Nə?Harada?Nə zaman? yarışının tezliyi nə qədər olsun?

Xahiş olunur şərhlərdə öz təkliflərinizi verin. kayzen-ə NHN nə dərəcədə lazımdır? Cavablarınızı əsaslandırsanız yaxşı olar. Gündəlik etməyə resurs və sual bazası çatmır. Lakin,hər şey səsvermədən asılıdır.NHN-in vaxt məsələsi ilə bağlı yəkliflərinizi yazın.
 
 

6 şərh

fidan
Məncə hər həftə yarış keçirmək bizə gücümüzü toplamaqda mane olacaq. 10 orijinal sual fikirləşənədək 2-3 yeni və maraqlı topik yazmaq olar ki,bu daha da faydalıdır. Əvəzində aylıq yarışın mükafat məbləğini artırın.
Wizard
Elə bildim ki deyəcəksiniz ki gündəlik! Özümü asmağa gedirdim:)  Doğurdan da orijinal sual hazırlamaq vaxt tələb edir.Sual tərcümə etməyə qalanda isə 24saat onlayn sual vermək olar!
Aza
Men gələn dəfə oynamayım.Qoy gələn dəfə başqalarının şansı daha çox olsun.Amma eger qebul etsəz sual yazmaqda yardımçı ola bilərəm.Bir də mən hər həftə variantına səs versəm də,ən uğurlu variant 2 həftədən bir olasıdır.Həftədə 1 dəfə tezdi ayda bir dəfə gec.
mr13

Sual tərcümə etmək fikiri ilə qəti razı deyiləm. (Yəni bazadan). ikincisi sualların tipi elə olmalıdır ki, bir nəfər tapa bilsin. Məsələn elə suallar var ki, hətta komanda üçün belə çətin olur. Hələ ki, verilən suallar Qənaətbəxş tipdə olsalarda suallardan bəziləri həddən artıq çox işlənmiş suallardı.


Məncə həftədə bir dəfə yarış etmək olar amma seçim xarakterli (mükafatsız).Müəyyən şərtlər əsnasında seçimlərdən keçənlər aylıq yarışa buraxılsın.


Sual yazmağa qaldıqda isə məmuniyyətlə suallar yazıb kömək göstərməyə. hazıram. amma oynamaq da istəyirəm. :))))

TM-çi
Məndə iki həftədən bir keçirilməsinin tərəfdarıyam…
Arzt
Məncə iki həftədən və ya aylıq olsa yaxşıdır.Və bir də həmişə həftə sonu eyni gün və eyni vaxtda olsa əla olar.Məs;bazar günü 19:00-da.Bu həm oyun oynama şansımızı və imkanımızı artırır,həm də vaxt dəqiq bilinir.O zaman oynayan da maraq göstərən də çox olar.Dərslərə görə inanmıram həftəarası sualları hazırlamaq və həvəslə oynamaq mümkün olsun.Bu mənim fikrimdi.