Saytım harada yerləşsin?

Bu günlərdə hostingimin lap zayı çıxdığından bu mövzuya da toxunmaq fikrinə gəldim. O gün uşaqlar tvitterdə deyir ki, bəs database ilə bağlı problemin var. Hostingimi Rusiyadan götürdüyüm üçün, onlara müraciət etdim. Servis deyir ki, bəs sizin sayt L12 serverində yerləşib, Database`lər isə L13 serverində. L13 ilə hal-hazırda problemimiz var.. Bu problemdə artıq 1 həftədirki çəkir… Lap bezdiriblər məni.. Bu ilin axrında hostingə ödədiyim vaxt bitdikdə, yeni hostingimi Azərbaycanda götürəcəm. Ona görə elə indidən, gəlin Azərbaycan hostingləri ilə tanış olaq. İlkin olaraq, 5 aktiv hosting haqqında danışaq. Bunlar: ActiveCloud, Adanet, SahilHost, SuperOnline Hosting və Yer.az hostingidir. Bu hostinglərin qiymətləri, təklif etdikləri xidmətlər, servis və digər xüsusiyyətləri ilə yaxından tanış olaq.

O gün işdən evə gələndə, mama dedi ki, Fərhad nə yeyirsən? Dedim nə verəcəksən onu da yeyəcəm. Restoran deyil ki, sifariş edim, hazırlasınlar =)) İndi bu hostinglərdə nə təqdim edir, onu da yeməli oluruq. Əgər servis gec cavab verirsə, buna məcbur qalıb, gözləməli oluruq. Qiyməti isə bazar deyil ki, aşağı salaq. İndi isə hostinglərə nəzər salaq: Hostinglərlə bir-bir tanış olaq. Birinci tanış olacağımız hosting www.activecloud.az `dır. ActiveCloud şirkəti 2003-cü ildə Belarusiyanın Minsk şəhərində yaranıb. Sonradan 2010-cu ildən SoftLine şirkətinin bir hissəsinə çevirilərək, Azərbaycanda da fəaliyyətinə başlayıb. Saytda yuxarıda dil seçiminə keçdikdə, gördüm ki, hal-hazırda 5 ölkədə hosting xidmətləri göstərirlər. Bu Azərbaycan, Belarusiya, Gürcüstan, Rusiya və Özbəkistandır. Saytda məlumatın həddən artıq olduğunu nəzərə alsaq, beyaxdan menülərin içində batmışam. Əskərlikdən sonra, Azərbaycanda belə bir provayderin olması haqda xəbərim yox idi. Gəlin Active Cloud təqdim etdiyi xidmətlərlə tanış olaq: Do men qeydiyyatı : 37 müxtəlif domendə qeydiyyatdan keçmək imkanı. Qiymətlər 8 manatdan başlayıb, 52 manatda qurtarır. Mən elə bilirdim bizim 40 manatlıq .az domenindən baha domen yoxdu… Demə var imiş… “.aero”! Domenlərin qiyməti Virtual hostinq (Shared hosting) — saytınızın digər müştərilərin saytları ilə yanaşı bir fiziki serverdə yerləşdirilməsi deməkdir. Bu hostinq növü geniş imkanlara və aşağı xidmət edilmə qiymətinə malik olmaqla, daxilolmalarının həcmi bir sutkada 1000 nəfər təşkil edən fərdi və korporativ saytlar üçün optimal həlldir. ActiveCloud hostingində bizə təqdim olunan virtual hosting qiymətləri ilə tanış olaq (LiveStreet CMS`ində cədvəl dəstəklənmədiyinə görə, yazılı şəkildə qeyd edirəm. Cədvəl ilə www.elekberov.com blogumdakı yazıda tanış ola bilərsiniz):

Birinci
- Diskdə yer: 2 000 MB | Hesabda saytlar: 5 | Poçt qutuları: hədsiz | MySQL verilənlər bazaları: yoxdur | Qeyri-məhdud trafik: + | 1 ay üçün ödəmə məbləği ƏDV daxil hostinq Rusiyada: 5 AZN | 12 ay üçün ödəmə məbləği (-10%) ƏDV daxil hostinq Rusiyada: 54 AZN | 1 ay üçün ödəmə məbləği ƏDV daxil hostinq Avropada: 5 AZN | 12 ay üçün ödəmə məbləği (-10%) ƏDV daxil hosting Avropada: 54 AZN

