2.1.ABŞ iqtisadiyyatının müasir vəziyyəti

ABŞ dünya iqtisadiyyatının sözsüz lideri olub, isteh­salda və iqtisadi inkişafda bütün ölkələri üstələyir. ABŞ sənaye mal və xidmətlərinin dünyada ən iri isteh­sal­çı­sıdır. Dünyanın ümumi ÜDM-də ölkənin payı 25%, dün­ya ixracında 12,6%-dir. 1996-cı ildən 2000-ci ilə qədər dövlətin real ÜDM artımı digər inkişaf etmiş ölkələrlə mü­qa­yisədə daha yüksək idi. 2000-ci ildə o 5% təşkil et­mişdir (Kanadada 4,7%, Almaniyada 3,1, Böyük Brita­niyada 3%). Bu, 1984-cü ildən sonra ən yüksək göstərici idi. Iqtisadi artım templərinin yüksəlməsinə ev təsərrüfatı sektorunda istehlak tələbinin artımı (5,3%) və ümumi yatırımların əsas kapitalda artımı (10,2%) səbəb olmuş­­dur. Qeyd etmək lazımdır ki, 2001-ci ildə ÜDM –in ar­tım tempi dərhal ikinci rübdə 5,6%-dən üçüncü rübdə 2,7%-ə  düşmüş (gözləndiyindən də güclü şəkildə – 3,6%) və son altı ildə ən aşağı səviyyəyə enmişdir. Gözlənilən 5,1% əvəzinə 2001-ci ildə iqtisadi artım 3% olmuşdur. Real ÜDM-in 1996-cı ildən 2001-ci ilə qədərki artım dinamikası Amerika iqtisadiy­yatının dövriliyini və 2001-ci ilin enişini təsdiq edir. Artıq 2002 və 2003-ci illərdə artım 2,3%-ə qə­dər azalmışdır (cədvəl 2.1.).

Cədvəl 2.1
ABŞ-da real ÜDM-un artımı, %

1996

1997

1998

1999

2000

2001

2002

2003

3,6

4,4

4,4

4,2

5,0

3,0

2,3

2,3

 

1991-ci ilin mart ayından 2001-ci ilin mart ayına qədər ABŞ-ın milli təsərrüfatının yüksəliş dövrü dinc dövrün ən uzunmüddətlisi hesab olunur. Ölkə iqtisa­diy­ya­tının dövrü xarakteri nəzərə alınarsa, 2001-ci ilin mart yüksəlişindən sonra 2002-ci ilin payız enişinin olacağını və həmin dövrün də yük­səlişlə əvəzlənəcəyini gözləmək olardı. Son zamanlar Amerika iqtisadiyyatında dövrlərin sayı azalmışdır. Bu, onların müddət etibarilə artması haq­qında danışmağa imkan verir (cədvəl 2.2).

