Frensis Bekon

Frensis Bekon ( 1561-1626) ingilis filosof, elm adamı, vəkil, hüquqçu, dövlət adamı və yazıçı.
Frensis Bekon, kraliça 1-ci Eli Francis Baconzabeth-in baş prokuroru Nicholas Bekonun oğludur. Hər nə qədər Frensis Bekonun şöhrəti atasının şöhrətini kölgədə qoysa da, Nikolas Bekon da dövrünün məşhurlarından olmuşdur.

Frensis Bekon, 12 yaşında daxil olduğu Trinity College, Kembricdə sxolastik fəlsəfə ilə tanış oldu və sxolastik fəlsəfəyə əleyhdar baxışlarının toxumları ilkin olaraq burada atıldı.1576-cı ildə hüquq təhsili almağa başladıqdan sonra Fransadakı ingilis səfirinin yanında çalışmaq üçün təklif aldı. Təklifi qəbul edərək təhsilinə ara verdi və Fransaya getdi. Bekon, fəlsəfəyə olan sevgisinin artmağa başladığı bu dövrdə (1579) atasının gözlənilməz ölüm xəbərini aldı. Pulsuz halda İngiltərəyə qayıtdığında edə biləcəyi tək şey hüquq təhsilinə davam etmək oldu. Təhsilini tamamladıqdan sonra vəkillik etməyə başladı. Bekon, uşaqlığından bəri alışdığı lüks həyat üçün darıxırdı, buna görə də vəkillik edərkən bir yandan da siyasi bir kariyera üçün çalışdı. Beləcə, 1584-cü ildə parlamentə seçildi.

Bacon-un fəlsəfəsinin mərkəzində elm var. Elmin insanları aydınlatma və inkişaf etdirmə funksiyasını önə çıxarmışdır. Bekona görə elm, təbiətin özünə yönəlməlidir. Təbiəti, təcrübə ilə qavramağa çalışmışdır. Praqmatizm ( Faydalılıq; Doğruluğu və həqiqəti tək tərəfli olaraq sadəcə fəaliyyətlərin nəticələri ilə dəyərləndirən və onlara yalnız fayda baxımından baxan axın) ilə nəticələnəcək olan təcrübə təməlinə söykənən İngilis fəlsəfəsinin ilk toxumlarını atmışdır.

Bekona görə elmin başlıca üsulu, induksiya üsuludur( Ayrı-ayrı faktlardan ümumi nəticələr, mülahizələr çıxarma üsulu). Bekon, əsərləri ilə elmin və fəlsəfənin inkişafını göstərmiş, təbiət və ağıl arasında bir bağ qurula biləcəyi fikrini yerləşdirmişdr. Bekonu siyasət və fəlsəfə sahələri xaricində, ədəbiyyat sahəsində də böyük bir şöhrətə və önəmə qovuşduran əsəri şübhəsiz ki, “Essays”- ( “Oçerklər”) dir. 1597-ci ildə ilk dəfə nəşr olunan bu əsəri, sonralar genişləndirilmiş bir şəkildə 1612 və 1625-ci ildə təkrar olaraq nəşr edildi. Yalın və aydın izahı ilə yanaşı zəkalı bir şəkildə yaradılmış kompleks formaları da ehtiva edən bu əsəri, Bekonu İngilis ədəbiyyat tarixinin məşhur simlarından birinə çevirmişdir. “Oçerklər”, bir çox fərqli mövzuda Bekonun fikirlərində gəzişməyimizi təmin edən, onu və düşüncə biçimini anlamağımıza imkan verdiyi kimi, gündəlik yaşayışımız baxımından da dəyərli nəsihətlərə və düşüncələrə sahib olan önəmli bir əsərdir.

“Oçerklər” üzərində bir neçə nöqtədə dayanmalı olsaq, bunlardan ən önəmlisi, “Oçerklər” dəki əxlaq fəlsəfəsidir. Xristian əxlaq quruluşunun uzağında olan, daha makyavelist ( Makyavelizm-siyasətdə əxlaq yoxdur, hər şey məqsəd üçündür.) bir əxlaq baxışı öndədir. Yenə də dolu bir makyavelist reaksiyadan daha çox, ənənəvi xristian əxlaqı ilə makyavelsit reaksiyanın arasında daha barışdırıcı və miyanə bir əxlaq quruluşu gözə çarpır. “Oçerklər” dən artıqlaması ilə anladığımız qədəriylə, Bekonun ideal idarəçilik sistemi mütləqiyyətdir( tək hakimiyyətlilik). Lakin onun mütləqiyyət anlayışı, orta çağdakından bir az daha fərqli, bəlkə də filosof-krala daha yaxın bir anlayışdır. Bekon, “Oçerklər” də gənclikdən dostluğa, dostluqdan siyasətə, siyasətdən psixologiyaya qədər çox geniş bir yelpik içində bir çox fərqli baxış təqdim etmişdir.

Bekonun kəlamlarından seçmələr:
  • Yalanlamaq və rədd etmək üçün oxuma! İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma! Danışmaq və nitq söyləmək üçün də oxuma! Ölçüb-biçmək, müqayisə etmək və düşünmək üçün oxu!
  • Əgər bir insan bir işə qəti olaraq, mən bilirəm iddiası ilə başlayarsa, sübhə ilə son tapar. Lakin əgər o şübhə ilə başlamağa razı olsa, sonda həqiqəti tapacaq.
  • Əşya üzərində çalışmaq yerinə, hər kəsin özünə görə istədiyi mənanı verdiyi kəlmələr üstündə dalaşırıq.
  • Bizi güclü edən yediklərimiz yox, həzm etdiklərimizdir. Bizi varlı edən qazandıqlarımız yox, mühafizə etdiklərimizdir. Bizi bilgili edən oxuduqlarımız yox, başımıza yerləşdirdiklərimizdir.
  • Oxumaq insanı doldurar, insanlarla danışmaq üçün hazırlayar, yazmaq isə yetkinləşdirər.
  • Ağıllı adam, tapdığından daha artıq fürsət yaradan adamdır.
  • Köhnəlmənin gözəlliyi, özünü dörd şeydə göstərir. Yandırmaq üçün saxlanılmış odun, içmək üçün illərlə qalmış şərab, güvənmək üçün köhnə dostlar, oxumaq üçün də köhnə yazarlar ən yaxşısıdır.
  • Bilgi gücdür.
  • Sınayın, sınayın, sınamadan heç bir şeyə inanmayın.
  • Yalnız özünü düşünən insan, yumurtasını bişirmək üçün qonşusunun evini yandırar.
  • İncəsənət, təbiətə əlavə edilmiş insandır.

Hazırladı: Fidan Aslanova

0 şərh