Ekspert
- Diskdə yer: 5 000 MB | Hesabda saytlar: 10 | Poçt qutuları: hədsiz | MySQL verilənlər bazaları: 5 | Qeyri-məhdud trafik: + | 1 ay üçün ödəmə məbləği ƏDV daxil hostinq Rusiyada: 8 AZN | 12 ay üçün ödəmə məbləği (-10%) ƏDV daxil hostinq Rusiyada: 86 AZN 40 qəpik | 1 ay üçün ödəmə məbləği ƏDV daxil hostinq Avropada : 8 AZN | 12 ay üçün ödəmə məbləği (-10%) ƏDV daxil hosting Avropada: 86 AZN 40 qəpik

Biznes
- Diskdə yer: 10 000 MB | Hesabda saytlar: 20 | Poçt qutuları: hədsiz | MySQL verilənlər bazaları: 20 | Qeyri-məhdud trafik: + | 1 ay üçün ödəmə məbləği ƏDV daxil hostinq Rusiyada: 14 AZN | 12 ay üçün ödəmə məbləği (-10%) ƏDV daxil hostinq Rusiyada: 151 AZN 20 qəpik | 1 ay üçün ödəmə məbləği ƏDV daxil hostinq Avropada: 14 AZN | 12 ay üçün ödəmə məbləği (-10%) ƏDV daxil hosting Avropada: 151 AZN 20 qəpik

Portal
- Diskdə yer: 20 000 MB | Hesabda saytlar: 20 | Poçt qutuları: hədsiz | MySQL verilənlər bazaları: hədsiz | Qeyri-məhdud trafik: + | 1 ay üçün ödəmə məbləği ƏDV daxil hostinq Rusiyada: 28 AZN | 12 ay üçün ödəmə məbləği (-10%) ƏDV daxil hostinq Rusiyada: 302 AZN 40 qəpik | 1 ay üçün ödəmə məbləği ƏDV daxil hostinq Avropada: 28 AZN | 12 ay üçün ödəmə məbləği (-10%) ƏDV daxil hosting Avropada: 302 AZN 40 qəpik

Poçt
- Diskdə yer: 10 000 MB | Hesabda saytlar: 100 | Poçt qutuları: hədsiz | MySQL verilənlər bazaları: yoxdur | Qeyri-məhdud trafik: + | 1 ay üçün ödəmə məbləği ƏDV daxil hostinq Rusiyada: 4 AZN | 12 ay üçün ödəmə məbləği (-10%) ƏDV daxil hostinq Rusiyada: 43 AZN 20 qəpik | 1 ay üçün ödəmə məbləği ƏDV daxil hostinq Avropada: 4 AZN | 12 ay üçün ödəmə məbləği (-10%) ƏDV daxil hosting Avropada: 43 manat 20 qəpik