            Cədvəl 2.2
ABŞ-da iqtisadi dövrlərin sayı

Dövr

Cəmi

Dinc dövrdə

1854 -1919
1919 -1945
1945 -1991
1991 -2001
1854 -2001

16
6
9
1
32

14
5
7
1
27

ABŞ-da ilkin inflyasiya şərtlərinin aradan qaldırılma siyasəti öz nəticələrini verdi. Neft qiymətlərinin kəskin artı­mına və əmək bazarındakı gərginliyə baxmayaraq, infl­ya­siya əhəmiy­yətsiz dərəcədə idi. Qeyri-stabil ünsürlərin (neft və ərzaq məhsulları) nəzərə alınmaması şərtilə hesab­lanan istehlak qiymətlər indeksi 1999-cu ildə 1,9% yüksəlmişdir (1998-ci ildə 2,2%, 1992-ci ildən 1999-cu ilə qədərki dövrdə 2,3%). Bu, daxili istehsalçılara ləngidici təsir göstərən aşağı idxal qiymətləri ilə, emaledici səna­yedə sərbəst istehsal güclə­ri­nin mövcudluğu ilə, xüsusi halda intensiv investi­siyalara görə, əmək haqqı artımının inflyasiyaedici təsirini qismən kompen­sa­siya edən məh­sul­darlıq artımı ilə izah olunur. ABŞ-da istehlak qiy­mət­lərinin artımı 2002-ci ildə 3,4 % təşkil etmişdir. Standar&Poors  proqnozuna görə bu göstərici 2,3% olmalı idi. Ölkədə inflyasiyanın sürətlən­məsinin daxili səbəbləri iş­siz­liyin azalmasında və əhalinin istehlak xərclərinin art­masında idi. Inflyasiya proseslərinin intensivliyinin daha obyektiv indikatoru olan ÜDM deflya­to­ru 2001-ci ildə ikinci rübdə 2,4%-dən üçüncü rübdə 2,0%-ə qədər azalmışdır. Lakin 1998 və 1999-cu illə müqayisədə bu göstərici əhə­miyyətli dərəcədə artmışdır. 1998-ci ildə ÜDM deflyatoru 1,2%, 1999-cu ildə 1,4% təşkil edirdi.
Iqtisadi yüksəliş ABŞ-da məşğulluqla bağlı vəziy­yətin gələcəkdə yaxşılaşmasına zəmin yaratdı. 2000-ci ildə orta illik işsizlik səviyyəsi işçi qüvvəsi sayının 4% -nə qədər enmiş (1999-cu ildə – 4,2%, 1998ci ildə 4,5%, 1997-ci ildə 5,0%, 1996-cı ildə 5,4%) və 1969-cu ildən son­ra minimal olmuşdur. Istehsal gücü­nün yüklənmə əmsalı 82,1%-ə çatmışdır. Işsizlik səviyyəsi 2001-ci ildə art­mış və 4,8% olmuş, 2002-ci ildə isə 5,8%-ə çatmış­dır. Bu, ümumi resessiya və faciəvi 11 sentyabr hadisəl­ə­ri ilə əla­qədar idi. Nəticədə, avqust ayında işsizlik 0,4% olduğu hal­da, sentyabr ayında 0,5%-ə qədər artmışdır. Beşillik dövr çərçivəsində işçi qüvvəsinin az ixtisaslı və marjinal qruplarının əmək ödənişlərinin artma tenden­siyasının sax­lanması şərti ilə real əmək haqqının artımı və kasıblıq həd­dindən aşağıda yaşayanların paylarının azalması (1997-ci ildə 13,3%, 1998-ci ildə 12,7%) davam edirdi. Qeyd etmək lazımdır ki, son 5 ildə əmə­yin ödənişi onun məh­sul­dar­lığından daha tez artır. 1999-cu ilin üç rübündə bu göstərici uyğun olaraq 4,6% və 2,8% idi.
ABŞ-ın iqtisadi artımının mühüm indikatoru ma­liy­yə bazarlarındakı vəziyyətdir. Müxtəlif sahələrin şirkət­lərini daha müntəzəm şəkildə təmsil edən Dow Jones Industrial səhm­lə­ri­nin indeksi 1998-ci ilin mayında 9000 həddini keçmiş, 2000-ci ilin yanvarında isə 10000 həddini aşmış, 11772 həddinə çatmışdır. Lakin 2001-ci ildə 9973 həddinə qədər enmə baş vermişdir. Bu, əvvəlki iki ilin ən aşağı həddi idi. Dow Jones 2000-ci ilin oktyabr ayından ilk dəfə olaraq 10000 həddindən düşmüşdür. Bu zaman indek­sin bütün 30 ünsürünün qiymətdən düşməsi baş ver­mişdir. Ən böyük enmə bank sektorunda