Рейтинг
+28.76

Filosoflar

39 üzv, 32 topik

Empedokl

EmpedoklSiciliyada varlı və aristokrat bir ailədə dünyaya göz açmış bu körpə sonralar bütün dünyanı heyrətə gətirəcək qabiliyyəti və istedadı ilə həm xalqına, həm də ölkəsinə böyük bir şöhrət gətirmişdir.

O, Eskulap və İbn Sinadan sonra dünya təbiblərinin üçüncüsü, Siciliya təbabətinin banisi hesab olunur.

Həkimlik fəaliyyətinə şamanlıqla başlamış və təbabəti şamanlığın vəhdətində inkişaf etdirərək böyük uğur və şöhrət sahibi olmuşdur. Empedokl həm də peşəkar sehrbaz idi. İnsanların gözü qarşısında möcüzələr yaradan, özünə daha çox diqqət cəlb etdirməyi xoşlayan, ekstravaqant geyimləri ilə seçilən uzun saçlı, bu insan haqda dolaşan şaiyələr bu gün də səngimək bilmir.

Səyahəti sevərdi. Lakin bu səyahətlərdə " həm ziyarət, həm ticarət" prinsipindən yararlanar, üz tutduğu məkanda öz auditoriyası qarşısında özünü təbliğ edər, sehr və möcüzələr göstərər, təlqin və psixoterapevtik prosedurlardan istifadə edərək hamını özünə ram etdirərdi. Hətta onun barəsində yağışları və küləkləri idarə edə bilən ilahi güc sahibi kimi formalaşmış əfsanə və rəvayətlər mövcud idi.

Əslində Empedokla şöhrət gətirən ən uğurlu və mütərəqqi təlimlərdən biri bataqlıqlara qarşı mübarizə və onların qurudulması ideyası oldu.


Ardı →

"Ikiünvanlı" məktub

O gün Mark Tven çox fikirli idi.Çünki yüksək vəzifədə işləyən yaxın dostu «görüşləri fərqli olduğu üçün» vəzifəsindən azad edilmişdi.Və Mark Tven o axşam oturub prezidentin qızına bu məktubu yazdı :«Hörmətli xanım! Mən dövlət böyüklərindən heç vaxt heç nə xahiş etməmişəm. Ancaq bu səmimi məktubumda baş vermiş bir haqsızlığı sizə xəbər verməkdə də bir qəbahət görmürəm»

məktubDaha sonra məşhur yazıçı ən yaxşı dostunun(həm də ən yaxşı dövlət məmurunun) «görüşləri fərqli olduğu üçün» vəzifəsindən azad edilməsindən danışdı və axırda da öz məktubunu aşağıdakı cümlələrlə bitirdi:«Mən prezidentlə danışa bilmirəm.Ancaq siz həm prezidentlə danışa,həm də mənim fikirlərimi ona çatdıra bilərsiniz.İnanın,əgər bunu etsəniz ,sizdən çox razı qalaram».Bir neçə həftə sonra Mark Tven ABŞ Prezidentindən öz xətti ilə belə bir məktub aldı:«Qızım məktubunuzu aldığını sizə bildirməyimi xahiş edir və məktubu prezidentə oxutmaq cəsarətini göstərdiyini əlavə edir.Prezident də verdiyi bu mühüm məlumat üçün Mark Tvenə təşəkkürünü bildirir və dostunuzun vəzifəsindən azad edilməyəcəyi barədə söz verir».