Bu qiymətlər Linux əməliyyat sistemləri üzərində olduğu üçün, Windows əməliyyat sistemləri olan serverlər üçün qiymətlər tamamilə dəyişir. Bu qiymətlər haqqında daha ətraflı məlumatı buradan ala bilərsiniz: ətraflı ActiveCloud SiteBuilder — veb-sayt yaratmaq üçün sərfəli və etibarlı həlldir. Bir xidmət sifariş etməklə, siz sabit hostinq və əlavə xərc çəkmədən müstəqil surətdə fərdi veb saytınızı yaratmaq imkanı əldə edirsiniz. – Bu deyəsən CMS xidmətidir. Sistemdə 50-ə yaxın müxtəlif dizayn təqdim edildiyi deyilir. Bu xidmətin hostingindəki disk yeri: 5 Gb, hədsiz sayda poçt qutusu, məhdudiyyətsiz trafik üstünlükləri var. Çox güman ki, bu Ekspert paketinin xüsusiyyətləri göstərilir. Lakin Ekspert paketinin qiymətlərindən fərqli olaraq, bu xidmətdə 1 ay 9 manat, 1 il isə 97 manat 20 qəpikdir. Daha ətraflı Bundan əlavə, hostingdə SSL-sertifikatları, CloudServer (IaaS), Hivext. Bulud platforması, Korporativ poçt, Virtual server VPS, DaaS. Virtual iş masası və Multi-domen hostinq xidmətləri təklif olunur. Bu servislər ilə saytda keçib, daha ətraflı məlumat ala bilərsiniz. Hətta özünüz belə istədiyiniz nüvəli, HDD, əməli yaddaşı özünüz seçib, qiymətinə baxa bilərsiniz. Yəni digər hostinglərdə bu funsksiyaların olmadığı üçün bu haqda yazmaq istəmirəm. Çox gözəl funksiyalar olsada, bu mövzuda əsasən hər bir hostingdə olan sistemlər haqda yazıb, qiymətləri və xidmətləri fərqləndirmək istəyirəm. ActiveCloud`da olan xidmətlər haqda daha ətraflı Xidmətlərin göstərilməsi: ActiveCloud hostingində xidmətlərin göstərilməsi http://my.activecloud.com/az/ ünvanı üzrə, online-ərizə yolu ilə həll olunur. Yəni ki, burada hər hansısa online çat sistemi, və yaxud hər hansı sosial servis (ICQ, Skype, GTalk and etc.) istifadə edilmir. Sözün düzü mənim üçün ICQ ilə hosting servisi ilə əlaqə saxlamaq çox xoşuma gəlir. Problemin həllini belə daha tez tapıram! Bəs soruşa bilərsiniz gündə neçə saat xidmət göstərilir? Sayda belə bir xəbər var: “Dəstək xidməti: serverlərin monitorinqi — gecə-gündüz, müştərilərlə iş: bazar ertəsi — cümə 9:30-dan 18:30-dək” ActiveCloud hostingində ödənişi şirkət ofisində, eləcədə online ödəmə yolları ilə edə bilərsiniz. Bu: EasyPay, WebMoney, Visa/Mastercard kartları və s. ödəmə servisləri köməyilə edə bilərsiniz. Hostingin ən xoşuma gələn kompaniyası «Xərclərin ödənilməsi» oldu:
2011-ci ilin sonuna qədər ActiveCloudu – «Xərclərin ödənilməsi» kompaniyaslndan yararlanın! Əgər sizin xosterinizin xidməti sizi qane etmirsə, amma siz artıq bir-neçe aylıq ödəniş etmisizsə bu heç də o demək deyil ki, siz çıxılmaz vəziyyətdəsiz. ActiveCloud sizin başqa xostinq provayderə çəkdiyiniz xərcləri ödəyir! «Qaçış» planı: 1.Siz bizim ofisə gəlib faktura hesabı, müqavilə, çek və ya sizin başqa provayderə ödənişinizi təsdiq edən hər hansı bir sənəd gətirirsiniz; 2.ActiveCloud xostinqinin bir ayını ödəyirsiniz; 3.Əvvəlki provayderin xidmətinə ayrılmış məbləğ dəyərində pulsuz xidmət əldə etmiş olusunuz; 4. Əlavə hədiyyə olaraq bizim əməkdaşlarımız tərəfindən bir ay pulsuz xidmət, bonuslar paketi və endirimlər əldə edin, misal üçün «Logix Technologies» kompaniyası tərəfindən 30% endirim alın. Bu kompaniya veb xidmətlər və İT-autsors xidmətlərini təqdim edir.
Bu hostingdən hətta qazanc əldə etmək mümkündür! Bu barədə saytda məlumat əldə edə bilərsiniz. Elə bu barədə gələn saylarda daha ətraflı məlumat verəcəm. Hostingin korporativ bloqu, facebook səhifəsi və twitter hesabı aktiv fəaliyyət göstərir. Hostingin veb-səhifəsi: www.activecloud.az İkinci təqdim edəcəyim hosting, Azərbaycan bazarında öz sözünü demiş hostinglərdən biridir. Bu bizim çox yaxşı tanıdığımız Vahid Qasımovun www.sahilhost.com hostingidir. Hosting saytından şirkət haqda olan məlumat: “Sahil”-İT ailəsi olaraq 1999 ildən bəri Azərbaycan İnternet bazarında fəaliyyət göstəririk.İnternet texnologiyaları sahəsində konsaltinq xidmətləri, veb-saytların hazırlanması, optimallaşdırılması və reklamı, domen və hostinq satışı bizim işimizdir. Ucuz xidmət axtarırsınız? Səhv yerdəsiniz, biz ucuz xidmət vermirik, – keyfiyyətli xidmət veririk! İndi isə SahilHost hostingində təqdim etdiyi xidmətlərlə tanış olaq: Domen qeydiyyatı : 15 müxtəlif domendə qeydiyyatdan keçmək imkanı. Qiymətlər 8 manatdan başlayıb, 40 manatda qurtarır. 52 manatlıq .aero burada yoxdu)) Olmaması yaxşıdı, çünki elə ən baha domenin .az olduğunu təxmin edəkdə =)))) Domenlərin qiyməti Virtual hostinq (Shared hosting) — saytınızın digər müştərilərin saytları ilə yanaşı bir fiziki serverdə yerləşdirilməsi deməkdir. Bu hostinq növü geniş imkanlara və aşağı xidmət edilmə qiymətinə malik olmaqla, daxilolmalarının həcmi bir sutkada 1000 nəfər təşkil edən fərdi və korporativ saytlar üçün optimal həlldir. SahilHost hostingində bizə təqdim olunan virtual hosting qiymətləri ilə tanış olaq:

Çınqıl
- Diskdə yer: 100 MB | FTP hesabların sayı: 1 | Poçt qutuları: 10 | MySQL verilənlər bazaları: 1 | Aylıq trafik: 3 GB | Subdomenlərin sayı: 1 | Əlavə domenlərin sayı: 1 | Poçt list yaratma imkanı : + | 12 ay üçün ödəmə məbləği: 25 AZN

Balıqqulağı
- Diskdə yer: 250 MB | FTP hesabların sayı: 1 | Poçt qutuları: 25 | MySQL verilənlər bazaları: 2 | Aylıq trafik: 6 GB | Subdomenlərin sayı: 3 | Əlavə domenlərin sayı: 2 | Poçt list yaratma imkanı : + | 12 ay üçün ödəmə məbləği: 40 AZN

Mərcan
- Diskdə yer: 500 MB | FTP hesabların sayı: 1 | Poçt qutuları: 50 | MySQL verilənlər bazaları: 3 | Aylıq trafik: 12 GB | Subdomenlərin sayı: 5 | Əlavə domenlərin sayı: 3 | Poçt list yaratma imkanı : + | 12 ay üçün ödəmə məbləği: 65 AZN

Ulduz
- - Diskdə yer: 750 MB | FTP hesabların sayı: 1 | Poçt qutuları: 100 | MySQL verilənlər bazaları: 4 | Aylıq trafik: 25 GB | Subdomenlərin sayı: 10 | Əlavə domenlərin sayı: 5 | Poçt list yaratma imkanı : + | 12 ay üçün ödəmə məbləği: 85 AZN

Mirvari - - Diskdə yer: 1 000 MB | FTP hesabların sayı: 1 | Poçt qutuları: 200 | MySQL verilənlər bazaları: 5 | Aylıq trafik: 70 GB | Subdomenlərin sayı: 15 | Əlavə domenlərin sayı: 10 | Poçt list yaratma imkanı : + | 12 ay üçün ödəmə məbləği: 100 AZN

