5.1. Müasir mərhələdə Böyük Britaniyanın iqtisadi inkişafının xüsusiyyətləri

Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığı dünyanın ən inkişaf etmiş ölkələrindəndir. Sahəsi (Böyük Britaniya adası, Irlandiya adası şimali –şərq hissəsi, Men adası və Normand adaları) 244 min kvadrat km-dir. Əhalisi 56,1 milyon nəfərdir. Əhalinin 80%-i ingilislər, 15%-i şotland­lar, uelslilər və irlandiyalılardır.
Sənaye çevrilişini baş­qa ölkələr­dən tez həyata keçirən Böyük Britaniya XX əsrin əvvəlində öz inhisarçı mövqeyini itirdi. Böyük Bri­ta­niya əsrin ilk onillik­lə­rin­də ÜDM-in ölçüsünə görə Alma­niya ilə ikinci - üçüncü yerləri bölüş­dür­müş, Almaniyanın Ikinci dünya müha­­ribəsindəki məğ­lubiyyətindən sonra isə ikinci yerdə yerləşmiş­dir. Lakin XX əsrin ikinci yarısından 1990-cı illərə qədər Böyük Britaniya iqtisadi inkişaf sürətinə görə əsas rəqibələrindən nə­zərəçarpacaq dərəcədə geridə qalırdı. Artıq 1950-ci illərin əvvəlində AFR ÜDM-in ölçü­sünə görə onu üçüncü yerə sıxışdırdı. On il sonra Yaponiya, 1960-cı illərin sonunda isə Fransa da Böyük Britaniyanı qabaqladı. 1990-cı illərdə Italiya bu göstərici üzrə Böyük Brita­niyaya daha çox yaxınlaşdı (bəzi rəylərə görə qabaq­ladı). Keçən yüzilliyin axırında ABŞ, Yaponiya, Almaniya və Fransa sənayenin istehsalına görə də Böyük Britaniyanı üstələdi.

YearGross domestic productUS dollar exchangeInflation index
(2000=100)
Per Capita Income
(as % of USA)
1925 4,466 £0.21 61.79
1930 4,572 £0.21 66.08
1935 4,676 £0.20 85.67
1940 7,117 £0.26 74.28
1945 9,816 £0.25 50.93
1950 13,162 £0.36 38.26
1955 19,264 £0.36 42.54
1960 25,678 £0.36 47.86
1965 35,781 £0.36 49.96
1970 51,515 £0.42 44.04
1975 105,773 £0.45 55.54
1980 230,695 £0.42 43 78.57
1985 354,952 £0.77 60 46.84
1990 557,300 £0.56 76 76.62
1995 718,383 £0.63 92 71.84
2000 953,576 £0.65 100 72.29
2005 1,209,334 £0.54 107 90.17

1993-cü ildə Böyük Britaniyanın iqtisadiyyatında yüksəliş başladı. Bu, müharibədən sonrakı dövrün ən dinamik yüksəlişi idi. 1998-ci ilə qədər isə AB-nin digər aparıcı ölkələri ilə müqayisədə daha intensiv idi. 2000-ci ildə yüksəliş hələ saxlanırdı. Əgər 1993 -1998-ci illərdə ÜDM artımı orta hesabla 2,7%, 1999-cu ildə isə 2,2% idisə, 2000-ci ildə bu göstərici 3,1% olmuşdur. Ümum­dün­ya resessiyası Böyük Britaniya tərəfindən tez bir za­manda dəf edilmiş və 2003-cü ildə 2,5% tərtibində yaxşı iqtisadi artım qeyd olunmuşdur (cədvəl 5.1.).
Cədvəl 5.1
ÜDM dinamikası (əvvəlki  ilə nəzərən
artım sürəti %-lə)

