1.2.1.Pul sistemi: mahiyyət və struktur

Pul sistemi - ölkədə pul dövriyyəsinin tarixən tə­şək­kül ta­p­mış və qanunvericiliklə təsbit olunmuş qu­ru­luşudur. Pul siste­mi­nin əsas elementi pul kimi iqtisadi ka­te­qoriyadır. Pullar xüsusi növ mal olub, bir sıra funk­si­yaları yerinə yetirən ümumi bir ekviva­lentdir:

  • dəyər ölçüsü – müxtəlif mal və xidmətlərin də­yər­lərinin ölçülməsi və müqayisə edilməsi üçün istifadə olunur. Malların pulla ifadə olunmuş dəyəri onların qiy­mətini təşkil edir. Qiymət miqyası elə bir mexanizmdir ki, dövlət bu mexanizm vasitəsilə pulların bu funksiyasını reallaşdırır;
  • yığım vasitəsi -  pulların istənilən anda öz nominal dəyə­rini itirmədən ödəniş vasitəsi kimi istifadə oluna bilmək qabiliy­yətidir (mütləq likvidlik);
  • dövriyyə vasitəsi – pulların mal və xidmətlərin hə­rə­kətində vasitəçi rolunu oynamaq qabiliyyəti, həmçinin digər ödə­niş əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olun­ma­sıdır;
  • ödəniş vasitəsi – mal və xidmətlərin kreditlə sa­tı­şında, yəni möhlətli ödəniş zamanı meydana çıxır. Bu funk­siyanın mənbəyini kredit və bu  iqtisadi münasibət əsasında əmələ gəlmiş borc öhdəlikləri təşkil edir;
  • beynəlxalq pullar – mal, xidmət və kapitalın bey­nəl­xalq dövriyyədə istifadə olunmaq imkanı, bütün funk­siyaları təkcə bir dövlət çərçivəsində yox, bütün dünya birliyi çərçivəsində yerinə yetirməsidir. Müasir mərhələdə pul vahidlərinin heç biri göstə­rilən funksiyanı tam mənada yerinə yetirmir.

