Kibrit nə üçün yanır?

İbtidai insanlarda indiki kimi mükəmməl əmək alətləri yox idi. Onların nə mişarı, nə də baltası vardı
 İbtidai insan ağacı iti daş və ya sümüklə kəsib yonurdu. Bu cür alətlərlə işləmək heç də asan deyildi. O qədər çox sürtüb itiləmək lazım gəlirdi ki, bəzən ağac od tutub yanırdı. Yəqin ki, elə bunun nəticəsində insan sürtünmənin köməyi ilə od əldə etməyin mümkün olduğunu başa düşmüşdü.
 Ağacın alışması üçün onu gərək lap çox qızdırasan.Deməli, bunun üçün onu ağacı uzun müddət bir-birinə sürtmək lazımdır.
 Kibritə gəldikdə isə məsələ başqa cürdür. Kibritin başı cüzi istilikdən alışan materialdan hazırlanıb. Kibritiyandırmaq üçün onun başını qızmış dəmirə, məsələn, yanan sobanın qapağına toxundurmaq kifayətdir. Əgər kibtritin o biri başını qızmış dəmirə sürtsəniz, o yanmayacaq.
 Elə buna görə kibriti alışdırmaq üçün onu uzun müddət qutunun yanına sürtmək lazım gəlmir. Azca toxunduran kimi asanlıqla yanır.
 

2 şərh

mz_n1
məlumatlar qısadı
istorik_c
Bura uşaq bağçası deyil.