Рейтинг
+24.68

Xarici ölkələrin maliyyə-kredit sistemi

22 üzv, 49 topik

8.1. Italiyanın müasir iqtisadiyyatının inkişaf xüsusiyyətləri

Italiya öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin «böyük yeddiliyini» qapayır. Adambaşına ÜDM göstəricisi İtaliyada 39900 dollardır(nominal) Avropada iqtisadi cəhətdən dördüncü,dünyada isə 7-ci ən böyük  ölkə İtaliyadır.Düünyada ilk 10 ən böyük məhsul ixracatçısından biri də İtaliyadır. Buraada həyat səviyyəsi hətta ABŞ,Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür.Ən çox şərab ixrac edən,ən böyük turizm regionlarından olan,dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır.
Ardı →

2.2.1. ABŞ-da pul-kredit sisteminin yaranma tarixi

Müasir ABŞ ərazisində pul-kredit sisteminin for­ma­laşması məşhur Federal ehtiyat sisteminin yaran­ma­sın­dan çox — çox əvvəl baş vermişdir. 1690-cı ildə Massa­çusets kör­fə­zinin koloniyası ilk dəfə qısamüddətli kağız öhdəliklər (Short bills) buraxmışdır. Hökumətin qısa­müddətli öhdəlikləri ilə banknot­lar arasında orta mövqedə duran bu kağızların məqsədi Kana­da­ya yola düşən hərbi ekspedi­siyanı maliy­yələşdirmək idi. Lakin bu, birdəfəlik cəhd idi və dövriyyədə ingilis funt ster­linq­lərinin və ispan gümüş dollarlarının istifadəsi yenə də üstünlük təşkil edirdi.


Ardı →

2.1.ABŞ iqtisadiyyatının müasir vəziyyəti

ABŞ dünya iqtisadiyyatının sözsüz lideri olub, isteh­salda və iqtisadi inkişafda bütün ölkələri üstələyir. ABŞ sənaye mal və xidmətlərinin dünyada ən iri isteh­sal­çı­sıdır. Dünyanın ümumi ÜDM-də ölkənin payı 25%, dün­ya ixracında 12,6%-dir. 1996-cı ildən 2000-ci ilə qədər dövlətin real ÜDM artımı digər inkişaf etmiş ölkələrlə mü­qa­yisədə daha yüksək idi. 2000-ci ildə o 5% təşkil et­mişdir (Kanadada 4,7%, Almaniyada 3,1, Böyük Brita­niyada 3%). Bu, 1984-cü ildən sonra ən yüksək göstərici idi. Iqtisadi artım templərinin yüksəlməsinə ev təsərrüfatı sektorunda istehlak tələbinin artımı (5,3%) və ümumi yatırımların əsas kapitalda artımı (10,2%) səbəb olmuş­­dur. Qeyd etmək lazımdır ki, 2001-ci ildə ÜDM –in ar­tım tempi dərhal ikinci rübdə 5,6%-dən üçüncü rübdə 2,7%-ə  düşmüş (gözləndiyindən də güclü şəkildə – 3,6%) və son altı ildə ən aşağı səviyyəyə enmişdir. Gözlənilən 5,1% əvəzinə 2001-ci ildə iqtisadi artım 3% olmuşdur. Real ÜDM-in 1996-cı ildən 2001-ci ilə qədərki artım dinamikası Amerika iqtisadiy­yatının dövriliyini və 2001-ci ilin enişini təsdiq edir. Artıq 2002 və 2003-ci illərdə artım 2,3%-ə qə­dər azalmışdır (cədvəl 2.1.).


