8.2.3.Italiyanın bank institutları sistemi
Italiyanın bank sistemi müasir mərhələdə güclü dağınıqlığı ilə xarakterizə olunur. Italiya banklarının heç biri Avropanın iri banklarının onluğuna daxil deyil. Italiyanın üç iri bankının payına yerli bazarın cəmi 20%-i düşür. Bu bankları heç sistemyaradıcı banklar da adlandırmaq olmaz. Bunlar 2000-ci ildə birləşmə nəticəsində yaranmış IntesaBCI, 2001-ci ilin oktyabrında yenidən təşkil olunmağa başlamış UniCredito Italiano və SanPaolo IMI banklarıdır.
Ardı →