baş vermiş və buna səbəb Yaponiya iqtisadiyyatında böhranın güc­lən­məsi olmuşdur. Yüksək texnologiyalı korporasiya səhm­lərinin, o cümlədən aparıcı internet - provayderlərin üs­tün­lük təşkil etdiyi Nasdaq indeksi - birjadankənar kompyuter sisteminin aparıcı indeksi 1998-ci ilin səviy­yəsini, demək olar ki, iki dəfə artırmış və 1999-cu ilin IV rübündən başlayaraq, ardıcıl şəkildə 3, 4, 5 minlik həddi keçmişdir. Nasdaq  2000-ci ildə il ərzində dəyişmələrlə 55%-ə düşmüşdür. 2001-ci ilin apre­lində bu fond indeksi ilin əvvəlindən 25% itirmiş və 1998-ci ilin dekabrından ilk də­fə olaraq 2000 həddindən aşağı düşmüş­dür. Bu, 2000-ci ildə martın 10-da əldə edilmiş 5048 zirvə­sindən 2,5 dəfə aşağı idi. 2000-ci ilin martından 2001-ci iln martına kimi Amerikanın fond bazarı 5 trilyondan çox saxta var-dövlət itirmişdir.
2000-ci ildə ABŞ-ın xarici ticarətində mal və xid­mətlərin balans kəsiri özünün bütün tarixindəki ən mak­si­mal səviyyəsinə – 368,9 milyard dollara çatmışdır (1999-cu ildə 265 milyard dollar). Kəsirin artması bütünlüklə malların xarici ticarəti hesabına baş verdi. Malların id­xa­lının onların ixra­cın­dan üstünlüyü 449 milyard dollar təşkil etdi, yəni 100 milyard dollardan çox artdı, xidmətlərin balansı üzrə müs­bət saldo isə dəyişməz qaldı. ABŞ-ın cari əmə­liy­yatlarının hesab kəsiri  UDM 4,3%-ni təşkil etdi. 1999-cu ildə bu rəqəm 3,4% idi. Xarici əlaqələrin balans­laş­dırılmazlığının əsas mənbələri Yapo­niya, Qərbi Avropa və yeni sənaye ölkələri ilə ticarətdəki passivlərdir. Dünya üzrə bütün birbaşa xarici investisiyaların üçdə biri ABŞ-ın payına düşür. Son onillikdə ölkəyə yatırılan birbaşa xarici inves­tisiyalar hər il artırdı. 1996-cı ildə onlar 77 milyard dollar, 1998-ci ildə 189 milyard dollar olmuş, 1999-cu ildə rekord səviyyəyə 277,5 milyard dollara çatmışlar.
XX əsrin sonu ABŞ üçün ümumi qloballaşma şə­raitində, o cümlədən maliyyədə iqtisadi inkişafla yadda qaldı. Amerikanın mal istehsalçıları dünya iqtisadiyyatının tə­ləblə­rinə daha çox istiqamətlənirlər. Xarici iqtisadi əlaqələrdə həlle­dici rolu transmilli korporasiyalar (TMK) oynayır. Ölkənin xarici ticarət dövriyyəsinin üçdə ikisi on­ların payına düşür. TMK xarici müəssisələrinin satış həcmi isə ABŞ ÜDM-nin üçdə birinə bərabərdir. Bundan başqa, ABŞ iqtisadiyyatın yeni tələblər strukturuna keçidi üzrə dünyəvi prosesə liderlik edir. Bu prosesdə impuls rolunu informasiya sferasının çox sürətli inkişafı oynayır. 1999-cu ilin əvvəlində Internetdən isti­fadə edən insanların sayı 70 milyon nəfər idi. Informasi­ya­nın əldə edilməsinə və ötü­rülməsinin həcminə və sürətinə qoyulan məhdudiyyətlər texno­loji baxımdan aradan qaldırılmış, bazar personal kompyuterlərlə zənginləşmişdir. Yeni kütləvi elektron qurğularına daha böyük tələbat yaranmışdır. Bunun­la əlaqədar olaraq, informasiyanın məzmun problemləri, əha­linin maarifçi, elmi və mədəni dəyərləri əldə etməklə bağlı hazırlıq səviyyəsi problemləri, informasiya təhlü­kə­sizliyi, intel­lektual mülkiyyətin əhəmiyyətinin dəyişilməsi, həyat tərzinin və əmək şərtlərinin, xarakterinin dəyişilməsi ilə bağlı problem­lər birinci plana keçdi.

 

0 şərh