3.2.2.Alman federal bankı

1957-ci il iyulun 30-da bundestaq tərəfindən fede­ral bank haqqında qanunun qəbulundan və avqustun 1-də həmin qanunun qüvvəyə minməsindən sonra vahid struktur – Alman fede­ral bankı (Deutsche Bundesbank) yaradıl­mışdır. Alman fede­ral bankı torpaqların mərkəzi bank­larını və Alman tor­paq­ları Bankını birləşdirdi və uyğun olaraq, onların fəaliy­yətini tənzimləyən qanunlar da öz qüvvəsini itirdi. Torpaqların mərkəzi bankları «Doyçe Bundesbank»ın baş idarələri adlandırılmağa başladı, hər­çənd onların əvvəlki adı da –torpaqların mərkəzi bankları adı da qalmaqda idi.
Alman federal bankının mənzil qərargahı Frank­furt–on-Maynda yerləşir. Rəhbəredici orqan Mərkəzi şu­radır. Mərkəzi şura ölkənin pul siyasətini müəyyənləşdirir. Bank strukturuna şuradan başqa Alman federal bankının idarəsi, torpaqların mərkəzi banklarının 9 idarəsi və 130 əsas şöbə və filialı daxildir (1999-cu ilə qədər onların sayı 147 idi, filialın 2-si 1999-cu ildə, 15-i 2000-ci ildə ləğv edilmişdi). Mərkəzi şuraya, «Bun­desbank»ın ali orqanına «Bundes­bank»ın prezi­denti baş­çılıq edir. Bundan başqa, şuraya vitse-prezident və torpaqların mərkəzi banklarının doqquz başçısı daxildir.
«Bundesbank»ın icraedici orqanı Direktorlar şura­sıdır. Direktorlar şurasına «Bundesbank»ın prezidenti, vitse-prezidenti və altıya qədər üzvü daxildir. Direktorlar şurası üzv­lə­rinin namizədliyini federal hökumət təklif edir. Nami­zəd­lər «Bundesbank»ın Mərkəzi şurası tərəfindən bəyənildikdən sonra iddiaçılar AFR prezidenti tərəfindən səkkiz illik müd­də­tə vəzifəyə təsdiq edilirlər. Bu, Alman fede­ral bank müdiriy­yətinin müstəqilliyini və müdafiəsini təmin edir. Cəmiyyətdə «Bundesbank»ın nüfuzu çox böyükdür. Onun idarəetməsi qanunvericiliklə federasiya nazirliyinə bərabər tutulur.
Torpaqların mərkəzi banklarına idarə heyəti başçılıq edir. Idarə heyətinə idarənin sədri və sədrin müavini daxildir. Altı ən iri mərkəzi bankın (torpaqlarda) idarə heyəti üç üzvdən ibarətdir.
Alman federal bankının bütün torpaqlarda şöbələri var. Yerli banklar sığorta haqlarını ölkənin əsas bankına köçü­­rürlər. Bu, bankın müflisləşəcəyi halda pulların əma­nət­çi­lərə qaytarılmasına zəmanət verir. Hər bir universal bank «Bun­des­bank»ın əsas filiallarının birində açıq he­saba malik­dir. Bu, əsas banka imkan verir ki, birincisi, istənilən kredit-maliy­yə müəssisəsindəki pul vəsaitlərinin dövriy­yəsinə nəzarət etsin və ikincisi, öz sərəncamında fövqəladə likvidlik fonduna malik olsun.
Alman federal bankının əsas funksiyaları aşa­ğıdakılardır:

  • emissiya inhisarı. «Federal bank haqqında» qa­nuna uyğun olaraq, «Bundesbank» alman markalarının banknot­larını buraxmaqla bağlı müstəsna hüquqa malikdir və bu bank­notlar Almaniyada vahid qeyri məhdud ödəniş vasi­təsidir. 1997-ci il iyulun axırında onların həcmi 246,6 milyard marka təşkil etmişdir;
  • banklar bankı. «Bundesbank» bütün bank sis­te­minin effektivliyini təmin edir. Alman bankları «Bundes­bank»da özlərinin orta və qısamüddətli öhdəliklərinin müəyyən faizi ölçüsündə minimal ehtiyat saxlayırlar. «Bundesbank» kredit institutlarına və dövlət müəs­sisə­lə­rinə bank xidmətləri təqdim edir, həmçinin kredit institut­larına nəzarəti həyata keçirir. Nəzarətin əsas alətləri aşağıdakı­lar­dır: lisenziyalaşdırma, qanun­verici aktlar, nəzarət orqanları əməkdaşlarının istə­ni­lən anda kredit müəs­­sisələrindən məlumat almaq və yoxla­malar keçir­mək, o cümlədən müxtəlif sanksiyalardan istifadə edə bilmək hüququ. Artıq 1997-ci ildə avqustun axırında «Bun­desbank»ın hesab­larında AFR-in kredit müəssisələrinin 43,4 milyard markası, xarici bankların 12,3 milyard markası saxla­nılırdı. Uyğun olaraq, 154,5 milyard və 0,9 milyard marka məbləğində kredit təqdim olunmuşdur;
