Рейтинг
+24.68

Xarici ölkələrin maliyyə-kredit sistemi

22 üzv, 49 topik

7.2.2.Yaponiya bankı

Yaponiya Bankı 1882-ci ildə 30 illik müddətə, öz banknotlarını buraxan böyük sayda şəxsi bankların əmələ gətirdiyi inflyasiyanın qarşısının alınması üçün yara­dıl­mış­dır. Sonra bankın fəaliyyət müddəti daha 30 ilə uzadılmış, 1942-ci ildə isə qanun qəbul edilmişdir. Bu qanuna görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət olunur, maliyyə naziri isə bankın qanuni aktlarını müstəqil şəkildə də­yişmək hüququnu əldə edirdi. 1949-cu ildə Siyasi şura yaradıldı. Siyasi şura döv­lətin monetar tənzimlənmə sahəsindəki maraqlarını müəy­yənləşdirməyə başladı. 1979-cu ildə Bank haqqında qanun modernləşdirilmiş, Mərkəzi bank isə uzunmüddətlilik statusu qazanmışdır.


Ardı →

8.2.1. İtaliyada pul-kredit sisteminin genezisi və inkişafı

Italiyada bank işi Romada meydana gəlmiş və yunan bank işinə bənzər şəkildə təşkil olunmuşdur. Artıq bizim era­dan əvvəl III əsrdə pul əmanətlərinin qəbulu, pul vəsait­lərinin köçürülməsi, sadə və ipoteka borclarının verilməsi, hərracların təşkili və həyata keçirilməsi kimi əmə­liyyatlar aparan argen­ta­rilər və ya menzarilər yaran­mışdır. Makedoni­ya­dan Herkules sütunlarına qədər əra­zidə əməliyyat aparan Opiyev və Iqnasiyev evləri daha məşhur idi. Bank işinin daha böyük inkişafı orta əsrlərin sonunda və Intibah dövründə Venesiyada və Flo­ren­siya­da baş vermişdir.


Ardı →

3.4. Almaniyanın vergi sistemi

Almaniyanın vergi sistemi bir neçə mərhələdə forma­laş­mışdı. 1871-ci ildə Almaniya imperiyasının yara­dıl­ma­sın­dan sonra bütün əsas birbaşa vergilərin müəy­yənləş­di­rilməsi impe­ri­ya­ya daxil olan dövlətlərin (indiki torpaqların) səlahiyyəti çərçivəsində idi. Imperiya isə yalnız istehlak mal­larına qoyulan gömrük vergilərini və rüsumlarını müəyyən­ləşdirmək hüququna malik idi: tütün, pivə, araq, şəkər, duz. Vergi ödəmələri struk­turun­da son istiqaməti 1879-cu ildə Almaniyanın birinci reyxskansleri Otto Bis­mark müəyyən­ləş­dirdi və vergi yükünün gəlir­lərdən isteh­laka (xərclərə) keç­məsini tələb etdi.


Ardı →

3.3.2. Almaniyada torpaq, icma büdcələri və maliyyə sisteminin digər hissələri

Torpaq və icmaların büdcələri də dövlət büdcəsi kimi hakimiyyətin icra orqanı- yerli administrasiya tərə­findən tərtib olunur, nümayəndələr hakimiyyəti – şura (de­putatların iclası) tərəfindən qəbul edilir və nüma­yən­dələr hakimiy­yə­tinin orqanı tərəfindən icra olunur. AFR-in milli gəlirində torpaq və icma büdcələrinin payı 20%-dən çoxdur.
Yerli hakimiyyət orqanlarının planlaşdırılmış gəlir və xərclərinin siyahısını Almaniyada büdcə nizamnaməsi adlan­dırmaq qəbul olunmuşdur.


Ardı →

3.3.1. Almaniyada federal büdcə

Federal büdcə federasiyanın planlaşdırılmış gəlir­lə­rindən və planlaşdırılmış xərclərindən ibarətdir. 1980-ci illə­rin əvvəl­lərində federal büdcə vasitəsilə ÜDM-un yarı­sına qədəri yenidən bölüşdürülürdü.
Gəlirlər vergi və qeyri vergi ödəmələrinin birləşməsi yolu ilə formalaşdırılır. Vergi daxilolmaları bütün büdcə gəlirlərinin beşdə dörd hissəsini təşkil edir. Qeyri vergi daxil­olma­ları dövlət müəssisələrinin gəlirindən və renta ödəniş­lərindən təşkil olunur. Qeyri vergi daxilolmalarına həmçinin Alman federal bankının çoxmilyardlı gəliri aiddir. Döv­lətlərarası kreditlərin təqdim edil­məsi üzrə faiz ödə­nişlərinin daxilolmaları, kapitalda iştirakdan yaranan gəlirlər az əhəmiyyət kəsb edir.


