Şanapipik

 Şanapipiklər Avropa, Afrika,Madaqaskar və Asiyadan Yaponiyaya kimi bölgələrin park, bağça və açıq ərazilərində yaşayırlar.Boyu 28-30 sm-ə çatan uzundimdikli quşdur. Darağabənzər kəkili, alabəzək lələkləri var. Ona "şinəbub" da deyirlər.
 Göyərçin boyda ya da bbir az ondan kiçik olann şanapipiyin təpəsinin lap ortasında yelpazəyə bənzəyən ucları qara xallı tüklər ona xüsusi gözəllik verir. Bədəni narıncı qəhvəyi tüklə örtülüdür. Qanad və quyruğunda ağ-qara xətləri var. İncə uzun dimdiyi yüngülcə əyri və yandan basıqdır. Ayaqları qısa və güclüdür. Yeridikcə başını irəli-geri yırğalayaraq, daraq kimi açılan pipiyi ilə xoş bir görüntü yaradır. Torpaq üstündə sıçrayaraq çeşidli oyunlar çıxarır.
 Şanapipik böcək və qurdlarla bəslənir. Torpağı eşərək çıxardığı qurdu havaya fırladıb dimdiyini açaraq tutmağı çox xoşlayır. Həşaratlarla bəsləndiyindən faydalı quşdur. İnsanlara rahatlıqla alışırlar. Payızda Afrikaya köç edirlər. Baharda isə Asiya və Avropaya təkrar geri dönürlər. Şanapipiklər yuvalarını ağac koğuşlarında və hündür torpaq dəliklərində düzəldirlər. Dişləri kürt dövrü açıq-mavi və ya zeytuni-qəhvəyi rəngli 4-12 yumurta üzərində 16 gün yatırlar. Bu müddət ərzində erkəklər tərəfindən bəslənirlər. Şanapipiklər köç zamanından başqa tək yaşamağı sevən quşlardır. Açıq ərazidə rast gəldiyi kimi şəhər parklarında da görünürlər.
 

0 şərh