1.3.1.Büdcə quruluşu və büdcə sistemi

Dövlətin maliyyə-kredit sisteminin təşkilində büdcə sis­te­mi mühüm yer tutur. Büdcə sistemi dedikdə, iqtisadi müna­si­bət­lərə və hüquq normalarına əsaslanan bütün səviy­yəli büd­cə­lərin toplusu nəzərdə tutulur. Büdcə sis­te­minin təşkili və quruluş prinsipləri büdcə quru­lu­şunu təmsil edir.
Müxtəlif ölkələrin büdcə quruluşu onların dövlət quru­luşu, ərazi-inzibati bölgüsü, iqtisadiyyatın inkişaf səviy­yəsi və onun struktur elementləri ilə şərtlənir. Dövlət idarə­etməsinin iki forması məlumdur: unitar və federativ. Unitar dövlətlərdə (Böyük Britaniya, Fransa, Italiya, Yaponiya və başqaları) idarəetmə iki hissədən – mərkəzi və yerli hissələrdən ibarətdir. Fede­ra­tiv dövlətlərdə (ABŞ, Ka­nada, AFR, Isveçrə və baş­qaları) idarəetmə üç his­sədən ibarətdir – mərkəzi, federasiya üzvləri və yerli.
Xarici ölkələrin büdcə sistemləri ümumi əsas prin­sip­lər üzərində qurulur. Bu prinsiplər aşağıdakılardır:

  • büdcənin hakimiyyətin səlahiyyətli orqanı tərə­findən qəbul edilən akt şəklində rəsmiləşdirilməsi;
  • büdcənin tamlığı;
  • büdcənin vahidliyi;
  • kütləvi xərclərin prioritetliyi;
  • büdcənin doğruluğu və əyaniliyi;
  • büdcənin illik təsdiqi;
  • büdcənin tarazlığı.

Büdcənin hakimiyyətin səlahiyyətli orqanı tərə­fin­dən qəbul edilən akt şəklində rəsmiləşdirilməsi büdcənin qanun­veri­ciliklə rəsmiləşdirilməsi deməkdir. Ölkələrin əksəriyyətində büd­cə qanun şəklində qəbul olunur. Bir sıra ölkələrdə isə (ABŞ, Finlandiya) büdcənin təsdiqi par­la­mentin xüsusi qətna­mə­si ilə rəsmiləşdirilir. Büdcə akt­ları, bir qayda olaraq, üç əsas hissədən ibarət olur: izah­edici mətn, büdcə aktının mətni və əlavələr.
Büdcənin tamamlıq prinsipi o deməkdir ki, büdcədə bütün gəlirlər və xərclər tam həcmdə göstərilməlidir. Hö­ku­mət büdcədə nəzərdə tutulanlardan başqa heç bir gə­lirə və xərcə malik olmamalıdır. Büdcənin tamlıq prinsipi büd­cə-brutto anla­yışı ilə əlaqədardır. Dövlətin həm gə­lirlər, həm də xərclər üzrə bütün maliyyə əməliyyatları öz əksini burada tapır. Netto- büdcə isə yalnız büdcə mad­dələri üzrə saldo nəticə­lə­rindən ibarət olur. Bu, büdcə gəlirlərinin ayrı - ayrı maddələri üzrə daxilolmaları və gös­tə­rilmiş gəlirlərin əldə olunma xərc­lə­rinin tutulmasıdır. Bəzən brutto və netto büdcələrin cizgilərini birləşdirən qarışıq büdcələrə də rast gəlmək olur.
Büdcənin vahidlik prinsipi öz əksini büdcə sis­te­minin vahidliyində, gəlir və xərclərin bir təsnifatının tət­biqində və büdcə sənədlərinin eyniliyində tapır. Təc­rü­bədə büdcənin hazırlanma və təsdiqi prosesində bəzən üstün maddələrin yara­­dıl­masına cəhdlər edilir. Bu isə büdcənin vahidlik prin­sipini pozur.
