Ququş (Googoosh)

Ququş (Googoosh,farsca فائقه آتشین) əslən azərbaycanlı olan ən məşhur İran müğənnisidir.Əsl adı Faiqə Atəşin olan ququş 1950-ci ildə Tehranda Sarıçeşmə küçəsində dünyaya güz açıb. İranda 60-70-ci illərdə müasirlik və gözəllik rəmzi olub. O,çox kinolarda çəkilib. Biz azərbaycanlılar isə onu əsasən müğənni kimi tanıyırıq. İranda molla rejimi hakimiyyətə gələndən sonra onun yaradıcılığı dayandı(əvvəllər Rza Öəhləvinin ad günündə,müxtəlif toy şənliklərində və s. çıxış etmişdi),çünki islam qanunlarına görə Ququşun müğənni kimi yaradıcılığı uyğun gəlmirdi. 2000-ci ilə qədər dözsə də sonradan o ABŞ-a,Kaliforniyaaya köç edir.Onun ən məşhur mahnısı isə təbii ki,Ayrılıqdır. İlk dəfə bu mahnı Bakıda oxunub(1972-ci ildə).O vaxtdan bəri Ququş hər konsertində bu mahnını ifa edir.
1971-ci ildə Kann,1972-ci ildə Karfagen,1972-ci ildə San-Remo musiqi festivallarında birinci olur.İndiyə kimi 4 dəfə ərdə olub. Yalnız bir Kambiz adlı oğlu var ki(birinci ərindən),onunla ABŞ-da yaşayır. 2000-ci ildən sonra bu İran musiqisinin primadonnası divası haralarda konsert verməyib? Vankuver,Hyuston,Ouklend,Stokholm,Kuala-Lumpur,Vyana,Dubay,Melburn,toronto...İranlı mühacirlərin çox yaşadığı böyük şəhərlərin hamısında konsert verib. bu xanımın oxuduğu musiqiyə axıracan baxın.Axırda nəinki tək özü,həm də məni kövrəltdi:

19 şərh

2ral
İranlılar yeməyini veryedizdirər,suyunu sənə içirər,cibindəki pulu sənə verər(fantastika ols da) amma Ququşdan əl çəkməz. Onu çox istəyirlər.
Samad
kechen il bu vaxt, sehv elemiremse 3-5 aprel Ququshun Ermenistanda konserti oldu..ermenilerin qarshisina chixib sizleri chox sevirem dedi..men Pekindeyem, bizde youtube achilmir sincan hadiselerine gore...Bakida men bilesi problem yoxdu, isteseniz axtarib izleye bilersiniz bu azeri xaniminin ermenilerin garshisindaki chixishlarini
bankir
Primdonna sözünün üstündən xətt çəkməyii başa düşürəm:-) Maraqlı bir məlumat da mən tapdım:

1961-ci ilin sonu və 1962-ci ilin əvvəllərində Rəşid Behbudovun İran səfəri yaddaqalan, maraqlı hadisələrlə zəngin idi. Belə hadisələrdən biri də Təbriz şəhərində baş verir. Təbrizdə böyük müvəffəqiyyətlə keçən konsertlərdən birindən sonra əslən Bakıdan olan ölməz bəstəkar Əli Səlimi dünyalar qədər sevdiyi müğənnini evinə dəvət edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın qonağı olur. Maraqlı söhbətlər zamanı Əli Səlimi yenicə bəstələdiyi «Sizə salam gətirmişəm» mahnısını sənətkara göstərir. Rəşid mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə söz verir. Bəstəkarın həyat yoldaşı Əli Səlimiyə işarə edərək onu yan otağa çağırır. Bir qədər sonra həmin otaqdan xanımın həzin səslə, tarın müşayəti ilə oxuduğu başqa bir mahnının səsi gəlir. Rəşid elə ilk notlardan bu mahnıya vurulur və onlara qoşulub zümzümə etməyə başlayır. Mahnı bitdikdən sonra müğənni Əli Səlimidən bunun kimin mahnısı olmasını soruşur. Əli Səlimi bildirir ki, Şəhriyar «Ayrılıq» adlı gözəl bir şeir yazmışdı. Mən də bir neçə gün bundan əvvəl həmin şerə mahnı bəstələdim. Rəşid bəstəkara irad tutur ki, bəs nəyə görə «Ayrılığ»ı mənə təklif etmirsən. Əli Səlimi cavabında izah edir ki, qorxuram «Ayrılığ»ı oxumağa icazə verməsinlər. Sənə də baş ağrısı olmasın. «Sizə salam gətirmişəm»i oxusan mənə dünyanı vermiş olarsan. Rəşid bəstəkarın da, onun xanımının da kövrəldiyini görüb qətiyyətlə bildirir ki, tezliklə hər iki mahnını mənim ifamda eşidəcəksiniz. Bakıya dönəndən sonra sevimli sənətkar həqiqətən də hər iki mahnını — «Sizə salam gətirmişəm» və «Ayrılıq» mahnılarını ifa edərək lentə yazdırır.
bloqçu
Bankir, hələ bu haqda çox sözlər deyilir… Məsələn keçənlərdə bir tanışımız atamla az qalsın mübahisə edirdi ki, «Ayrılıq» mahnısını ilk dəfə Rəşid Behbudov oxuyub. Ququş pərəstişkarı olan tam isə tam əksini deyir. 70-ci illərdən bəri bizdə elə bu mahnı ilə tanınıb Ququş… Məncə də mahnı ilk dəfə Ququşun ifasıında səslənib..

