1.1.1.Maliyyə sistemi: anlayışı və elementləri

«Maliyyə sistemi» anlayışı «maliyyə» anlayışının mən­ti­qi davamıdır. Maliyyə təmiz gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə və dövlət funksiyalarının, geniş­lən­­di­ril­miş tək­­rar istehsalın yerinə yetirilməsi üçün istifadə olunan mər­kəz­ləş­diril­miş və mərkəzdənqaçan fondların formalaşdırılması ilə bağlı pul münasibətlərini əks etdirir. Maliyyənin aşağıdakı əlamətləri var:

  • maliyyənin yaranmasının zəruri şərti əmtəə-pul müna­sibətlərinin mövcudluğudur;
  • maliyyənin amiranə xarakteri. Bu əlamət maliyyə­nin mahiyyəti ilə bağlı mübahisəli məsələlərə aid edilir və maliyyə münasibətlərinə mütləq xarakter verən dövlətin aktiv iştirakını əks etdirir;
  • bölüşdürücü proseslərin vasitəli ifadəsi.

Bu əlamətlərin birləşməsi maliyyə obyektini ayır­ma­ğa imkan verir. Maliyyə kimi maliyyə obyekti də müasir elmdə özünün izahı ilə bağlı birmənalı olmayan yanaş­malara malik­dir. Maliyyənin klassik anlamına görə, ma­liyyə obyekti isteh­sal münasibətləri sistemində yaranan əlavə məhsuldur. Bunun­la bərabər, milli gəlir mərkəz­ləş­dirilmiş fondların yeganə formalaşdırılma mənbəyi deyil. Aydındır ki, müəs­si­sə­nin gəliri yoxdursa, bu mənbənin nadir olması səbəbindən büdcə ayır­ma­ları da həyata keçiril­məyəcək. Lakin büdcə, birincisi, sırf mərkəz­ləş­dirilmiş fond deyil, gəlir vasitəsilə form­alaşmayan başqa fondlar da var. Ikincisi, büdcə yalnız gəlirdən ayrılan vergi daxilolmaları vasitəsilə formalaşmır. Inkişaf etməkdə olan ölkələrdə və keçid iqtisadiyyatlı ölkə­lərdə gəlirdən gələn daxilolmalar dövlət büdcəsində üstünlük təşkil etmirlər.
Maliyyənin mahiyyətini açan əsas funksiyaları onun bölüşdürücü və nəzarət funksiyalarıdır.
Bölüşdürücü funksiya maliyyənin mahiyyətindən doğur. Bu funksiya təmiz gəlirin hərəkətini şərtləndirən iqti­sadi müna­si­bətləri, həmçinin onun tərkib hissələrə və ümumi məhsu­lun ele­ment­lərinə olan təsirini əks etdirir. Ilkin və təkrar bölüş­dürmə­ləri fərqləndirirlər. Maliyyənin ilkin bölüşdürülməsi, bu iqtisadi kateqoriyanın tərifindən görün­düyü kimi, genişlənmiş təkrar istehsalı ifadə edir. Tək­rar bölüşdürmə büdcənin gəlir hissəsinə və digər mər­kəzləş­dirilmiş fondlara köçürmələr yolu ilə dövlət funk­si­ya­sının yerinə yetirilməsinə kömək edir. Bunu əyani ola­raq şəkil 1.1-də müşahidə etmək olar.

 

 

Şəkil1.1.Maliyyənin bölüşdürücü xarakteri:
ÜIM –ümumi ictimai məhsul; S-istehsalın xərclən­miş vəsaitlərinin  əvəzlənmə fondu; V- əmək haqqı fon­du; M - əla­­və məhsul (maliyyə obyekti); M(1)- əlavə məh­sulun ilkin bölüşdürülməsi; M(2) -əlavə məhsulun tək­rar bölüşdürül­məsi.