  • dövlətin bankı (federal hökumətin fiskal aqenti). «Bundesbank»  federasiyanın (və məhdud şəkildə torpaq­ların) «ev bankı» rolunu yerinə yetirir. Ona görə də höku­mətlərə kredit verməklə bağlı Avropa pul ittifaqının emissiya bank­la­rına qoyduğu qadağalar səbəbindən və tarixi təcrü­bənin nəzə­rə alınması ilə «Bundesbank»ın bu fəaliyyət sahəsi məhdud­laşdırılmışdır. Bu, federal bankın monetar müstəqilliyinin saxlanmasına kömək edir. «Bundesbank» istiqrazlar və xəzinə vekselləri şəklində borc öhdəlikləri bura­xaraq, hökumətə kredit almaqda kö­mək edir və ya qiymətli dövlət kağızlarının emissiyasına razılıq verir və hərraclar keçirərək, faizsiz xəzinə vek­sel­lərini yerləşdirərək onların satılmasına kömək edir. Belə kağızları əldə etmək icazəsi federal banka  yalnız açıq bazarda pul kütləsini tənzimləmək üçün verilir;
  • valyuta ehtiyatlarının idarəetməsi. «Bundesbank» ölkədə yeganə olaraq valyuta ehtiyatlarını saxlayır və onları ida­rə edir. Lakin Bretton-Vud valyuta sistemlərinin böh­ran­ları və 1992-1993-cü illərdə mübadilə kurslarının Avropa mexa­niz­mininin böhranları göstərdi ki, davamlı bazar ten­den­si­yalarını valyuta bazarında emissiya bank­larının inter­ven­siyaları vasitəsilə yatırtmaq olmaz. Stabil valyuta kurslarına yalnız uzunmüddətli dövrdə, dünya iqtisadiy­yatındakı balans kəsirini ləğv etməklə nail olmaq olar. Dünyanın yeddi aparıcı sənaye ölkəsinin iqtisadi və valyuta siyasətlərinin intensiv uzlaşması məhz bununla əlaqədardır. Almaniyanın qızıl valyuta ehtiyatları 1997-ci il iyulun axırlarında 114,1 milyard marka, o cümlədən qızıl – 13,7 marka təşkil etmişdir;
  • ölkənin hesablaşma mərkəzi. «Bundesbank»ın həyata keçirdiyi qeyri nağd hesablaşmaların həcmi 1996-cı ildə 195931 milyard marka təşkil etmişdir.
  • Alman federal bankının funksiyalarının reallaş­dırılması üçün tənzimlənmənin aşağıdakı alətlərindən istifadə olunur:
  • uçot və ya diskont siyasəti. «Bundesbank» inves­tisiyaların stimullaşdırılması məqsədilə «ucuz pullar» siyasəti, yəni aşağı faiz dərəcələri siyasəti keçirir. Belə ki, 1996-cı ildə «Bundesbank»ın uçot dərəcəsi 2,5% səviy­yəsində idisə (lombard – 4,5%), ABŞ-da bu göstərici 5%, Böyük Britaniya­da 7% təşkil edirdi. Lakin aşağı faiz dərəcələri xarici kapitalın axıb gəlməsini məhdudlaşdırır və bv da ölkənin ödəniş balansının aktivliyini aşağı salır;
  • açıq bazarda siyasət, yəni qiymətli dövlət kağızları ilə əməliyyatlar. Belə ki, 1997-ci il sentyabrın 3-də «Bun­des­bank» kredit müəssisələri tərəfindən satış üçün təklif olun­muş qiymətli dövlət kağızlarından 73902 milyon marka məb­ləğində almış və bu da 24,6% təşkil etmişdir;
  • minimal və ya mühüm ehtiyatlar siyasəti. AFR-in bütün kredit müəssisələri 1997-ci il iyulun sonu üçün «Bundes­bank»ın faizsiz hesablarında 39826 milyon marka, o cümlədən kommersiya bankları 11078 milyon marka saxlamağa borclu idilər.

Pul – kredit  sisteminin fəaliyyətinə nəzarəti «Bun­des­bank»dan başqa, Nəzarət üzrə federal bank xidməti (NFBX) həyata keçirir. Nəzarət üzrə federal bank xidməti Maliyyə nazirliyinə tabe olur. Bankların itkilərdən mü­dafiəsi və hədsiz borcların xəbərdar edilməsi üçün Alma­niyada kredit-maliyyə müəssisələrinin müştərək təş­kilat­ları yaradılmışdır. Hal- hazırda doqquz müstəqil cəmiyyət fəaliyyət göstərir. Onlar kreditlərin təminatı üzrə federal cəmiyyətdə birləşmişlər.