Bundan əlavə öz adımdan deyə bilərəm ki, bu mahnını indiki Ququşun ifasında daha çox sevirəm. Çünki, indi oxuduğu ilə o vaxtki oxuduğu arasında çox fərq görürəm. Ən önəmlisi mahnını oxuduqca onun ürəyinin səsini eşidir insan. Məlumatınız varsa Ququş 2005-ci ildə Abş, Kanadada verdiyi konsertlərdə bu mahnını ağlaya-ağlaya oxuyur. Bəlli ki, həyat kənardan göründüyü kimi yağ kimi getmir.  
Leyla
Əgər bu tərifli Ququş bu mahnını ifa edəndirsə ona bir quş.




Öz İlhaməmizi bəyənmiyirik amma guya bu neyniyir?Yaşına uyğun hərəkət edir(ilk dəqiqələrə baxın)? O ki qaldı ayrılıq mahnısına, qəşəng bir video tapmışam,ona da baxın:




Freddie

Ququşun mahnısının musiqisi Kiracın «Benim yolum» adlı mahnısının musiqisidir. Tak shto ikisindən biri oğrudur...

IDEAL
Ququş deyəndə ağlıma «Uzun gecə» filmi gəlir. Kövrək insan deyiləm ancaq bu film məni ağlatmağı bacarıb. Bu müğənnini və onun ifasını çox sevirəm. Düzü musiqi tərzi mənim zövqumə uyğun deyil və bu səbəbdən düşünürəm ki, onu belə sevməyimin tək səbəbi «Uzun gecə» filmidi. Çünki bütün mahnıları məndə olsada demək olar bir-iki dəfədən artıq qulaq asmamışam. Pərəstişkarı olduğum üçün onun haqqında bir çox sənədli filmə və konsertlərinin video yazısına baxmışam. Bəlkə də onu sevməyim gözlərimi kor edib? Deyə bilmərəm. Ancaq mən onun yaşına uyğun özünü apara bilmədiyinin şahidi olmamışam. Hətda bu qadın müsahibələrdə mənə dəhşət ciddi görsənib. Bir də ki, qadının yaşının nə qədər olması önəmli deyil neçə yaşında görsənməsi önəmlidi. Mən şəxsən Ajda Pekkanı səhnədə görəndə onun bioqrafiyasındakı yaşı barədə düşünmürəm. Məni sadəcə bir tamaşaçı kimi gördüyüm tamaşa maraqlandırır. Deyirsiz ki o bioqrafiyasındakı yaşa uyğun özünü aparmalıdı? Yəqin ki sizdə razı olarsız ki, onun əlinə əsa alıb özünü yaşına uyğun aparmasına ehtiyac yoxdu.
nərgiz
Çox müasir qadındır.İllərlə İran kimi ölkədə yaşayıb. Amma heç bizim azərbaycanlı qadınlar onun kimi saçını müxtəlif düzümə salmır,gündə bir cür paltar geymirlər. Ququş imicini dəyişməyi bacarır. Onunla Sezen Aksu arasında yaxınlıq görürəm.
Samad
Bir mugenni kimi Ququshu chox sevirdim, oxuduqu butun mahnilara gulag asirdim, amma bir azerbaycanli ki Ermenistanda konsert verir onun hagginda nece xosh sozler soylemek olar??? duz bir il bundan evvel Erevanda konsert verdi...ermenilere sizleri chox sevirem deyerek…
rokfeller