Ardı →

Nizami Gəncəvi

Аzәrbaycan şairi vә filosofu Nizami Gəncəvi (1141 — 1209)  Gәncә şәhәrindә sәnәtkar ailәsindә doğulmuş, mükәmmәl tәhsil alıb хüsusilә Yunan fәlsәfәsini vә Şәrq әsatirlәrini dәrindәn öyrәnmişdir.
Yaradıcılığa lirik şair kimi başlayıb böyük epik poemalarla bәrabәr ömrü uzunu qәzәllәr, qәsidәlәr, rübailәr vә s. yazmışdır. Bu qәzәl vә qәsidәlәr incә lirizmi, dәrin mәna çalarları, yüksәk bәdii cәhәtlәri vә sәnәtkarlıq хüsusiyyәtlәri ilә seçilir. Fars dilindә böyük, azәrbaycan türkcәsindә isә az bir qismi nәşr edilmişdir.
Dünya әdәbiyyatında isә Nizami әsasәn mәsnәvi formasında yazdığı «Хәmsә» adlı beşliklә məşhurdur.
İlk məsnəvisi «Мәхzәnül әsrar» — yәni «Sirlәr хәzinәsi» adlanır. 37 yaşında bitirdiyi bu poemada ayrı-ayrı hekayә, rәvayәt vә pritçalar şәklindә humanist mәzmunlu, mәnalı vә ibrәtamiz әhvalatlar qәlәmә alınmışdır.


Ardı →

Hеrdеr İohаnn Qotfrid

Аlman filosofu. Мorungendә anadan olmuş, Köniqsberqdә tәhsil almış, «Şimal sehrkarı» adlandırılan Kantın mühazirәlәrinә qulaq asmışdır. Еlmi, fәlsәfi vә bәdii әdәbiyyatla mükәmmәl tanış olmuşdur. 1764-86-cı illәrdә bir sıra әsәrlәrini yaratmış («Tәnqidi meşә», «Dinin mәnşәyi haqqında», «Şekspir haqqında» vә s), sonra Parisә sәyahәt etmişdir. Qayıtdıqdan sonra bir müddәt Byükeburq sarayında mәslәhәtçi işlәmişdir. Hәmin illәrdә incәsәnәt, әdәbiyyat, estetika, din vә s. mövzularda bir sıra әsәrlәr yazıb dövrün әdәbi vә fәlsәfi mübahisәlәrindә fәal iştirak etmişdir. Хüsusilә «Tövrat»ın elmi vә tariхi aspektlәrinә aid maraqlı әsәrlәr çap etdirmişdir. («Bәşәr cinsinin әn qәdim sәnәdi», «Bәşәr tariхinin daha bir fәlsәfәsi»).


Ardı →

Bəhmənyar Əbülhəsən

Аzәrbaycan filosofu. Аristotelin uzaq, İbn Sinanın yaхın davamçısı. Hәyatı haqqında məlumat yoх dәrәcәsindәdir vә bu da hardasa tәәccublüdür. Әlyazmaları dönә-dönә köçürüldüyü halda tәzkirәçilәr nәdәnsә özü haqda susmuşlar. Bircә kiçik bir rәvayәt qalır. Guya İbn Sina dәmirçiхanada olarkәn bir cavan oğlanın gәlib dәmirçidәn od istәdiyini görür. Dәmirçi ona deyir ki, хәkәndazı gətir, od verim. Cavan oğlan әyilib ovcunu torpaqla doldurub deyir: -budur mәnim хәkәndazım. Söhbәtin şahidi olan İbn Sina oğlanı özünә şagird dәvәt edir vә belәliklә Şәrqin iki böyük filosofunun taleyi bir-birlәrinә bağlanır.