Pulların bir neçə növü var. Natural pullar- mal dövriy­yəsinin ilkin inkişaf dövründə istifadə olunan ümumi ekvivalentlərdir (balıqqulağılar, xəzlər, qiymətli metallar). Natural pulların təkamülü bir neçə mərhələdən keçmişdir. Ədədlə sayılan pulların bəsit formaları nə bölünmə qabiliy­yə­tinə, nə də bircinsliyə malik idi. Dəyərin hesab­lan­ması kobud şəkildə, bölünməz və keyfiyyətcə qeyri-identik olan vahidlərdə – pul rolunu oynayan malın dənə hesabı ilə aparılırdı. Ədədi pullardan metal pullara keçid ictimai əmək bölgüsünün daha yüksək mərhələsində – sə­nətkarlığın əkin­çilikdən ayrıldığı, mal istehsalının və müntəzəm mal mübadiləsinin təşəkkül tapdığı zaman həyata keçdi. Pulların sikkə forması ictimai əmək böl­gü­sünün daha yuxarı səviyyəsində geniş yayılmışdır. Bu dövrdə mübadilənin, yəni bazar münasibətlərinin inkişafı nəti­cə­sində ticarətdə vasitəçilər sinfi – tacirlər sinfi yaranmışdır. Daha sonra həqiqi pullar – nominal dəyərləri onların tərkibi­n­dəki meta­lın dəyərinə əsasən uyğun olan tamqiymətli pullar mey­dana gəldi. Pərakəndə dövriyyədə xidmət göstərmək məqsədilə tam dəyərə malik olmayan xırda sikkələr də (billon) kəsilirdi. Bu pulların nominal də­yəri onların tərkibindəki meta­lın dəyərini və pulun kə­silməsi ilə bağlı xərcləri üstə­ləyirdi.
Kağız pullar və kredit pullar simvolik pullardan hesab olunur. Kağız pullar dövlət hakimiyyətinin qüvvəsinə əsaslanaraq, dövriyyədə qızılı və gümüşü əvəz edir və ilkin olaraq nominal üzrə nəcib metallara mübadilə oluna bilirdi. Kağız pullar – üzərinə  məcburi kurs qoyulan, adətən metala mübadilə olun­ma­yan və dövlət tərəfindən öz xərclərinin ödənilməsi üçün bu­raxılan pul nişanlarıdır (dəyərin nominal işarəsi). Ta­rixən onlar qızıl və gümüş nişanları kimi mey­dana gəl­miş­dir. Kredit pulları kredit münasibətlərinin inki­şafı nəti­cə­­sində yaranır, həm uyğun şəkildə rəsmiləşdirilmiş kağızlar şəklində (banknot, çek, veksel), həm də hesab­lar­dakı qeydlər şəklində də təzahür edir. Sözün dar mənasında kağız pul­lar­dan fərqli olaraq (xəzinə bileti), kredit pulları yarandığı andan təkcə qızıl nişanı kimi yox, kredit nişanı kimi də çıxış edir. Beləliklə, kredit pulları borc kapitalının kreditorlarla borcalanlar arasındakı hərəkətini əks etdirir və özünün mövcudluq formalarını əldə edir.
Pul vahidi kimi pulların növləri də, emissiya sistemi və kredit aparatı ilə yanaşı pul sisteminin elementləridir. Pul sistemi – bütün malların qiymətlərinin ölçülməsinə və ifadə olunmasına xidmət edən və qanunverici şəkildə müəyyən­ləşdirilmiş pul nişanıdır. Emissiya sistemi ölkənin qanunu ilə müəyyənləşdirilmiş emissiya və pul dövriyyəsi qaydasıdır. Xarici ölkələrdə banknotların buraxılması Mər­kəzi bank tərəfindən həyata keçirilirsə, xəzinə biletlərinin və sikkələrin buraxılması xəzinələr tərəfindən və dövlətdə müəyyənləş­dirilmiş emissiya hüququna uyğun olaraq həyata keçirilir. Kredit aparatı və ya kredit sistemi də pul sisteminin hissələrinə aid edilə bilər, çünki onun fəaliyyəti pul dövriyyəsinə təsir edir və tənzimlənməni tələb edir. Belə ki, ABŞ-da Federal ehtiyat sistemi 1975-ci ildən baş­layaraq pul kütləsinin gələn il üçün planlaşdırılan inkişaf templəri barədə konqres qarşısında hesabat verməlidir. Xarici ölkələrin müasir nəzəriyyə və təcrübəsində pul sisteminin bir sıra təşkilat prinsiplərindən istifadə olunur:

  • dövlət tərəfindən mərkəzləşdirilmiş tənzimlənmə prin­sipi. Bu prinsip həm inzibati, həm də bazar for­ma­sında çıxış edə bilər;
  • pul dövriyyəsinin planlaşdırılması və proqnoz­laş­dırılması ilə bağlı mexanizmin olması;
  • elastiklik prinsipi. Bu prinsipə görə, pul dövriyyəsi qanunu, bir qayda olaraq, tarazlıqda yerləşir, yəni MV = PQ. Burada M – pul kütləsi, V – pul dövriyyəsinin sürəti, P – qiymət səviyyəsi, Q – mal və xidmətlərin həcmi. Bu zaman əsas korrelya­siya pul kütləsinin və qiymət səviy­yəsinin payına düşür;
  • mərkəzi bank ölkə parlamentinə hesabat verir və formal olaraq hökumətə tabe olmur.

