Donuz ili

Xarakteri cəngavər xarakteridir (DONUZ bundan yuxarı qalxa bilməz). Nəzakətli, hörmətcil, ifrat dərəcədə prinsipialdır. DONUZ həmişə təmizlik bayrağı qaldırır. Siz ona inana bilərsiniz, sizi satmaz, heç vaxt aldatmağa çalışmaz. Sadəlövhdür, tez inanandır, müdafiəsizdir. Qısaca desək, DONUZ zahirən ölüvaydır. Lakin onun zəif görünməsinə aldanmayın, o, yalnız sülhsevərdir.
DONUZUN dost-tanışı azdır, lakin dostluğu ömrü boyu qoruyub saxlayır və dost yolunda böyük qurbanlar verməyə qabildir. Çox diqqətlidir, xüsusən xoşuna gələn adamlara. Bu işarə altında dünyaya gələn qadınlar hədiyyə verməyi və kiçik şənliklər düzəltməyi xoşlayırlar. O, yaxşı ev sahibəsidir. DONUZ diribaşdır, lakin sizi sevirsə, heç bir zaman etiraz etməyəcək və mübahisəyə girməyəcəkdir. Bir sözlə, davakarlıqla işi yoxdur. Haqlı olsa da mübahisədən qaçmaq üçün hər cür güzəştlərə hazırdır. Tez qızışdığı və təmiz olduğu üçün həmişə az prinsipial olan adamlara uduzur.
donuz ili
DONUZ hər hansı peşəyə bağlana bilər. Özünü həmişə vicdanlı və əməksevər işçi kimi göstərəcəkdir.
Həssaslığı sayəsində bəzi incəsənət növlərində, məsələn, poeziyada və ədəbiyyatda müvəffəqiyyət qazana bilər. Lakin işi pis gedə də bilər. Ən xoşagəlməz xüsusiyyətlərindən biri «palçığa»hərisliyidir, nə etmək olar hər halda donuzdur...
Maddi nöqteyi-nəzərdən o, dolanmaq üçün nə lazımsa onu həmişə tapa bilər. İşi də, pulu da olacaqdır. Bunun üçün böyük səy göstərməsinə ehtiyac yoxdur. Ömrü boyu yardım alacaqdır və bunun sayəsində maliyyə dairələrində ən yüksək məqama çata biləcəkdir. El arasında deyirlər ki, «donuza qidanı onun üçün verirlər ki, kökəlsin və təzə il şənliklərində onu yemək mümkün olsun». Buna görə də o, ehtiyatlı olmalı və heç kimə inanmamalıdır. Adətən ondan sui-istifadə edirlər.

Məhəbbət sahəsində də mənzərə eynən belə olacaqdır. DONUZ tez-tez seviləcək, lakin tez-tez də axmaq vəziyyətə düşəcək, məyus olacaqdır. QADIN-DONUZ yaxşı ana olacaqdır. O, həyatını PİŞİK ilə bağlamalıdır. Bu nikah mübahisələrdən qaçmaq üçün ən düzgün üsul olacaqdır. Qoy İLANDAN uzaq qaçsın, çünki tezcə ondan asılı vəziyyətə düşər.
DONUZ axmaq yerə qoyulmasına asanlıqla imkan verəcək, uğursuzluqlarını sakitliklə qarşılayacaq, başqalarının nöqsanlarına dözəcəkdir.
Yaxşı oyunçu olsa da, heç vaxt yarış ruhunu büruzə vermir. O, dərəcədə ehtirassızdır ki, haqlı olduğuna inanmaq üçün öz-özünə aramsız suallar verəcəkdir: filan vaxt mən vicdanla və loyal hərəkət etdim, ya yox. Son dərəcə səmimidir, bu səmimiliyi ilə bütün şübhələri tamamilə aradan qaldırır, əleyhdarlarının əl-qolunu boşaldır. Ancaq son dərəcə zəruri hallarda, yalnız özünümüdafiə üçün yalan danışır. Ağıllı olsa da, zərrə qədər hiyləgərliyi yoxdur. Çox vaxt səriştəsi, təcrübəsi çatışmır. Riyakarlığa qarşı aciz qalaraq, özünü doğrultmağa çalışdıqda dili dolaşır. Çox ciddidir və nadir hallarda güzəştə gedir. Dediklərinə həmişə inanır və sözünü sübuta yetirmək üçün dəlillər gətirməyə tələbat duyur.

DONUZ məclisdə şəndir, çox vaxt bir qədər sırtıqdır. Nadir hallarda danışır, amma ürəyini birdən boşaldır, sözünü qurtarmayınca heç kim onu dayandıra bilməz.
MEYMUN kimi DONUZ da intellektualdır. Biliyə güclü həvəsi vardır. Fərqinə varmadan çoxlu mütaliə edir. Zəngin bilikli adam təsiri bağışlayır. Lakin əslində belə deyildir. Biliyini yoxlasan, görərsən ki, göründüyü qədər dolğun və zəngin deyildir.
Donuz materialistdir. Kefcildir, şəhvətpərəstdir.
DONUZUN mülayim görkəmi arxasında böyük iradə və hətta ötkəmlik gizlənir. Necə şöhrətpərəst olsa da, qarşısına nə kimi vəzifələr və məqsədlər qoysa da öz borcunu var qüvvəsi ilə yerinə yetirir. Daxili qüvvəsi böyükdür və heç kəs ona qarşı durmaq iqtidarında deyildir. DONUZ hər hansı qərar qəbul etdikdə, heç kim onu dayandıra bilməz. Lakin belə bir qərar qəbul etməzdən əvvəl o, xeyli ölçüb-biçəcəkdir; belə təsir oyana bilər ki, guya tərəddüd edir və nə istədiyini bilmir. O, bunu əla bilir, lakin çətinliklərdən qaçmaq üçün uzun müddət fikirləşməli olur.
Bu isə bəzən işə ziyan vurur.
DONUZ İLANA yaxın durmamalıdır. İlan ona elə sarınar ki, tərpənə də bilməz. KEÇİ onun xeyirxahlığından sui-istifadə edəcəkdir.
DONUZUN həyatının birinci mərhələsi nisbətən sakit olacaqdır. İkinci mərhələdə ər-arvad həyatının cürbəcür problemləri ortaya çıxa bilər. Necə problemlər olursa olsun, təvazökar və utancaq DONUZ heç vaxt kənardan kömək istəmir. Çıxış yolunu özü axtaracaqdır. Təvazökarlığı ona ziyan vura bilər, çünki onun hiss-həyəcanlarından heç kimin xəbəri yoxdur. Bayramlardan xeyli qabaq doğulmuşdursa, xoşagəlməz hadisələrlə qarşılaşacaqdır, lakin təvəllüd günü bayram gününə nə qədər yaxın olsa DONUZUN “yeyilmək» ehtimalı bir o qədər çox olacaqdır.

 

0 şərh