Ardı →

Lao-Tszı

Qәdim Çin fәlsәfәsinin әn qüdrәtli nümayәndәsi. Bioqrafiyasından yalnız bu mәlumdur ki, filosof e. ә. VI әsrdә yaşamış, arхivarius işlәmişdir. Rəvayətlərin birindә deyilir ki, guya, anası onu bәtnindә 81 il gәzdirmişdir. Guya, doğulanda onun qızıl üzü, ağappaq saçları varmış. Buna görә dә ona Lao Tszı — yәni «qoca uşaq» adını qoymuşlar. Guya o, bir dәfә Konfutsi ilә görüşmüş vә öz müdrikliyi ilә məşhur filosofu heyrətdə qoymuşdur. Rәvayәtә görә, Lao Tszı 200 ilә qәdәr yaşamış, ömrünün aхırında tәrki-dünya olub Qәrbә tәrәf getmişdir. Sərhəddən keçәndә bütün әsәrlәrini sәrhәd nәzarәtçisinә tapşırıb vә hamısının yandırılmasını хahiş etmişdir.
Lao Tszının dünyagörüşü «Dao vә De haqqında elmin әsasları» adlı kitabda toplanmışdır. Bәzi alimlәrin fikrincә, bu kitab e. ә. IV әsrdә bir çoх filosofun fikirlәri әsasında (sözsüz ki, Lao Tszının da) tәrtib edilmişdir.


Ardı →

Çjuan Tszı

Qәdim Çin filosofu, Daosizmin banilәrindәn biri olan Çjuan Tszı (e. o. 369-286) Sun çarlığının Хuanхe vadisindә anadan olmuşdur. Gәncliyindә lak ağacları plantasiyasında nəzarətçi işlәmişdir. Sonralar işdən çıхıb azad filosof kimi yaşamağa başlamış, səndəl hörməklə, balıq ovlamaqla dolanmışdır.
Xalq arasında böyük şöhrәt qazanıb gününü dostları vә şagirdlәri ilә söhbәtlәrdә keçirmişdir. Dәrin dәrrakәli bir adam kimi yanına mәslәhәtә gәlәnlәrә düzgün yol göstәrmiş, mәsәlәlәri xeyirxahlıq vә әdalәtlә yoluna qoymuşdur.
Çjuan Tszı dünyaya tamaşa edib әylәnәn, kәdәr vә iztirab nә olduğunu bilmәdәn yaşayan bir müdrik kimi hәtta әyalәt hakiminin mәslәhәtçisi olmaq tәklifindәn belә imtina etmişdir.


Ardı →

Budda

Rәvayәtә görә, Buddizmin banisi miladdan qabaq VI әsrdә Hindistanın şimalında, Himalay dağları әtәyindә doğulub yaşamış Qautama Sakiya Мunidir. O, kiçik Sakiya ölkәsinin şahzadәsi olub. Uşaq ikәn anası ölmüş, atası ikinci dәfә evlәnsә dә, Qautama öz şәхsi sarayında qayğısız böyüyüb boya-başa çatmışdır. Аncaq gәnc yaşında ikәn bir gün tәsadüfәn rast gәldiyi qoca, хәstә, ölüm sәhnәsi vә nәhayәt, yoхsul brahman onun dünyagörüşünü büsbütün dәyişir. Sәrvәt, cah-cәlal içindә yaşayan gәnc Qautama görür ki, dünyada ağır хәstәliklәr varmış, iztirablı qocalıq varmış vә nәhayәt, çarәsiz ölüm varmış… O dәrk edir ki, dünyanın firavanlığı ötәri vә tәsadüfi imiş. Yoхsul brahman isә ona bütün bunlardan хilas olmağın yolunu göstәrir.


Ardı →

Heraklit

Qәdim yunan filosofu Heraklit (e. ә. 544-483)Еfes şәhәrindә doğulub. Dialektikanın banisi sayılır. Doğma şәhәrinin hökmdarlığından imtina edib hakimiyyəti qardaşına vermişdir. Аrtemida mәbәdinә çәkilib gününü uşaqlarla oynamaqla keçirmişdir. Еfeslilәrin tәnәsinә cavab olaraq demişdir ki, sizin kimilәri idarә etmәkdәnsә sizin uşaqlarınızla oynamaq daha faydalıdır.
Аrtemida mәbәdindә yaşayarkәn «Təbiәt haqqında» әsәrini yazmışdır. Әsәr itib batmış, antik filosofların vә tәzkirәçilәrin әsәrlәrindә fraqmentlәr, qalmışdır.
Heraklitә görә hәr şey oddan әmәlә gәlir, mütəmadi olaraq dəyişir, suya, havaya, torpağa dönüb sonra yenidәn oda çevrilir.
İran şahı Dara onun әsәrini oхuyub çoх bәyәnmiş vә Herakliti sarayına dәvәt etmişdi, lakin filosof nadanlar içindә yaşasa da vәtәnini tәrk etmәmişdir.


