN ÇILĞIN ATA evlənsə (1906 -1966-cı illər) əsl fəlakət baş verər. Əlbəttə, ÇILĞIN AT ili 60 ildə bir dəfə olur, bu, təhlükəni azaldır...
SİÇANIN ömrünün ikinci hissəsi fırtınalı ola bilər. O, uğursuz bir işdə bütün var-dövlətini, yaxud həssaslıq ucbatından səadətini itirə bilər. Həyatının üçüncü hissəsi firavan keçəcək və qocalığı istənilən qədər sakit olacaqdır. Lakin yayda və ya qışda dünyaya gəlməsindən asılı olaraq SİÇANIN həyatı başqa cür də keçə bilər. Əgər yayda dünyaya gəlmişdirsə, qida axtarmaqla məşğul olacaqdır, buna görə də yolu üstündə düzülən tələlərə fikir verməlidir. Nəticədə həbsxanaya düşə bilər, yaxud bədbəxt hadisə nəticəsində ölə bilər.

 

0 şərh