Ardı →

3.2.2.Alman federal bankı

1957-ci il iyulun 30-da bundestaq tərəfindən fede­ral bank haqqında qanunun qəbulundan və avqustun 1-də həmin qanunun qüvvəyə minməsindən sonra vahid struktur – Alman fede­ral bankı (Deutsche Bundesbank) yaradıl­mışdır. Alman fede­ral bankı torpaqların mərkəzi bank­larını və Alman tor­paq­ları Bankını birləşdirdi və uyğun olaraq, onların fəaliy­yətini tənzimləyən qanunlar da öz qüvvəsini itirdi. Torpaqların mərkəzi bankları «Doyçe Bundesbank»ın baş idarələri adlandırılmağa başladı, hər­çənd onların əvvəlki adı da –torpaqların mərkəzi bankları adı da qalmaqda idi.


Ardı →

3.2.1. Almaniya iqtisadiyyatının formalaşma mərhələləri

Almaniyanın vahid pul-kredit sistemi 1870-ci illərdə təşəkkül tapmışdır. Həmin dövrdə imperiyanın elan edilmə­sin­dən sonra pul vahidi – qızıl tərkibi 0,358423 q olan reyxs­marka tətbiq olunmuşdur. Bu isə qızıl monometallizmin başlanğıcı demək idi. Bu vaxta qədər dövlətin ərazisində yeddi monetar sistem mövcud idi: Şimali (taler) və Cənubi (qulden) Almaniyada gümüş monometallizm, Bremendə qızıl taler, gümüşə nəzərən mübadilə kursu ilə dövr edən qızıl pullar – fridrixsdorlar, luidorlar, pistol və dukatlar. Bundan başqa banknotlar və kağız pullar da işləyirdi. Ilk kağız pul­ları Saksoniya buraxmışdı, 1772-ci ildə isə burada 1 talerdən 100 talerə qədər ümumi məbləği 1,5 milyon olan xəzinə biletləri döv­riyyəyə buraxılmışdır. Artıq 1856-cı ildə Prussiya çoxrəngli çapın istifadəsi ilə kağız pulların buraxılışına başladı.


Ardı →

2.3.2.ABŞ-da büdcə prosesi

ABŞ hökumətinin büdcəsi hakimiyyətin icraedici və qanunverici qollarının ümumi cəhdlərinin nəticəsidir. Icra hakimiyyəti büdcəni hazırlayır. Qanunverici hakimiyyət vergilər və xərclər haqqında qanunlar qəbul edir və büdcə onlar vasitəsilə yerinə yetirilir. ABŞ-ın büdcə prosesini ümumilikdə üç əsas mərhələyə bölmək olar:


  • 1921-ci ilə qədər;

  • 1921-ci ildən 1976-cı ilə qədər;

  • 1976-cı ildən sonra.

Ardı →

1.2.2.Valyuta sistemi: anlayışı, strukturu və təkamülü

Dünya birliyində valyuta münasibətlərinin nizam­lanması dünya valyuta sisteminin genezisi çərçivəsində hə­yata keçirilirdi. Dünya valyuta sistemi beynəlxalq val­yuta-iqtisadi münasibətlərinin dövlətlərarası razılaşmalarla bərki­dilmiş təşkilat formasıdır. Istənilən başqa sistem kimi valyuta sistemi də özündə bir sıra elementləri birləşdirir:


  • valyutanı;
  • konversiya edilmə şərtlərini;
  • valyuta paritetini;
  • dəyişmə kursunun rejimini;
  • valyuta məhdudiyyətlərini, valyuta nəzarətini;
  • beynəlxalq valyuta likvidliyinin tənzimlənməsini;
  • dövriyyədə beynəlxalq kredit vasitələrinin istifadə olun­ma qaydasını;
  • beynəlxalq hesablaşma qaydasını;
  • valyuta bazarının və qızıl bazarının rejimini;
  • valyuta münasibətlərini idarə edən və tənzimləyən or­qan­­ları.

Valyuta dövlətin və ya dövlətlər qrupunun sərhəd­ləri xaricində və daxili bazarında dövr edən pul vahididir. Bu nöqteyi — nəzərə görə, valyuta aşağıdakı mənala malikdir:


Ardı →