Muzariə

Məsələ 2236: Muzariə bir neçə qisimdir, o cümlədən, mülk sahibinin əkinçi ilə onun tarlasında əkin əkib, məhsulunun bir hissəsini mülk sahibinə verməsi, ittifaqının bağlanması deməkdir.
Məsələ 2237: Muzariənin bir neçə şərti vardır:
  1. Gərək ev sahib «tarlanı əkinçilik üçün sənə tapşırdım» və əkinçi də «qəbul etdim» desin. Ya da heç bir söz demədən yer sahibi tarlanı əkinçilik etmək niyyəti ilə əkinçiyə versin və əkinçi də (o niyyət ilə) qəbul etsin.
  2. Yer sahibi və əkinçi hər ikisi həddi-buluğa çatmış və ağıllı olsun, öz istək və ixtiyarı ilə muzariə etsinlər və səfeh, yəni öz malını bihudə işlərə istifadə edən olmasınlar və həmçinin gərək malik, müflis (iflas etmiş) olmasın. Amma əgər əkinçi müflis olsa, o surətdə ki, muzariədə o istifadə olunması qadağan olunmuş mallardan istifadə etməzsə, eybi yoxdur.
  3. Yer sahibi və əkinçi hər biri yarı və ya üçdə biri və bunun kimi yerin məhsulundan bir pay almalıdırlar. Əgər heç biri üçün pay təyin etməsələr və ya malik «bu tarlada əkin ək və hər nə qədər istəsən mənə ver» desə, səhih deyildir. Məhsuldan müəyyən bir hissənin məsələn; on batmanı yalnız sahib və ya əkinçi üçün təyin etsələr, hökm eynidir.
  4. Ehtiyata əsasən hər birinin payı əkinin bütün məhsulunun müəyyən olunmayan bir payı olmalıdır. Amma bu şərtin etibarlı olmaması daha aydındır. Buna əsasən, əgər yer sahibi «bu tarlada əkin ək və məhsulun birinci yarısı sənin, digər yarısı mənim olsun» desə, muzariə səhihdir.
  5. Tarlanın, əkinçinin ixtiyarında olacaq müddətini təyin etsinlər və bu müddətin məhsulu ələ gətirmək mümkün olmadığı qədər olması gərəkdir. Əgər müddətin əvvəlini müəyyən bir gün və müddətin sonunu məhsul yetişən vaxta qədər təyin etsələr, kifayətdir.
  6. Torpaq gərək əkinəcək üçün mümkün olsun. Əgər əkinçiliyə uyğun olmasa, amma bir işi görüb onda əkinçilik etmək mümkün olarsa, muzariə səhihdir.
  7. Əkinçinin əkdiyini müəyyən etsinlər, məsələn; düyü və ya buğda əkəcəyini, əgər düyü əkəcəksə, onun hansı hissəsini əkəcəyini müəyyən etsinlər. Lakin, əgər müəyyən bir əkinəcəyi nəzərdə tutmasalar, onu təyin etmək lazım deyildir. Həmçinin əgər nəzərdə tutulan əkinəcək müəyyən olsa, onu dilə gətirmək lazım deyildir.
  8. Malik yeri müəyyən etməlidir. Bu hökm, əkinçilik cəhətindən bir-birindən fərqli olan bir neçə hissə yeri olduğu təqdirdədir. Amma əgər fərqli olmasalar müəyyən etmək lazım deyil, belə ki, əgər əkinçiyə desə ki, bu yerlərin birində əkin ək və onu müəyyən etməsə, muzariə səhihdir.
  9. Hər biri çəkəcəkləri xərclər müəyyən etməlidir. Amma əgər hər birinin çəkəcəkləri xərc məlum olsa, dilə gətirmək lazım deyil.
Məsələ 2238: Əgər tarla sahibi əkinçi ilə məhsulun bir hissəsinin birinə aid olmasını və qalan hissəsini öz aralarında bölünməsini şərt qoymuşdursa, o hissəsini götürdükdən sonra yerdə bir şey qalacağını bilsələr də, muzariə batildir Bəli, əgər əkiləcək toxumun miqdarını və ya dövlətin olacağı vergini məhsuldan çıxdıqdan sonra yerdə qalan hissəni öz aralarında bölmələrini qərara alsalar, muzariə səhihdir.
