Uşaqlıq

Uşaq vaxtı çox tələsik, ütələk və diqqətsiz olduğumdan başım çox əziyyət çəkib. Yadımdadır, «Uşağı buyur, dalınca yüyür!» atalar sözünü nənəm uşaq yerinə birbaşa adımı deyirdi. Pilləkənləri bir-bir qalxmağa hövsələm çatmır, iki-üç addımı birdən qalxırdım. Hətta bunu inkişaf etdirmişdim. Evdəki pilləkanları sayıb, uyğun rəqəmə bölüb, addımları minimuma endirirdim. Bir dəfə babam məni yanına çağırıb:
  — Ay bala çox diqqətsizsən. Bir az gözüaçıq ol, ətrafına fikir ver!
 Biraz keçəndən sonra:
  — Bir de görüm balkona neçə pilləkən var?
 Heç fikirləşmədən:
  — 7
  — Yaxşı bəs həyətdən tövləyə?
  — 7
  — Ondan sonrakı?
  — 5
  — Yaxşı get işinlə məşğul ol.
 
loading...

1 şərh

azadmamedov90
Rəhmətlik babam atam uşaqolanda saymağı öyrədirmiş, qarğıdağı ilə ). 5-ə kimi saya bilən atam 6-ya çatanda saymağl dayandırır, babamın şilləsi üzündə olanda «o keçəl idi» deyib ağlayırb. Uşaqlar həqiqətəndə maraqlı olur. Zamanmı, ətrafımı dəyişir o «uşaqları» görəsən?