Ardı →

1.2.1.Pul sistemi: mahiyyət və struktur

Pul sistemi — ölkədə pul dövriyyəsinin tarixən tə­şək­kül ta­p­mış və qanunvericiliklə təsbit olunmuş qu­ru­luşudur. Pul siste­mi­nin əsas elementi pul kimi iqtisadi ka­te­qoriyadır. Pullar xüsusi növ mal olub, bir sıra funk­si­yaları yerinə yetirən ümumi bir ekviva­lentdir:


  • dəyər ölçüsü – müxtəlif mal və xidmətlərin də­yər­lərinin ölçülməsi və müqayisə edilməsi üçün istifadə olunur. Malların pulla ifadə olunmuş dəyəri onların qiy­mətini təşkil edir. Qiymət miqyası elə bir mexanizmdir ki, dövlət bu mexanizm vasitəsilə pulların bu funksiyasını reallaşdırır;

  • yığım vasitəsi -  pulların istənilən anda öz nominal dəyə­rini itirmədən ödəniş vasitəsi kimi istifadə oluna bilmək qabiliy­yətidir (mütləq likvidlik);

  • dövriyyə vasitəsi – pulların mal və xidmətlərin hə­rə­kətində vasitəçi rolunu oynamaq qabiliyyəti, həmçinin digər ödə­niş əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olun­ma­sıdır;

  • ödəniş vasitəsi – mal və xidmətlərin kreditlə sa­tı­şında, yəni möhlətli ödəniş zamanı meydana çıxır. Bu funk­siyanın mənbəyini kredit və bu  iqtisadi münasibət əsasında əmələ gəlmiş borc öhdəlikləri təşkil edir;

  • beynəlxalq pullar – mal, xidmət və kapitalın bey­nəl­xalq dövriyyədə istifadə olunmaq imkanı, bütün funk­siyaları təkcə bir dövlət çərçivəsində yox, bütün dünya birliyi çərçivəsində yerinə yetirməsidir. Müasir mərhələdə pul vahidlərinin heç biri göstə­rilən funksiyanı tam mənada yerinə yetirmir.

Ardı →

1.1.1.Maliyyə sistemi: anlayışı və elementləri

«Maliyyə sistemi» anlayışı «maliyyə» anlayışının mən­ti­qi davamıdır. Maliyyə təmiz gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi ilə və dövlət funksiyalarının, geniş­lən­­di­ril­miş tək­­rar istehsalın yerinə yetirilməsi üçün istifadə olunan mər­kəz­ləş­diril­miş və mərkəzdənqaçan fondların formalaşdırılması ilə bağlı pul münasibətlərini əks etdirir. Maliyyənin aşağıdakı əlamətləri var:


  • maliyyənin yaranmasının zəruri şərti əmtəə-pul müna­sibətlərinin mövcudluğudur;

  • maliyyənin amiranə xarakteri. Bu əlamət maliyyə­nin mahiyyəti ilə bağlı mübahisəli məsələlərə aid edilir və maliyyə münasibətlərinə mütləq xarakter verən dövlətin aktiv iştirakını əks etdirir;

  • bölüşdürücü proseslərin vasitəli ifadəsi.

Ardı →

4.2.3. Fransanın kredit-maliyyə sistemi

Fransanın kredit-maliyyə sisteminin fəaliyyəti 1984-cü ilin qanunu ilə tənzimlənir. O, üç səviyyədən ibarətdir: mər­kəzi bank (Fransa Bankı); kommersiya bankları; ixtisaslaşmış kredit-maliy­yə müəssisələri; investisiya, ipo­teka, xarici ticarət bank­la­rı, sığorta və maliyyə şirkətləri, pensiya fond­ları və başqa­la­rı.
Bank müəssisələri. Onlar kapital qoyuluşlarının kredit­ləş­məsində və maliyyələşməsində ixitisaslaşırlar. Fran­sız bank­la­rının payına ümumi milli məhsulun 4%-i düşür. Bu isə təq­ri­bən nəqliyyat, energetika və ya kənd təsərrüfatı kimi sahələrin xüsusi çəkisinə uyğun gəlir. AFR-də olduğu kimi, Fransada da bankları universal və ixtisaslaşmış bank­lara ayırmaq olar.


