Рейтинг
+24.68

Xarici ölkələrin maliyyə-kredit sistemi

20 üzv, 49 topik

1.2.2.Valyuta sistemi: anlayışı, strukturu və təkamülü

Dünya birliyində valyuta münasibətlərinin nizam­lanması dünya valyuta sisteminin genezisi çərçivəsində hə­yata keçirilirdi. Dünya valyuta sistemi beynəlxalq val­yuta-iqtisadi münasibətlərinin dövlətlərarası razılaşmalarla bərki­dilmiş təşkilat formasıdır. Istənilən başqa sistem kimi valyuta sistemi də özündə bir sıra elementləri birləşdirir:


  • valyutanı;
  • konversiya edilmə şərtlərini;
  • valyuta paritetini;
  • dəyişmə kursunun rejimini;
  • valyuta məhdudiyyətlərini, valyuta nəzarətini;
  • beynəlxalq valyuta likvidliyinin tənzimlənməsini;
  • dövriyyədə beynəlxalq kredit vasitələrinin istifadə olun­ma qaydasını;
  • beynəlxalq hesablaşma qaydasını;
  • valyuta bazarının və qızıl bazarının rejimini;
  • valyuta münasibətlərini idarə edən və tənzimləyən or­qan­­ları.

Valyuta dövlətin və ya dövlətlər qrupunun sərhəd­ləri xaricində və daxili bazarında dövr edən pul vahididir. Bu nöqteyi — nəzərə görə, valyuta aşağıdakı mənala malikdir:


Ardı →

2.2.3. ABŞ-da bank və digər maliyyə-kredit müəssisələri sistemi

ABŞ-ın bank sisteminin müasir vəziyyəti qlobal­laşma və beynəlmiləlləşmə proseslərinin dərinləşməsi və transmilli şirkətlərin artımı ilə xarakterizə olunur. Iri bankların sayına görə liderlik edən ştatlar Kaliforniya, Illinoys, Nyu-York, Pensilvaniya, Texas və Floridadır. Bu ştatlar əlverişli coğrafi vəziyyətinə, inkişaf etmiş səna­yesinə və TNK-ların çoxsay­lılığına görə fərqlənirlər.
Bütün kommersiya bankları hüquqi statusuna görə milli və ştat banklarına bölünürlər. Birincilər federal hö­­kumət tərəfindən, ikincilər isə ştat hakimiyətləri tə­rəfindən lisenzi­ya­laşdırılır və nəzarət olunur. Rəqabətin güc­lənməsi şəraitində kommersiya banklarının yapon bankları ilə qovuşmaları nəticəsində Amerikanın bank institutlarının sayı daima dəyi­şir. Belə ki, 1994-cü ilin axırında kommer­siya bankların sayı 40,9 min idisə, 1998-ci ilin sonunda 8871 idi.


Ardı →

2.2.2. Federal ehtiyat sistemi

1913-cü ildə Federal ehtiyat sistemi (FES) haqqında qanunun qəbul edildiyi dövrdə ABŞ-da 20000 bank fəaliyyət göstərirdi. Onların 7000-i emissiyalı milli banklar idi, qalanları isə öz ştatlarının qanunları ilə fəaliyyət göstərir və banknot­la­rın emissiya hüququna malik deyildilər. ABŞ-ın bütün ərazisi 12 dairəyə bölünmüşdür. Hər bir dairədə kapitalı 4 milyon dollardan az olmayan federal ehtiyat bankı təsis edilmişdir. Əvvəllər Federal ehtiyat sisteminin əsas məqsədi bank böh­ran­larında və birja çaxnaşmalarında banklara kömək etməkdən ibarət idi. 1914-cü ildən 1922-ci ilə qədərki dövrdə on iki federal ehtiyat bankının rəsmi nümayən­dələri dövri şəkildə məsləhətçi görüşlər və iclaslar keçirirdi. Bu iclaslarda monetar siyasətin istiqamətləri ha­zırlanırdı. Federal ehtiyat sisteminin təşəkkülü döv­ründə ictimai -siyasi faktorlar federal ehtiyat ban­k­larına bu təşkilatın fəaliyyətində əsas rol oynamaq imkanı verirdi.


Ardı →

2.2.1. ABŞ-da pul-kredit sisteminin yaranma tarixi

Müasir ABŞ ərazisində pul-kredit sisteminin for­ma­laşması məşhur Federal ehtiyat sisteminin yaran­ma­sın­dan çox — çox əvvəl baş vermişdir. 1690-cı ildə Massa­çusets kör­fə­zinin koloniyası ilk dəfə qısamüddətli kağız öhdəliklər (Short bills) buraxmışdır. Hökumətin qısa­müddətli öhdəlikləri ilə banknot­lar arasında orta mövqedə duran bu kağızların məqsədi Kana­da­ya yola düşən hərbi ekspedi­siyanı maliy­yələşdirmək idi. Lakin bu, birdəfəlik cəhd idi və dövriyyədə ingilis funt ster­linq­lərinin və ispan gümüş dollarlarının istifadəsi yenə də üstünlük təşkil edirdi.