Kütləvi xərclərin üstünlük prinsipinin tətbiqi yalnız büdcənin tamlıq və vahidlik prinsiplərinin təsiri ilə müm­kün­dür. Kütləvi xərclərin üstünlük prinsipi ona əsaslanır ki, döv­lət tərəfindən funksiyaların yerinə yetirilməsi əldə edilən gəlir­lə­rin ölçüsündən birbaşa asılılığa salınmır. Kütləvi xərclərin ölçüsünü prioritet qaydada müəy­yən­ləş­dirən hökumət tələb olunan dövlət gəlirlərinin həcmlərini alınan nəticələrə uyğun olaraq hesablayır. Bu və ya digər dövlət xərclərinin nə dərəcə­də zəruri olması siyasi analiz üsullarının və ictimai faydalılıq meyarlarının istifadə olunması əsasında həll olunur.
Büdcənin doğruluq və əyanilik prinsipi büdcə layi­hələ­rinin effektiv şəkildə müzakirə edilməsinə və büdcə siyasətinin aşkarlığına xidmət edir. Xarici investorlar, beynəlxalq təşkilat­lar, reytinq agentlikləri, əhali və sa­hib­karlar üçün bu prinsipin böyük faydası vardır.
Büdcənin illik təsdiq prinsipi dövlət büdcəsinin bir maliyyə ili üçün müəyyənləşdirilməsini nəzərdə tutur. Lakin müxtəlif ölkələrdə maliyyə ili müxtəlif tərzdə təyin olunur. Bel­çikada, Niderlandda, Isveçrədə, Finlandiyada, Fransada maliy­yə ili təqvim ili ilə üst - üstə düşür. Böyük Britaniyada, Kana­dada, Yaponiyada maliyyə ili aprelin 1-dən, Italiyada, Norveçdə, Isveçdə iyulun 1-dən, ABŞ-da oktyabrın 1-dən baş­la­yır. Bəzi ölkələrdə çoxillik büdcələrin qəbul edilmə im­kanı konstitusiya ilə təsdiq olunmuşdur (məsələn, Yuna­nıstan Konstitusiyası iki illik büdcənin müəyyənləş­dirilmə imka­nını qəbul edir).
Büdcənin tarazlıq prinsipi büdcənin gəlir və xərc hissələrinin balanslaşdırılmasının zəruriliyi deməkdir.
Büdcə sisteminin birinci hissəsi dövlət büdcəsidir. Büdcə sistemi pul vəsaitlərinin əsas mərkəzləşdirilmiş fondunun forma­laşdırılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar iqtisadi münasibətləri əks etdirən  əsas maliyyə dövlət planıdır. Inkişaf etmiş ölkələrdə milli gəlirin 40%-ə qədəri dövlət büd­cəsi vasitəsilə bölüşdürülür.
Dövlət büdcəsinin bir sıra mühüm xarakteristikaları var: forma, maddi mahiyyət, iqtisadi mahiyyət və hüquqi rəs­mi­ləşdirilmə. Büdcə forması maliyyə planıdır. Maddi mahiy­yət – mərkəzləşdirilmiş fonddur. Iqtisadi mahiyyət – iqtisadi münasibətlər toplusudur. Hüquqi rəsmiləşdirmə – qanundur.
Dövlət büdcəsi aşağıdakı əsas funksiyaları yerinə yeti­rir:

  • milli gəlirin yenidən bölüşdürülməsi;
  • sosial siyasətin maliyyə təminatı;
  • iqtisadiyyatın dövlət tənzimlənməsi və stimul­laş­dırıl­ma­sı;
  • pul vəsaitlərinin mərkəzləşdirilmiş fondunun yara­dılmasına və istifadəsinə nəzarət.

Dövlət büdcəsinə mühüm gəlir mənbələri təhkim olunmuşdur. Bunlar, gəlir vergisi, korporasiyaların gəlir vergisi, daha kütləvi dolayı vergilər, dövlət müəs­sisə­lərin­dən daxil­olmalardır. Dövlət tərəfindən öz funksiyalarının həyata keçirilməsi ilə bağlı əsas xərclər dövlət büdcəsinə aid edilir: hərbi, iqtisadi, sosial, xarici dövlətlərə kömək göstərilməsi, dövlət borcunun idarəetməsi, inzibati.