Hosting`in qiymətləri ilə buradan tanış ola bilərsiniz. Hosting saytında eləcədə Reseller xidməti faəliyyət göstərir ki, SahilHost serverlərində öz hosting xidmətlərinizi təşkil edə bilərsiniz. Reseller qiymətləri ilə buradan tanış ola bilərsiniz: ətraflı Xidmət göstərilməsi: SahilHost hostingində xidmət göstərilməsi, Əlaqə səhifəsində online-ərizə doldurulması yolu ilə əlaqə saxlaya bilərsiniz. Eləcədə saytın sağ aşağı küncündə əlaqə üçün online servis sistemi mövcuddur. Vahid müəllim keçən dəfə İnfoCity ofisində olanda, soruşdum ki bəs servisin iş-qrafiki necədir? Vahid müəllim dedi ki, 9-dan 18:00 kimi, ancaq belə güclü problem olsa, gecə saat 3 olsada mobil nömrəmə zəng et, həll edərəm :) SahilHost hosting sayında ödəmə funskiyasını tapa bilmədim. Çox güman ki ödəmə yalnız ofisdə aparılır. SahilHost korporativ blogu mövcuddur. Düzdür, bloq açılandan indiyənə kimi 1 post yazılıb, bu da limitsiz hosting xidmətləri barədədir. Əslində bu çox gözəl mövzudur. Belə bir mövzuların daha çox olması, çox gözəl olardı. Şirkətin facebooktwitter hesabları da mövcuddur. Hostingin veb-səhifəsi: www.sahilhost.com Üçüncü təqdim edəcəyim hosting, hamımızın yaxşı tanıdığı, Adanet şirkətinin məhsulu olan, Adanet Hosting`dir. Saytda hosting barədə olan məlumat: ADaNet şirkəti öz serverlərində müştərilərin veb-saytlarının yerləşdirilməsi üçün ideal şərait təmin edir. Sizin veb-səhifənizin qündə 24 saat haftədə 7 qün dünyanın hər bir yerində açılması üçün ADaNet şirkəti müasir texnologiyaya və avadanlığa malikdir. İndi isə ADaNet hostingində təqdim etdiyi xidmətlərlə tanış olaq: Domen qeydiyyatı : 5 müxtəlif domendə qeydiyyatdan keçmək imkanı. Qiymətlər 15 manatdır. Virtual hostinq (Shared hosting) — saytınızın digər müştərilərin saytları ilə yanaşı bir fiziki serverdə yerləşdirilməsi deməkdir. Bu hostinq növü geniş imkanlara və aşağı xidmət edilmə qiymətinə malik olmaqla, daxilolmalarının həcmi bir sutkada 1000 nəfər təşkil edən fərdi və korporativ saytlar üçün optimal həlldir. ADaNet hostingində bizə təqdim olunan virtual hosting qiymətləri ilə tanış olaq:

Birinci
- Diskdə yer: 50 MB | FTP hesabların sayı: 1 | Poçt qutuları: 5 | MySQL verilənlər bazaları: 1 | Aylıq trafik: hədsiz | Subdomenlərin sayı: hədsiz | 1 akkauntda saytlar: 1 | 1 ay üçün ödəmə məbləği: 2 AZN

Bazis
- Diskdə yer: 200 MB | FTP hesabların sayı: 5 | Poçt qutuları: 10 | MySQL verilənlər bazaları: 3 | Aylıq trafik: hədsiz | Subdomenlərin sayı: hədsiz | 1 akkauntda saytlar: 3 | 1 ay üçün ödəmə məbləği: 4 AZN

Genişləndirilmiş
- Diskdə yer: 400 MB | FTP hesabların sayı: 20 | Poçt qutuları: 50 | MySQL verilənlər bazaları: 5 | Aylıq trafik: hədsiz | Subdomenlərin sayı: hədsiz | 1 akkauntda saytlar: 5 | 1 ay üçün ödəmə məbləği: 6 AZN

Super
- Diskdə yer: 600 MB | FTP hesabların sayı: 30 | Poçt qutuları: 100 | MySQL verilənlər bazaları: 10 | Aylıq trafik: hədsiz | Subdomenlərin sayı: hədsiz | 1 akkauntda saytlar: 8 | 1 ay üçün ödəmə məbləği: 8 AZN