Ardı →

1.3.2. Vergi sistemi: mahiyyət və məzmun

Vergi sistemi müəyyən qayda ilə yığılan vergilərin, rüsum­ların toplusunu, onların müəyyənləşdirilmə, dəyiş­diril­mə, ləğv edilmə, hesablanma və ödənmə prinsipləri və qayda­la­rının, vergi ödəyicilərinin, vergi orqanlarının və vergi qanun­vericiliyi ilə tənzimlənən münasibətlərin digər iştirakçılarının hüquq və vəzifələrinin, o cümlədən vergi nə­zarətinin forma və üsullarının, vergi qanunvericiliyinin po­zulmalarına görə məsuliy­yətin müəyyənləşdirilməsini ifadə edir. Vergi sistemləri aşağıdakı prinsiplər əsasında qurulur:


Ardı →

1.3.1.Büdcə quruluşu və büdcə sistemi

Dövlətin maliyyə-kredit sisteminin təşkilində büdcə sis­te­mi mühüm yer tutur. Büdcə sistemi dedikdə, iqtisadi müna­si­bət­lərə və hüquq normalarına əsaslanan bütün səviy­yəli büd­cə­lərin toplusu nəzərdə tutulur. Büdcə sis­te­minin təşkili və quruluş prinsipləri büdcə quru­lu­şunu təmsil edir.
Müxtəlif ölkələrin büdcə quruluşu onların dövlət quru­luşu, ərazi-inzibati bölgüsü, iqtisadiyyatın inkişaf səviy­yəsi və onun struktur elementləri ilə şərtlənir. Dövlət idarə­etməsinin iki forması məlumdur: unitar və federativ. Unitar dövlətlərdə (Böyük Britaniya, Fransa, Italiya, Yaponiya və başqaları) idarəetmə iki hissədən – mərkəzi və yerli hissələrdən ibarətdir. Fede­ra­tiv dövlətlərdə (ABŞ, Ka­nada, AFR, Isveçrə və baş­qaları) idarəetmə üç his­sədən ibarətdir – mərkəzi, federasiya üzvləri və yerli.


Ardı →

1.2.1.Pul sistemi: mahiyyət və struktur

Pul sistemi — ölkədə pul dövriyyəsinin tarixən tə­şək­kül ta­p­mış və qanunvericiliklə təsbit olunmuş qu­ru­luşudur. Pul siste­mi­nin əsas elementi pul kimi iqtisadi ka­te­qoriyadır. Pullar xüsusi növ mal olub, bir sıra funk­si­yaları yerinə yetirən ümumi bir ekviva­lentdir:


  • dəyər ölçüsü – müxtəlif mal və xidmətlərin də­yər­lərinin ölçülməsi və müqayisə edilməsi üçün istifadə olunur. Malların pulla ifadə olunmuş dəyəri onların qiy­mətini təşkil edir. Qiymət miqyası elə bir mexanizmdir ki, dövlət bu mexanizm vasitəsilə pulların bu funksiyasını reallaşdırır;

  • yığım vasitəsi -  pulların istənilən anda öz nominal dəyə­rini itirmədən ödəniş vasitəsi kimi istifadə oluna bilmək qabiliy­yətidir (mütləq likvidlik);

  • dövriyyə vasitəsi – pulların mal və xidmətlərin hə­rə­kətində vasitəçi rolunu oynamaq qabiliyyəti, həmçinin digər ödə­niş əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olun­ma­sıdır;

  • ödəniş vasitəsi – mal və xidmətlərin kreditlə sa­tı­şında, yəni möhlətli ödəniş zamanı meydana çıxır. Bu funk­siyanın mənbəyini kredit və bu  iqtisadi münasibət əsasında əmələ gəlmiş borc öhdəlikləri təşkil edir;

  • beynəlxalq pullar – mal, xidmət və kapitalın bey­nəl­xalq dövriyyədə istifadə olunmaq imkanı, bütün funk­siyaları təkcə bir dövlət çərçivəsində yox, bütün dünya birliyi çərçivəsində yerinə yetirməsidir. Müasir mərhələdə pul vahidlərinin heç biri göstə­rilən funksiyanı tam mənada yerinə yetirmir.

Ardı →

1.1.2. Kredit sisteminin iqtisadi mahiyyəti

Ödənişlik prinsipi nəzərdə tutur ki, borcalan kre­di­tordan aldığı pulu müəyyən faizlə  (kredit haqqı ilə) geri qaytaracaq.
Müddətlilik prinsipi maliyyə resurslarının borcalan tərə­findən kreditora qaytarılmasında müddətliliyi əks et­dirir. Kredit müddətlilik prinsipinə görə qısamüddətli (1 ilə qə­dər) və uzunmüddətli (1 ildən çox) kimi təsnifatlana bilir.
Təminatlılıq prinsipi kreditora hüquq verir ki, borc­alandan onun borcunu faizlə qaytarmaq öhdəliyinin təmin edilməsini tələb etsin. Bir çox hallarda təminat formasında daşın­maz əmlak obyektləri çıxış edir. Lakin 1997-ci ildə Yaponiyada daşınmaz əmlak qiymətlərinin kəskin şəkildə aşağı düşməsi səbəbindən yaranan bank böhranı təminat portfelinin diversifikasiyasının zəruriliyini təsdiq etdi.


Ardı →

1.1.1.Maliyyə sistemi: anlayışı və elementləri

«Maliyyə sistemi» anlayışı «maliyyə» anlayışının mən­ti­qi davamıdır. Maliyyə təmiz gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə və dövlət funksiyalarının, geniş­lən­­di­ril­miş tək­­rar istehsalın yerinə yetirilməsi üçün istifadə olunan mər­kəz­ləş­diril­miş və mərkəzdənqaçan fondların formalaşdırılması ilə bağlı pul münasibətlərini əks etdirir. Maliyyənin aşağıdakı əlamətləri var:


  • maliyyənin yaranmasının zəruri şərti əmtəə-pul müna­sibətlərinin mövcudluğudur;

  • maliyyənin amiranə xarakteri. Bu əlamət maliyyə­nin mahiyyəti ilə bağlı mübahisəli məsələlərə aid edilir və maliyyə münasibətlərinə mütləq xarakter verən dövlətin aktiv iştirakını əks etdirir;

  • bölüşdürücü proseslərin vasitəli ifadəsi.

Ardı →