Maliyyənin nəzarət funksiyası bölüşdürücü funk­si­yaya nəzərən ikinci tərtiblidir, çünki nəzarət funksiyası onun obyek­ti­ni vasitəli şəkildə ifadə edir, ümumi ictimai məh­sulun və tə­miz gəlirin bölüşdürülməsinə nəzarətdə təzahür edir. Mikro­sə­viy­yədə (müəssisələr) və makro­sə­viyyədə (dövlət) nəzarəti fərqləndirirlər.
Maliyyəni müxtəlif əlamətlərinə görə təsnifatlara bö­lür­lər:
Subyektlərinə və onların məqsədlərinə görə:

  • dövlət (kütləvi) maliyyəsi – pul formasında ifadə olunmuş və bir qayda olaraq, dövlət funksiyalarının yerinə yetirilməsi üçün ümumi daxili məhsulun bölüşdürülməsinə və formalaşdırılmasına istiqamətlənmiş iqtisadi müna­si­bətlər toplusudur;
  • şəxsi (xüsusi) maliyyələr - təsərrüfat subyektləri səviy­yə­sində maliyyə resurslarının formalaşdırılmasını və idarəet­mə­sini təmin edən və daha çox pulla bağlı olan iqti­sadi müna­si­bətlər toplusudur.

Dövlətin bazar münasibətlərinə müdaxilə səviyyə­sin­dən asılı olaraq və ölkədə bazar mexanizmlərinin inki­şaf səviyyə­sin­dən asılı olaraq, maliyyə münasibətlərində dövlət və ya şəxsi maliyyələr üstünlük təşkil edə bilər. Dövlət maliyyələri aşağıdakılara ayrılır:

  • xüsusi dövlət fondlarının maliyyələri;
  • dövlət krediti;
  • dövlət sığortası;
  • həm istehsal, həm də qeyri-istehsal sferasının dövlət müəssisələrinin maliyyəsi.

 

Şəxsi maliyyəyə aşağıdakılar daxildir:

  • korporativ maliyyədə  maliyyə münasibətlərinin əsas subyekti rolunda korporasiya (müəssisə) çıxış edir və onun məqsədi, bir qayda olaraq, istehsalın təmin edil­məsidir;
  • bank maliyyəsinin əsas subyekti bank müəs­sisə­lə­ridir. Onlar kredit və digər vasitəli funksiyalara istiqa­mət­lənmişlər;
  • investisiya şirkətlərinin maliyyəsi. Onların əsas fəaliy­yə­ti investisiyadan ibarətdir. Belə şirkətlər rolunda həm kor­po­rasiyalar, həm də bank və qeyri-bank müəs­si­sələri çıxış edə bilər;
  • sığorta şirkətlərinin maliyyəsi əsasən investisiya forma­larından biri kimi sığorta işində mərkəzləşdirilmişdir;
  • pul bazarındakı maliyyə münasibətləri həyata ke­çi­rilən əməliyyatların qısa zaman müddəti ilə fərqlənir;
  • valyuta bazarındakı maliyyə münasibətləri, bu mü­na­sibətlərin həm subyektlərində, həm də obyektində olan özünə­məxsusluqla təzahür olunur (müxtəlif ölkələrin pul vahidləri).

Bu təsnifat əlamətində dolayısı ilə maliyyə tipo­lo­giyasının digər prinsipləri nəzərdən keçirilir.
Müddətlərə və uyğun məqsədlərə görə:

  • kommersiya maliyyəsi, kommersiya maliyyə re­surs­ları istehsalın təmin edilməsi üçün qısamüddətli ka­pitalı (1 ilə qədər), başqa sözlə dövriyyə kapitalını təmsil edir;
  • investisiya maliyyəsi, investisiya maliyyə re­surs­ları əsas fondların fəaliyyəti üçün zəruri olan uzun­müd­dətli kapitalı təmsil edir.