Ardı →

Sinoplu Diogen

Qədim Yunanıstanın ən tanınmış adamlarından bir Sinoplu Diogendir. Onun yaşadığı dövr böyük şəxsiyyətlərlə zəngin olsa da, Diogen onların içində itib-batmayıb. O, qəribə yaşayış tərzi, qeyri-adi fəlsəfəsi, tikanlı sözləri, gerçək və adına yazılan əfsanə və rəvayətlərlə bu gün də məşhurdur.
Ən məşhur əməli isə gündüz əlində çıraq ADAM axtarmasıdır.

Ata nəsihəti faydasız olmaz?

Sinoplu Diogen eramızdan əvvəl 400-cü ildə Sinop şəhərində anadan olub. Bu şəhər hazırda Türkiyə ərazisindədir. Diogenin həyatının bir çox aspektinə işıq salan çoxlu lətifə və rəvayətlər var. Bunların böyük bir qismi, deyilənə görə, sadəcə, onun ayağına yazılır – uydurmadır. Deyirlər ki, Diogenin atası Gikesey puldəyişən olub. Onların sikkə sexləri də varmış. Bir dəfə atası Diogenə təklif edir ki, saxta pul kəsib köşklərində işə keçirsinlər. Guya bundan dilxor olan Diogen Delfi məbədinə gedib ki, kahinlərdən məsləhət alsın. Kahin ona belə deyir: «Uğur qazanmaq üçün sən dəyərləri yenidən qiymətləndirməlisən». Gənc Diogen bunu müsbət cavab kimi anlayır və ata-oğul başlayırlar saxta pul kəsməyə. Tezliklə onların bu işinin üstü açılır və hər ikisini həbs edirlər. Atası elə türmədəcə dünyasını dəyişir. Diogen özü isə bir müddət sonra azadlığa buraxılsa da, rüsvayçı şəkildə şəhərdən qovulur. Beləliklə, uzun illər davam edən bu didərginlik Diogeni Afinaya gətirib çıxarır. Kahinin dedikləri düz imiş. Sadəcə, gənc və perspektivli vücud onu düzgün başa düşməyib. Burada o, yeni bir şəxsə çevrilir. Sonralar Diogen özünün nihilist fəlsəfi görüşləri ilə həyat və mənəviyyatla bağlı dəyərlərə tamam yeni qiymət verəcəkdi. Kahin də bunu nəzərdə tuturmuş, Diogen bunu sonralar anlayacaqdı. Amma həbsdən əvvəl dəyər deyəndə ağlına ilk gələn pul, sikkə olmuşdu.

Diogen və Antisfen

Diogen öz vətənindən qovulandan sonra Afinaya gəlib. Burada o, Sokratın dinləyiciləri Platon, Aristipp, Antisfen, Evklidin söhbətlərini eşidib.
Uzun götür-qoydan sonra Antisfenin şagirdi olmaq qərarına gəlir. Amma ustad filosof heç kəsi şagirdliyə qəbul etmirmiş. Diogen inad göstərir. Antisfen bir dəfə ağacını əlinə alıb, «bu saat cəhənnəm olmasan, sümüklərini sındıraram» deyə zopanı yelləyəndə Diogen başını onun qabağına uzadıb deyir: «Vur, amma məni qovmaq üçün sənə lazım olan möhkəm ağac tapa bilməzsən. Mən səndən nəsə öyrənməmiş burdan əl çəkən deyiləm». Bu vaxtdan Diogen onun şagirdi olur. Bir müddət sonra Diogen Antisfendən savayı filosofların hamısına nifrət eləməyə başlyıb. O, öz müəllimi ilə də yola getməyib. Antisfeni yetərincə sərt olmamaqda qınayıb və döyüş borusu ilə müqayisə edib: səsi çoxdur, amma özü özünü eşitmir. Antisfen isə onun iradlarını səbrlə dinləyirmiş, çünki Diogenin xarakteri ona ləzzət verirmiş.