Ququşun ermənicə oxuduğu mahnı:




Ermənicə oxuyanda nolar?Amma əvəzində  biletin biri 250-300 dollar olan konsertinə baxmaqdan ötrü camaat İrandan Dubaya viza alırdı,təki Ququşa baxsın. Amma bir qadın kimi bədbəxt olub.4 dəfə ərə gedib,amma yenə də xoşbəxt olduğunu deməyib.70-ci illərdə camaat ququş modasıyla hərəkət edirdi.O nə cür saç düzümü edir,nə cür geyinirdisə hamı ona oxşamaq istəyirdi.

bloqçu
Samad Ququş uşaqlıqdan ermənilərin içində böyüyüb.Onu hər zaman erməni qonşuları sevib, əzizləyiblər. Bundan əlavə Ququş uşaqlıqdan gözəl olduğundan onu məhz ermənilər Qu quşuna bənzədərək ona «Ququş» ləqəbini taxıblar. İndi başa düşmək olar ki, onun ermənilərə qarşı münasibəti necədir. Doğma bir ailə kimi. Hətta Ququşun musiqiçilərinin də çoxu ermənidir.

Bizimçün Ququşun ermənipərəst olması xoş deyil, amma, bizlik də deyil. Nə edə bilərik ki??? Sadəcə iafsını bəyəniriksə, dinləyirik vəssəlam.

Bir xeyli vaxt bundan öncə Al Paçinonun bir filmə çəkiləcəyini eşitmişdim. Hansı ki, o filmdə o baş rolda və erməni bir həkimi canlandırır. Al Paçino pərəstişkarı kimi mənimçün xoş olmadı. Amma, belə götürəndə bütün ermənilər də insafsız, zalım, pis insan deyillər məncə… Hər-halda düşmən düşməndir.
bankir
Əsl incəsənət üçün dil,din,erməni yaxud pakistanlı fərq etmir. Ququş oxuyub lap əcəb eləyib.Qoy ermənilər görsün ki bizimkilər necə yaxşı oxuyur.
Samad
sohbet onun oxumagindan getmir, ona galsa bizim idmanchilarimizda Ermenistana gedir,gelebe ile gayidirlar ve bu tedgire layigdir, sohbet onun ermenilere sizi sevirem demesinden gedir..indi ne deyirsen,onuda eceb eleyir?
Freddie

Ququşun Azərbaycanlı olduğunu biz azərbaycanlılardan başqa kim bilir? Maradonanın anasının azərbaycanlı olduğunu bizlərdən başqa kim bilir? Boşu-boşuna fəxr etməyin. Ermənilərin hamısı onu İran müğənnisi bilib konsertinə gediblər. Yoxsa azərbaycanlı olduğunu bilsəydilər heç vaxt getməzdilər məncə. Sovet vaxtı deyile Zeynəb Xanlarovanın konsertinə bütün İrəvan axışsın....

Samad
bir sheyi hech cure basha dushe bilmirem, ermeniye sizi sevirem deyeni sevmediyimi bildirirem ve buna gore -1 aliram..halaldi vallah
Freddie
üzülmə, mən ölməmişəm ki…
Samad
saq ol..)) vallah sohbet o -1 de deyil..amma dogurdanda basha dushe bilmirem…
fidan
-1 reytinqi fikrinizə görə almırsınız,Azərbaycan hərfləri ilə yazmadığınıza görə alırsınız. Hazırda istənilən əməliyyat sistemində Azərbaycan hərfləri ilə yazmaq olur,hətta virtual klaviatura ilə də yazmaq mümlündür.
Samad

ne tez yaddan chixdi Fidan?))