Əməliyyatların həyata keçirilmə sferasına görə:
daxili maliyyə - maliyyə  münasibətləri subyekt­lə­ri­nin rezidentliyilə məhdudlaşmışdır. Onlar həm də dövlət ma­liyyəsi kimi yox, dövlətin maliyyəsi kimi müəyyən­ləş­diri­lir;
xarici maliyyə - müxtəlif ölkələrin maliyyə müna­si­bə­t­ləri subyektlərinin iştirakını nəzərdə tutur. Xarici iqti­sadi fəaliy­­yətin maliyyəsi ayrı-ayrı ölkələrin və onların sub­yekt­lə­ri­nin xarici maliyyə əməliyyatlarında üstünlükləri və çatışmaz­lıq­ları nöqteyi-nəzərdən iştirakı ilə və bir qayda olaraq, həmin ölkənin ərazi sərhədləri çərçivəsində nə­zərdən keçirilir. Beynəl­xalq maliyyə münasibətləri müxtəlif ölkə­lərin və onların subyektlərinin beynəlxalq maliyyə bazarla­rın­dakı maliyyə əmək­daşlığını nəzərdə tutur və öz maliyyə maraq­larını müda­fiə edən müxtəlif ölkə qrup­larının yara­dılma imkanını nəzərdə tutur. Dünya maliyyəsi beynəlxalq maliyyə təşkilatlarında və koalisiyalarında müx­təlif ölkələ­rin iştirakı zamanı onların maliyyə cəhətdən qarşılıqlı təsir xüsusiy­yətlərini – həm milli­dən üstün statusa (dünyəvi və ya regional), həm də tövsiyə statusuna malik olan xüsusiy­yətləri meydana çıxarır.
Maliyyə münasibətləri dövlətin və müəssisələrin mər­kəzləşdirilmiş və mərkəzdənqaçma pul vəsaitləri fondlarının yara­dılması və istifadəsi ilə əlaqədar olaraq ya­ranır. Maliyyə müna­sibətlərinin xüsusiləşmiş və qar­şı­lıqlı əlaqəli sfera və hissə­lərinin toplusu maliyyə sistemini əmələ gətirir. Maliyyə münasibətlərinin iki sferasını ayı­rır­lar: mərkəzləşdirilmiş və mərkəzdənqaçma maliyyələr.
Mərkəzləşdirilmiş maliyyəyə dövlət büdcəsi, büd­cədənkənar fondlar, dövlət sığortası, dövlət krediti aiddir.
Mərkəzdənqaçma maliyyə dedikdə, müxtəlif əla­mət­lərə görə təsnifatlana bilən müəssisə maliyyəsi nəzər­də tutulur. Məsələn, maddi istehsal müəssisələrinin maliy­yəsi və qeyri-istehsal sferasının müəssisə və təşki­lat­la­rının maliyyəsi və ya dövlət müəssisələrinin maliyyəsi və digər mülkiyyət formalı müəssisələrin maliyyəsi bu qəbil­dəndir.
Xarici ölkələrdə mərkəzləşdirilmiş və mərkəz­dən­qaçma maliyyə sferalarına daxil olan hissələrin yalnız bə­zilərini ayırmaq qəbul olunmuşdur. Belə ki, xarici ölkələrin maliyyə sistemlərinə aşağıdakı elementlər daxildir:

  • dövlət büdcəsi;
  • yerli maliyyələr;
  • xüsusi büdcədənkənar fondlar;
  • dövlət müəssisələrinin maliyyələri.