Lyuks
- Diskdə yer: 1 000 MB | FTP hesabların sayı: 50 | Poçt qutuları: 150 | MySQL verilənlər bazaları: 15 | Aylıq trafik: hədsiz | Subdomenlərin sayı: hədsiz | 1 akkauntda saytlar: 12 | 1 ay üçün ödəmə məbləği: 10 AZN

Qrand - Diskdə yer: 1 500 MB | FTP hesabların sayı: 150 | Poçt qutuları: 300 | MySQL verilənlər bazaları: 25 | Aylıq trafik: hədsiz | Subdomenlərin sayı: hədsiz | 1 akkauntda saytlar: 25 | 1 ay üçün ödəmə məbləği: 13 AZN Hosting`in qiymətləri ilə buradan tanış ola bilərsiniz. ADaNet saytından öz hostingləri haqda gətirdikləri sitat:
Sizin seçiminizin 10 səbəbi: Xostinq şəxsi serverlərimizdə yerləşdirilir. bu da Sizin saytınızı şəbəkədə daha da əlçatcı edir. Lokal azərbaycan trafikinin mübadilə nöqtəsinə 1 gigabitlik kanal Gündə 24 saat ərzində FTP və WWW vasitəsilə ən kiçik zamanda daxil olma imkanı Saytın serverə yerləşdirilməsi həm müştəri, həm də ofisdəki işçilərimiz tərəfindən həyata keçirilə bilər ki, bu da Sizin vaxtınıza və pulunuza qənaət edir Web və Mail serverlərin müştərinin konkret istəyinə uyğun olaraq installasiyası. İnformasiyanın gündəlik rezerv sürətinin çıxarılması. Xidmətlərinin ən böyük seçimi və ən sərfəli qiymətlər. Ödənişin bütün növləri. Gündə 24 saat, həftədə 7 gün texniki dəstək və məsləhət almaq imkanı. 12 il şəbəkədə.
Xidmət göstərilmə: Texniki xidmət şöbəsi gecə-gündüz xidmətinizdədir. Müştəri xidmətləri şöbəsinin iş vaxtı: bazar ertəsi – cümə 10:00 – 19:00 şənbə: 1:00 – 14:00. Bütün əlavə suallara görə 490-05-11 tel. [Bakı] 644-03-72 tel. [Sumqayıt] və email: [email protected] ünvanına müraciət edə bilərsiniz. Ödəmə, ADaNet şirkətinin ofisində, eləcədə PayPal, Webmoney və MoneyBookers internet servisləri köməyilə ilə edə bilərsiniz. Hostingin korporativ blogu yoxdur. Facebook sosial şəbəkəsində və twitter`də çox aktivdirlər. Hostingin veb-səhifəsi: http://www.hoster.az/hosting_a.html Dördüncü söz açmaq istədiyim hosting, bizim hamımızın yaxşı tanıdığı Rəşad Əliyev`in www.yer.az hostingidir. Yadımdadır, biz 2009-cu ildə Gəncədə, Barkamp Azerbaijan tədbiri olanda Rəşad demişdi ki, yer.az hostingi çox yaxşı adı var. Həm hosting sözünün tərcüməsi kimi yer, həmdə Azərbaycanda Yeraz`lar xod getdiyi üçün yaxşıdı =) Hostingin saytından şirkət haqqında: YER Hostinq Provayderi 2005-ci ildə yaranıb. Provayderin məqsədi, müştərilərinə peşəkar hostinq xidmətləri göstərməkdir. Biz müştərilərə müxtəlif çətinlikli saytlarını internetdə yerləşdirmək üçün, müxtəlif növ həllər təklif edirik. İndi isə Yer.az hostingində təqdim etdiyi xidmətlərlə tanış olaq: Domen qeydiyyatı : 6 müxtəlif domendə qeydiyyatdan keçmək imkanı. Qiymətlər 15 manatdan başlayıb, 40 manatda qurtarır. Domenlərin qiyməti Virtual hostinq (Shared hosting) — saytınızın digər müştərilərin saytları ilə yanaşı bir fiziki serverdə yerləşdirilməsi deməkdir. Bu hostinq növü geniş imkanlara və aşağı xidmət edilmə qiymətinə malik olmaqla, daxilolmalarının həcmi bir sutkada 1000 nəfər təşkil edən fərdi və korporativ saytlar üçün optimal həlldir. Yer.az hostingində bizə təqdim olunan virtual hosting qiymətləri ilə tanış olaq:

YER-100 MB
- Diskdə yer: 100 MB | FTP hesabların sayı: 10 | Poçt qutuları: 10 | MySQL verilənlər bazaları: 10 | Aylıq trafik: 2 GB | Subdomenlərin sayı: 10 | 1 ay üçün ödəmə məbləği : - | 3 ay üçün ödəmə məbləği : 9 AZN | 12 ay üçün ödəmə məbləği: 30 AZN

YER-200MB
- Diskdə yer: 200 MB | FTP hesabların sayı: 10 | Poçt qutuları: 20 | MySQL verilənlər bazaları: 10 | Aylıq trafik: 4 GB | Subdomenlərin sayı: 10 | 1 ay üçün ödəmə məbləği : - | 3 ay üçün ödəmə məbləği : 15 AZN | 12 ay üçün ödəmə məbləği: 45 AZN

YER-400MB
- Diskdə yer: 400 MB | FTP hesabların sayı: 10 | Poçt qutuları: 40 | MySQL verilənlər bazaları: 10 | Aylıq trafik: 8 GB | Subdomenlərin sayı: 10 | 1 ay üçün ödəmə məbləği : 7 AZN | 3 ay üçün ödəmə məbləği : 21 AZN | 12 ay üçün ödəmə məbləği: 70 AZN

YER-1GB
- Diskdə yer: 1 GB | FTP hesabların sayı: 10 | Poçt qutuları: 100 | MySQL verilənlər bazaları: 10 | Aylıq trafik: 20 GB | Subdomenlərin sayı: 10 | 1 ay üçün ödəmə məbləği : 11 AZN | 3 ay üçün ödəmə məbləği : 33 AZN | 12 ay üçün ödəmə məbləği: 110 AZN

YER-2GB
- Diskdə yer: 2 GB | FTP hesabların sayı: 10 | Poçt qutuları: 200 | MySQL verilənlər bazaları: 10 | Aylıq trafik: 40 GB | Subdomenlərin sayı: 10 | 1 ay üçün ödəmə məbləği : 17 AZN | 3 ay üçün ödəmə məbləği : 51 AZN | 12 ay üçün ödəmə məbləği: 170 AZN

YER-4GB
- Diskdə yer: 4 GB | FTP hesabların sayı: 10 | Poçt qutuları: 400 | MySQL verilənlər bazaları: 10 | Aylıq trafik: 80 GB | Subdomenlərin sayı: 10 | 1 ay üçün ödəmə məbləği : 26 AZN | 3 ay üçün ödəmə məbləği : 78 AZN | 12 ay üçün ödəmə məbləği: 260 AZN

Yer-8GB
- Diskdə yer: 8 GB | FTP hesabların sayı: 10 | Poçt qutuları: 800 | MySQL verilənlər bazaları: 10 | Aylıq trafik: 160 GB | Subdomenlərin sayı: 10 | 1 ay üçün ödəmə məbləği : 40 AZN | 3 ay üçün ödəmə məbləği : 120 AZN | 12 ay üçün ödəmə məbləği: 400 AZN

Yer.az hosting saytından sitat:
Saytınız hostinq və serverinizin proqram təminatının zəif olmasına görə ilişibsə, o zaman düz ünvana gəlmisiniz. Məhz Yer Hostinq Provayderi sizə aşağıdakı xidmətləri peşəkarcasına təklif edir: * Dedicated serverlərin alınması və quraşdırılması * Serverlərin alınmasına kömək * Collocation serverlərin Data Mərkəzdə yerləşdirilməsinə dəstək * Serverlərin sazlanması
Xidmət haqqında nəsə tam olaraq məlumat tapmasamda, əlaqə səhifəsində məktub göndərmək imkanı olduğunu gördüm. Eləcədə ofis nömrələri və email təqdim edilir. Problem yaranarsa müştəri müraciət edə bilər. Ödəmə də həmçinin çox güman ki, şirkət ofisində aparılır. Hosting`in korporativ blogu və sosial şəbəkələrdə hesabı yoxdur. Veb-səhifə: www.yer.az Son olaraq sizə SuperOnline provayderinin SuperHosting məhsulundan sizə xəbər vermək istəyirdim, amma saytda çox az məlumat olduğundan, lakin bunu tapa bildim:
SuperHosting - domen qeydiyyatı və sayt hostingidir 100 GB qədər yaddaş dəstəyi, pulsuz domen adı, 59 AZN `dən başlayaraq limitsiz trafikli 
planlar.