Büdcə sisteminin ikinci hissəsi regional (yerli) büd­cə­lər­dir. Son illər regional büdcələrin rolu bir çox ölkələrdə artır. Bu, bir çox səbəblərlə bağlıdır.
Birincisi, sosial –iqtisadi proseslərin tənzimlənmə funk­si­yası əsasən dövlət hakimiyyətinin mərkəzi səviy­yə­lərin­dən yerli səviyyələrə keçir. Maliyyə mənbələrində əsas diq­qə­tin regional büdcələrə yerdəyişməsi baş verir. Səhiyyə, təhsil, əha­linin kommunal xidmətləri, ətraf mü­hitin müha­fizəsi daha çox regional büdcələrdən maliy­yələşir.
Ikincisi, regional büdcələrin əsas vəzifəsi ərazilərin iqti­sa­di və sosial inkişaf səviyyələrində fərqlərin hamar­lanmasıdır. Dövlət bu məsələləri regional büdcələrin öz gəlirlərinin köməyi ilə və bu məqsədlər üçün yüksək dərə­cəli büdcələrdən tən­zim­ləyici vergilər və subvensiyalar şəklində ayrılan vəsait­lərin köməyi ilə həll edir.
Dövlət büdcəsi ilə büdcə sisteminin digər hissələri ara­sın­dakı qarşılıqlı əlaqələr dövlət quruluşundan asılı olaraq həll edilir. Həm federativ, həm də unitar döv­lət­lərdə səlahiyyətlərin dövlət idarətməsinin müxtəlif sə­viy­yə­ləri arasında bölüş­dürül­məsi konstitusiya ilə müəy­yənləşdirilir.
Xarici ölkələrdə regional büdcələrin gəlirləri vergi və qeyri - vergi daxilolmaları hesabına, həmçinin yüksək səviyyəli büd­cələrdən gələn daxilolmalar hesabına for­ma­laşır. Dövlət hakimiyyətinin bütün səviyyəli vergi ödə­nişlərinin toplusu vergi sistemini əmələ gətirir. Daha sonra onları ətraflı şəkildə nəzərdən keçirəcəyik. Qeyd etmək lazımdır ki, regional büd­cələrin vergi gəlirləri yerli ver­gi­lərdən, rüsum­lardan və həmin büdcələrə yuxarı səviyyəli büdcələrdən daxil olan ümumi vergi hissəsindən ibarətdir.
Regional büdcələrin qeyri - vergi gəlirlərinə bələdiyyə mülkiyyətində yerləşən müəssisələrin gəlirləri, icarə haqla­rın­dan, qanunvericiliyin pozulmasına görə tu­tu­lan cərimə­lərdən, hüquqi və fiziki şəxslərin könüllü ödə­mələrindən gələn gəlirlər aiddir.
Regional büdcələrin gəlir hissəsinin formalaş­ma­sında dotasiyalar və subvensiyalar kimi yuxarı səviyyəli büdcə­lər­dən gələn daxilolmalar da iştirak edirlər. Dövlət on­ların köməyi ilə yerli büdcələrin kəsirini örtmək imka­nına malik olur.
Regional büdcələrin xərcləri dövlətin sosial sfe­rasının idarəetməsində mərkəzdənqaçma səviyyəsindən asılıdır. Bu səviy­yə nə qədər yüksəkdirsə, regional büdcə kanallarından keçən maliyyə resurslarının həcmi bir o qədər çox, ümum­dövlət büdcə xərclərində onların payı bir o qədər yüksəkdir. Sosial –mədəni sferada idarəetmənin mərkəzdən­qaçma səviy­yəsinin yüksək olduğu ölkələrə AFR, Fransa, Finlandiya və başqaları aiddir.