1991

1992

1993

1994

1995

1996

1997

1998

1999

2000

2001

2002

2003

-2,0

-0,5

2,0

2,4

2,8

2,3

3,3

2,6

2,2

3,0

2,0

1,6

2,5

2001-ci ildə yüksəlişin intensivliyi aşağı düşdü. Bu, əsasən ABŞ iqtisadiyyatının vəziyyəti ilə (Britaniya ixracının 17%-i məhz ABŞ-a istiqamətlənir), həmçinin dünya neft baza­rında qiymətlərin konyunkturası ilə müəy­yənləşirdi. Proq­nozlara görə, 2001-ci ildə ÜDM 2,3 -2,8%, emaledici səna­ye­də istehsal isə 1,8-2% artmalı idi. Lakin ABŞ-dakı terror aktlarından sonra bir çox ingilis iqti­sadçıları 2001 və 2002-ci illər üçün Böyük Britaniya iqti­sa­diy­yatının inkişaf perspek­tivlərini pessimistcəsinə qiy­mət­ləndirirdilər. «Merrill Lynch» ekspertləri 2001-ci il üçün ÜDM-in artım proq­nozunu 2,3%-dən 1,9%-ə sal­mışlar.
Əvvəlki illərdə olduğu kimi, 2001-ci ildə də daha böyük artım dinamizmi xidmətlər sferasında müşahidə olu­nu­rdu. Emaledici sənayedəki istehsal 1,5% artmışdır. Mal-qaranın məsaməli ensefalitə («inək quduzluğu»), sonra isə dabaq xəstəliyinə tutulması  kənd təsərrüfatına böyük ziyan vurdu. Avropa Birliyi canlı mal- qaranın və bütün növ ət-süd məhsullarının Britaniyadan ixracına qadağa qoydu.
2000-ci ildəki yüksəlişin mühüm faktoru istehlak xərclərinin böyük artımı idi (-3,5%). Uzunmüddətli istifadə mallarına və yüksək texnologiyalı sahələrin məhsullarına əhalinin xərcləri artdı. Istehlak xərclərinin 2001-ci ildə 3,4-3,5% artacağı planlaşdırılırdı və bu, əsasən məşğulluğun geniş­ləndirilməsi, əhalinin real gəlirlərinin artımı hesabına olmalı idi. Lakin 2001-ci ilin birinci yarısında bu göstərici yalnız 3,0% (2000-ci ilin birinci yarısında 3,8%) oldu.
Beləliklə, əvvəlki dövrlə müqayisədə, Böyük Brita­ni­yanın 2001-ci ildəki iqtisadi inkişafında açıq-aşkar ya­vaşıma nəzərə çarpırdı. 2001-ci ilin birinci yarısında ÜDM  2001-ci ilin analoji dövrü ilə müqayisədə 2,3% artdı. Bu isə ümu­mi­likdə 2000-ci ilin səviyyəsindən aşağıdır. Iqtisadi inki­şaf sürə­tinin azalması  2000-ci ilin ikinci yarısı ilə müqa­yi­sədə daha çox nəzərə çarpır. 2000-ci ilin ikinci yarısı ilə müqayisədə nəzər­dən keçirdiyimiz dövrdə ÜDM artımı yalnız 0,8% təşkil etmişdir.
2000 və 2001-ci illərdə Böyük Britaniyada inflasiya səviyyəsi aşağı idi. Istehlak qiymətlərinin indeksi 2000-ci ildə cəmi 2,4% yüksəlmişdir (müqayisə üçün qeyd edək: 1999-cu ildə 2,0%, 1998-ci ildə 2,4%, 1997-ci ildə 3,1% və 1996-cı ildə 2,5%). Lakin 2001-ci ilin əvvəlində baza inflyasiyası 1976-cı ildən sonra ən aşağı səviyyəyə düşdü (Milli statistika bürosu bu göstəricini müasir metodika üzrə hesablamağa başladığı zaman). Böyük Britaniyada baza inflyasiyasını ipoteka kre­dit­ləri üzrə faiz ödənişlərinin nə­zərə alınmaması şərtilə pərakəndə qiymətlərin artımı kimi müəyyənləşdirirlər. Inflya­si­yanın azalması əsasən infor­ma­siya texnologiyala­rı­nın tətbiqi nəticə­sin­də əmək məh­suldarlığının artımı ilə (1993-1999-cü illərdə bu sahəyə yatırılan investisiyalar 3 dəfə artmışdır) və qlobal­laş­manın, vahid AB bazarının formalaş­masının təsiri nəticə­sin­də rəqa­bətin kəskinləşməsi ilə izah olunur. Inflyasiya tenden­­siyalarının artımı, həm də funtun avroya nəzərən yüksək kursu ilə saxlanırdı. Qeyd etmək lazımdır ki, 2001-ci ilin birinci yarısında ərzaq qiymətlərinin kəskin artımı baş verdi və eyni zamanda daşınmaz əmlakın və onun sax­lanma xidmətlərinin qiymətlərinin artım sürəti aşağı düş­dü. Belə ki, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə ərzaq qiymətləri 3,6% yüksəldi. Daşınmaz əmlakın və onun sax­lanma xidmətlərinin qiymət­ləri isə il hesabı ilə 3,3% artdı. Bu isə 2000-ci ilin analoji dövrünün səviyyəsindən çox aşağıdır – 4,4%.