Dövlət büdcəsi – milli gəlirin yenidən bölüş­dü­rül­mə­sinin əsas vasitəsidir. Ölkənin milli gəlirinin 40%-ə qədəri maliy­yə sisteminin bu hissəsi vasitəsilə yenidən bölüş­dü­rülür. Dövlət büdcəsində iri gəlirlər və siyasi, so­sial-iqtisadi baxım­dan daha vacib ümumdövlət xərcləri cəmləşdiril­mişdir.
Dövlət büdcəsinin əsas gəlirləri vergilərdir, dövlət gəlir­lə­rinin ümumi məbləğinin 70-90%-i onların payına düşür. Inkişaf etmiş bazar iqtisadiyyatına malik olan öl­kələrdə dövlət büdcəsinə əsasən birbaşa vergilər daxil olur: fiziki şəxslərdən tutulan gəlir vergisi, korporasiyaların gəli­rindən tutulan vergi­lər və başqaları. Istisna təşkil edən ölkə Fransadır. Fransada dövlət büdcəsi əsasən əlavə edilmiş dəyərdən tutulan gəlir hesabına doldurulur. Inkişaf etməkdə olan ölkələrdə və keçid iqtisadiyyatlı ölkələrdə dolayı vergi­lər­dən dövlət büdcəsinin gəlir hissəsinin –ƏDV–nin, aksiz­lərin və gömrük rüsumunun forma­laş­dı­rılması üçün istifadə olunur. Zəif inkişaf edən ölkələrdə vergi sisteminin belə təşkilinə üstünlük verilməsi aydın­dır. Dolayı vergilər daxil­olmaların stabil mənbəyidir. Məsələ ondadır ki, vergi intiza­mı olmadıqda onlardan yayın­maq imkanı yaranmır. Bundan başqa, əhalinin və müəs­sisə­lərin aşağı gəlirləri, o cümlədən onların azaldılması ilə bağ­lı müxtəlif alətlər inkişaf etməkdə olan ölkələrdə və keçid iqtisadiyyatlı ölkələrdə birbaşa vergiqoyma sistemini tətbiq etmək imkanı vermir. Bu, vergi­lərin tam daxil olma­ma­sına, dövlət büdcəsinin gəlir hissəsinin azaldılmasına gətirib çıxarır.
Dövlət büdcəsinin xərc hissəsi hərbi məqsədlərlə bağlı maddələri, iqtisadiyyata müdaxilələri, dövlət apa­ratının sax­lan­masını, büdcə sisteminin digər səviyyələrinin müdafiə­sini, sosial xərcləri, inkişaf etməkdə olan ölkələrə maliyyə yardım­larını və kreditləri nəzərdə tutur.
Öz əhəmiyyəti baxımından ikinci maliyyə hissəsi yerli maliyyə sistemidir. Müasir şəraitdə istehsal qüv­və­lərinin inki­şa­fının, elmi-texniki tərəqqinin, qloballaşdırma proseslə­rinin təsiri altında yerli hakimiyyət orqanlarının rolu və təsiri artır. Yerli maliyyə strukturu büdcə quruluşu ilə müəy­yənləşir. O isə öz növbəsində, dövlət qurulu­şun­dan və döv­lə­tin inzibati bölgü­sündən asılı olur. Məsələn, ABŞ-da yerli maliyyələrə ştat­ların, qraflıqların, bələ­diy­yələrin büd­cələri daxildirsə, AFR-də yerli maliyyələrə tor­paq və icma büd­cə­ləri daxildir. Federativ dövlətlərdə yerli büd­cə­lərin payına ümumdövlət maliyyə sisteminin bütün resurs­larının 40%-dən 50%-ə qədəri düşürsə, unitar döv­lət­lərdə bu rəqəm təqribən 30%-dir.
Yerli büdcələrin gəlir hissəsinin əsas mənbəyi ver­gilərdir (əsasən əmlak vergisi). Bundan başqa yerli or­qan­ların büdcələrinə ali büdcə tərəfindən və eyni səviyyəli büdcə tərə­fin­dən istiqamətlənən maliyyə resursları da daxil olur. Yerli büdcələrin xərcləri, əsasən iqtisadi və sosial infra­strukturun inkişafına yönəlmişdir.

Xüsusi büdcədənkənar fondlar
özünəməxsus ma­liyyə his­səsi əmələ gətirir. Belə fondlar müəyyən müs­təqilliyə malik olur, dövlət büdcəsindən ayrı olur və bila­vasitə mərkəzi haki­miy­yət tərəfindən, ayrı-ayrı hallarda isə yerli hakimiyyət tərə­fin­dən idarə olunur. Bunlara sosial sı­ğorta fondu, pensiya fondu və digər məqsədli fondlar aiddir. Xarici ölkələrdə isti­fa­də olunan xüsusi fondların ən parlaq nümunəsi sosial sığorta fondudur. Sosial sığorta fondları birbaşa vergiqoy­ma­nın spesifik formasını nəzərdə tutur. Sosial sığorta fondlarının formalaşdırılmasında muzd­lu fəhlələr, qulluq­çular, sahib­kar­lar və dövlət iştirak edir. Lakin dövlətin payı, bir qayda ola­raq, nisbətən az olur. Sosial sığorta fondlarının vəsaitlərinin 20%-dən 40%-ə qədəri fəhlə və qulluqçuların əmək haqlarından tutul­ma­lar hesa­bına yaradılır. Inkişaf etmiş ölkələrdə iri xüsusi fond­ların sayı 30 - 80 arasında dəyişir. Xüsusi fondlar özlərinin isti­fadə istiqamətlərinə görə aşağıdakı qruplara bölü­nürlər:

  • sosial;
  • iqtisadi;
  • elmi-tədqiqat;
  • kredit;
  • şəxsi və əmlak sığortası fondları;
  • hərbi-siyasi;
  • dövlətlərarası.

Xüsusi fondlar iki üsulla yaranır: xüsusi əhəmiyyət kəsb edən müəyyən xərclərin büdcədən ayrılması ilə və qanun­verici orqanın xüsusi qərarı ilə.
Xarici ölkələrin maliyyə sistemlərində xüsusi fond­lar mühüm yer tutur. Vəsaitlərin əsas hissəsi bu fondlarda mər­kəz­ləş­dirilir. Fransada xüsusi fondlar öz ölçülərinə görə dövlət büdcəsinə yaxınlaşır, Yaponiyada dövlət xərc­lərinin yarıdan çoxu xüsusi fondlardan maliyyələşir, Böyük Brita­ni­yada isə bu rəqəm üçdə birdir. Xüsusi fondlar aşa­ğıdakılar üçün nəzərdə tutulmuşdur:

  • yerli müəssisələrin maliyyələşdirilməsi, onlara maddi yardımın verilməsi, kreditləşdirilməsi üçün;
  • xüsusi olaraq müəyyənləşdirilmiş mənbələr hesa­bı­na və ətraf mühitin çirkləndirilməsinə görə alınan cə­ri­mələr hesabına təbiəti müdafiə tədbirlərinin maliyyə­ləş­dirilməsi;
  • yardımların, təqaüdlərin ödənilməsi, bütövlükdə infra­strukturun maliyyələşdirilməsi və yardımların veril­məsi;
  • xarici dövlətlər də daxil olmaqla xarici partn­yor­ların kreditləşdirilməsi.

Ilkin olaraq fondların vəzifəsi konkret tədbirlərin maliy­­yələşdirilməsi idi. Sonralar isə onlar maliyyə qeyri-stabil­liyi dövründə hökumətlərin əl atdığı ehtiyat rolunu oyna­mağa baş­ladılar, yəni maliyyə sisteminin dayanıq­lı­ğının və manevr etmə qabiliyyətinin artırılması üçün istifadə olunmağa baş­la­dı­lar. Dövlət büdcəsi ilə müqa­yisədə xüsusi fondlar daha az sə­viy­yədə nəzarət olunur. Bu isə onların istifadəsini asan­laş­dı­rır və hökumətlər tərəfindən onların artımına olan marağı yük­­səl­dir.
Xüsusi fondların formalaşdırılma mənbələri əsasən onların reallaşdıracağı məsələlərin xarakteri və miqyası ilə müəyyənləşir. Bu və ya digər inkişaf mərhələsində öl­kə­nin iqtisadi və maliyyə vəziyyəti də mənbələrin müxtə­lif­liyinə və ölçüsünə təsir göstərə bilir. Xüsusi fondların formalaş­dırıl­ma mənbələri daimi, müvəqqəti ola bilir, həm­çi­nin ölkənin inzibati-ərazi vahidlərinə görə fərqlənə bilir.
Fond vəsaitlərinin əsas mənbələri qanunverici haki­miyyətin müəyyənləşdirdiyi xüsusi vergilər və rüsum­lardır. Bir çox fondlar dövlət büdcələrinin və yerli büd­cə­lərin vəsaitləri hesabına formalaşır. Bu vəsaitlər əvəzsiz yardımlar formasın­da və ya vergi daxilolmalarından tutu­lan məbləğlər formasın­da olur. Könüllü ödəmələr və borc vəsaitləri də xüsusi fondla­rın gəlirlərini təşkil edə bilir.
Fond vəsaitlərinin xərclənmə istiqaməti onların təyi­natından, iqtisadi cəhdlərindən və reallaşacaq proq­ram­lardan asılıdır. Vəsaitlərin bir hissəsi təsisçi fəaliy­yə­tinə isti­qa­mətlə­nir, o cümlədən qiymətli kağızlara yatırılır. Xüsusi fondlar maliy­yə bazarlarının investorları və işti­rakçıları kimi çıxış edə bilər. Məsələ bundadır ki, birincisi, pul vəsaitlərinin istifadəsi bir çox hallarda onların əmələ gəlmə müddəti ilə üst - üstə düşmür, ikincisi, inves­tisi­yadan gələn gəlirlər fond xərclərinin maliyyələş­diril­mə­sinin əlavə mənbə­ləridir.

