Müsafir orucunun hökmləri

Məsələ 1723: Səfərdə dörd rükətli namazları iki rükət qılmalı olan müsafir gərək oruc tutmasın. Namazın tamam müsafir, peşəsi səfər olan ya səfəri olan şəxs kimi gərək səfərdə oruc tutsun.
Məsələ 1724: Ramazan ayında səfərə çıxmağın eybi yoxdur, amma bu orucdan boyun qaçırtmaq üçün olsa, məkruhdur və həmçinin mütləq səfər Ramazan ayının 24-cü günündən qabaq mümkündür. Həcc, ümrə və digər zəruriyyət səbəbindən olan səfərlər istisnadır.
Məsələ 1725: Əgər Ramazan ayının orucundan başqa bir müəyyən oruc insana vacib olsa, belə ki, icarə ya bu kimi şeylə vacib olmuş olsa ya üçüncü gün tək günlərdən olsa, o gün səfər edə bilməz və əgər səfərdə olsa, belə ki, mümkündürsə, gərək on gün bir yerdə qalmaq qəsdi etsin və o günü oruc tutsun. Amma əgər o günün orucu, nəzirlə vacib olmuş olsa, zahir budur ki, o gün səfər etməyi caizdir və qəsdi-iqamə (dayanmaq məqsədi) vacib deyildir. Hərçənd daha yaxşı odur ki, əlacsız olmayana kimi səfər etməsin və əgər səfərdədirsə, qəsdi-iqamə etsin.
Məsələ 1726: Əgər şəxs müstəhəbb oruc tutmasını nəzir etsə və gününü müəyyən etməsə, onu səfərdə yerinə yetirə bilməz. Amma səfərdə müəyyən bir gündə oruc olacağını nəzir etsə, gərək onu səfərdə yerinə yetirsin, həmçinin, müəyyən bir gündə, istər səfərdə olsun, ya olmasın, oruc tutacağını nəzir etsə, gərək o gün səfərdə də olsa, oruc tutsun.
Məsələ 1727: Müsafir hacət istəməkdən ötrü Mədineyi-təyyibədə üç gün müstəhəbb oruc tuta bilər, əhvət budur ki, o üç gün çərşənbə (III — gün), cümə axşamı (IV — gün) və cümə (V — gün) günü olsun.
Məsələ 1728: Müsafir orucunun batil olmasını bilməyən şəxs, əgər səfərdə oruc tutsa və gün ərzində məsələni başa düşsə, orucu batil olar və əgər axşama kimi başa düşməsə, orucu səhihdir.
Məsələ 1729: Əgər müsafir, müsafir olduğunu unutsa ya müsafir orucunun batil olmasını unutsa və səfərdə oruc tutsa, orucu batildir.
Məsələ 1730: Əgər oruc tutan zöhrdən sonra səfər etsə, gərək ehtiyata əsasən orucunu tamamlasın və əgər zöhrdən qabaq səfər etsə, belə ki, gecədən səfər niyyəti olsa, o günü oruc tuta bilməz. Hətta əgər gecədən niyyəti olmasa da, ehtiyata əsasən, o günü oruc tuta bilməz. Amma bütün hallarda gərək, həddi-tərəxxüsə yetişməzdən əvvəl orucu batil edən bir iş görməsin. Əks təqdirdə, ona kəffarə vacib olar.
Məsələ 1731: Müsafir, zöhrdən əvvəl vətəninə və ya on gün qalmaq istədiyi bir yerə yetişərsə, istər fəcirdən əvvəl, istərsə də oruc olub səfərə çıxmış olsun, əgər orucu batil edən bir iş görməmişdirsə, o gün oruc tutmalıdır. Əgər orucu batil edən bir iş görmüşdürsə, o günün orucu ona vacib deyildir.
Məsələ 1732: Əgər müsafir zöhrdən sonra öz vətəninə ya on gün qalmaq istədiyi bir yerə yetişsə, o gün oruc tuta bilməz.
Məsələ 1733: Müsafir və oruc tutmağa, üzrü olan bir kəsin Ramazan ayı günü cima etməsi, yemək və içməklə özünü tam doydurması məkruhdur.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
 

0 şərh