Məsələ 2239: Əgər muzariə üçün müddət təyin etmiş olarlarsa ki, adətən məhsul o müddətdə ələ gəlmiş olur, amma təsadüfən müddət tamam olsa və məhsul ələ gəlməsə belə ki, müddətin təyin olunması bu hala da şamil olsa, yəni iki tərəf nəzərdə tutsa ki, məhsul ələ gəlməsə də müddətin tamam olmasıyla muzariə tamam olur. Bu surətdə malik razı olsa ki, əkin icarə ilə ya icarəsiz onun yerində qalsın və əkinçi də razı olsa, maneəsi yoxdur. Amma əgər malik razı olmasa, əkinçini vadar edə bilər ki, əkini biçsin, əgər əkini biçməkdə əkinçiyə zərər yetişsə, malikin onun əvəzini əkinçiyə verməsi lazım deyildir. Hərçənd malikə vermək istəsə də, maliki məcbur edə bilməz ki, əkin onun yerində qalsın.
Məsələ 2240: Əgər bir maneənin baş verməsi ilə o torpaqda əkinçilik mümkün olmazsa, məsələn; əgər tarlanın suyu kəsilərsə, muzariə müqaviləsi pozular. Amma əgər əkinçi bir üzr olmadan əkinçilik etməzsə, tarlada onun ixtiyarında olub və malik də ondan istifadə etməyibsə, gərək adi miqdarda o müddətin icarəsini malikə versin.
Məsələ 2241: Tarla sahibi və əkinçi bir-birinin razılığı olmadan muzariəni poza bilməzlər. Amma əgər muzariə müqaviləsində hər ikisinin və ya onlardan birinin müqaviləni pozmaqda ixtiyarlı olmasını şərt qoysalar, bu şərtə uyğun olaraq müqaviləni poza bilərlər. Həmçinin əgər, tərəflərindən biri ona qoyulan şərtlərin əksinə əməl edərsə, digər tərəf müqaviləni poza bilər.
Məsələ 2242: Muzariə qərarından sonra mülk sahibi və ya əkinçi ölərsə, muzariə pozulmaz və varislər onların yerinə keçər. Amma əgər əkinçi ölərsə və əkini şəxsən əkinçi yerinə yetirməyi qərar alsalar, muzariə pozular. Amma əgər əkinçi öhdəsində olan işləri tamamlamış olsa, muzariə pozulmaz və gərək onun payını varislərinə versinlər. Habelə əkinçinin digər haqları da varislərinə irs keçir və varislər mülk sahibini əkinçilik tamam olana qədər əkinin onun torpağında qalmasına məcbur edə bilərlər.
Məsələ 2243: Əgər əkinçilikdən sonra muzariənin batil olduğunu anlasalar, bu halda toxum əgər mülk sahibinin malı olarsa, əldə edilən məhsul da onundur və mülk sahibi əkinçinin muzdunu etdiyi xərcləri və o tarlada işlədilən əkinçiyə əkəcəyi aid inək və digər heyvanlarının kirəsini verməlidir. Amma toxum əkinçinin malı idisə, məhsul da onun malı olur və o yerin kirayəsini, mülk sahibinin etdiyi xərcləri və o yerdə əkin üçün işlədilən və mülk sahibinə aid olan və digər heyvanların kirayələrini ona vermək lazımdır. Hər iki halda da, belə ki, adətən haqqı olan miqdar razılaşdıran miqdardan çox olursa, tərəfin ondan xəbəri varsa, çoxlu miqdarda vermək vacib deyildir.
Məsələ 2244: Toxum, əkinçinin malı olur və əkindən sonra muzariənin batil olduğunu bilərlərsə, mülk sahibi ilə əkin sahibi ücrətli və ya ücrətsiz olaraq əkinin tarlada qalmasına razı olurlarsa, eybi yoxdur. Əgər tarla sahibi razı olmazsa, müctəhidlərin bir qrupu deyir ki, mülk sahibi əkinçini əkin yetişməmişdən qabaq əkini biçməyə məcbur edə bilər və əkinçi tarla sahibinə bir şey verməyə razı olsa belə, mülk sahibini, əkinin onun tarlasında qalmasına məcbur etməyəcəyini demişdir. Amma bu söz şübhəsiz deyildir. Həmçinin tarla sahibi əkinçini kirayə verməyə və ya yerin kirayəsini istəməsə belə, əkini onun tarlasında qalmağa məcbur edə bilməz.
Məsələ 2245: Əgər məhsulu topladıqdan və muzariənin müddəti bitdikdən sonra əkinin kökləri yerdə qalır və gələn il ikinci dəfə yenə yaşıllaşıb məhsul verirsə, tarla sahibi ilə əkinçi axırda ortaq olmağı şərt qoymamışlarsa, ikinci ilin məhsulu tarla sahibinindir.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri

0 şərh