Xarici ölkələrdə regional büdcələrin cari xərclər büdcəsinə və inkişaf büdcəsinə bölünmə təcrübəsi geniş yayıl­mışdır. Cari xərclər büdcəsi vergi və qeyri - vergi daxil­ol­ma­ları hesabına formalaşır və cari xərclərin maliy­yələş­məsinə, yəni istismar xərclərinin ödənilməsinə yönəlir. Inkişaf büdcəsinə yuxarı səviyyəli büdcələrin sub­vensiyaları, könüllü ianələr və istiqrazlar daxil olur. Sosial –mədəni və mənzil-kommunal sferalarına investisiyalar məhz bu büdcədən maliyyələşir.
Büdcə sisteminin əsas elementi büdcə prosesidir. Büdcə prosesi dövlət və yerli büdcələrin (federativ döv­lətlərdə və fede­rasiya üzvlərinin büdcələrində) nəzərdən keçi­rilməsi, təsdiq edilməsi və icrası üzrə dövlət və yerli orqanların qanunvericiliklə nizamlanmış fəaliyyətidir. Büdcə prosesi büdcə fəaliyyətinin ayrı - ayrı mərhələlərini əhatə edir: büdcə layihəsinin hazırlanması, qanunverici orqanlar tərəfindən onun nəzərdən keçirilməsi və təsdiqi, büdcənin icrası, büd­cə­nin icrası haqqında hesabatın tərtib edilməsi və təsdiqi. Büd­cə prosesi iki ilə qədər və daha çox müddəti əhatə edə bilər.
Büdcə layihəsinin tərtib edilməsi birinci mərhələ olub, adətən, maliyyə nazirliyinin səlahiyyətində yerləşir. Daha sonra layihə parlamentə göndərilir və burada nəzərdən keçirilərək təsdiq olunur. Parlament tərə­fin­dən təsdiq olunan və prezident tərəfindən imzalanan layihə qanuni qüvvəyə minir. Büdcənin icra mərhələsi «büdcə ili» və ya «maliyyə ili» adını almışdır. Büdcə ilinin davamlılığı təqvim ili ilə üst - üstə düşür və 12 ay təşkil edir.
Büdcənin icrası maliyyə nazirliyinin səlahiyyətində yerləşir. Üçüncü mərhələdə büdcənin kassa icrası baş verir. Bu, ölkə ərazisində büdcə vəsaitlərinin yığımı, on­ların sax­lan­ması və verilməsi, həmçinin uçot və hesabatın aparıl­ma­sıdır. Büdcənin kassa icrasının üç təşkilat sistemi mövcud­dur: xəzinə, bank və qarışıq. Xəzinə sistemində büd­cənin kassa icra­sı maliyyə nazirliyinin xüsusi orqan­larına (təhkim kas­salar), bank sistemində banklara və onların müəs­sisələrinə, qarışıq sistemdə xəzinə kas­sa­larına və banklara verilir. Büd­cə­nin kassa icrasının əsa­sında kassanın vahidlik prinsipi durur. Bu prinsip göstərir ki, ölkə ərazisində yığılan bütün gəlirlər maliyyə na­zir­liyinin mərkəzi bankdakı vahid hesabına daxil olur və təs­diq olunmuş xərclərə uyğun olan bütün təxsisatlar buradan həyata keçirilir. Mərkəzi bank hökumətin kassiri kimi çıxış edir.
Maliyyə ilinin yekununda büdcə prosesinin son mərhə­ləsi başlayır. Bu, maliyyə nazirliyi tərəfindən büd­cə­nin icrası haq­qında hesabatın tərtib edilməsi və onun parlament tərə­findən təsdiq olunmasıdır.
Dövlətin büdcə sistemi vergi sistemi kimi iqtisadi kate­qo­riyaya da təsir edir. Büdcə sistemi kimi, vergi sis­temi də ölkənin dövlət quruluşundan asılıdır. Vergi sistem­lərinin quru­luş prinsipləri federativ və unitar dövlətlərdə fərqli olurlar.

0 şərh