AFR və ADR-in valyuta, iqtisadi və sosial ittifaqının yaradılması barədə 1990-ci il 18 may tarixli Dövlət müqa­vi­ləsi ilə AFR və ADR pul-kredit sistemlərinin birləş­mə­sindən sonra AFR markası 1990-cı il iyulun 1-dən bütün Almaniya ərazi­sin­də yeganə qanuni ödəniş vasitəsi oldu. Mərkəzi bankın mone­tar tənzimlənmə və digər funk­siyaları bütün ölkə ərazi­sində «Bundesbanka» keçdi. Şərqi Alma­ni­yanın xüsusiləşmiş banklar sistemi bazar iş prinsiplərinə keçmiş, kapitalla bağlı əməliyyatların məh­dudiyyətləri ara­dan qal­dırıl­mış, kredit-depozit əmə­liy­yatlar üzrə faiz dərəcə­lərinin sərbəst müəyyən­ləş­diril­məsi nəzərdə tutulmuşdur. Əmək haqqı, mükafatlar və rentalar 1:1 kursu ilə AFR markasına yenidən hesablanmışdır. Keçmiş ADR rezident­lərinə nağd pulları 1:1 kursu ilə dəyiş­dir­mək icazəsi yalnız müəyyən məhdudiyyətlərlə ve­rilirdi. Valyu­ta­nın mübadilə tarixində 14 yaşı tamam olmayanlara 2000 markaya qədər məbləğdə, yaşı 14-dən 58-ə qədər olan­lara 4000 markaya qədər məbləğdə nağd pulu 1:1 nis­bətində dəyiş­dir­mək icazəsi veirilirdi. Şərqi torpaqların daha yaşlı sakin­lə­rinə isə 6000 markaya qədər nağd pulu 1:1 nisbətində müba­dilə etmək icazəsi verilirdi. Keçmiş ADR rezidentlərinin maliy­yə aktivləri və öhdəlikləri AFR markasına 2:1 nisbətində dəyiş­dirilirdi. Qeyri- rezi­dent­lərin aktivləri də həmin paritetlə mübadilə olunurdu. Lakin bu, 1989-cu il dekabrın 31-dən sonra yaranmış aktivlərə aid deyildi. Onlar 3:1 nisbətində mübadilə olunurdu.
«Bundesbank»ın təşkilati strukturunda dəyişikliklər etmək və federal bank haqqında qanuna düzəlişlər tətbiq etmək zərurəti yarandı. 1991-ci ilin iyulunda bundesrat qanun layihəsini səs çoxluğu ilə bəyənib təsdiq edilmək üçün təqdim etdi. Qanun layihəsinə əsasən, «Bun­desbank» fede­ral bank haqqında qanunda müəy­yən­ləşdirilmiş normalara riayət etməli idi. Bu isə hər bir torpaqda yalnız bir ərazi idarə­etməsinin mövcudluğunu nəzərdə tuturdu («bir federal torpaq – bir mərkəzi bank» prinsipi). Eyni zamanda qanun layihəsi bir neçə federal torpaq üçün bir ərazi idarəetmə orqanının yaradılma imkanını istisna etmir və bu məsələnin qəti həllini əla­qədar torpaq hakmiyyətlərinin ixtiyarına həvalə edirdi.
1992-ci il noyabrın 1-dən etibarən federal bank haqqında qanunun qəbul edilmiş dəyişikliklərinə uyğun olaraq Alman federal bankının təşkilat strukturu birləşmiş Alma­niya­nın dövlət quruluşunun nəzərə alınması şərti ilə dəyişdirildi. Torpaqların mərkəzi banklarının sayı doqquza düşdü. Onların beşi iki-üç federal torpağa şamil edilən səlahiy­yətlərə malikdir.
1991-ci ilin dekabrında Maastrixt şəhərində avro­nun mərhələli şəkildə tətbiq edilməsi barədə Müqavilənin imza­lan­masından sonra alman pul sistemində radikal dəyişikliklər başladı. Avropa birliyi ölkələri öz valyuta- iqtisadi siyasə­tlə­rini konverqensiya kriteriyalarının yerinə yetirilməsinə yönəlt­məyə başladılar. 1994-cü ildə yanvarın 1-də Avropa valyu­ta institutunun əsası qoyuldu. 1999-cu il yanvarın 1-də Avropa ittifaqının 15 ölkəsindən 11-i qeyri-nağd avronu tət­biq edərək, öz valyutalarının kurslarını yeni vahid valyutaya nəzərən qeyd etdilər. Artıq 2002-ci ilin birinci yarısında 12 ölkə avronu nağd dövriyyəyə tətbiq edərək öz milli pul vahidlərindən imtina etdi. Beləliklə, 2002-ci ildə AFR markadan imtina edərək vahid Avropa valyutasına keçdi.
1999-cu ildən sonra «Bundesbank» artıq monetar siya­sətdə aparıcı rol oynamırdı. O, bu rolu Avropanın mər­kəzi bankına verərək, özü mərkəzi bankların Avropa siste­mi­nin sistem yaradan elementi oldu. Nağd avronun tətbiqindən sonra «Bundesbank»ın yeni funksiyası mar­kanın yox, avro­nun emissiyasıdır. Qalan məsələlərdə isə Alman federal bankı yenə də alman və Avropa monetar siyasətinin lokomotivi olaraq qalır.

0 şərh