«Ağ it məktəbi»

Antisfen və tələbələrinin toplandığı məktəbin adı Kinosorq imiş. Bu isə ağ İt deməkdir. Onlara kiniklər deyirdilər. Kinik utanmaz, abırsız anlamına gəlir. «Sinizm» sözü də buradan yaranıb. Şərqdə sufilər arasında da bu tip davrananlar olub. Məlamətilik adlanan sufi təriqəti mənsubları isə özləri qəsdən xalqın gözündən düşməyə çalışardılar. Kiniklər fəlsəfi məktəbi yunan fəlsəfəsində həyatda bütün maddi nemətləri inkar etməyi təbliğ edirdi. Var-dövlət, həzz, əxlaq qanunları və s. Diogen bu cür həyat tərzini qəbul edənlərin ən seçilən nümayəndəsi olub. Hətta Antisfenin özü ondan daha yumşaq və daha az ifrata varan idi.

Diogenin «evi»

Sinoplu Diogen (Диоген Синопский,yunanca Διογένης της Σινώπης)

Geniş yayılmış fikirdir ki, Diogen çəlləkdə yaşayıb. Uzun əsrlər Diogenin rəsmini çəkənlər də onu çəlləkdə təsvir ediblər. Amma araşdırıcılar deyir ki, bizim anladığımız çəllək qədim yunanlara məlum olmayıb. Diogenin yaşayış evi gildən olan qab – pifos imiş. O dövrlə bağlı arxeoloji qazıntılar zamanı məhz belə qablar tapılıb. Yumurta şəklində olan adi pifoslar 1,5-2 metr hündürlüyündə olurdu. Onları evin içində yerə basdırar, içinə, adətən, dən yığardılar. Diogen öz «ev»ini şəhər meydanında qoyubmuş. Orada həm yaşayar, həm də insanlara «necə azad olmağı» öyrədərmiş. Canını bərkitmək üçün yayda qaynar qumla üstünü örtər, qışda isə qarla örtülmüş heykəlləri qucaqlayırmış. Hamıya acı nifrətlə yanaşarmış. Deyirmiş ki, Evklidin tələbələri yox, zəhər tuluqları var. Platon özünün natiqlik qabiliyyəti ilə yox, boşboğazlığı ilə seçilir. Dionis bayramındakı yarışlar axmaqlar üçün möcüzədir. Demaqoqlar isə qara camaata yaltaqlıq edir. Bundan başqa, deyirmiş ki, idarəçiləri, həkim və filosofları görəndə adama elə gəlir ki, insan məxluqların ən ağıllısıdır. Yuxuyozanları, falçıları və onlara inananları, bir də şöhrət və var-dövlətindən lovğalananları görəndə isə düşünürsən ki, heç nə insandan axmaq ola bilməz.