Böyük Britaniyanın antiinflyasiya siyasətinin əsas elementi faiz dərəcələrinin dəyişilməsidir. Ingiltərə Ban­kının (Bank of England) valyuta siyasəti üzrə Komitəsi 1997-ci ilin mayından 1998-ci ilin iyununa kimi faiz dərə­cələrini 6%-dən 7,5%-ə qədər artırırdı. Lakin 1998-ci ilin yayında –payızında Ingiltərə Bankı öz siyasətini dəyişdi. Inflyasiya təzyiqi zəif­lə­di­yinə və iqtisadiyyatda enmə təh­lükəsi artdı­ğı­na görə Ingiltərə Bankı faiz dərəcələrini azaltmağa başladı. Bundan başqa, Böyük Britaniyada və vahid valyutanın tətbiqi barədə qərar çıxaran AB ölkə­lə­rində dərəcə səviyyələrindəki uyğun­suz­luq­la­rın azaldılma kursu da tətbiq olunmuşdur. 1998-ci ilin oktya­brın­dan 1999-cu ilin mart ayına kimi baza faiz dərəcəsi 7,5%-dən 5,5%-ə qədər azaldılmışdır. Artıq  2001-ci ildə Ingiltərə Bankı uçot dərə­cə­sini dörd dəfə nəzərdən keçi­rə­rək azaltdı (fevral -5,75%, mart – 5,5%, aprel – 5,25%, avqust – 5,0%).
Böyük Britaniyada işsizlik səviyyəsinin dina­mi­kası müsbət tendensiyaya malikdir. Əgər 1996-cı ildə işsizliyin səviyyəsi (işçi qüvvəsi sayının faiz tərtibi ilə) 7,2% təşkil edirdisə, 1997-ci ildə 5,5%, 1998-ci ildə isə 4,7% idi. Artıq 1998-ci ildə bu göstərici Avropanın digər ölkələri ilə müqayisə­də daha aşağı idi (1998-ci ilin dekab­rında orta hesabla 10,8%). 1999-cu ilin yanvar ayından dekabr ayına kimi işsizlik 4,3%-ə qədər azalmışdır. Işləri olmayan və işsizliyə görə yardım üçün müraciət edənlərin payı 4,6%-dən 4%-ə qədər azalmışdır. Təhsil səviyyələri və peşəkar hazırlıqları aşağı səviyyədə olanlar arasında işsizlərin sayı daha çox idi. Işə düzəlmə ilə bağlı prob­lemlər daha çox yaşı 24-ə qədər olan cavanlarda müşa­hidə olunurdu. Ayrı –ayrı regionlarda işsizliyin səviy­yəsindəki böyük uyğunsuzluq hələ də qalmaqda davam edirdi. Ingiltərənin şimal-şərqində, Şimali Irlandiyada və Şotlan­diyada işsizliyin səviyyəsi daha yüksək idi.
2000-ci ildə ölkədəki işsizlik 1975-ci ildən sonra ən minimal səviyyəyə gəldi– işçi qüvvəsinin sayının 3,7%-ə qədər azaldı. Işləyənlərin sayı il ərzində 1,2% artdı. 1995-ci ildən başlayaraq 1,6 milyon yeni iş yeri açılmışdır. 2000-ci ildə iqtisadiyyatda işləyənlərin ümumi sayı son 16 ildə ən böyük olmuşdur. Elə həmin ildə real əmək haqqı 5% artdı, əhalinin malik olduğu gəlir, yəni vergilərin çıxılmasından sonra qalan gəlir 4,5% artdı.
Əmək bazarındakı vəziyyət 2001-ci ilin birinci yarı­sın­da ümumilikdə kifayət qədər əlverişli idi. Ölkə iqtisa­diyyatında məşğulların sayı 29,2 milyon nəfərə çatdı, rəsmən qeydiyyat­dan keçmiş işsizlərin sayı isə 1 milyon nəfərə qədər azaldı. Bu isə son 20 il üçün Britaniya iqtisadiyyatının rekord göstəricisi­dir. Bu, əsasən məş­ğul­luğun artması üzrə hökumət proqramla­rının reallaş­dırıl­ması (o cümlədən gənclər ara­sın­da), həmçinin bələdiyyə səviy­yəsində ictimai işlərin genişlən­diril­məsi ilə əlaqə­dardır (yolların yenidən qurulması, ərazi­lərin təmizlən­məsi və abadlaşdırılması, başqaları). Bununla belə, 2001-ci ilin birinci yarısında bir işləyənin hesabında əmək məh­suldarlığı 2000-ci ilin analoji dövrü ilə müqayisədə yalnız 2% artmışdır. 2001-ci ilin birinci yarısında əhalinin real pul gəlirlərinin artımı yavaşıdı. Onlar 2000-ci ilin birinci yarım ilinin 3,3%-ə qarşı yalnız 2,3% artdı. Bu isə əhalinin son istehlak xərclərinin artımının 3,1%-ə qədər azalmasına gətirib çıxardı (əvvəlki ilin birinci yarısında bu göstərici 3,9% olmuşdur). Ümu­milikdə 2001-ci ildə işsizliyin səviyyəsi 5% təşkil etdi, 2002-ci ildə isə, demək olar ki, dəyişməz qaldı (5,1% səviyyəsində).