Dövlət müəssisələrinin maliyyəsi
müstəqil bir hissə əmələ gətirir. Onun yaranması bir sıra Qərbi Avropa ölkə­lə­rinin (Böyük Britaniya, Fransa, AFR) iqtisa­diy­ya­tında dövlət sektorunun inkişafı ilə əlaqədardır. Bu inkişaf Ikinci Dünya müharibəsindən sonra daha geniş miqyas almışdır. Müasir şəraitdə sənaye cəhətdən inkişaf etmiş bir sıra xarici ölkələrin iqtisadiyyatında dövlət sektoru ümumi milli məhsulun təq­ri­bən dörddə bir hissəsini isteh­sal edir. Onun vəzifəsi öz spesi­fikası etibarilə aşağı rentabelliyə malik olan və sahibkarlar üçün əlverişli olma­yan mühüm istehsal sahələrinin (dəmiryolu, hava nəq­liy­yatı, elektroenergetika, qaz, kömür sənayesi və başqaları) inkişafı və saxlanması yolu ilə şəxsi təsərrüfata yardım göstərməkdir. Ümumiyyət­lə, belə nəticə çıxarmaq olar ki, dövlət müəssisələri əsasən iki sahədə mərkəzləşirlər. Bu, birinci növbədə, təkrar isteh­sal mexanizmi (yanacaq, ener­getika, qara metallurgiya, nəq­liyyat, rabitə, su təchizatı və b.) üçün ümumi şərtlər yaradan əsas sahə­lərdir. Kifayət qədər gəlirli olmayan bu sahə­lərin texniki-iqtisadi səviyyəsi rəqabətədavamlılıq qabiliy­yətinin aşağı olması ilə fərqlənir. Ikincisi, bunlar birdəfəlik iri kapital qoyuluşlarının olmasını tələb edən və ilk dövrlərdə qeyri-rentabelli və ya azrentabelli sahələrdir. Belə sahələrin mənim­sənilməsi şəxsi kapital üçün əlverişli deyil.
Təkrar istehsal prosesində dövlətin aktiv fəaliyyəti (dövlət müəssisələrinin maliyyə sistemlərinin yaradılma for­ma­sın­da) iqtisadiyyatda sahə uyğunsuzluğunun ha­mar­laş­dırıl­ması ilə məhdudlaşmır. Dövlət yeni sahələri inkişaf etdirərək ictimai əmək bölgüsünün güclənməsinə kömək edir və «yeni» yerlərdə, yəni iqtisadi cəhətdən geri qalmış rayon­larda yeni müəssisələr yaradaraq (istənilən sahələrdə), onla­rın təsər­rüfatçılıq etibarilə mənim­sənil­məsinə və bütövlükdə istehsal qüv­vələrinin rasional şəkildə yerləşdiril­məsinə kömək göstərir. Hər iki halda dövlət müəssisələri sektoru milli daxili bazarın geniş­lən­dirilməsinə imkan yaradır və istehsalın ümumi miq­yas­­larının artırılması üçün əlavə stimul yaradır.
Öz mənsubiyyətinə baxmayaraq, dövlət müəs­sisələri onlara xas olan mülkiyyət formasında həmişə çıxış etmirlər. Məsələn, AFR və Italiyada dövlət sektoru səhm­dar şirkətlər şəklində mövcud olur və bir çox hallarda  onların fəaliy­yətində şəxsi kapital da iştirak edir. Dövlət müəssisələrinin təşkilinin səhmdar forması parlament, höku­mət və ictimaiy­yət tərə­fin­dən onların fəaliyyətinə olan nəzarəti çətinləşdirir, lakin şəxsi kapitalla birləşməni asan­laşdırmır və belə müəs­sisələrin yeni­dən özəlləşdirilməsinə imkan yaradır. Lakin müəssisələrin mül­kiy­yət formasının dəyişilmə imkanı mahiy­yətcə təkrar istehsal prosesində dövlətin roluna təsir gö­stərmir. Məsələn, 1953-1967-ci illərdə Ingiltərənin polad­tökmə sənayesində milli­ləş­­diril­mənin ləğvi zamanı bu məhsulların qiyməti hökumət tərəfindən tənzimlənir və yeni investisiyalarla bağlı mü­hüm qərarlar da hökumət tərəfin­dən qəbul olunurdu. Beləliklə, dövlət müəssisələri şəxsi sahib­karlıq maraqları ilə ümummilli iqtisadi problem­lər ara­sındakı ziddiyyətləri həll etmək cəhdini təmsil edir. Bununla belə, dövlət müəs­sisələrinin maliyyəsi maliyyə sis­te­minin elə bir hissəsidir ki, dövlət onun vasitəsilə milli gəlirin ilkin bölüş­dürülməsində iştirak edir və bu müəssisə­lərdə yaradılan gəlirin müəyyən hissəsini öz əllərində toplayır.
Dövlətin maliyyə sistemi büdcə sistemi ilə və vergi sis­te­milə sıx əlaqədardır. Maliyyə sisteminin faktiki olaraq ilk iki elementi - dövlət büdcəsi və yerli maliy­yə­lərin hissəsi kimi yerli büd­cələr dövlətin büdcə sistemini əmələ gətirir. Müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinə daxil olan vergi ödəniş­lərinin toplusu da öz növbəsində vergi sistemini təşkil edirlər.
Dövlətin büdcə sistemi bütün səviyyəli büdcələrin elə bir toplusudur ki,  müəyyən iqtisadi münasibətlərə və hüqu­qi nor­malara əsaslanan bir sistemi nəzərdə tutur. Büdcə siste­mi­nin təşkili və quruluş prinsipləri ölkənin büd­cə quru­lu­şunu təm­sil edir. Büdcə quruluşu birbaşa dövlət quru­lu­şundan asılıdır.