İsgəndərlə görüşü

Diogenin Makedoniyalı İsgəndər və onun atası Filipplə qarşılaşması haqda rəvayətlər var. Deyilənə görə, bir dəfə Diogeni tutub Filippin yanına aparırlar. Çox lakionik söhbətləri olur. Filipp ondan soruşur:
— Nə işlə məşğulsan?
— Sənin acgözlüklərini seyr edirəm.
İsgəndərlə görüşü haqda isə müxtəlif versiyalar var. Onlardan biri belədir. Gənc despot Şimali Frakiyada bir sıra uğurlar qazanandan sonra Mərkəzi Yunanıstana gəlir. Çoxlu yunan məşhurları – filosoflar, heykəltəraşlar, şairlər ona mədh oxumaqda yarışa girirlər. İsgəndər Korinf şəhərinin yaxınlığındakı Kraniya şəhərciyinə gələndə xəbər tutur ki, Diogen buradadır. Bu vaxt Diogenin qalmaqallı şöhrəti bütün Yunanıstana yayılıbmış. Gənc çar isə hər şeylə maraqlanan, dövlətin varlığını inkar edən, o vaxtın «allah»larının heç birinə inanmayan, ailəni şər hesab edən, «azad cəmiyyətdə arvadlar və uşaqlar ümumi olmalıdır» kimi cəfəng fikirlər irəli sürən qəribə adamla görüşmək qərarına gəlir. Bununla o düşünürdü ki, sərsəri filosofun qara camaat arasındakı böyük hörməti siyasi karyerası üçün faydalı olar. İsgəndər istəyir ki, özü ilə müəllimi Aristoteli də götürsün. Amma Aristotel qəti etiraz edir və bu görüşü İsgəndərə də məsləhət görmür: «Diogenlə görüşməyin heç bir faydası olmaz, o, çarı alçalda bilər. Hamıya bəllidir ki, onun başı işləmir, heç nəyə, heç kəsə hörməti yoxdur». Amma İsgəndər onu dinləmir və düşünür ki, bu qədər ərazini istila edən, gələcəkdə bütün dünyanı tutmağı düşünən hökmdarla söz güləşdirməyə kim cəsarət edər? O, əsgərlərin müşayiəti ilə Diogenin yaşadığı çəlləyin yanına gəlir. Diogen bu vaxt bayıra çıxıb özünü günə verirmiş.  
Özünü təqdim edən İsgəndər ondan nə istədiyini soruşur. Diogen cavab verir: «Günün qabağını tutubsan, bir az kənara çəkil». Guya Diogenin belə saymazyanalığı onu qəzəbləndirir və əlini qılıncına uzadır. Başqa bir versiyada isə deyilir ki, İsgəndər vəziyyətdən ustalıqla çıxır: «Vallah, mən İsgəndər olmasaydım, mütləq Diogen olardım» deyir və ona çoxlu hədiyyə göndərir.

Diogenin qəribəlikləri

Çox vaxt şəhər bazarının artığını yeyirdi. Cırıq plaş geyinərdi. Ondan həm yorğan, həm də döşək kimi istifadə edərdi. Ayaqyalın gəzərdi. Pul verərdilər ki, şagirdi olsunlar, qəbul eləmirdi. O hər şeyə nifrətlə yanaşardı: hakimiyyətə, rəhbərlik eləməyə, pula və insanların axmaq illüziyalarına… Amma camaat arasında böyük hörmət sahibi idi. Qadınlara nifrət edərdi, amma onlara yazığı da gələrdi. Bəzən gecənin tən yarısı ən gözəl qadınlar gizlicə, sifətini gizlədib Afina meydanına gələr və gil pifosda yaşayan çirkli kişi ilə dərdləşərdilər. Nə qədər acıdil olsa da, bir-iki parç şərabdan sonra çox şən və xoşbəxt olan adamla məhəbbət mübadiləsi etmək qadınlar üçün xoş imiş. O həmin qadınlardan pul almağa utanmazdı, amma heç vaxt başqalarının yanında öyünməzdi ki, qonaqları filankəslər olub.

