Рейтинг
+24.68

Xarici ölkələrin maliyyə-kredit sistemi

22 üzv, 49 topik

9.3.2.AB-də büdcə prosesi

Avropa birliyində büdcə prosesi və ya büdcə proseduru bir neçə mərhələdən ibarətdir.
Maastrixt müqaviləsinə uyğun olaraq (maddə 203), AB büdcə layihəsinin hazırlanma işi bilavasitə üç ins­titutun vəzi­fə­sidir. Bunlar Avropa komissiyası, AB Nazirlər Şurası və Avro­pa parlamentidir. AB institutlarının rolları aşağıdakı kimi bölüşdürülmüşdür.


Ardı →

5.2.3.Kredit-maliyyə institutları sistemi

Böyük Britaniyanın kredit sisteminin ikinci hissəsi bank idarələridir. Bank müəssisələri tarixən depozitlərin cəlb edilməsində ixtisaslaşdığına görə, bir çox hallarda depozit müəs­sisələr adlandırılır. Kommersiya bankları depozit fəaliy­yətlərini həyata keçirməkdən əlavə, qısa­müddətli kre­dit­lər verir, xarici ticarəti maliyyələşdirir, həmçinin əmanət­çilərin vəsaitlərini idarə edirlər. Depozit bankların müş­təri­ləri müx­tə­lif cür həm iri müəssisələr və təşkilatlar, həm də şəxsi adam­lar ola bilir. Ona görə də depozit bankları bəzən pərakəndə banklar adlandırırlar.


Ardı →

5.3.Böyük Britaniyanın büdcə və maliyyə sistemləri

Böyük Britaniyanın maliyyə sistemi dörd ənənəvi hissədən ibarətdir: dövlət büdcəsi, yerli büdcələr, xüsusi büdcədənkənar fondlar, dövlət müəssisələrinin ma­liyyələri. Böyük Britaniya unitar dövlətdir və onun büdcə sistemi iki hissədən ibarətdir. Bu iki səviyyə arasındakı münasibətlər viktorian dövründən 1980-ci illərin axırlarına kimi dəyişməz qalmışdır. Son onilliklərdə aparılmış isla­hatlar yerli büdcə­lərin iqtisadiyyatdakı rolunu əhəmiyyətli şəkildə azaltmışdır.
Ölkənin dövlət büdcəsi iki hissədən ibarətdir:


  • vəsaitlərin cari daxilolmalarından və onların xərc­lənməsindən ibarət olan birləşmiş fond;

  • kapitalın hərəkəti ilə bağlı olan dövlət gəlirlərinin və xərclərinin daxil olduğu milli borclar fondu.

Ardı →

7.1. Yaponiyanın iqtisadiyyatı əsrlərin sərhədində

1990-cı illərə qədər Yaponiyanın iqtisadi sistemi üçün üfürülən sabun köpüyünün vəziyyəti xarakterikdir. XX əsrin son onilliyinin əvvəlində partlamış bu sabun köpüyü hakimiy­yəti məcbur etdi ki, öz siyasətlərini artım tendensiyasından döndərib enişin qarşısını almağa tərəf yenidən istiqamətlən­dirsinlər. Yaponiya 1970-1980-ci illərdə dünya birliyində sənaye mallarının ticarəti və is­teh­salı üzrə ABŞ -dan sonra ikinci yeri inamla tuturdu. Ölkə bəzi sahələrdə dünya iqtisa­diy­ya­tının qloballaşma pro­sesləri ilə və təsərrüfat əlaqələrinin beynəl­miləl­ləş­di­ril­məsi ilə əlaqədar olan tələblərə cavab verərək dünya lider­­liyini qazanmağa və saxlamağa nail oldu. Lakin mər­kəz­ləşmiş dövlət hakimiyyətinin sintezinə və digər ölkələrin təc­rü­bə­sini məhsuldar şəkildə mənimsəmək qa­biliy­yə­tinə əsas­la­nan iqtisadiyyat modeli 1990-cı illərdə öl­kə­nin gələcək in­kişafını ləngitməyə başladı.


Ardı →

8.2.3.Italiyanın bank institutları sistemi

Italiyanın bank sistemi müasir mərhələdə güclü dağınıqlığı ilə xarakterizə olunur. Italiya banklarının heç biri Avropanın iri banklarının onluğuna daxil deyil. Itali­yanın üç iri bankının payına yerli bazarın cəmi 20%-i düşür. Bu bank­ları heç sistemyaradıcı banklar da adlan­dırmaq olmaz. Bunlar 2000-ci ildə birləşmə nəticəsində yaranmış IntesaBCI, 2001-ci ilin oktyabrında yenidən təşkil olunmağa başlamış UniCredito Italiano SanPaolo IMI banklarıdır.