2001-ci ilin avqustunda əhalinin sayı tarixdə ilk dəfə olaraq 60 milyon nəfəri keçdi. Milli statistika büro­sunun mütəxəssislərinin fikrincə, artımın əsas səbəbləri həyatın davamlılığının uzanması və immiqrasiyanın yük­sək səviyyəsi idi. Hökumətin immiqrasiya siyasətində əsas diqqət ixtisas­laşmış kadrların müxtəlif ölkələrdən cəlb edilməsinə yönəldilir. Indiki zamanda ölkəyə gələn işçi qüvvəsinin əsas his­səsini Avropa Birliyi ölkələrindən olan immiqrantlar – həkim­lər, tibb bacıları və kompyuter mütə­xəs­sisləri təşkil edir.
Xarici iqtisadi əlaqələr. Böyük Britaniyanın maraq­ları, əsasən, Qərbi Avropaya, ABŞ-a və Yaponiyaya istiqa­mətlən­miş­dir. Inkişaf etməkdə olan ölkələrin payı azal­mışdır, hər­çənd inkişaf etmiş digər ölkələrlə müqa­yisədə bu göstərici daha böyükdür. XX əsrdə xidmətlərin ixrac strukturunda cid­di irəliləyişlər baş verdi. Bu sahədə Böyük Britaniya ABŞ-dan sonra ikinci yeri tutur. Ölkə əsas gəlirini hüquq və müha­siblik xidmətləri daxil olmaqla işgüzar xidmətlərin ixracından əldə edir. Özəlləşmə sa­hə­sində  Britaniya bank­larının məslə­hətçi xidmətlərinə böyük tələbat var. Kompyuter və infor­masiya xidmətlərinin ixracı daha sürətlə inkişaf edir.
1995-ci ildən 2001-ci ilə kimi cari əməliyyatlar üzrə ödəniş balansının saldosu mənfi idi. Yalnız 1997-ci il istisna təşkil edirdi (cədvəl 5.2).
Cədvəl 5.2
Ödəniş balansının cari hesab saldosu,
milyard funt sterlinq

