At ili

ATIN görkəmi, qədd-qaməti yaxşıdır. O geyinib-keçinməyi bacarır. Tamaşaları, teatrı, konsertləri, yığıncaqları, idman yarışlarını, yəni tünlük yerləri xoşlayır. Çox vaxt hər hansı bir idman növü ilə az-çox müvəffəqiyyətlə məşğul olur. Kompliment deməyi bacarır, şən, söhbətcil, cazibəli və hətta adlı-sanlıdır.
AT siyasətdə müvəffəqiyyət qazana bilər ki, bu da ona böyük sevinc gətirəcəkdir. AT siyasətdə mahirdir, kütləni idarə etməyi xoşlayır və bacarır. Adamlar ağzını açmamış onların fikrini duyur. AT təkcə əqli fəaliyyətə deyil, fiziki işə də qadirdir. Ziyalı olmaqdan daha çox, çevik olan AT özünə o qədər də inanmır (və bunu yaxşı bilir). Buna baxmayaraq heç vaxt özünü sındırmır.
ATIN qanı qaynardır («at qaynarlığı» ifadəsi buradan əmələ gəlmişdir). AT asanlıqla özündən çıxır, buna görə də üzlülüyü ilə nə qazanmışsa çox vaxt onu itirir. ATIN hiddətinin bircə dəfə şahidi olmuş adamlar ona heç bir zaman etibar etməzlər, çünki onun hiddətində nə isə hədsiz bir çılğınlıq vardır. Uğur qazanmaq üçün bu xasiyyətindən əl götürməlidir.
at ili
AT xudpəsənddir. Kim yolunu kəssə, onu ayağı altında salıb tapdalayacaq və azacıq da vicdan əzabı çəkməyəcəkdir, çünki hədsiz dərəcədə şöhrətpərəstdir. Özünü hamıdan üstün tutur və hətta başqalarının işlərinə qarışdıqda da çox vaxt ancaq öz problemləri ilə maraqlanır. Təbiətən çox müstəqildir, məsləhətlərə qulaq asmır, ağlına necə gəldi o cür hərəkət edir. Yaxşı olardı ki, hələ gənc yaşlarında ailəsini atıb təkbaşına yaşasın. Yeri gəlmişkən deyək ki, bunu məmnuniyyətlə edəcəkdir, çünki ailə həyatı onu çox sıxır.
Özü ailə qurduqda ailəyə nəcib təsir göstərəcək, mərkəzi Sima olacaqdır. Bu ona ləzzət verəcəkdir. Onun mövqeyi, onun problemləri ailə həyatının mehvərinə çevriləcək, ailə üzvlərinin işi-gücü onun köynəklərini və şalvarının qatlarını ütüləmək olacaqdır. Demək lazımdır ki, ailənin qoruyucusu kimi o özünə olan bu cür münasibəti doğrulacaqdır. AT kənara çəkildikdə ailənin bütün səadəti tər-mar olacaqdır.
Bu xudpəsənd ancaq özü üçün, öz rahatlığı və müvəffəqiyyəti üçün işləyirsə də, işinin bəhrələrindən hamı faydalanır. AT fərdiyyətçidir, zəhmətkeşdir, pul xərcləməkdə mahirdir, hətta yaxşı maliyyəçidir. Bədbəxtlikdən, xasiyyəti dəyişkən olduğuna görə işdən də, məhəbbətdən də tez yorulur. Sonralar eyni müvəffəqiyyətlə və eyni canfəşanlıqla yenidən işə girişir. Tənhalıq və nəzarət tələb etməyən hər hansı ixtisasa yiyələnə bilər. O, başına adamlar toplamağa, hörmət qazanmağa və tərif eşitməyə həmişə ehtiyac duyur.

Sevgi münasibətlərində AT zəiflik göstərir. Məhəbbət xatirinə hər şeyi ata bilər. Aşiq olmuş ATIN ehtirası o qədər güclüdür ki, heç nə gözünə görünmür. Buna görə də, inkaredilməz keyfiyyətlərinə baxmayaraq həyatda tez-tez uğursuzluqlara düçar olur. Bu zəifliyini boğa bilərsə və zəkası ehtirasına üstün gələrsə, xoşbəxtliyə çata bilər, müvəffəqiyyət qazanar.
AT öz həyatını KEÇİ ilə bağlaya bilər. Bunlar yoldaş olub uçurumlar üzərindən birgə keçərlər — KEÇİNİN şıltaqlıqları və dəyişkən xasiyyəti ATIN xudpəsəndliyinə üstün gələr. Müxtəlif səbəblərə görə AT PƏLƏNG və İT ilə yaxın ittifaq bağlaya bilər. Böyük problemlərin həllinə başı qarışan İT ATIN hisslərinin dəyişkənliyinə heç bir əhəmiyyət verməz. AT öz həyatı ilə yaşaya bilər. Lakin o, xüsusilə QADIN-AT VƏ ələlxüsus ÇILĞIN AT öz müqəddəratını əsla SİÇANLA bağlamamalıdır. Bu ağılsızların əlaqəsi qığılcım saçıb faciəyə səbəb ola bilər.

ATIN həyatının birinci və ikinci mərhələləri sakit keçməyəcəkdir. AT gəncliyində ailəsini tərk edə bilər və başına bəlalar gələr. Məhəbbət sahəsində də həyatı qaynar keçəcəkdir. Üçüncü mərhələdə dinc həyat sürəcəkdir. ATDAN danışarkən 60 ildə bir dəfə olan ÇILĞIN AT illərindən (1906, 1966, 2026-cı illər) danışmaya bilmərik. Bu adamlar hər hansı nəcib təsiri pozucu təsirə çevirə bilərlər. ÇILĞIN AT illəri bütün at növləri üçün, habelə onların ailələri üçün uğursuzdur.
Həmin il At ailələrinə bədbəxtlik, xəstəliklər, fəlakətlər üz verəcəkdir.
ÇILĞIN AT ilində dünyaya gəlmiş kişilərin və qadınların xarakteri adi ATLARIN xarakteri kimidir. Lakin bu xarakterlərin yaxşı və pis cəhətləri xeyli güclənir. Eyni zamanda əməksevər, çevik, qabiliyyətli olan ATLAR təəssüf ki, daha çox xudpəsənd olacaq, daha ehtiraslı temperament onları məhəbbətdə ifrata varmağa sövq edəcəkdir. Bəziləri ÇILĞIN ATI ailə üçün daha münasib sayırlar, lakin xalq rəvayətlərində deyilir ki, ÇILĞIN AT dünyaya gəldiyi evdə, habelə yaratdığı ailədə gərginliyə səbəb olur.
 

0 şərh