Economy
- Diskdə yer: 10 GB | Poçt qutuları: 10 | MySQL verilənlər bazaları: 10 | 12 ay üçün ödəmə məbləği: 59 AZN  Deluxe - Diskdə yer: 50GB | Poçt qutuları: 50 | MySQL verilənlər bazaları: 50 | 12 ay üçün ödəmə məbləği: 199 AZN
Premium - Diskdə yer: 100 GB | Poçt qutuları: 100 | MySQL verilənlər bazaları: 100 | 12 ay üçün ödəmə məbləği: 299 AZN

SuperHosting məhsulunun korporativ blogu, və sosial servislərdə hesabı yoxdur. Goru varki, kəfənidə olsun? Hələ İlqarın SuperHosting ilə bağlı parketinq.com `da yazdığı məqalədə yadımdadı. AZ domen sistemində domeni öz adlarına alıb, sonra müştəririn hostingi dəyişmək istədikdə, domeni vermək istəməmələri söhbəti.. Eh.. Veb-sayt: www.superonline.az Yuxarıda göstərdiyim hansı hostingdən istifadə edirsiniz? Edirsinizsə hansını məsləhət görürsünüz və yaxud bəlkə məsləhət görmürsünüz? Original: http://elekberov.com/saytim-harada-yerləssin/

11 şərh

farikus
Kim hansı hostingdər istifadə etmək istərdi? və yaxud edir?
kayzen
Əvvəlcə teq qoymağı öyrənin.
farikus
Ups, sorry, nə səhv etmişdim ki? Məncə LiveStreet CMS-i Azərbaycanda ilk dəfə biz istifadə etmişik)) siz isə bizə baxıb düzəltmisiz))
2ral
farikus,efioplar da kofeni ilk dəfə kəşf edib,nolsun? :)
Sırf bu işdə özüm də iştirak etdiyim üçün deyə bilərəm ki,heç kim sizə baxmayıb. Çünki siz özünüz sırf orda nəsə bir iş görməmisiniz.Standartdır hər şey:)

Mövzuya qalanda isə,hostinq Azərbaycanda yaralı dərddir.
farikus
Standart deyəndə ki, çətini tanıtımdı =) Yaralı hosting haqda isə daha ətraflı məlumat verəcəm. ActiveCloud məni çox maraqlandırıb. Siz özünüzü bu hostingdə həm alıcı, həmdə ortaq kimi görə bilərsiniz. Daşdan pul çıxarmaq vaxtıdır)
LABiRiNT
maraqli idi.amma bir sey sorusum,her yerde teq yazirsiz,bu «teq» nedi?deye bilersiz?
farikus
teq? yəni bir sözü şərh kimi qeyd edirsən… fikir vermisənsə, saytlarda məsələn adi yazılar olur və birdən "" dırnaq içərisində və müxtəlif cür çərçivənin içində olan yazılar. bu teq içində olan yazılardır.

birdə 2ral mən nəsə quote kodunu görmürəm comment redaktorunda
farikus
ups, lap səhv cavab verdim… Əslində «teq» — açar söz deməkdir! Yəni LiveStreet sistemində belədiki, xəbər yazanda onun üçün açar sözlər qoymalısan ki, google və s. axtarış sistemindən belə tapılsın
LABiRiNT
Təşəkkür edirəm.
farikus
Dəyməz, Labirint, buyur
farikus
Gələn dəfə hosting`dən pul qazanma haqda yazacam!