Ardı →

5.2.2.Ingiltərə bankı

Ingiltərə Bankı dünyanın qədim mərkəzi bankıdır. Bu bank dörd əsr bundan əvvəl, demək olar ki, müf­lis­ləşmiş hökumətlə maliyyəçilər — kreditorlar qrupu ara­sındakı sövdə­ləşmə nəticəsində yaranmışdır.
XVII əsrin axırında Ingiltərə maliyyə iflası həddində idi. Fransa ilə 50 il ərzində aramsız  aparılan müharibə ölkə­nin iqtisadiyyatını çox zəiflətdi. O zaman hökumət məmur­­ları hərbi kampaniyanın maliyyələşdirilməsinə pul almaq məq­sə­dilə maliyyəçi-kreditorlarla danışıqlara gir­dilər. Şot­land maliyyəçisi Vilyam Peterson özünün maliyyə qrupu adından hökumətə başqa plan təklif etdi və dövlət tərəfindən imtiyazların verilməsinin əvəzinə bank yaratmağı məsləhət gördü. Bu bank yeni banknotlar buraxmalı və kəsiri örtməli idi. Ingiltərə Bankı 1964-cü il 27 iyul parla­mentinin aktı ilə yaradılmışdır. Əvvəlcə orada 19 əməkdaş işləyirdi. Bankın kapitalı Böyük Britaniyanın ilk dövlət borcunu təmsil edirdi.


Ardı →

9.2.1.Avropa monetar ittifaqının təkamülü və müasir vəziyyəti

Avropa qitəsində vahid pul sistemini yaratmaq ideyası çoxdan meydana gəlmişdir. Makedoniyalı Isgən­dər­dən və Roma imperatoru Avqustdan başlayaraq, bir çox sərkər­də­lər, alimlər və mütəfəkkirlər Avropa xalqları üçün ümumi pul məsələsini qaldırmışlar. Orta əsrlər Avro­pasında ümumi val­yu­tanı tətbiq etməyə dəfələrlə cəhd göstərilmişdir. Məsələn, 1392-ci ildə şimaldakı alman şəhərləri monetar ittifaq yara­dıb, ümumi pulu kəsməyə başladılar. XIX əsrdə Napoleon Bonapart və Viktor Hüqo ümumavropa pulunu yaratmaq ideyasını irəli sürürdülər.


Ardı →

5.1. Müasir mərhələdə Böyük Britaniyanın iqtisadi inkişafının xüsusiyyətləri

Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığı dünyanın ən inkişaf etmiş ölkələrindəndir. Sahəsi (Böyük Britaniya adası, Irlandiya adası şimali –şərq hissəsi, Men adası və Normand adaları) 244 min kvadrat km-dir. Əhalisi 56,1 milyon nəfərdir. Əhalinin 80%-i ingilislər, 15%-i şotland­lar, uelslilər və irlandiyalılardır.


Ardı →

2.4. ABŞ-ın vergi sistemi

Vergi ödəniş sistemi əsasən büdcənin gəlir hissə­sini müəyyənləşdirir. Ona görə də ABŞ- ın vergi sistemi öz struk­tu­ru etibarilə büdcə sistemi ilə oxşardır və federal büdcə, ştat və yerli orqan büdcələrinin gəlirlərinin əsas mənbəyidir. Federal hökumət bütün vergi daxil­olmalarının 70%-ni, ştat höku­mətləri -20%-ni, yerli orqan­lar 10%-ni alır.
XIX əsrdə ABŞ-ın federal büdcəsi əsasən gömrük rüsum­larından, aksiz ödənişlərindən, o cümlədən dövlət tor­paq­larının satışından gələn gəlirlərdən formalaşırdı. 1861-1865-ci illərin Vətəndaş müharibəsinə qədər federal büdcə əsasən balanslaşdırılmış şəkildə idi və gəlir hissə­lərinin forma­laş­dırılmasında ciddi gərginliklərlə üzləşmirdi.


Ardı →