Pul sisteminin təşkilat prinsiplərinin sayı ölkə inki­şafının xüsusiyyətləri ilə müəyyənləşir.
Pul sisteminin əsasında pul dövriyyəsi yerləşir. Pul döv­riyyəsi mal və xidmətlərin dövriyyəsinə, kapitalın hərə­kətinə xidmət edən pulların nağd və qeyri - nağd formada kəsilməz hərəkətini nəzərdə tutur. Pul dövriyyəsi iki sfe­raya ayrılır: nağd və qeyri-nağd. Nağd dövriyyə bank­not­larla, banknot biletləri ilə, xəzinə biletləri ilə və ya xır­da­lanmış metal pullarla təmsil olunan nağd pulların hərə­kətini nəzərdə tutur. Qeyri-nağd dövriyyə - nağd pulların iştirakı olmadan dəyərin hərə­kə­tini göstərir və pul vəsait­lərinin kredit müəssisələrinin hesab­larına köçürülməsi vasitəsilə, həmçinin qarşılıqlı tələblər hesabına həyata keçirilir.
Pulların növlərindən asılı olaraq, pul sistemləri me­tal döv­riyyə sistemlərinə və kağız-kredit dövriyyə sis­temlərinə bölü­­nürlər.
Metal dövriyyə sisteminə bimetallizm və mono­me­tallizm aiddir.
Bimetallizmdə ümumi ekvivalent rolunu, qanun­vericiliyə uyğun olaraq, adətən iki metal – qızıl və gümüş oynayır. Qalan qiymətlər isə iki ölçü ilə müəyyənləşir. Qızıl və gümüş pullar sərbəst şəkildə 1:15 nisbətində və ya 1:16 nisbətində mübadilə edilirdi. Bimetallizm XIV –XVII əsrlərdə mövcud olmuş, Qərbi Avropanın bəzi ölkələrində isə XIX əsrdə də qorunub saxlanmışdır.
Monometallizm elə bir pul sistemidir ki, bu zaman bir pul metalı qanuni şəkildə ümumi ekvivalent rolunu oynayır və pul dövriyyəsinin əsası olur. Bu və ya digər qiy­mətli metalın əldə edilmə imkanlarından asılı olaraq, bəzi ölkələrdə gümüş mono­metallizmi, digər ölkələrdə isə qızıl mono­metallizmi möv­cud idi. Qızıl monometallizmi və ya qızıl standart daha geniş yayılmışdır. 31,1 qramlıq troya unsiyası bu və ya digər pulun və ya külçənin tərkibində olan qızılın çəki ölçüsü qis­min­də çıxış edirdi. Troya unsi­ya­sından indiyə qədər qızılın qiy­mətinin müəyyən­ləş­dirilməsi üçün istifadə olunur. Qızıl stan­dartı üç formada mövcud olmuşdur: qızıl pul, qızıl külçə və qızıl deviz.
Qızıl pul standartında qızıl pullar və tərkiblərində qızıl olan müxtəlif növ pul nişanları dövriyyədə olur. Xarici ölkə valyutalarının qızıl tərkibinə uyğun olaraq, onların pa­ritetləri müəyənləşdirilirdi. Valyutalar sərbəst şəkildə qızıl pullara konversiya olunurdu.
Qızıl külçə standartında pul nişanları qızıl pullara yox, çəkisi 125 kq-a qədər olan külçə qızılına, həm də müəyyən məh­du­diyyətlərlə mübadilə olunurdu. Qızıl külsə standartı iqtisadiyyatın qismən stabilləşməsinin mühari­bə­lərarası döv­rün­də tətbiq olunmuşdur (1924 -1928).
Qızıl deviz standartında milli valyutalar digər valyu­ta­la­ra, o cümlədən qızıl külçə standartlı ölkə valytalarına müba­dilə olunurdu. Bu standartda dünyanın 30 ölkəsində pul siste­mi­nin fəaliyyət əsasını qızıl və devizlər təşkil edirdi.
1929 -1933 –cü illərdə baş vermiş dünya maliyyə böh­ranından sonra qızıl standartını kağız-kredit dövriyyə sis­temi əvəz etd. Kağız-kredit pullar birinci növbədə xərc­lərə qənaət etmək imkanı verir. Məsələ bundadır ki, kağız pulları çap etmək qiymətli metalları çıxarmaqdan daha ucuz başa gəlir. Kredit pullar isə kağız pullara qənaət et­mək imkanı verir. Qızıl faktiki olaraq dövriyyədən sıxış­dırılıb çıxarılmışdır. Yeni sistemin əsasını kağız və kredit pullar təşkil etdi.
Müasir mərəhələdə pul sistemi prinsipial şəkildə yeni key­fiyyətə malik olur. Beynəlxalq bazarlarda dövriy­yəyə ke­çid­də pul vahidi pul sisteminin əsas elementi kimi valyuta statusuna sahib olur. Bu isə valyuta sistemi haq­qında pul sis­te­minin davamı kimi danışmaq imkanı verir.

Oxşar məqalələr

 

0 şərh