Ardı →

9.2.1.Avropa monetar ittifaqının təkamülü və müasir vəziyyəti-2

Delorun məruzəsi və qismən ona əsaslanmış Maas­trixt müqaviləsi 1990-cı illərdə Qərbi Avropa inteq­rasiyasının keyfiy­yətcə yeni inkişaf mərhələsini açdı. Av­ropa birliklərinin Avropa Ittifaqına transformasiyası barədə tarixi Maastrixt müqaviləsi 1991-ci ilin dekabrında imzalanmış, ratifikasiya edilmiş və çətinliklərə baxma­yaraq, 1993-cü ilin noyabr ayında qüvvəyə minmişdir. Maastrixt müqaviləsinin ratifika­si­yası ilə bağlı çətinlklər 1992-ci ildə Danimarkada və Fran­sa­da yaranmış, nə­ticədə vahid Avropanın gələcəyinə və uyğun olaraq AVS-nə olan inam xeyli qırılmışdır. Bu isə 1992-ci ilin sentyabr-oktyabr aylarında Avropa valyutaları bazarının ciddi böhran vəziyyətində olmasına gətirib çıxartdı. Bunun nəticəsi olaraq, Britaniya funtu, Italiya lirəsi AVS-ni tərk edir, ispan pesetası və portuqaliya eskudosu elə həmin ilin noyabrında 6% devalvasiya olunurlar. 1993-cü ilin yanvarında irland funtu 10% devalvasiya olunur, may ayında isə peseta və eskudo düşməkdə davam edir. Be­lə­liklə, Birlik ölkələrinin maliyyə nazirləri Avropa valyu­ta­larının mümkün dəyişmə sərhədlərinin ±15% geniş­lən­dirilməsi ilə bağlı addım atmaq məcburiyyətində qalırlar.
Ardı →

5.2.1. Britaniyada pul sisteminin formalaşmasının və fəaliyyətinin əsasları

Böyük Britaniyanın funt sterlinq pul vahidinin Bri­taniya adalarında meydana gəlməsi mərkəzləşmiş döv­lətin yaranmasından çox –çox əvvəl baş vermişdir. Hələ norman işğalından (1066-cı il) əvvəl yerli əhali gümüş penslərdən, yaxud sterlinqlərdən istifadə edirdi. Gümüşün bir funtundan 240 pens kəsilirdi. «Funt sterlinq» adı da məhz buradan yaranmışdır. Funt da öz növbəsində 20 şilinqə bölünürdü. Hər bir şillinq uyğun olaraq 12 pensə bərabər idi. XIII əsrdə şillinqlər ilk dəfə pul şəklində kəsilmiş, artıq XIV əsrdə dövriyyədə qızıl funtlar peyda olmuşdur.


Ardı →

7.2.1. Yaponiyada pul-kredit sisteminin təkamülü

Yaponiyanın iqtisadi münasibətlər sisteminin for­malaşması IV –VI əsrlərdə Çin və Koreya inkişaf mo­del­lə­rinin güclü təsiri altında baş verirdi. Yapon sivili­za­si­yasının təmə­linin qoyulmasında şahzadələr Setoku –taysi və Karu xüsusi rol oynadılar. Onlar dövlətin ümumi çinləşməsi yolu ilə iqtisadi və siyasi quruluş mexanizmini ardıcıl surətdə dəyiş­dir­mişlər. Belə ki, 604-605-ci illərdə yapon qanunlarının birinci külliyatı yaradıldı.


Ardı →

7.2.3. Yaponiyanın kredit-maliyyə institutları sistemi

Ikinci dünya müharibəsindən sonra Yaponiyanın bank sistemi Amerika sisteminin nümunəsi üzrə, yüksək ixtisas­laşma səviyyəsi ilə qurulurdu. Indiki zamanda Yapo­niyanın kredit sistemini təşəkkül tapmış sistem he­sab etmək olar. Bu sistemə Yaponiya Bankı, kommer­siya bankları və digər kredit-maliyyə institutları daxildir.
Kommersiya bankları bir neçə kateqoriyaya bölü­nür­lər.


Ardı →