1995

1996

1997

1998

1999

2000

2001

-3,7

-0,6

6,6

-0,1

-11,0

-14,0

-21,8

2000-ci ildə iqtisadiyyatın ümumi yüksəlişi xarici məhsula olan tələbatı artırdı. Mal və xidmətlərin idxalı onların ixracını üstələdi və bu da ticarət balansının böyük kəsirinə gətirib çıxardı. Cari əməliyyatlar üzrə ödəniş balansının mənfi saldosu ÜDM-in 1,5%-nə gəlib çatdı. Eyni zamanda, birbaşa investisiyaların ixracı da kəskin şəkildə artdı. Britaniya şirkətləri beynəlxalq birləşmə və udulma proseslərində aktiv şəkildə iştirak edirdilər. Bununla belə, Böyük Britaniya xarici investisiyaların cəlb edilmə sahəsində də ilk yerlərdən birini saxlaya bildi. Əsas kapitala şəxsi yatı­rım­lar il ərzində 2,5% artdı. Isteh­sal investisiyalarının artımı az idi –cəmi 1,5%. Lakin əvvəlki illərdə iqtisadiyyata qoyu­lan şəxsi kapital ya­tırımları çox böyük sürətlə artmış, 1998-ci ildə 13,8%, 1999-cu ildə 7,6% yüksəlmişdir. Məhz bu sə­bəb­dən də 2000-ci ildə istehsal investisiyalarının payı 14,5%-ə qədər yüksəlmişdir. Bu, 40 ilin rekord göstəricisi idi.
Lakin 2000-ci ilin böyük hissəsində funtun vahid Avropa valyutasına nəzərən yüksək kursu saxlandığına görə və ölkə Avropa zonasında iştirak etmədiyinə görə xarici biznes üçün cəlbediciliyini itirməyə başladı. Əgər 1999-cu ildə Britaniya «cəlbedicilik» kateqoriyasına görə ABŞ-dan sonra ikinci yerdə idisə, 2000-ci ildə onu Çin və Braziliya da qabaq­ladı. Bundan başqa, Sony, Panasonic və Hitachi kimi yapon şirkət­ləri də öz Britaniya müəs­sisə­lərində istehsalın məhdud­laş­dırılması barədə niyyətlərini bildirdilər. BMW Brita­niyanın «Rover» avtomobil şirkətini Böyük Brita­niyanın şəxsi investorlar qrupuna satdı.
2001-ci ildə xarici tələbat dinamikasının yavaşıması qeyd olunurdu. Əsas ticarət bazarında işgüzar aktivliyin azal­ması ilə bağlı ümumdünya tendensiyasının təsiri nəti­cəsində Bri­taniya ixracının birinci yarım ildəki artım sürəti 2000-ci ilin analoji dövrü ilə müqayisədə daha aşağı idi (8,3%-ə qarşı 6,3%).
1945-ci ildə dekabrın 27-də Böyük Britaniya Bey­nəl­xalq Valyuta Fondunun aktiv üzvü olaraq kvotaların ölçü­sünə görə ABŞ-dan sonra ikinci yeri tutdu. Lakin zaman keç­dikcə Böyük Britaniyanın BVF-dəki kvotası tədricən aşağı düşürdü və 1999-cu ildə ölkə bu göstərici üzrə dör­dün­cü yeri Fransa ilə bölüşdürərək ABŞ-ı, Ya­poniyanı və Alma­niyanı özündən irəliyə buraxdı.1999-cu ildə Brita­niyanın BVF-dəki kvotasının ölçüsü 10,738 milyard SDR idi.
Keçən yüzillikdə Böyük Britaniyanın xarici iqtisadi əlaqə­lərinin mühüm bir xüsusiyyəti - xaricdə hərtərəfli «təsər­­rüfat periferiyasına» malik olmaq xü­susiyyəti qal­maqda davam edir və bu xüsusiyyət Böyük Britaniyanı ABŞ-a daha da yaxınlaşdırırdı. Avropanın digər iri ölkə­lərindən və Yaponiyadan fərqli olaraq, Böyük Britaniyanın beynəlxalq istehsalata cəlb edilməsi dünya ticarətinə cəlb edilməkdən daha yüksəkdir. Birbaşa xarici inves­tisiyalarda Britaniyanın transmilli şirkətlərinin payı (2000-ci ildə bazar kapitallaş­masının ölçülərinə görə Avropanın 500 iri şirkətindən 146-sıdır) ölkənin dünya ticarətindəki payından təqribən 2,5 dəfə çoxdur. XX əsr boyunca Britaniya şirkətlərinin kapital yatırımlarının inkişaf etmiş ölkələrə tərəf yerdəyişməsi baş verir və bu investisiyaların sahə strukturu dəyişilirdi. Onlarda emaledici sənayenin payı üçdə ikiyə çatmışdır.
Ölkənin Avropa zonasına daxil olması, Avropa in­teqrasiyasının dərinləşməsində və AB-nin geniş­lən­məsində Britaniyanın iştirakı kimi məsələlər Britaniyanın daxili siyasi həyatında qalmaqda davam edirdi. Dani­markada 2000-ci ilin sentyabrında keçirilən referendumun nəticələri, əhalinin əksər hissəsinin Avropa zonasına qarşı çıxması Böyük Britaniyada vahid Avropa valyutasına qarşı çıxanların güclü mövqelərini daha da gücləndirdi. Bununla belə, ölkənin xarici ticarət dövriyyəsində avronun geniş istifadəsi Avropa monetar ittifaqa daxil olmağın xeyrinə əsas arqument kimi çıxış edir.

0 şərh