Vergi sistemi
qanunvericiliklə müəyyənləşdirilmiş və ödəyicilər tərəfindən müəyyən ölçüdə və müəyyən vaxtda həyata keçirilən məcburi və əvəzsiz ödənişlərin yığılması ilə bağlı iqtisadi münasibətlər toplusunu təmsil edir.
Maliyyə-kredit sisteminin ikinci ayrılmaz tərkib hissəsi kredit sistemidir. Maliyyə sisteminin maliyyəyə olan müna­sibətindəki kimi, kredit sistemi də kredit an­layışını inkişaf etdirir və konkretləşdirir. Kredit - borc kapi­talının ödənişlik, geri qaytarılma, müddətlilik, təminatlılıq, məq­sədli xarakter və diferensiallaşmış yanaşma prin­sipləri ilə verilməsi zamanı kreditorla borcalan arasında yaranan iqtisadi münasibətlər toplusunu nəzərdə tutur.
Geri qaytarılma prinsipi göstərir ki, borcalan aldığı məbləği geri qaytarmaq öhdəliyini öz üzərinə götürür və bu öhdəlik kredit müqaviləsində qeyd olunur. Bu prinsip birin­ci dərəcəli əhəmiyyət kəsb edir. Məsələ bundadır ki, əgər borcalan kredit müqaviləsində göstərilmiş məbləği qay­tarmaqdan imtina edirsə, bu, kreditorun maliyyə daya­nıq­lığının pozulmasına və bütün kredit sisteminin dəyişil­məsinə gətirib çıxara bilər.
Maliyyə sistemini yaradan iqtisadi münasibətlər toplusu şəkil 1.2.-də göstərilmişdir.

 

0 şərh