İt Diogen

Özünə «it Diogen» deyərmiş. Bir dəfə soruşurlar: «Özünə it deyirsən. Hansı cinsdənsən?» O, belə cavab verib: «Ac olanda Malta iti, tox olanda Molos cinsi» (təəssüf ki, fərqlərini bilmirik — müəllif). Platonla araları sərin olub. Bir dəfə onu «Sokratın ağıldankəm variantı» adlandıran Platon qonaqlıq verirmiş. Diogen evə girən kimi xalçanı tapdamağa başlayır. Səbəbini soruşanda deiyr: «Platonun lovğalığını ayaqlayıram». Platon isə ona deyir: «Səni buna lovğalığın təhrik edir». «Kosmopolit» sözünü də ilk dəfə Diogen işlədib. Ona sual verəndə ki, özünü Afina vətəndaşı hesab edirsənmi? Belə cavab verib: «Mən bu və ya digər şəhər və ya dövlətin yox, kosmosun vətəndaşıyam».
Başı tam keçəl olub. Uzun saqqal saxlayarmış. Beli bükülmüş, bir az donqarfason,  əynində əski-təsək. Donqar olduğundan baxışları acıqlı, əlində hər zaman yuxarı hissəsi düyünlü və haça əl ağacı olarmış. Bu haçaya yolçu Diogen öz dağarcığını asarmış.

Rəvayətlər
Aristipp və Diogen

Bir dəfə filosof Aristipp bazardan keçirmiş. Bu vaxt Diogen artıq qalan tərəvəzləri təmizləyib yeyirmiş. Aristipp Diogenə deyir:
- Əgər adamlarla dil tapmağı bacarsaydın, tərəvəzlərin artığı ilə qidalanmalı olmazdın.
Diogen isə ona deyir:
- Əgər sən bunlarla qidalanmağı bacarsaydın, tiranların sarayında sürünməli olmazdın.
Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə

Bir dəfə Diogen şəhər meydanında fəlsəfi mövzuda moizə eləməyə başlayır. Heç kəs ona qulaq asmır. Bunu görən Diogen quş kimi cikkildəməyə başalyır. Ətrafa tezcə xeyli avara toplanır və maraqla onu dinləməyə başlayırlar.
— Baxın, afinalılar, budur sizin ağlınızın qiyməti – deyə Diogen onlara irad tutur – sizin üçün ağıllı söhbətlər edəndə, qızıl xırdalayanda dinləmədiniz, ağılsız quş kimi cikkildəyən kimi ağzınızı ayırıb dinləməyə başladınız.

Axmaq sizsiniz

Diogen,heykəl
Bir dəfə Diogen bir heykəlin qabağında durub sədəqə istəyirmiş. Ondan soruşurlar: 
— Niyə belə axmaq işlə məşğul olursan? Heykəl də sədəqə verər?
Diogen deyir:
— Axmaq sizsiniz. Özümü rədd cavabına alışdırıram. Mən məşq edirəm ki, adamlar mənə sədəqə verməyəndə ruhdan düşməyim.

Başqa yer tapmadım

Bir dəfə çox varlı əyanlardan biri Diogeni evinə qonaq çağırır. Ev çox cah-cəlallı imiş. Hər tərəfə xalı-xalça döşənibmiş. Diogenin plebey vərdişlərini bilən ev sahibi ondan xahiş edir ki, yerə tüpürməsin. Diogen o dəqiqə onun üzünə tüpürür. Əyanın özünü itirdiyini görən Diogen deyir:
-Bağışla, bu evdə sənin üzündən başqa tüpürməli bir yer tapmadım.

Ölümü

Böyük filosof eramızdan əvvəl 13 iyun 323-cü ildə vəfat edib. Deyirlər ki, ölümünə səbəb çiy osminoq (səkkizayaqlı ilbiz) yeməsi olub. Nəticədə vəba xəstəliyinə tutulub. Bir başqa variantda nəfəs dayanmasından dünyasını dəyişdiyi deyilir.
Diogenə çoxlu mis abidələr ucaldıblar. Bunlardan biri onun vətənində – Sinopdadır. İt şəklində olan abidənin üzərincə bu epitafi yazılıb:

Zaman daşı da, bürüncü də yeyir,
Amma sənin sözlərin, Diogen, əbədi yaşayacaq.
Axı sən bizə aza qane olmağı öyrətmisən,
Və xoşbəxtliyə gedən yolu göstərmisən!



Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist
Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı


Davamı →